Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə196/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   192   193   194   195   196   197   198   199   ...   217

403 

 

obrazlar,  parlaq  təĢbehlər,  ifadələr,  bədii  təsvir  vasitələri,  çətin  rədif  və  qafiyələr, 



nadir sözlər və termin lər, söz oynatmaları gətirib, Ģeir sənətində söz sənətkarlığı kimi 

estetik bir konsepsiya yaratdı. 

Xaqani  Ģerinin  əhəmiyyətli  cəhətlərindən  biri  də  fars  dilinin  hökmranlıq 

etdiyi  Ģeir  dilinə  Ģairin  doğma  azərbaycan-türk  sözlərini  gətirməsidir.  Bunlardan 

Ģairin "Məra dər parsi fohĢi ke quyənd, be torki çərxeĢan quyəd ke sənsən" ("farsca 

mənə  söyüĢ  desələr,  çərxi  fələk  onlara  türkcə  deyər  ki,  sənsən")  misralı  məĢhur 

beytində  iĢlədilmiĢ  "sənsən"  sözünü,  eləcə  də  özünun  Ģeir  "Divan"-ında  iĢlətdiyi  su, 

Tanrı,  vuĢaq  (uĢaq),  çuxa,  qunduz,  xatun,  sürmə,  qara  qız,  dağ,  xan  və  b.  bu  kimi 

sözləri qeyd etmək olar. 

Onun ədəbiyyata gətirdiyi yeniliklərdən biri də Ģeirdə iĢlətdiyi  fəlsəf  fikirlər 

idi. Bu fikirlər ilk dəfə Xaqaninin məĢhur "Həbsiyyə" qəsidələr silsiləsində, "Töhfətül-

Ġraqeyn"  ("Ġki  Ġraqın  töhfəsi")  məsnəvisində  və  "Mədain  xərabələri"  əsərində  əks 

olunmuĢdur. 

Əbül Əla - Xaqani məktəbində dövrün Fələki, Ġzzəddin, Mücirəddin kimi öz 

dəst-xətti  olan  Ģairləri  yazıb-yaradırdılar.  Ġranın  və  Orta  Asiyanın  bir  sıra  farsdilli 

Ģairləri  də  Ģeir  meydanında  yarıĢmaq  üçün  Azərbaycana  gəlir,  bəzən  isə  buranın 

mədəni  mərkəzlərində qalıb  ədəbi yaradıcılıqla  məĢğul  olurdular.  Bunlardan "soltan 

əl-fudala"  ("fazillər soltanı")  adlanan  Əsirəddin  Əbu-l-Fadl Məhəmməd ibn Tahir 

əl-Əxsikəti,  "məlik  əl-kəlam"  ("söz  hökmdarı")  ləqəbli  Zahirəddin  Tahir  ibn 

Məhəmməd əl-Fəryabi Orta Asiyadan gələrək, Azərbaycan atabəylərinin himayəsində, 

onların sarayında yaĢamıĢ, yerli Ģairlərlə, xüsusilə Xaqani ilə yaxınlaĢmıĢ, onun tərzində 

mədh Ģeirləri yazmıĢlar. 

ġirvanda, III Mənuçehrin sarayında yaĢayan Ģairlərdən biri də Əbül Əladan Ģeir-

sənət dərsi almıĢ ġamaxı sakini Əbu-n-Nazim Məhəmməd Fələki ġirvani (1107-1147) 

olmuĢdur.  Mənbələrdə  onun  "Ehkamu-n-nücum"  ("Astrologiyaya  dair  mühakimələr") 

adlı  əsərinin olması  haqqında  məlumat vardır.  ġairin  riyaziyyat,  hüsnxətt,  ərəb  dili  və 

xüsusilə  astrologiya  (nücum  elmi)  sahəsindəki  bilikləri  ona  "Fələki"  təxəllüsünün 

verilməsinə  səbəb  olmuĢdur.  Öz  himayədarına  çoxsaylı  təmtəraqlı  qəsidələr  ithaf 

etməsinə baxmayaraq, ġirvan Ģairlərindən çoxunun nəsibi olan zindan ömrü  ondan da 

yan  keçməmiĢ,  saray böhtanları onun da  qaranlıq  məhbəsə düĢməsinə səbəb olmuĢdu. 

ġirvanĢahın  əmrilə  Fələki  axırda  zindandan  azad edilsə də,  keçirdiyi  mənəvi sarsıntılar 

onu üzmüĢ, Ģair gənc yaĢında vəfat etmiĢdir. 

Yaxın  ġərqin  elə  bir  orta  əsr  təzkirəsi  yoxdur  ki,  özünün  ictimai-siyasi 

"Həbsiyyə"  Ģeirləri,  təkraredilməz  təbiət  və  məhəbbət  lirikası  ilə  ad  çıxarmıĢ  Fələki 

yaradıcılığından  bəhs  etməsin.  Onun  dövrümüzə  yetiĢmiĢ  "Divan"ı  yalnız  ədəbi-bədii 

məziyyətlərilə  deyil,  dövrün  real  hadisələrini  tarixi  mənbə səviyyəsində  iĢıqlandırmaq 

baxımından  da əhəmiyyətlidir.  Məhz  buna görə, tarixçilər  onun  ġirvanĢah  Mənuçehrin 

qıpçaqlar  və  alanlar  üzərində  qələbəsi,  gürcü  hökmdarı  Demetrenin  dövrü,  ġirvanın 

Ģəhərləri və görkəmli Ģəxsiyyətləri və s. haqqında, hətta dövrün tarixi  mənbələrində də 

olmayan qiymətli məlumatlarından geniĢ faydalanmıĢlar. 




404 

 

ġirvan poetik  məktəbinin digər  istedadlı  nümayəndəsi  olan  Ġzzəddin  ġirvani 



haqqında dövrümüzə yetiĢən  məlumat  çox  azdır.  Bizə  yalnız  o  məlumdur  ki,  Ġzzəddin, 

Əbül Əla Gəncəvi, Xaqani və Fələki ġirvaninin çağdaĢı olmuĢ, onlarla ünsiyyət saxlamıĢdır. 

ġairin  ədəbi  irsindən  zəmanəmizə  gəlib  çıxan  bir  yarımçıq  qəsidə  və  bircə  rübai 

Ġzzəddin ziyasının məlahətindən xəbər verir. 

XII əsr Azərbaycan poeziyasının maraqlı, az qala əfsanəvi və ən çox mübahisə 

doğuran  siması  Ģairə  Məhsəti  xanım  Gəncəvidir.  Tədqiqatçıların  biri  digərinə  zidd 

fərziyyələrinə  baxmayaraq, son  araĢdırmalar  qəti  müəyyənləĢdirmiĢdir  ki,  "Məhsəti  real 

tarixi  Ģəxsiyyətdir,  Nizaminin  böyük  müasiridir  və  yüksək  poetik  istedad  sahibi 

olmuĢdur".  Onun  haqqında  ilk  təzkirə  məlumatını  Həmdullah  Qəzvininin  1330-cu  ildə 

qələmə  aldığı  "Tarixi  qozide"  əsərində  görürük.  Buradakı  bəzi  səhv  fikirlər  (Ģairənin 

ərinin  Soltan  Mahmud  Qəznəvinin  müasiri  olması  barədə)  nəzərə  alınmazsa,  Gəncə 

xətibinin oğlu, "yaxĢı Ģeirləri" olan Tacəddin Əhməd və onun arvadı Məhsətinin "gözəl" 

ĢeirləĢməsi  haqqında  verilən  məlumat  böyük  maraq  doğurur.  Tədqiqatlar  Məhsətinin 

təqribən  1089-cu  ildə  Gəncədə  doğulduğunu,  mü kəmməl  təhsil  aldığını,  ġərq 

ədəbiyyatı və musiqisinə yaxĢı bələd olduğunu, gözəl Ģahmat (Ģətrənc) oynadığını, 1118-

ci  ildə  (soltan  Məhəmməd  Təpər  vəfat  etdikdən  sonra)  Gəncə  taxtına  çıxan  soltan 

Mahmudun  sarayında,  Mərvdə  olarkən  soltan  Səncərin  sarayında  keçirilən  Ģeir 

məclislərində  iĢtirak  etdiyini,  çox  uzun  ömür  sürdüyünü  (1182-83-cü  ilədək)  göstərir. 

Məhsətinin əri Tacəddin Əmir Əh məd  də  Pure-Xətib təxəllüsü  ilə  yazan  məĢhur  Ģair 

olmuĢdur. 

Məhsətinin dastana dönmüĢ həyatı haqqında, ən maraqlı məlumat, əldə olan 

nüsxələri  XV-XVI  yüzillərin  məhsulu olan, Ģifahi  (və  çox  güman  yazılı)  variantları 

sözsüz  ki,  XII-XIII  əsrlərə  aid   olan  "Məhsəti  və  Əmir  Əhməd"  dastanında 

toplanmıĢdır. 

Fars dilində, əsasən rübai janrında yazan Məhsətinin Ģeirlərinin əksər hissəsi 

Gəncə mühiti ilə bağlıdır. Lakin rübailərinin məzmunundan görünür ki, o, həm Ġranda 

(Ġraqi  Əcəmdə),  həm  də  Orta  Asiyada  da  tanınmıĢdı.  Məhsəti  gənclik  çağlarında 

Gəncədən  bir  neçə  il  ayrılmalı  olmuĢ,  bir  müddət  Mərvdə  yaĢayıb-yaratmıĢ, 

yaradıcılığının yetkinlik çağında doğma ocağa qayıtmıĢ və ömrünün sonunadək burada 

yaĢamıĢdır.  Yaradıcılığında  məhəbbət  lirikasının  əsas  yer  tutduğu  Məhsəti  xanımın 

rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Məhz ondan sonra Azərbaycan 

Ģerində rübaiçilik geniĢ inkiĢaf yoluna qədəm qoyur. Azərbaycanlı rübaiçilər içərisində 

qadın  sənətkarlarımızın  -  "Doxtəre-Xətib,  Do xtəre-Səti,  Do xtəre-Salar,  Rəziyyə 

Gəncəvi"  kimi  Ģairələrimizin  yetiĢməsi  Məhsəti  təsirinin,  Məhsəti  yaradıcılığının  ən 

böyük nailiyyətlərindən biri kimi q iy mətləndirilə bilər. 

Azərbaycanın farsdilli poeziyasının "qızıl əsri"nin görkəmli Ģairlərindən biri, 

böyük Xaqaninin yetirməsi,  mahir  mədhiyyəçi-Ģairlərdən olan Mücirəddin Beyləqani 

idi.  ġirvan  ədəbi  mühitinin  yetiĢdirməsi  olan  bu Ģair  qəsidələrinin  əksəriyyətini  ona 

himayəçilik  edən  Azərbaycan  atabəyləri  sülaləsinin nümayəndələrinə  və  II  Toğrulun 

oğlu soltan Arslan Ģaha həsr etmiĢdir. Onun lirikasında sonsuz iradə və qürur, özünün və 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə