Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə193/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   189   190   191   192   193   194   195   196   ...   217

397 

 

Ġranlıların  köməyilə  hakimiyyətə  gəlmiĢ  Abbasilərin  öz  Xilafətlərini  Ġran 



mütləqiyyətinin davamı kimi qəbul etmələrini də həmin ənənələrin ilkin təntənəsi hesab 

etmək  olar.  Ġslamın  qələbəsinin  Ġran  millətinin  tarixi  məqsədi  olduğunu  təsdiq  edən, 

dövrün görkəmli mütəfəkkiri ət-Təbərinin tarixi əsərləri də məhz Ġran milli ənənəsinə 

xidmət edirdi. Onun davamçılarından olan Ġbn əl-Fəqih əl-Həmədani  Allahın  farsları 

peyğəmbər  soyu  olan  qüreyĢilərlə  bərabər  tutduğu  fikrini  irəli  sürürdü.  Ġran  və 

Mesopotamiyada sünni təriqətlərinin üstünlüyü Ģəraitində bu ideyaların Xilafət üçün elə 

bir  təhlükəsi  yox  idi.  Lakin  Abbasilərin  zəiflə məsi  nəticəsində  iranlı  Ziyarilərin  və 

xüsusilə  Buveyhilərin  Mərkəzi  və  Cənubi  Ġranda  hakimiyyəti  faktiki  olaraq  ələ 

keçirmələri  Ģiə  təriqətinə  mənsub  qüvvələrin  hakimiyyətə  gəlmələrinə,  sünni 

Abbasilərin  siyasi  uğursuzluğuna  səbəb  oldu.  Məhz  bu  zamandan  Azərbaycan 

ərazisində deyləmli  Salarilərin,  mənĢəcə  kürd olan  ġəddadilərin,  əsilləri  ərəb  olsa da 

artıq yerliləĢmiĢ Rəvvadilərin müstəqil hökmranlıq dövrləri baĢlanır; hələ IX əsrin 60-

cı illərində ġirvan və Layzanda hakimiyyəti ələ keçirmiĢ ərəb mənĢəli Məzyədilər də 

elə  bu  dövrdə günü-gündən  artan  irançılıq  ideyalarının,  eləcə  də  Ġran  sülalələrinin 

mərkəzdə əldə etdikləri siyasi üstünlüyün təsirilə iranlaĢdılar.  Hətta ġirvanĢahların ərəb 

adları obyektiv və subyektiv amillər üzündən fars adları ilə əvəz edildi. 

Ərəblərin  siyasi  hakimiyyətinə  qarĢı  atılmıĢ  bu  addımlar  mənĢələrini 

bilavasitə Sasanilərlə, o cü mlədən Bəhram  Çubinlə bağlayan yerli hakim sülalələrin 

öz  əzəmətli  keçmiĢlərinə  -  soyköklərinə  qayıtmaq  əzmi  ilə  daha  da  qüvvətləndi. 

Lakin  Bağdadda  iqamət  quran  Buveyhi  əmirlərinin  ərəb  ədəbiyyatına  və  elminə 

himayəçilik  et mə ləri  ərəb-müsəlman  mədəniyyətinin  tərkib  his sələrindən  olan 

ərəbdilli ədəbiyyatın yerlərdə hələ uzun müddət yaĢamasına səbəb oldu; insanın daha 

intim, daha qəlbi duyğularının ifadəsini özündə əks etdirən Ģeir sənətinə yol tapa bilmiĢ 

fars dili xüsusilə elmi əsərlərdə ərəb dilini əvəz edə bilmədi.  

Xilafətin  zəifləməsi  QoĢqarda  ilk  türk-islam  dövləti  yaradan  Qaraxaniləri  də 

Ġran  "Ģuubiyyə"  hərəkatının  açdığı  yola  cəlb  etdi.  Bu  dövlətin  təsisçisi  Əbdülkərim 

Satuq  Buğra  Qaraxan  soğdi  dili  və  mədəniyyəti  yerinə  türk  dili  və  mədəniyyətinin 

əsasını  qoydu.  XI  əsrin  70-ci  illərinin  əvvəlində  Balasaqunlu  Yusifin  (1017-1077) 

Firdovsinin  "ġahnamə"sinə  cavab  olaraq yazdığı  və  artıq o  zaman  "ġahnameyi-türki" 

adlanan "Qutadqu bilik" ("XoĢbəxtliyə aparan elm") əsəri dövrün türk ziyalısının milli 

Ģüurunun oyanmasını nümayiĢ etdirdi. 

Lakin  geniĢ  xalq  kütləsi  arasında  türkdilli  folklorun  yayıldığı  (bunu  dövrün 

arxeoloji abidələrində tapılan əĢyavi materiallardakı bəzi Ģeir nümunələri də təsdiq edir), 

"ta qədimdən  türklərin yaĢadığı" Azərbaycan ərazisində  mövcud hakim  dairələrin tarixi 

obyektivlik  üzündən  irançılığa  daha  artıq  meyil  etmələri  türk  dilini  bu  dövrdə  türk 

xalqlarının ümu mi ədəbi dilinə çevirə bilmədi. 

1055-ci ildə Xilafətdə siyasi hakimiyyəti Ģiə Buveyhilərin əlindən almıĢ sünni 

Səlcuqilər  xəlifəni  Ģiələrin  hökmranlığından  qurtarsalar  da,  indi  də  özləri  siyasi 

hakimiyyətə sahib oldular. Lakin  mənĢəcə oğuz türkü  olan  Səlcuqilərin hökmranlığı heç 

də  türk  dilini  ədəbi,  o  cümlədən  rəsmi  dilə  çevirmədi.  Tədqiqatçılar  (Y.Bertels, 




398 

 

Z.Bünyadov və b.) bu dövrdə Xorasandan Kiçik Asiyayadək böyük bir ərazidə fars dilinin 



daha  da  möhkəmlənməsi səbəbini "yalnız  yürüĢlər və  vergi  toplamaq  qayğısına  qalan" 

səlcuq soltanlarının "savadsızlığı"  və  "öz  sələflərinin  yalnız  farslardan  ibarət  məmur-

larına arxalanmalarında" görürlər. Ənənəyə görə, o dövrdə vəzir  vəzifəsi Bərməkilərdən 

tutmuĢ  məĢhur  Nizamülmülk  və  onun  xələflərinədək  yalnız  Ġran  mənĢəlilərin  əlində 

idi. 

Beləliklə, tarixi Ģəraitin özü fars dilini XIV əsrədək "bir çox xalqların müĢtərək 



bədii  dili" etdi;  Azərbaycanda  həm  əhalinin  çox  hissəsinin, "həm  də  hakim  dairələrin 

danıĢıq  dili  və ünsiyyət  vasitəsi  doğma  türk  dili  olmasına  baxmayaraq,  fars  dili  Ģeir, 

bədii və elmi nəsr sahəsində hakimlik" etməyə baĢladı.  

Dövrümüzə  XI-XII  əsrlərdə  yazıb-yaratmıĢ  Ģair  və  mütəfəkkirlərin 

Azərbaycan-türk  dilində  qələmə  aldıqları  heç  bir  əsər  yetiĢməsə  də,  mənbələrin 

məlu matı  belə  əsərlərin  mövcudluğunu  təsdiq  edir.  XI  əsrdə  Məsud  ibn  Namdarın 

ərəb  və  fars  (əcəmi)  d illəri  ilə  yanaĢı,  türkcə  və  zimmicə  (yəni  yerli  dildə,  ço x 

güman,  albanca)  Ģeirlər  yazması  haqqında  olan  məlu mat  buna  sübutdur  ("va 



yunazzimu arabiyyətən va acəmiyyətən va turkiyyətən va zimmiyyətən "). 

Dövrün  Ģairlərinin  türk  dilində  yazıb-yaratmalarına  dəlalət  edən 

amillə rdən  biri  də  "Leyli  və  Məcnun"  əfsanəsini  dahi  Niza miyə  s ifariĢ  vermiĢ 

ĢirvanĢah  Axsitanın  Ģairin  bu dastanı  "fars  və ərəb  dili  bəzəyi  ilə,  təzə  gəlin  kimi 

bəzəməsi"  istəyidir.  "Kitabın  nəzminə  səbəb  haqqında"kı  fəsildə  "Ģahın  halqası" 

qulağına  keçirilmiĢ  Nizami,  hökmdarın  "türk  sifəti  bizim  vəfamız  (əlaməti)  deyil. 

Türkəvara  deyilmiĢ  söz  bizə  layiq  deyil.  O  adam  ki,  yüksək  nəsəbdən 

doğulmuĢdur,  ona  yüksək  s öz  lazımdır"  -  iradını  qeyd  edir  və  yalnız  oğlu 

Məhəmmədin  məsləhətindən sonra Ģahın əmrin i yerinə yetirməyə razılıq verir. Onu 

da  qeyd  edək  ki,  A xsitanın  Nizamiyə  türkcə  deyil,  farsca  (və  ya  ərəbcə)  yazmaq 

buyuruğu  bir  tərəfdən  onun  türk  dilli  Ģeirlərin in  olduğuna  dəlalət  edirsə,  digər 

tərəfdən də Ģairin milliyyətcə türk-azərbaycanlı olduğunu bir daha təsdiq edir. 

Mənbələrdən  görünür  ki,  Azərbaycan-müsəlman  mədəniyyətinin 

nümayəndələri  bu  dövrdə,  hələ  VIII-IX  əsrlərdə  yaranmıĢ  ərəbdilli  poeziyanı  da 

inkiĢaf  etdirir,  ö z  əsərləri  ilə  ġərq  mədəniyyətini  zənginləĢdirird ilər.  Əvv əlki 

dövrdə olduğu kimi, bu dövrdə də azərbaycanlı  mütəfəkkir, alim və Ģairlərdən bir 

çoxu  Yaxın  və  Orta  ġərq in  mədəni  mərkəzlərində  -  Bağdadda,  Qahirədə,  Ġsgən-

dəriyyədə,  Bu xarada,  Səmərqənddə,  NiĢapurda  və  b.  təhsil  alır,  fəaliyyət 

göstərirdilər.  Mənbələr  Təbriz,  ġamaxı,  Gəncə,  Bey ləqan  və  b.  Ģəhərlərdə, 

ġirvanĢahların,  ġəddadi  və  Səlcuq  əmirlərinin  saraylarında  ərəb  dilində  Ģeirlər 

yazan  Ģairlərin  toplandığını,  bu  Ģəhərlərdə  (məsələn:  Məsud  ibn  Namdarın 

məlu matına  görə,  Gəncədə,  Beyləqanda)  Ģeir  yarıĢlarının,  məclislərin in 

keçirildiy ini xəbər verirdilər. 

Mənbələr  XI  əsrin  sonunda,  ġirvanĢah  I  Fəribürzün  sarayında  ona  ərəb 

dilində  mədhlər  yazan  Ģairlərin  toplandığını  da  qeyd  edirlər.  Maraqlı  burasıdır  ki, 

bu saray Ģairləri arasında yalnız yerli azərbaycanlılar deyil, baĢqa millətdən olanlar 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə