Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə194/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   190   191   192   193   194   195   196   197   ...   217

399 

 

da  vardı;  ərəb  Ģairi  əl-Ğəzzin in  Azərbaycan  və  Arranda  olması,  onun  ĢirvanĢah  I 



Fəribürzün  saray  məclislərində  iĢtirakı,  burada,  eləcə  də  ölkənin  baĢqa  paytaxt 

Ģəhərlərində gözəl ədəbi mühitin olduğunu sübut edir.  

Bu  dövrdə  Təbriz  ədəbi  müh iti  Xətib  Təbrizi,  Əbu  Nasr  Mənsur  ibn 

Mumkan Təbrizi, Xəttat Nizami Təbrizi, Əli ibn Hibbətullah Təbrizi, Əbül Möhsin 

Hüseyn  Təbrizi  kirn i  ərəb  dilində  gözəl  Ģeirlər  yazan  Ģairlər  yetirmiĢdi.  Özünün 

"Qısa  təsvir  və  zamanın  seçilmiĢ  adamları"  əsərində  Azərbaycandan  olan Ģairlərə 

xüsusi  bölmə  həsr  etmiĢ  məĢhur  ərəb  alimi  Əli  əl-Baxərzi  (öl.  1077)  onlardan  40 

beytə  qədər  Ģerini  təqdim  etdiy i  Əbu  Nasr  Mənsur  ibn  Mumkan  Təbrizin i  xüsusi 

qeyd  edir;  Təbriz  Ģəhərindən  olan  bu  Ģair,  onun  təbirincə  "mənaları  qızıl  kimi 

cila la mıĢ,  kə la mının  cəvahirləri  ġa m  d iyarında  belə  dinləyiciləri  valeh  etmiĢdir". 

Mənsur  Təbrizi  poeziya  aləminə  sadəcə olaraq  Ģeirlər  müəllifi  kimi  deyil,  yüksək 

estetik normaları, ictimai  idealları və incəsənətin dərin məzmununu hər Ģeydən uca 

tutan  vətəndaĢ-Ģair  kimi  daxil  olmuĢdur.  Onun  fikrincə,  poetik  sənət  Ģair  üçün 

döyüĢ meydanı, əleyhdarlarına qarĢı yönəldilmiĢ kəskin silahdır.  

ġairin  Nizamü lmü lkə  həsr  etdiyi  mədhiyyə  insan  məhəbbətinin  ilahi 

sevgiyə  qarĢı  qoyulması  ilə  seçilən  məĢhur  lirik-fəlsəfi  Ģeirdir.  Mənsur  Təbrizin in 

bizə  yetiĢən  ədəbi  irsində  sənətkar  yetkinliy inin  zəngin  mənəvi  dünyası,  dərin 

müĢahidəçilik qabiliyyəti, həyata aydın baxıĢı aĢkar nəzərə çarpır.  

Dövrün  Azərbaycan  Ģairlərindən  Əbul  Möhsin  Hüseyn  ibn  Nəsr  Təbrizi 

peĢəkar  "söz  ustası"  idi.  Mənbələrdən  məlu m  o lur  ki,  o,  doğma  Ģəhəri  olan 

Təbrizdə yaĢayıb-yaratmıĢdır.  Elə ona görə də, Ģairin təbiət təsvirinə həsr olunmuĢ 

misraları  doğma  diyarın  zəngin  gözəlliklərini  əks  etdirirdi.  Sənətkarın  yaratdığı 

poetik  mən zərə  təxəyyülün  deyil,  gerçək  həyati  müĢahidələrin  nəticəsidir.  Azər-

baycan  təbiəti  ilə  bu  bağlılıq  Hüseyn  Təbrizinin  Ģerin i  xalq  poetik  sənətinin  ən 

qiymətli nü munələrindən biri edir. 

Nizamü lmü lkün  Ģəxsi  h imayəçiliyi  altında  ömür  sürmüĢ,  NiĢapurdakı  iri 

mədrəsənin  müəllimi kimi böyük hörmət qazan mıĢ Xəttat Nizami Təbrizi vətəndən 

uzaqda fəaliyyət göstərsə də, həmiĢə doğma diyara can atmıĢ, vətəni görmək istəyilə 

yaĢamıĢdır. 

Təbriz  ədəbi  mühitinin  yetiĢdirmələri  içərisində  görkəmli  alim  və  Ģair 

Xətib  Təbrizi  ö zünəməxsus  yer  tutur.  YaĢadığı  mürəkkəb  bir  qədər  də  qorxu lu 

ictimai  Ģəraitdə  əsil  simasını  qoruyub  saxlaya  bilmiĢ  bu  mütəfəkkir  Ģəxsiyyət 

ümu mmüsəlman  mədəniyyətinin  in kiĢafında  xüsusi  payı  olan  Azərbaycan 

ziyalılarındandır. "Onun ərəb ədəbiyyatına və dilçiliyə dair yazdığı əs ərlər uzun əsrlər 

boyu  alimlərin  diqqətini  cəlb  etmiĢ,  dünyanın  müxtəlif  kitabxanalarında  nadir  sənət 

nümunələri  kimi  qorunub  saxlanılmıĢ,  nəhayət,  müasir  dövrümüzdə  Almaniyada, 

Hindistanda və ərəb ölkələrində dəfələrlə çap olunmuĢdur" (Azərbaycanda bu alimin, 

eləcə  də  ərəb  dilində  əsərlər  yaratmıĢ  azərbaycanlı  Ģairlərin  haqqında  ilk  ətraflı 

məlumatı mərhum ərəbĢünas-professor Malik Mahmudov vermiĢdir). 

