Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə201/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   197   198   199   200   201   202   203   204   ...   217

413 

 

fikrincə,  varlıq  bütün  mövcudatı  əhatə  edən  ümumi  qisimlərə,  məsələn,  qədimə  və 



sonradan  meydana çıxmıĢa,  kamilə  və nöqsanlıya, vahidə  və çoxa,  baĢqa baxımdan  isə 

vacibə  və  mü mkünə  bölünür.  Eynəlqüzat  əl-Miyanəci  eyni  zamanda  varlığın 

substansiya,  aksidensiya  və s. qisimlərini  də  fərqləndirmiĢ,  hərəkət,  zaman,  məkan  və 

baĢqa  fəlsəfi  kateqoriyaları  gözdən  keçirmiĢdir.  Varlığın  digər bölgüsü onun  canlı  və 

cansız olmasına görədir. 

Eynəlqüzat əl-Miyanəcinin panteist fəlsəfəsində ən ümumi  mənada götürülən 

"varlıq"  anlayıĢı  son  nəticədə  "Allah"  anlayıĢı  ilə  eyniləĢdirilir.  Bununla  bərabər, 

Allah "varlığın mənbəyi və çıxıĢ yeri" sayılır. Burada ayrı-ayrı Ģeylər aləmi bütövlükdə 

həm vahid, həm də çox olan mütləq sonsuz varlığın - Allahın xarici təzahürləridir. 

Eynəlqüzat əl-Miyanəcinin idrak nəzəriyyəsində idrakın hissi, əqli və intuitiv 

formaları  qəbul  edilir.  Duyğu  kimi  əqlin  də  obyektiv  həqiqəti,  Ģeylərin  düzgün 

inikasını verə b ilməsini təsdiq edən filosof yalnız  intuisiyanın köməyi  ilə an laĢılan 

Ģeyləri ya substansiya ilə əlaqədar olan sahəyə aid etmiĢ, ya da ümumiyyətlə,  formal 

məntiqin qayda-qanunları ilə izah edilə bilməyən məsələlər saymıĢdır. 

Panteist filosofun təlimində güclü ifadə edilmiĢ diale ktika ünsürləri vardır. 

Mütəfəkkir  Ģeyləri  və  hadisələri  daim  dəyiĢmədə,  meydana  çıxma  və  yox  olmada 

təsəvvür edir, onlarda daxili ziddiyyətli cəhətləri, mey lləri görürdü. 

Eynəlqüzat əl-Miyanəcinin təlimi müsəlman ġərqi ölkələrində azadfikirliliyin 

və panteist ideyaların yayılmasına böyük təsir göstərmiĢ, fəlsəfə və ədəbiyyat tarixində 

silin məz iz buraxmıĢdır. 

XI-XII  əsrlərdə  aristotelizm  geniĢ  yayılmıĢdı.  Qərb  ölkə lərindən  -  xristian 

aləmindən  fərqli  olaraq  müsəlman  Ģərqində  aristotelizm  yalnız  s xo lastikanı 

əsaslandırmaqla məhdudlaĢmamıĢ, habelə elmi-fəlsəfi bir təlimi təmsil etmiĢdir. ġərq 

peripatetizmi  Yəqub  əl-Kindi,  Əbunəsr  əl-Farabi  kimi  məĢhur  filosoflardan  sonra 

Əbu  Əli  Ġbn  Sina  (980-1037)  və  onun  Ģagirdləri  tərəfindən  inkiĢaf  etdirilmiĢdir.  Bu 

iĢdə Bəhmənyarın (993-1066)  xidməti böyükdür. Mənbələrdə Əbülhəsən Bəhmənyar 

ibn  Mərzbanın  "Azərbaycan  ölkəsindən"  ("min  biləd  Azərbaycan"),  "azərbaycanlı" 

(əl-Azərbaycani)  olduğu  xəbər  verilir.  Müəlliflərdən  bəziləri  onu  atəĢpərəst  (əl-

məcusi) kimi təqdim edir, bəziləri isə onun islamı sonradan qəbul etdiyini yazırlar. 

ġərq  peripatetizminin  XI  əsrin  ortalarına  aid  mərhələsi  bilavasitə 

Bəhmənyarın  adı  ilə  bağlıdır.  O,  bir  sıra  qiymətli  əsərlərin  müəllifidir:  "Ət-Təhsil" 

("Təhsil"),  "Əz-Zinə  fi-l-məntiq"  ("Məntiqə  dair  zinət"),  "Əl-Bəhcə  və-s-səadə" 

(" Gözəllik  və  səadət"),  "Kitab  fi-l-musiqa"  ("Musiqi  kitabı"), "Maudu  ilm  məbəd  ət-

təbiə" 


("Metafizikanın 

mövzusu"). 

"Məratib 

əl-maucudət" 

("Mövcudatın 

mərtəbələri").  Bəhmənyarın  soruĢduğu  məsələlər  və  Ġbn  Sinanın  onlara  verdiyi 

cavablardan ibarət məktublar da ciddi fəlsəfi  məzmun daĢıyır. "Ət-Təhsil" kitabı orta 

əsrlərdə  məntiq,  metafizika  və  təbiyyatı  öyrənmək  üçün  əsas  mənbələrdən  biri 

olmuĢdur. Görkəmli ərəb filosofu Əbdüllətif əl-Bağdadi (1162-1231) peripatetizmə 

dair  baĢqa əsərlərlə  yanaĢı  bu  kitabdan  təhsil  aldığını  xüsusi qeyd etmiĢdir.  Bu  kitab 

fəlsəfi  biliklərin  öyrənilməsində  lazımlılığına  və  məĢhurluğuna  görə  o  dövrdə  ərəb 



414 

 

orijinalından fars dilinə tərcü mə edilmiĢdir. 



Bəhmənyarın  fəlsəfəsində  varlıq  təlimi,  idrak  nəzəriyyəsi  və  məntiq sistem 

halında geniĢ iĢıqlandırılmıĢdır. Müxtəlif mərtəbələrdən təĢəkkül tapmıĢ varlığın vacib və 

mümkün qisimlərə bölünməsini qəbul edən filosof onlar arasındakı münasibəti ilk səbəb 

ilə nəticə arasındakı münasibət kimi nəzərdən keçirmiĢdir. Onun fikrincə, "səbəb əgər 

felən səbəbdirsə,  onunla birlikdə  nəticənin olması vacibdir", "hər bir nəticənin varlığı 

öz  səbəbinin varlığı  ilə birlikdə vacibdir".  Peripatetik  filosofa görə,  aləm  və  zaman  ilk 

səbəbdən boĢluq vasitəsilə  nə  ayrılar,  nə  də  aradan  qaldırıla  bilər:  "Zaman  əbədidir, 

aləm əbədid ir". 

Materiya, forma, cisim, məkan, zaman, hərəkət və bu kimi fəlsəfi kateqoriyalar 

Bəhmənyar  tərəfindən  bir-biri  ilə  qarĢılıqlı  əlaqədə  araĢdırılır.  Cisim  materiya  və 

formadan  təĢəkkül  tapdığına  görə  filosof  onu  mürəkkəb  substansiya  adlandırır. 

Bəhmənyarın fikrincə, materiyasız forma olmadığı kimi formasız  materiya da  mümkün 

deyildir, çünki materiyada bir forma aradan qalxdıqda, labüd surətdə onu baĢqası əvəz edir. O 

yazır:  "Forma  [baĢqa]  bir  formanın  gəliĢi  olmadan  materiyadan  ayrı  düĢməz.  Bu  [baĢqa 

forma] materiyanın mövcudluğunda birinci [formanın] funksiyasını yerinə yetirir". 

Aristotel və Ġbn Sina mövqeyindən çıxıĢ edib, hərəkət barəsində ətraflı söhbət 

açan Bəhmənyar onu potensiallıqdan aktuallığa tədrici  keçmə  kimi  səciyyələndirmiĢdir. 

O yazır: "Hərəkət potensial və aktual halda olandan təĢəkkül tapmıĢ bir Ģeydə mövcud 

olmalıdır  ki,  bu  da cisimdir".  Hərəkət sükunət  ilə qarĢılıqlı surətdə  nəzərdən  keçirilir: 

"Hərəkət fasiləsizlik üzrə hədlərə gəlib çatmadır. Sükunət odur ki, həmin gəlib çatma 

kəsilir".  "Məratib  əl-maucudət"  traktatında  təbii  hərəkətin  öz  təbii  halına  qayıtması 

sükunət adlandırılır. 

Bəhmənyarın varlıq təlimində zaman hərəkət miqdarı kimi izah  olunur: "Cisim 

ölçünün mövcudluğu üçün səbəb olduğu kimi hərəkət də zamanın mövcudluğu üçün 

səbəbdir".  Filosofun  fikrincə,  materiyasız  zaman  yoxdur.  Zamanın  "mövcudluğu 

materiyadan asılıdır, o, materiyada mövcuddur. Onun materiyada mövcudluğu hərəkət 

vasitəsilədir".  Beləliklə, cisim, onun hərəkəti və zaman bir-b irindən ayrılmaz o lub, 

biri digərinin mövcudluğu üçün Ģərtdir. 

Bəh mənyarın  idrak  nəzəriyyəsində  idrak  prosesinin  hissi  və  əqli  olmaqla 

iki  mərhələdən  keçdiyi  qəbul  edilir.  Hissi  qüvvələrin  fəaliyyəti  bədənin  müvafiq 

üzvlərindən asılıdır, h issi idrak müəyyən bir ü zvə görə mü mkün olur. O yazır: "Hər 

bir  dərkedilən  Ģey dərk  edəndə  təzahür  edir".  Ġnsanın hissi  fəaliyyəti  yalnız  xarici 

aləmin,  obyektiv  gerçəkliy in  orqanizmə  təsiri  ilə  baĢ  verir.  " Ət -Təhsil"  kitabında 

deyilir  ki,  üzvdə  duyulan  və  xəyala  gətirilən  Ģeyin  mənimsənilməsi  ü zvün  ondan 

təsirlən məsinə  görədir,  yo xsa  həmin  Ģey  yanaĢı  da  olsa,  onda  mən imsən ilməzdi. 

Bunun  üçün  toxunma  duyğusu  üzvün  keyfiyyəti  mislində  keyfiyyəti  qavramır. 

Deməli,  bu  qavramaların  misli  yaln ız  üzvün  qavranılan  Ģeydən  təsirlənməsi 

sayəsində baĢa gəlir. 

Bəh mənyar  əqli  idrakı  hissi  idrakın  bilavasitə  davamı,  sonrakı  mərhələsi 

saymıĢdır.  Əqli  məlu matlar  hissi  məlu matların  sayəsində  əldə  edilməklə  bərabər, 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə