tacgüzarlıq qurultayında Qarabağ bəylərbəyiliyi Nadirin şah elan olunmasına
etirazını bildirmişdi. XIX əsrin Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır:
"Beləliklə, Gəncə xanları tamamilə öz hüquq və səlahiyyətlərindən
mərhum
oldular. Hakimiyyətin cilovu onların elindən düşdü və onlar qanadı sınmış quş
vəziyyətində qaldılar..." Nadir şahın zülmü Azərbaycan xalqının istiqlaliyyət
mübarizəsinə səbəb oldu. Nadir şah dövründə Azərbaycanda yalnız Quba və
Talış xanlıqları mövcud idi. Nadir şahın vəfatından sonra Azərbaycan kiçik
feodal dövlətlərinə - xanlıqlarına bölündü: Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı,
Ərdəbil, Xoy, Qaradağ, Dərbənd, Naxçıvan, Təbriz, Urmiya, Marağa, Maku
xanlıqları...
Qarabağ xanlığının yaranması tarixi bir zəruriyyət idi. Qarabağ xanlığının
banisi Pənahəli xan (1703-1763) Cavanşir nəslindən idi. O, uşaqlıqdan at
minməyi, qılınc oynatmağı, nişan almağı yaxşı öyrənmişdi. Nadir şahın
qoşununda xidmət edərkən igidliyə görə fərqlənmiş, Türkiyə ilə müharibədə
onun xüsusi rəğbətini qazanmışdı. Qardaşı Fəzləli bəy də onun kimi igid idi. Bu
səbəbdən hər iki qardaş şah sarayına aparılmışdı.
Lakin Qarabağda Cavanşir,
Otuziki, Kəbirli tayfalarının Xorasan yaxınlığına sürülməsi hər iki qardaşı
narazı salmışdı. Bunu duyan Nadir şah əvvəlcə eşikağası vəzifəsində işləyən
Fəzləli bəyi öldürdü, onun yerinə qardaşı Pənahəlini təyin etdi. Pənahəli isə
qardaşı kimi öldürüləcəyini hiss edərək 1745-ci ildə İrandan Zaqafqaziyaya
qaçdı... və partizan müharibəsinə başladı. Pənahəli bəyin gənc arvadı üç uşaqla
(İbrahimxəlil ağa, Mehrəli bəy və Tahbxan bəy) birlikdə Sərəxsə sürülmüşdü.
Atasının sarayından qaçıb qaçaqçılıq etdiyini bilən 15 yaşlı İbrahimxəlil ağa
uzaq Əfqan sərhədindən Qarabağa gəlib tezlikle Çuxur Qəbələdə atasını tapdı.
"Qarabağnamə"lərdə Qarabağ xanlığının yaranması, təşəkkül tapmasını
şərtləndirən ictimai-siyasi amillər ön plana çəkilir. Qarabağ xanlığı məhz Nadir
şahın ölümündən sonra İranın siyasi, hərbi iqtidarının zəifləməsi nəticəsində
mümkün olmuşdur...
Qarabağ xanlığının təşəkkül tarixini öyrənmək üçiin ən etibarlı mənbələrdən
biri Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsəridir. Mirzə Camal
və onun oğlu Rzaqulu bəy digər "Qarabağnamə" müəlliflərindən
fərqli olaraq
öz əsərlərində siyasi məsələlərlə yanaşı iqtisadi məsələlərə də diqqət
yetirmişlər.
Pənahəli xan hakimiyyətinin ilk illərində yeni şəhər və kəndlər salmağa
xüsusi əhəmiyyət verirdi. 1750-ci ildə Azərbaycanın şöhrəti olan Şuşa şəhərinin
salınması məhz onun adı ilə bağlıdır. Qarabağ xanları qədim Beyləqan ətrafında
olan arxların bərpasına böyük əhəmiyyət verirdilər. O yazır: "Pənah
xan və
İbrahim xanın hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və
xanlar onlardan gəlir əldə edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar
arxı, Mehmənə arxı, Gəmiçi arxı, Sarı arxı, Ayaz arxı, Taşqay arxı, Xan arxı
1
.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.124.
197
Mirzə Camal yazır ki, torpağın məhsuldarlığı, suyun bolluğu hər arxın
ətrafında 5-6 min ailənin yaşamasına imkan verirdi, həmin arxların suyu ilə
suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) və başqa
hər cür bitki
əkilərsə, bollu məhsul əldə etmək olar. Belə ki, bir çətvər buğdadan iyirmi,
hətta ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və dansı bol
olur. Əgər bu bitkilərdən bir çətvər əkilərsə, təxminən əlli çətvər, hətta ondan
daha artıq
məhsul əldə edilə bilər
1
...
Əsərin "Qarabağ vilayətinin təbəəliyi, köhnə adət və qaydaları haqqında"
adlanan ikinci fəslində Qarabağın son əsrlərdə siyasi və coğrafi vəziyyətindən
söz açılır. Müəllif yazır ki, Qarabağ və ona daxil olan Xəmsə məlikləri (Dizaq,
Vərəndə, Xaçın, Çiləbörd, Talış) Gəncə bəylərbəyiliyinə tabe olmuşlar.
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si ilə Mirzə Camalın "Qarabağ tarixi"
əsərlərinin müqayisəli təhlili göstərir ki, bu əsərlər biri-birini tamamlayır,
zənginləşdirir.
Mirzə Adıgözəl bəyin əsərlərinin I fəsli "İranın tənəzzül dövründən, Nadir
şahın taxta çıxmasından və emələ gələn başqa hadisələrdən" bəhs edir:
"Pənahəli bəy əslən Sancalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi
tərəqqidə olduğu zaman o, Gəncə tərəfinə gedib onların (Gəncə xanlarınm)
hüzurunda xidmət etdi. Uca hümmet sahibi olan Pənahəli bəy qulluq etməyi
özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir
qüvvət cavanın
bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir
oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu. Onun aləmi
işıqlandıran sarı bənizi ata-ananın ürəyini, kəhrəba səmanı çəkən kimi, özünə
cəlb edirdi. Buna görə onu "Sarıca Əli" deyə çağırırdılar"
1
.
Daha sonra Mirzə Adıgözəl bəy yazır ki, hazırda Qarabağda mövcud
Sarıcalı kəndi bu adı daşıyır. Çox dövlət və nüfiız
sahibi olduğuna görə onun
başına neçə naxırçı, muzdur, xidmətkər, çoban və ilxıçı toplandı və böyük bir
oba oldu. O obanın adı isə "Sarıcalı" qaldı. Pənahəlidən sonra onun oğlu
İbrahimxəlil atasına layiqli varis oldu: "...Bu dövlət və nüfiız İbrahimxəlil
ağanın ixtiyarına keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi
olduğundan adı dillərə düşüb məşhur oldu. Onun Ağdamdakı bağı və həsər-
divarı, Araz kənarındakı mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda
"İbrahimxəlil qalası" adı ilə məşhur olan bir sıra imarəti onun varlı və böyük
calal sahibi olmasına adil bir şahiddir"
2
.
Rzaqulu bəy Mirzə Camal oğlunun "Qarabağnamə"si
özünün qeyd etdiyi
kimi, atası Mirzə Camalın "Qarabağ tarixi" əsərinin xülasəsindən başqa bir şey
deyildir. Lakin Rzaqulu bəy bəzi məsələləri atasına nisbətən daha aydın şərh
etmişdir. Rzaqulu bəy yazır: "...Mərhum Pənah xanın xatirindən hökumət
qurmaq fikri keçdikdə Qarabağ kəndlilərinin, elatının əhalisini öz başına
1 B ax: "Qarabağnamolər", bu nəşrin I kitabı, səh.37
2
Yenə orada
198