Görkəmli  bir  alim  kimi  tanınan  Xətib  Təbrizinin  dövrümüzə  yetiĢən Ģeirləri 




400 

 

onun gözəl Ģair olduğuna dəlalət edir. Ərəb alimi Corci Zeydan onun kiçik Ģeir divanı 



olduğunu  qeyd  edir.  ġərqin  böyük  antoloqları  və  alimləri  (Yaqut,  əl-Baxərzi,  əs-

Səmani,  Ġbn  Xəlliqan  və  b.)  Ģairin  Ģeirlərini  öz  əsərlərinə  daxil  etmiĢ,  bu Ģeirlərdən 

bəzilərini poeziyanın ən gözəli və nadirlərindən biri hesab etmiĢlər. Xətibin əldə olan 

Ģeirləri  göstərir  ki,  o,  ictimai  mövzulara  daha  çox  diqqət  yetirmiĢ,  dövrünün yaramaz 

adamlarını, ədalətsizliy i kəskin tənqid etmiĢdir. 

Mənbələr  bu  dövrdə  Azərbaycanda  yaĢayıb-yaradan  ərəbdilli  Ģairlər 

arasında Hüseyn ibn Həsən Xətib Urməvinin, Ġskafi Zəncaninin, Ömər Gəncinin, əslən 

beyləqanlı  olan  Məsud  ibn  Namdarın  və  baĢqalarının  adlarını  çəkirlər.  Bunlardan 

"ġirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra 

epizodunu o dövr ərəb abidələri üçün ənənəvi olan təmtəraqlı ədəbi formada təsvir edən", 

mənĢəcə kürd Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer 

tutmuĢdur. Onun həyat və yaradıcılığının ən yaxĢı və son tədqiqatçısı olan V.M.Beylis, 

Məsudun  orta  əsrin  hər  hansı  bir  elmi  sahəsində  mütəxəssis  olan  alim  deyil,  ədəbi 

cəhətcə  savadlı  tipik  ədib  olduğunu  müəyyənləĢdirir.  Məsudun  dövrümüzə  çatan 

əlyazması  üç  hissədən  -  hekayətlərdən,  məktublardan  və Ģeirlərdən  ibarətdir.  Həmin 

Ģeirlər, həyatını Beyləqan,  Gəncə  və  ġirvanda,  o  dövrün  bir  çox  Ģairləri  kimi  rəs mi 

dövlət  vəzifələrində  keçirən  bu  ziyalı  Ģəxsiyyətin  bizə  yetiĢmiĢ  toplusunun  üçdə 

birindən  çoxunu  təĢkil  edir.  Əsasən  ictimai  mövzulara  həsr  olunmuĢ  bu  Ģeirlər 

Məsudun iĢ fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq Ģeirlərin qruplaĢdırılmasında da özünü 

göstərir:  əl-Cənziyyət  (Gəncə  dövrü  Ģeirləri),  əl-Beyləqaniyyət  (Beyləqan  dövrü 

Ģeirləri),  əl-Əmniyyət  (Gəncə  müstövfisi  Əmin  əl-Mülkün  adı  ilə),  əl-Ġxvaniyyət 

("Dostluq"), "Köhnə Ģeirlə r" və b.  Əsərlərində özünün "Bədi əz-za man" ("Zamanın 

möcüzəsi")  ləqəbini  qeyd  edən  Məsud  ibn  Namdarın  Ģeirlərinin  təhlili  göstərir  ki, 

"Arrandan  olan  Bədi  əz-zaman  bütün  ənənəvi  üslub  yolları  və  bəlağət  formaları 

məcmusuna sahib, onlardan faydalanmaqda fərasətli olan" bir Ģəxsiyyət idi. 

Artıq  XII  yüzil  Azərbaycanda  farsdilli  poeziyanın  təntənəsi  zamanı  hesab 

edilsə  də,  ərəbdilli  ədəbiyyat  hələ  də  öz  mövqelərini  qorumuĢ  və  hətta  mahir  qələm 

ustalarının  simasında  özünə  qızğın  tərəfdarlar  tapa  bilmiĢdi.  Əsasən  farsca  yazan 

görkəmli  Azərbaycan  Ģairləri  Xaqani  ġirvani  və  Mücirəddin  Beyləqani  öz  yaradıcı-

lıqlarında  ərəb  dilindən  də  istifadə  edirdilər.  XII  əsrdə  Azərbaycan  xalqı  ərəbdilli 

ədəbiyyata ġihabəddin Yəhya əs-Sührəvərdi, Eyn əl-Qüzat, Yusif ibn Tahir əl-Xuveyyi 

(Xoylu) kimi görkəmli Ģəxsiyyətləri bə xĢ et miĢdir. 

Azərbaycanın  görkəmli  mütəfəkkirlərindən  biri  olan  ġihabəddin  Yəhya  əs-

Sührəvərdi fəlsəfi traktatlardan baĢqa poetik divan da yaratmıĢdı. Onun Ģeir yaradıcılığı 

ərəbdilli  Azərbaycan  poeziyası  ilə  sıx  Ģəkildə  bağlı  idi.  Lirizm,  həsrət və çıxılmazlıq 

əhvali-ruhiyyəsi, lakoniklik əs-Sührəvərdi poeziyasının baĢlıca xüsusiyyətlərindəndir. O, 

hər  Ģeydən  öncə,  həqiqi  filosof  idi.  Ona  görə  də  əs -Sührəvərdinin  bir  sıra Ģeirləri  onun 

həyat, cəmiyyət, ölüm, varlıq və s. haqqında fəlsəfi mühakimələrinin bədii ifadəsi kimi 

qiymətləndirilir. 

Əs-Sührəvərdinin  Ģeirləri  arasında  onun  məhəbbət  mövzusunda  yazdığı 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə