395
çıxıĢ etmiĢdir. "ġərh ət-tənvir"də irəli sürülmüĢ ideyalar biliyin müxtəlif sahələrini əhatə
edir. Tədqiqatçının poeziya və ədəbi tənqid sahələrindəki yaradıcı mülahizələri xüsusi
əhəmiyyət kəsb edir. Yusif ibn Tahir təbabət, psixologiya, astronomiya və bir qədər
həndəsə ilə də məĢğul olmuĢdu.
XII-XIII yüzillərdə keçmiĢ Alban dövlətinin iri feodal mülklərindən biri olan
Xaçın (Arsax) məlikliyinin yenidən dirçəlməsi, XIII yüzilin əvvəllərində dövrün
görkəmli siyasi və mədəni xadimi Həsən Cəlalın hakimiyyətə gəlməsi, alban
mədəniyyətinin, o cümlədən alban ədəbiyyatının yeni inkiĢaf yoluna daxil olmasına
gətirib çıxartdı. Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu zaman artıq mədəni-ideoloji
cəhətdən erməniləĢmiĢ alban kilsə xadimləri öz ədəbiyyatlarını qədim erməni dilində
yaratmağa baĢladılar. Məhz bu xadimlər V-X əsrlərdə alban dilində yazılmıĢ əsərləri
qədim erməni dilinə çevirdilər. Təsadüfi deyil ki, Moisey Kalankatlının dövrümüzə
qədim erməni dilində çatmıĢ "Alban tarixi" əsərinin ən erkən əlyazması XIII əsrə
aiddir. Lakin əhali hələ uzun müddət özünü alban etnosu sayırdı, belə ki,
qriqoryanlaĢdırılmıĢ olsa da alban mədəni-siyasi ənənələrini hələ də qoruyub saxlayan
müstəqil alban kilsəsi mövcud idi.
Alban özünüdərkinin vüsət tapdığı bu dövrdə xristian albanlar üçün onların
həyatlarının bütün tərəflərini tənzimləyə biləcək hüquqi sənədin yaranması zərurəti
meydana çıxdı. Bu sənədin köməy ilə onlar nəinki yad dini-siyasi təsirə, eləcə də ideya
baxımından baĢqa xristian kilsələri ilə birləĢməyə müqavimət göstərə bilərdilər. Bu
zərurət alban mədəniyyətinin görkəmli xadimi olan Gəncə sakin i M xitar QoĢun
(1130-1213) Albaniya katolikosu III Stepannosun xahiĢi ilə "Datasnagirk"
("Qanunnamə) əsərini yazmasına səbəb oldu. Müəllif əsəri yazarkən ġərqi Roma
imperiyası qanunlarını, Moiseyin qanunlarını, eləcə də alban kilsə kanonlarını mənbə
kimi əsas götürmüĢdü. Azərbaycan tədqiqatçıları (Z.M.Bünyadov, F.Məmmədova) bu
"Qanunnamə"ni ermənilərə aid edən müasir erməni alimlərinin iddialarını tutarlı
dəlillərlə rədd edir, onu məhz albanlar üçün qrabarda (qədim erməni dilində) yazılmıĢ
alban ədəbiyyatı abidəsi hesab edirlər.
Gəncədən keçərək Xaçına gələn Mxitar buradakı Getik monastırında
yaĢamağa baĢlayır və monastırı dağıdan zəlzələyədək Getikdə qalır. Bundan sonra Xaçın
knyazı Vahtanqın və onun yaxın adamlarının köməyilə Nor Getik (QoĢavəng - "QoĢun
monastırı" da adlandırılırdı) monastırının və oradakı məktəbin əsasını qoyur, buranı
həm Albaniyanın, həm də Ermənistanın maarif ocağına çevirə bilir. QoĢavəngə yalnız
oxu maq üçün deyil, öz biliklərini təkmilləĢdirmək üçün də axıĢıb gəlirdilər. M xitar
QoĢ ömrünün sonunadək bu monastırda qalmıĢ və 1213-cü ildə burada vəfat
etmiĢdir. Elə burada da o, "Alban salnaməsi", eləcə də dini mövzulu "Qandzaklı
(Gəncəli) Xosrovun müsibəti" əsərlərini qələmə almıĢdır.
"Alban salnaməsi"ni yazarkən müəllif, Dasxuransi-Kalankatlının yazdığı tarixi
davam etdirməyi, 1130-1162-ci illərdə - Səlcuq hakimiyyəti illərində baĢ verən
hadisələri iĢıqlandırmağı nəzərdə tutsa da, müəyyən səbəblər üzündən əsəri yarımçıq
qoymalı olmuĢdu.
396
Alban ədəbiyyatının digər tanınmıĢ nümayəndəsi Gəncəli Kirakos 1201-ci
ildə doğulmuĢ, 1272-ci ildə vəfat etmiĢdir. Mxitar QoĢun yetiĢdirməsi Vanakan ın
Ģagirdi olan Kirakos ömrünün çox hissəsini QoĢavəngdə (Nor Getikdə) keçirmiĢ,
yazdığı "Tarix" əsəri ilə Cənubi Qafqaz xalqlarının XIII yüzilin I yarısına aid
tarixinə qiy mətli faktlar əlavə etmiĢdir. 66 fəsillik bu əsərin 22 fəsli bilavasitə
Ermənistana, 18 fəsli Albaniyaya, 7 fəsli Gü rcüstana aid edilmiĢ, qalan fəsillərdə
isə hər üç Qafqaz xalqı üçün ü mu mi dini məsələlərə to xunulmuĢdur.
Bütün deyilənlər, XI-XII əsrlərdə Ģimallı-cənublu Azərbaycan ərazisində
elmin sürətli inkiĢafın ı, onun mü xtəlif sahələrinə dair onlarla əsərlərin yazıldığ ını,
bu əsərlərin əsasən dövrün elm dili olan ərəb d ilində qələmə alındığın ı, Azərbaycan
alimlərin in Yaxın və Orta ġərq müsəlman mədəniyyətinin inkiĢafında tutduqları
əvəzedilməz və əhəmiyyətli mövqelərin i açıqlay ır. Elmin, mədəniyyətin bu
inkiĢafı, sözsüz ki, ö lkən in sosial-iqtisadi vəziyyətinin və Ģəhər mədəniyyətinin
ümu mi yüksəliĢi ilə bilavasitə bağlı idi.
§ 6. ƏDƏBĠYYAT
X-XII əsrlər ərəb-müsəlman mədəniyyətinin, o cümlədən onun mühüm
tərkib hissəsi olan ədəbiyyatın tarixində ən məhsuldar dövrlərdən biri kimi
qiymətləndirilir. Bu mədəniyyətin yaradıcılarından olan Azərbaycan ziyalıları b ir
çox sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də böyük nailiyyətlər qazan mıĢ,
ərəb və fars dillərində yazdıq ları elmi-bədii əsərlərlə dövrün ümu mmüsəlman
mədəniyyətini ən yüksək səviyyəyə qaldıra bilmiĢdilər.
VIII-IX əsrlər ədəbiyyatında geniĢ vüsət tapmıĢ şuubilik -"xalqç ılıq"
mey illəri Xilafətin ayrı-ayrı vilayətlərə - siyasi baxımdan müstəqil dövlətlərə
parçalan ması ilə bu dövrdə daha da möhkəmlənnıiĢ, vaxtı ilə Sasanilərin
tabeliyində olan ərazilərdə, o cümlədən Azərbaycanın bir sıra bölgə lərində,
ərəblərəqədərki "ədalətli" cəmiyyətə baĢ çılıq edən Ġran Ģahların ın nüfuz və qüdrəti
haqqında xülyalar yenidən dirilmiĢ, Ġran tarixinə, Ġran ədəbiyyatına, Ġran-fars dilinə
aludəçilik artmıĢdı. X əsrin ikinci yarısında iranlı Buveyhilərin Bağdadı ələ
keçirmələri ilə Abbasilərin zahiri siyasi hakimiyyətinə son qoyulması, eləcə də
Buveyhilərin Ġran mütləqiyyətini diriltmək cəhdləri irançılıq ideyalarının daha da
geniĢlənməsinə və möhkəmlənməsinə səbəb olmuĢdu. Bu ideyaların Ġran Ģairi Firdov -
sinin (934-1024) "ġahnamə" poemasında öz ifadəsini tapmıĢ təntənəsi xüsusilə
poeziyada fars dilinin ərəb dilinə üstün gəlməsi prosesini gücləndirmiĢ, yeni farsdilli
ədəbiyyatın yaranmasına, dövlətçilikdə irançılıq ənənələrinin artmasına təkan verən
amillərdən olmuĢdu.