Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə198/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   194   195   196   197   198   199   200   201   ...   217

407 

 

Nizamin in  sonrakı  əsərlərində  "hadisə,  tale  və  fələk  daha  insan  üzərində 



hökmranlıq edərək onu əzmir, Ģəxsiyyətin iradəsini özünə tabe etmir, əksinə,  insan 

öz  taleyinə  ağalıq  edir,  onun  iradəsi  hadisələrin  gediĢini  istiqamətləndirir,  onu 

dəyiĢir.  Həmin  tələb lərə  müvafiq  yazılmıĢ  "Xosrov  və  ġirin"  (1180-ci  ildə 

tamamlanıb),  "Ley li  və  Məcnun"  (1188),  " Yeddi  səyyarə"  ("Yeddi  gözəl",  1197) 

və  "Ġskəndərnamə"  (1197-ci  ildən  sonra  yazılıb)  sonrakı  əsrlərin  poeziyasının 

möv zusunu, tematikasını, təsvir fırçasını dəyiĢdirərək, ona yeni təravət və istiqamət 

verdi.  Ġnsanın  daxili  aləmi,  onun  xislət  və  hiss iyyatı,  arzu  və  meyli,  ruhunun  ən 

incə,  zərif  və  əsrarəngiz  hərəkəti  yeni  poetik  məktəbin  əsas  mahiyyətinə  çevrildi. 

ġəxsiyyət  azadlığı,  onun  iradəsinin  mövhumat  və  xurafat  boyunduruğundan  xilas 

olması,  bəĢəriyyətin  mədəni  tərəqqisində  dönüĢ  nöqtələrindən  olan  intibah 

dövrünün  mənəvi  mahiyyətinə  çevrilmiĢ  səlis  human izm  nəzəriyyəsi  Nizami 

yaradıcılığ ında ən gözəl bədii təcəs sümünü tapdı". 

Nizami  yaradıcılığı  ġərq   xalqları  ədəbiyyatının  in kiĢafına  böyük  təsir 

göstərmiĢdir.  Onun  əsərləri  orta  çağ  mədrəsələrində  əsas  dərslərin  b ir  hissəsi 

olmuĢ,  Ģairlər,  ədib lər  və  tələbələr  onlardan  elm  öyrənmiĢ,  onları  əzbərləmiĢlər. 

Nizamin in  yaratdığı  mən zu m  ro man  janrı  ġərq  xalq larının  bədii  söz  səltənətinə 

daxil  olmuĢ,  ö zünə  möhkəm  mövqe  qazan mıĢdır.  Onun  poemaları  haqlı  olaraq 

yüksək  poetik  ustalığın  meyarı  hesab  edilirdi.  Həqiqi  söz  ustası  adını  qazan maq 

istəyən ən görkəmli Ģairlər forma və məzmunca Nizami poemalarına bənzər əsərlər 

-  "Xə msə"lər  və  ya  heç  olma zsa,  eyni  adlı  poema lar  ya zmağı  özlə rinə  borc 

bilird ilər.  Gö rkəmli  söz  ustaları  Əmir  Xosrov  Dəhləvin i  (1253-1325),  Haci 

Kirmanin i  (1281-1352),  Ġmadəddin  Kirman ini  (1371-c i  ildə  vəfat  et miĢdir), 

Əbdürrəhman  Camini  (1414-1492),  ƏliĢir  Nəvain i  (1441-1501X  Hatifin i  (1445-

1512),  Fü zulin i  (1494-1556)  və  baĢqalarını  Nizami  məktəbinin  davamçıları  hesab 

etmək olar. 

Ümu miyyətlə  götürsək,  XIII  yüzildən  bəri  Nizami  ideyaların ın  ecazkar 

təsirinə  qapılmayan  bir  söz  ustası  tapmaq  mü mkün  deyil.  Məhz  Nizami  dühası 

Azərbaycan  poetik  sənətini  əlçatmaz  zirvəyə  qaldırmıĢ,  XII  yü zili  Azərb aycan 

intibahı əsri etmiĢdir. 

 

 



 

 

 



 

 

 



 

 

 




408 

 

 



§ 7. FƏLSƏFƏ 

 

XI-XII  əsrlərdə  Azə rbaycanda  ictimai-siyasi,  din i,  d ini-fə lsəfi  və  e lmi-



fəlsəfi  baxıĢlar  keçmiĢ  ideyalar  zəmin ində  yaranıb  formalaĢ mıĢdır.  Ġs lam  d ini 

burada hakim ideologiya o lsa da, digər d ini əqidələr tamamilə aradan qalxmamıĢdı. 

Arranın  bəzi  yerlə rində  xristianlıq   rəsmi  Ģəkildə  fəaliyyət  göstərirdi.  Əsasən 

ölkənin  cənub  rayonlarında  qalmıĢ  atəĢpərəstliyə  onun  Ģimalında  (Bey ləqan, 

Dərbənd və s.) da təsadüf edilird i. 

XI-XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir fiqhə (hüquqĢünas lığa), kə la ma  

(sxo lastikaya)  və  təsəvvüfə  (mistikaya)  dair  traktatlarda,  xüsusən  peĢəkar 

filosofların  yaradıcılığ ında  inkiĢaf  edirdi.  Folklor  nü munələri,  o  dövrdə  yazıya 

alın mıĢ  "Kitabi-Dədə  Qorqud"  dastanları  yaranan  ədəbi  əsərlərin  mövzu larına 

sirayət  etdiyi  kimi  xalq  hikməti  də  fəlsəfi  təfəkkürə  təsirsiz  qalmırdı,  əsrlərin 

sınağından çıxmıĢ müdrik kəlamlar elmi düĢüncələrə belə nüfuz ed irdi.  

Fiqh-kəla m  mə ktəblərində  və  təsəvvüfdə  əsasən  dini-fə lsəfi  fikir  inkiĢaf 

etdirilmiĢdir.  Fiqh  " müsəlman  hüququ",  kəlam  isə  "müsəlman  sxo lastikas ı, 

ilah iyyatı"  mənasını  daĢımasına  baxmayaraq,  bunlar  arasında  kəskin  fərq 

qoyulmurdu.  Sxo lastlar  bir  qayda olaraq  dövlət  iĢlərində  çalıĢır,  hüquq  məsələlə ri 

ilə də  məĢğul olurdular, baĢqa sözlə, mütəkəllimlər (sxolastlar) eyni  zamanda fəqih 

(hüquqĢünas)  idilər.  Mü xalifətçi  s xolastika  -  mütdzililik  gizli  fəaliyyət  göstərirdi, 

ortodoksal sxolastika  -  əşərilik   isə  XI  əsrin  ikinci  yarısında  rəsmi  dairələ rdə  artıq 

qəbul  edilmiĢdi.  Əşərilik  rəy və  məntiqi  mühakimələrə  üstünlük  verən  hənəfilərlə 

qatı  təəssübkeĢ  hənbəlilər  arasında  orta  mövqe  tutan  Ģəfii  məzhəbli  fəqih lər 

içərisində  daha  geniĢ  yayılmıĢdı.  XI-XII  əsrlərdə  Azərbaycanda  görkəmli 

hüquqĢünas  sxolastlar  yaĢayıb  fəaliyyət  göstərmiĢlər.  Yaxın  və  Orta  ġərqdə 

Əbuishaq  əĢ-ġirazi  əl-Firuzabadi  (1003-1083),  Əbu-hamid  Məhəmməd  əl-Qəzali 

(1059-1111),  Fə xrəddin  Məhəmməd  ər-Ra zi  (1148-1209)  və  baĢqa  məĢhur  fəqih-

mütəkəllimlərdən  təhsil  almıĢ  həmin  alimlər  elmi  yarad ıcılıqla  bərabər 

mədrəsələrdə dərs demiĢ, dövlət iĢlərində çalıĢmıĢlar. Onlardan Təbriz nahiyəsinin 

qazısı  Büdeyl  ibn  Əli  əl-Bərzəndi  (öl.  1082),  onun  oğlu  Əbumənsur  Salih  (öl. 

1099),  "Bağdad  fəqihi"  fəxri  ad mı  almıĢ,  ədalətli  hüquqĢünas  (fəqih  salih")  Əbu 

Ömər  Osman əd-Dərbəndi (1106-cı ildən sonra ölüb), vərəsəlik hüququna dair əsər 

yazmıĢ  Əbdüləziz  ibn  Əli  əl-UĢnuhi  (öl.  1111),  " mahir  hüquqĢünas,  disputçu" 



(fəqih bari  münazir)  Deyr  əl-Aqulda  qazı  iĢləmiĢ  Əbülfəzl  Məhəmməd  ibn  Ömər 

əl-Urməv i  (1067  -  1152),  "din i  təlimdə,  dolay ı  sübutda  və  üsulda  görkə mli 

tədqiqatçı,  hüquqĢünas" ("fəqih,  mühəqqiq,  fadil  fı  elm  əl-məzhəb  və-l-xələf  və-l-

üsul)  Əbuhəfs  Ömər  ibn  Əh məd  əz-Zəncani  əl-Xətib i  (doğ.  1098)  və  baĢqalarını 

göstərmək olar. 

Din i  fəlsəfənin  sxolastik  qolu  fəqih-mütəkəllimlər  tərəfindən  inkiĢaf 

etdirilirdisə,  onun  mistik  as pekti  Ģiə  ideoloqla rın ın  və  sufi  mütəfəkkirlə rin 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə