393
cəbhəsini açırdı".
Bu məqsədi həyata keçirmək üçün Səlcuq hökmdarları bir çox Ģəhərlərdə
mədrəsələr açdırmıĢ, dövrün məĢhur alimlərini bu elm və bilik ocaqlarına cəlb
etmiĢdilər. Mənbələrdə Azərbaycan Ģəhərlərində də belə mədrəsələrin açıldığı, bunlar
üçün xüsusi binalar tikildiyi haqqında məlu mat vardır. Bu mədrəsələr adətən onların
əsasını qoyanın adını daĢıyırdılar. 1127-ci ildə Xoyda Əbu-r-Ruh əl-Fərəc ibn Abdallah
ibn Xələf əl-Xuveyyinin tikdirdiyi mədrəsə onun adı ilə (əl-Fərəc əl-Xuveyyi mədrəsəsi)
tanınırdı. Tarixçi Ġbn əl-Fuvati XI-XII əsrlərdə Marağada açılan üç mədrəsənin adını
qeyd edir: "Əhmədağa" mədrəsəsi, "Atabəkiyyə" mədrəsəsi və "əl-Qadi" (Qazı)
mədrəsəsi.
1067-ci il sentyabrın 22-dən Bağdadda Nizamülmülkün bilavasitə təĢəbbüsü ilə
açılmıĢ "Nizamiyyə" mədrəsəsi dövrün ən baĢlıca elm ocağı - "universiteti" hesab
edilirdi. Mədrəsənin tikintisi baĢa çatan kimi Nizamülmülk bu dövrdə artıq dərin bilikli
mötəbər bir alim kimi tanınan azərbaycanlı Xətib Təbrizini mədrəsə kitabxanasının müdiri,
eyni zamanda, akademik Ġ.Y.Kraçkovskinin təbirincə desək, onun ədəbiyyat kafedrasının
"professorı:" təyin edir.
Mütəxəssislərin "ġərqdə təĢkil edilən ilk mükəmməl universitetlərdən birincisi"
hesab etdikləri "Nizamiyyə" mədrəsəsində dərs deyən bir çox görkəmli alimlər içərisində
Xətib Təbrizidən baĢqa digər azərbaycanlı alimlər də vardı. Bunlardan yuxarıda adını çəkdi-
yimiz, bəlkə də ilk "Azərbaycan tarixi" kitabının müəllifi Ġsmayıl ibn əl-Musanna ət-
Təbrizini, alim-ədib, "Nizamiyyə"dən baĢqa Həmədan və baĢqa Ģəhərlərdəki
mədrəsələrdə dərs demiĢ, 1160-cı ildə Mərvdə vəfat etmiĢ gəncəli Əbu Hafs Ömər ibn
Osman ibn ġueyb əl-Cənzini, məĢhur alim, bir çox əsərlərin müəllifi (onun "əl-Hasil" adlı
əsərinin əlyazması indi də Paris Milli Kitabxanasında saxlanılır), 1225-ci ildə vəfat etmiĢ
Tacəddin Əbu-l-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdallah əl-Urməvini, məĢhur
Ģəriət alimi, sonralar Qahirəyə köçərək, burada "ən-Nasiriyyə əs-Salihiyyə"
mədrəsəsində də dərs demiĢ Əmin əd-Din Müzəffər ibn Əbu Məhəmməd ibn Ġsmayıl
ibn Əli ət-Təbrizini (1163-1225). Bağdadda "əl-Kəmaliyyə" mədrəsəsində də dərs deyən
Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbilini (öl. 1228), monqollar
Bağdadı iĢğal edərkən (1258) həlak olmuĢ məĢhur alirn Kəvaməddin Əbu Nəsr Yunis ibn
Mənsur ibn Ġbrahim əĢ-ġirvanini və baĢqalarını göstərmək o lar.
Özlərinin yüksək bilik və mədəniyyətlərinə görə dövrün tanınmıĢ Ģəxsiyyətləri
sırasında orta çağın müxtəlif təzkirələrinə və tarixi əsərlərinə düĢmüĢ bu alimlər
içərisində təbrizli alim Əbu Zəkəriyyə Yəhya ibn Əli (Xətib Təbrizi) xüsusi yer
tutur. Ömrünün sonunadək, təxminən 40 il elmi-pedaqoji fəaliyyətlə məĢğul olan,
ġərq xalq larının mədəniyyəti tarixinə ədəbiyyat və dilçiliyə aid onlarla əsərin,
gözəl Ģeirlərin müəllifi kimi daxil olan bu görkəmli alim əldə etdiyi bütün uğurlara
elmə olan son dərəcə böyük həvəsi, iradə və mətanəti sayəsində çatmıĢ dı. XIII
yüzilin görkəmli tədqiqatçısı Yaqut, Xətib in bu gün də çoxlarına örnək ola biləcək
bu xüsusiyyətini - elmə sonsuz sevgisini belə təsvir edirdi: "Nağ ıl edirlər ki, onun
Əbu-l-Əla əl-Məərrinin yanına səfər etməsinin səbəbi odur ki, o, Əbu Mənsur əl-
394
Əzhəri əl-Məərrinin "Kitab əttəh-zib fi-l-lüğə" ("Dildə düzəliĢ kitabı") ad lı əsərini
əldə etmiĢdi. Kitabı torbaya qoyub, çiyninə ataraq Təbrizdən əl-Məərrə [Ģəhərinə]
aparır. Onun min ik tutmaq üçün pulu yox idi. Kürəklərindən axan tər kitabları
isladır. Bu nüsxə Bağdadın kitab xanalarından birində mövcuddur. Hadisədən
xəbəri olmayanlar ona baxdıqda, suya düĢdüyünü zənn edirlər. Halbuki bu, yalnız
Xətibin təridir".
Xətib Təbrizi ço x zəngin və universal yaradıcılıq yolu keçmiĢ alim id i.
Onun əsərlərində dilçiliy in, tarixin , folklorun, etnoqrafiyanın, məntiqin,
ilah iyyatın, fəlsəfənin bir ço x məsələləri nəzərdən keçirilir. Bir ədəbiyyatĢünas
kimi o, bədii əsərlərin Ģərhi və təhlili prosesində həmin alimlərin uğurlarından da
bəhrələnmiĢdir.
Xətib Təbrizi fo rma mü kəmməlliyi və məzmun gözəlliyin in vəhdəti
ideyası ilə ġərq ədəbiyyatĢünaslığında cəsarətlə çıxıĢ et miĢ, bu məsələn in elmi
həllini vermiĢdi. Onun fikrincə, tənqid məsələləri ilə məĢğul olan hər bir alim,
elmin mü xtəlif sahələrinə aid biliklərə sahib olmalıdır; o, ədəbiyyatĢünaslıq
sahəsində yüksək nəzəri hazırlığa malik olmaq la yanaĢı dilçilik, tarix, etnoqrafiya,
folklor, ilahiyyat, fəlsəfə məsələlərindən də baĢ çıxarmalıdır. Xətib Təbrizi "Əbu
Təmmamın divanına dair Ģərh" əsərinin giriĢ hissəsində belə nəticəyə gəlmiĢdir ki,
tənqidçi öz sələ flərin in əsərlərin i diqqətlə öyrən məli, onlardan müs bət cəhətləri əxz
etməli, onların səhv və qüsurlarını təkrar etməməlid ir. Alim ədəbi tənqidi yüksək
qiymətləndirir, onun poeziyadan da çətin iĢ olduğunu qeyd edirdi. O yazırdı ki,
"Ģerləri tənqid etmək onlan yazmaqdan çətindir". Onun fikrincə, tənqidçinin baĢlıca
vəzifəsi zahiri süjetlərə aludə olmaq deyil, Ģairin mü xtəlif mənalı ifadələr arxasında
gizlən miĢ ən səmimi düĢüncələrinin aĢkara çıxarılması, daxili məzmunun
aydınlaĢdırılması olmalıdır. Xətib Təbrizi, Ģeirləri Ģərh edərkən yalnız ədəbiyyatçı kimi
deyil, müdrik mütəfəkkir kimi də çıxıĢ edir, ədəbiyyatı xalqın ağlına və təfəkkürünə təsir
vasitəsi kimi qiy mətləndirirdi.
XII yüzildə yaĢamıĢ azərbaycanlı alim Əbülfəzl HübeyĢ ət-Tiflisi elmi fikrin
inkiĢafında mühüm rol oynamıĢdır. O, ərəb leksikoqrafiyası sahəsində böyük elmi-
tədqiqat iĢi aparmıĢdır. Alim ərəb-fars izahlı lüğətlərini tərtib etmiĢdir.
Digər alim - ġəmsəddin Əbülabbas Əhməd ibn Xəlil əl-Xuveyyi (1187-1240)
Yaxın və Orta ġərq ölkələrində dilçi, ədəbiyyatçı, fəqih, filosof və təbib kimi tanınmıĢdı. O,
öz səyahətləri zamanı soltan Ġsa ibn Əbu Bəkr ibn Əyyubun təklifilə DəməĢqə dəvət
edilmiĢ və "Adiliyyə" mədrəsəsində müəllimlik etmiĢdi. Alim "Kitab fi-l üsul" ("Üsul
haqqında kitab"), "Kitab fənn ən-nəhv" ("Sintaksis kitabı"), "Kitab yəĢtəmilu alə rumuz
əl-hikmiyyə" ("Fəlsəfı rəmzləri əhatə edən kitab") adlı əsərlərin müəllifidir.
XII əsrin I yarısında yaĢamıĢ Yusif ibn Tahir Əbu Yəqub əl-Xuveyyi orta
əsrlərin ərəbdilli Ģərhçilik ədəbiyyatında görkəmli yer tutur. Onun 1146-cı ildə baĢa
çatdırdığı "ġərh ət-tənvir" əsəri müəllifin yaĢayıb-yaratdığı dövrün elmi fikrinin parlaq
nümunəsidir. Yusif ibn Tahir bu əsərində hər Ģeydən öncə böyük ərəb Ģairi və
mütəfəkkiri Əbu-l-Əla əl-Məərrinin poetik irsinin tədqiqatçısı - incə ruhlu ədib kimi