Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə195/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   191   192   193   194   195   196   197   198   ...   217

401 

 

"muvaĢĢahlar"  ("muvaĢĢahat",  ənənəvi  ərəb Ģeirlərindən  fərqli  olaraq nəğmə Ģəklində 



qələmə  alınmıĢ bu Ģeir  növündə vəzn  və qafıyə vəhdəti  pozulurdu) diqqəti  cəlb  edir. 

XII  əsrdə  demək  olar  ki,  istifadə  olunmayan  bu  Ģeir  növü  müsəlman  ġərqində  az 

tərəfdar qazan mıĢdı. 

Eynəlqüzat əl-Miyanəci (1131—ci ildə edam edilmiĢdir) nəinki fılosof panteist, 

habelə  istedadh Ģair, nasirkimi də tanınmıĢdı.  O,  min beytdən  ibarət Ģeirlər  toplusunun 

müəllifıd ir. 

Eynəlqüzat  "incə  zövqlü  Ģair,  Ģirin  ləhcəli  nasir"  kimi  yetiĢmə-sində  ailə 

ənənəsi  mühüm  rol  oynamıĢdı.  Onun babası  Əbülhəsən  Əli  ibn  əl-Həsən  ibn  Əli  əl-

Miyanəci  dövrün  ziyalı  Ģəxsiyyətlərin-dən  olmuĢ,  alim  və  Ģair  kimi  tanmmıĢdı; 

Həmədan  qazısı  olmuĢ  atası  Əbu  Bəkr  Məhəmməd  ibn  Əli  əl-Miyanəci  "fazil  və 

istedadlı bir Ģəxsiyyət" idi. 

Eynəlqüzat  "ġəkva  əl-qərib  ani-l-avtən  ilə  uləmə  əl-buldən"  ("Vətənindən 

ayrı  düĢmüĢ  qəribin  ölkələrin  alimlərinə  Ģikayəti")  adlı  məĢhur  risaləsi  o rta  çağ 

müsəlman  mədəniyyətində  bədii  nəsrin  nadir  incisi  hesab  edilir.  O  yazırdı:  "Vətən 

sevgisi  imandandır;  gizli  deyildir  ki,  vətənə  məhəbbət  insanın  fitrəti  ilə  qaynayıb-

qarıĢmalıdır". 

XI

 

əsrdə  Təbriz  ədəbi  mühitinin  yetiĢdirdiyi  Ģairlər  arasında  bəlkə  də  ən 



görkəmli  yeri  Azərbaycanda  farsdilli  Ģerin  ilk  gözəl  nü munələrini  yaradan  Qətran 

Təbrizi  (1012-1088)  olmuĢdur.  O,  Təbriz  yaxınlığındakı  ġadiabad  kəndində 

doğulmuĢ, erkən yaĢlarından Ģeirlər yazmıĢdır. 

XII


 

yüzilin  məĢhur Ģairi və ədəbiyyat tənqidçisi Nizami Əruzinin fikrincə, Ģah və 

soltanlar, hakimiyyətlərini möhkəmlətmək və nüfuzlarını xalqlar arasında artırmaq üçün 

öz  saraylarında  istedadlı  Ģairlər  saxlamalı,  onları  istədikləri  kimi  tərbiyələndirməli, 

həmin  Ģairlərin  dili  və  qələmi  vasitəsilə  öz  istək  və  arzularını  təbliğ  etməlidirlər. 

Mənbələr  artıq  XI  yüzilin  axırlarında,  demək  olar,  bütün  hökmdar  və  yerli  hakim 

saraylarında  Ģairlər  məclisinin  yığılması  haqqında  məlu mat  verirlər.  Saray 

ədəbiyyatının  geniĢ  intiĢar  tapdığı  bu dövrdə  Qətran  Təbrizi  də  əvvəlcə  Gəncədə, 

ġəddadilər  sarayında,  sonra  isə  Naxçıvanda,  naxçıvanĢah  Əbu  Duləfin  sarayında 

yaĢamıĢdır. Elə buna görə də onun yaradıcılığının bu dövründə hökmdarları mədh edən 

qəsidələr  daha  baĢlıca  yer  tuturdu.  Qətran  böyük  mədhiyyələr  toplusundan  baĢqa 

zəmanəmizədək  yetiĢməyən "Qövsnamə"  (və  ya  "QuĢnamə")  məsnəvisinin  və  "Ət-

Təfasir" ("Təfsirlər") adlı fars dilinin ilk izahlı lüğətinin müəllifidir. ġair özünün aĢiqanə 

və təbiət mövzulu lirik Ģeirləri ilə nəinki çağdaĢlarını, eləcə də sonrakı dövr oxucularını 

riqqətə gətirmiĢdir. Böyük sevgi hissi ilə vəsf etdiyi təbiət Qətranın ecazkar qələminin 

təsiri  altında  sanki  cana  gəlir.  Onun  qəsidələri  bədii  məziyyətlər  daĢımaqla  yanaĢı, 

tarixi  dərk  etmək  baxımından  da  əhəmiyyətlidir.  ġair  öz  qəsidələrində  zəmanəsinin 

hökmdarları  və  yüksək  mövqeli  adamları,  onların  qarĢılıqlı  münasibətləri  haqqında 

söhbət açır, Ģahidi olduğu tarixi-ictimai hadisələri yüksək sənətkarlıqla qələmə alır.  

Qətran Təbrizi fars dilində yazsa da əs ərlərində çoxlu doğma azərbaycan-türk 

söz  və  ifadələri,  zərbi-məsəlləri,  atalar sözləri  və s.  iĢlətmiĢdir.  Onlardan  "dağ"  (mal-



402 

 

qaraya  basılan  dağ  mənasında),  tağ  (dağ), ayaq  (qədəh), sürmə,  muncuq, tapança,  xıl 



(çox), tər (yaĢ, təzə), qar və s. bu kimi sözləri göstərmək o lar. 

XII  yüzilin  əvvəllərindən  baĢlayaraq  Azərbaycan  ədəbiyyatının  Əbül  Əla 

Gəncəvi,  Xaqani  ġirvani,  Fələki  ġirvani,  Ġzzəddin  ġirvani,  Mücirəddin  Beyləqani, 

Nizami Gəncəvi kimi dahi söz ustaları bu ədəbiyyatın zəngin xəzinəsinə yeni üslub, yeni 

Ģivə  gətirərək,  Gəncə  və  ġirvanda  fəaliyyət  göstərən  Azərbaycan  ədəbi  məktəbinin 

əsasını qoyurlar. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağlılığı, uzlaĢmanı təmsil 

edən,  Rudəkidən baĢlayaraq Firdovsi və  b. Ģairlər, o cümlədən  Qətran Təbrizi  tərəfindən 

inkiĢaf etdirilən farsdilli Ģerin Xorasan-Türküstan səpkisindən - üslubundan (səbkindən) 

fərqli olaraq yeni poetik "səbki təmtəraqi" adlı Azərbaycan üslubu yaradıldı. 

O  dövrün  möhtəĢəm  saraylarından  olan  ġirvanĢahlar  sarayında  hələ  X-Xl 

yüzillərdən fəaliyyət göstərən Ģairlər məclisinə XII əsrin ikinci rübündə doğma Gəncədən 

ġirvana  gəlmiĢ, böyük  istedad və  yüksək  əxlaq sahibi olan  44  yaĢlı  Əbül  Əla  Gəncəvi 

baĢçılıq edirdi. 

Qətran Təbrizinin yetirməsi olan bu Ģair ġirvanĢahlar sarayına  gəldikdən sonra 

burada  böyük  nüfuz  qazanmıĢ,  "məlik  əĢ -Ģüara"  -"Ģairlər  hökmdarı"  adını  almıĢdır. 

ġirvanın istedadlı və ziyalı gənclərini təĢkil etdiyi ədəbi məclisdə cəmləĢdirən Əbül Əla, 

onlardan Əfzələddin Xaqani, Fələki ġirvani, Ġzzəddin kimi "öz Ģairlik qüdrətini bilən və 

həyatda  görkəmli  yer  tutmaq  istəyən"  Ģairlərə  bir  tərəfdən  "saray  ədəbiyyatının 

tələblərini ödəyərək ĢirvanĢahların  adını  əbədiləĢdirməyi"  aĢılayır,  digər  tərəfdən  isə 

"insanpərvərliyi,  adəmiyyəti  təlqin  etməyə"  çalıĢırdı.  Lakin  Əbül  Əla  bu  iki  zidd 

anlayıĢları uzlaĢdıra bilmədi; buna görə onu ismaililərə, onların baĢçısı Həsən əs-Səbbaha 

meyil  göstərməkdə  təqsirləndirdilər,  yazdıqlarını  təhrif  etməklə  onu  ləkələməyə 

çalıĢdılar.  Həbsə  düĢmək  dərəcəsinə  çatmıĢ  Ģair  özünü  yalnız  məĢhur  "Qəsəmnamə" 

(and) qəsidəsi ilə qurtara  bildi.  

Ədəbi  irsindən yalnız  bir neçə Ģeri qalmıĢ  Əbül  Əla dövrünün hökmdarlarını 

vəsf etsə də, XI əsrin sonu, XII əsrin I yarısında epik janrı inkiĢaf etdirən böyük fars Ģairi 

Əbül Məcd Məcdud ibn Adəm Sənai  (1050-1140)  poeziyasının  mütərəqqi  ənənələri 

ilə  bağlı  olmuĢ,  Azərbaycan  ədəbiyyatında  ictimai-fəlsəfi  Ģerin  ilk  nümunələrini 

yaratmıĢdır. 

Əbül  Əladan  sonra  ġirvan  ədəbi  məktəbini  Ģairin  ən  savadlı  və  istedadlı 

Ģagirdi, kürəkəni Əfzələddin Xaqani (1126-1199) idarə etməyə baĢladı. Vaxtilə  məhz 

Əbül Əla, Xaqanini ġirvanĢah III Mənuçehrə (1120-1160) təqdim etmiĢ, ona "Xaqani" 

təxəllüsünü vermiĢdi. 

Xaqani  öz  yaradıcılığı  ilə  Yaxın  və  Orta  ġərq  xalqlarının  bədii  təfəkkür 

tərzində  yeni  bir  mərhələ  açdı.  Ensiklopedik  biliyə  malik  olub,  antik  və  müsəlman 

xalqlarının  yaratdığı  zəngin  mədəniyyəti,  fəlsəfəni,  eləcə  də  dövrün  baĢqa  elmlərini 

dərindən bilən Xaqani Ģeir sənətini elə b ir səviyyəyə qaldırdı ki, məddahanə məzmu-

nundan asılı olmayaraq, bu saray ədəbiyyatı monumental görkəm aldı.  Beləliklə, saray 

siyasətinin adi təbliğat vasitəsi olan məddahlıq Xaqani ifasında əzəmətli bir simfoniya 

təsiri  bağıĢlayırdı.  O,  dövrün  farsdilli  Azərbaycan poeziyasına  yeni  üslub, təmtəraqlı 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə