391
§ 5. ELM
XI-XII əsrlərdə bütün müs əlman ġərq ində olduğu kimi Azə rbaycanda da
elm və ədəbiyyat yüksək in kiĢaf səviyyəsinə çatmıĢdı. Bu dövrdə iri paytaxt
Ģəhərləri olan Təbrizdə, ġamaxıda, eləcə də Bakıda, Gəncədə, Beyləqanda,
Naxçıvanda ġirvanĢahların, Eldənizlərin və digər hökmdarların saraylarında
dövrün ən tanınmıĢ elm xadimləri himayəçilik Ģəraitində fəaliyyət göstərmiĢ, elmin
mü xtəlif sahələrində müvəffəqiyyətlər qazan mıĢdılar. Onu da qeyd etməliyik ki,
elmin hələ də xüsusi sahələrə ayrılmadığ ı bu dövrdə yalnız e lmi biliklərin bütün
məcmusuna sahib olanlara alim adı verilird i. Y.Bertels belə mütərəqqi Ģəxslər
sırasında Nizami Gəncəvinin adını xüsusi çəkir. Onun yazdığ ına görə, "Nizami öz
dövrünün biliklərinin bütün məcmusuna sahib idi. Fəls əfi ədəbiyyatla, astrono-
miya və astrologiya ilə, coğrafiya və kosmoqrafik ədəbiyyatla, müəyyən dərəcədə
riya ziyyat, fizika və kimya ilə tanıĢ olmuĢdu. Onun əsərlərində ço x qiy mət li t ibbi,
bioloji, təbii-elmi məlu matlara təsadüf olunur".
XI-XII əsrlərdə Azə rbaycan xalq ı dünya mədəniyyəti xə zinəsinə öz
əsərləri ilə elmin sonrakı inkiĢafında görkəmli ro l oynamıĢ bir sıra parlaq alim-
ədəbiyyatçı, filosof, hüquqĢünas, tarixçi, riyaziyyatçı, astronom, coğrafiyaçı
vermiĢdir. Bunla rdan, zə manəsinin mütərəqqi mədəni nailiyyətlərin i mənimsə miĢ
görkəmli alim Fəridəddin ġirvani 30 il astronomiya ilə məĢğul olmuĢ və bir neçə
ulduz cədvəli tərtib etmiĢdir. Azərbaycanda bu dövrdə astronomiyanın inkiĢafını
Örənqalada aparılmıĢ arxeoloji qazıntılar zamanı aĢkar edilmiĢ, üzərində
planetlərin hərəkət dairəsi və yerdəyiĢmə yolları cızılmıĢ dairəv i gil lövhəcik də
təsdiq edir.
Dövrün mənbələri XI-XII yü zillərdə təbabət sahəsində dərin biliyə malik
loğman həkimlər haqqında da məlu mat verir. ġamaxı yaxınlığ ındakı Məlhəm
kəndində "Mədrəseyi-tibb" (Tibb mədrəsəsi) və müalicəxana açmıĢ Kafiəddin Ömər ibn
Osman (Xaqaninin əmisi olub) mədəniyyət tariximizə həm bilici həkim, həm də gör-
kəmli filosof kimi daxil olub. Ġnsanı təbiətin ali məxluqu sayan Kafiəddin idrakın və elmin
qüdrətinə inanır, Ģagirdlərinə biliklərə yiyələnməklə yanaĢı, dərin müĢahidəçilik, təcrübəyə
və fakta inam aĢılayırdı.
ġirvanĢah III Mənuçehrin dövründə ġirvanda ad çıxarmıĢ məĢhur həkim
Mahmud xocanın, Xaqanini ağır xəstəlikdən müalicə etmiĢ, "ġirvanın Ģərəfi", "həkimlərin
Ģan-Ģöhrətlisi" RəĢidəddinin adları da əsrləri adlayaraq bu günümüzə yetiĢmiĢdir.
Belə həkimlərdən biri də, Zəkəriyyə əl-Qəzvininin verdiyi məlumata görə,
atabəy Özbəyin Ģəxsi həkimi Cəlaləddin Təbib olmuĢdur. Atabəyin bu həkim haqqında
dediyi sözlər onun sənətinə verilən ən yüksək qiymət hesab edilə bilər: "Mənim həyatımı
saxlayan bu adamdır. O, yalnız artıq xəstələnmiĢlərin möcüzəli Ģəfavericisi deyil. O,
xəstəliyin gizli çağında diaqnozu müəyyənləĢdirir və hazırladığı cüzi dərmanla xəstəni tamam
müalicə edir. Onun gəliĢi adamlara böyük xeyir verirdi, ondan sonra onun kimisi olmayıb".
392
XII yüzildə Təbrizin məĢhur həkimlərindən olan Mühzəbəddin Təbrizinin "Əl-
Muxtar" və "Kitabi tibb əl-Camali" əsərlərində bir çox xəstəliklərin müalicə yolları
nəzərdən keçirilir. Mahmud ibn Ġlyas isə təbabət elminə həsr etdiyi əsərində əczaçılıq və
mü xtəlif xəstəliklərin müalicə prinsipləri haqqındakı bütün məlumatı ümumiləĢdirmiĢdi.
Kitabda adları çəkilən dərmanlar əlifbaya görə düzülmüĢdür.
Ən görkəmli həkimlərdən biri də Mövlana Cəlaləddin ər-Ruminin yaxın dostu və
müalicə həkimi Əkmələddin Naxçıvani olmuĢdur. Orta çağ müəlliflərindən biri onu
"həkimlərin ağası, dünya həkimlərinin rəisi" və baĢqa təmtəraqlı ləqəblərlə təqdim
etmiĢdir. Naxçıvanın tanınmıĢ təbiblərindən biri də Fəxrəddin Əbu Abdullah Əh məd ibn
ƏrəbĢah ibn Əli ibn Cəbrayıl ən-Naxçıvani idi.
O dövrdə Azərbaycanda fəaliyyət göstərən əcnəbi həkimlər də var idi;
bunlardan biri, islamı qəbul etmiĢ, görünür milliyyətcə yəhudi olan Samuil ibn Yəhya
ibn Abbas əl-Məğribi əl-Əndəlus; idi. Mənbələrin (əl-Qifti, Ġbn əl-Ġbri) məlumatına görə,
"o, atası ilə ġərqə (Bağdada) gələrək, burada müvəffəqiyyətlə həkimlik edirdi. Samuil
tibbə aid kitabların müəllifidir. Sonradan o, Azərbaycana köçür və Pəhləvan
xanədanına və onun dövlətinin əmirlərinə xid mət göstərir. O, Marağa Ģəhərində
yaĢayır, burada ailə qurur və övlad yetiĢdirir. O, 570 (1174)-ci ildə Marağada vəfat
edir".
Azərbaycanda fəaliyyət göstərən görkəmli həkimlərdən biri də Bağdaddan
buraya köçmüĢ, Ġbn Habal adı ilə məĢhur olan Əli ibn Əhməd Əbu-l-Hüseyn idi. Ġbn əl-
Ġbrinin verdiyi məlu mata görə o, uzun müddət Azərbaycanda həkimlik etmiĢ, 619
(1222)-cu ildə burada vəfat etmiĢdi.
Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu xeyli əsər də
yaradılmıĢdı. Lakin həmin əsərlərin çoxu zəmanəmizə çatmamıĢdır. Hərtərəfli bilik
sahibi olan Fəxrəddin Əbülfəzl Ġsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı
irihəcmli "Tarixi-A zərbaycan" ("Azərbaycan tarixi") adlı əsəri də dövrümüzə
yetiĢməyən əhəmiyyətli əlyazmalarındandır. Mənbələrdən məlum olur ki, alim,
Bağdaddakı "Nizamiyyə" mədrəsəsində mühazirələr oxu muĢ, 580 (1185)-ci ildə
Təbrizdə vəfat etmiĢdir. Onun haqqında bəhs edən Ġbn əl-Fuvati yazırdı: "Mən
Təbrizdə sözün tam mənasında görkəmli olan Ģəxs barədə soruĢduqda, mənə Ġbn əl-
Musannanı niĢan verdilər. Mən soruĢdum: ikinci belə bir adam varmı? Onlar cavab
verdilər: O, bircə dənədir və ikincisi yoxdur".
Bu dövrdə elmin və mədəniyyətin inkiĢafına dövlət səviyyəsində verilən
düzgün istiqamət böyük Səlcuq dövlətinin hər yerində olduğu kimi, Azərbaycanda da
mədəniyyətin inkiĢafı üçün əlveriĢli Ģərait yaratmıĢdı. Səlcuqilərin məĢhur vəziri
Nizamülmülkün bu sahədə atdığı addımlar xüsusilə təqdirəlayiqdir. BaĢ verən dini müna-
qiĢələrin, eləcə də Fatimilərin yaydıqları Ģiəlik təsirinin qarĢısını almaq üçün Səlcuq
hökmdarlarının savadlı alimlərə ehtiyacı var idi. Müasir ərəb tədqiqatçısı Əbul-Hadi
Məhbubənin yazdığına görə, Nizamülmülk "öz əleyhdarlarını zəif salmaq üçün
silahdan əlavə, elmdən də istifadə edir, saysız-hesabsız dini təriqət və məzhəblərin
təliminə qarĢı sünniliyin təlimlərini irəli sürərək, onlara qarĢı dini-ideolo ji mübarizə