Usub bəy
birləşərək, möhkəm və keçilməsi çətin olan yerlərdə Pənah xanla
bir neçə dəfə vuruşdular, gah qalib gəlib, gah da məğlub oldular. Bu surətlə,
Çiləbörd və Talış mahallarının əhalisi asudə dolanıb, əkin əkib,
rahat yaşaya
bilməyirdilər. Həmişə davada idilər. Pənah xanın atlı və piyada əsgərlərinin
əlindən əziyyət çəkirdilər. Nəhayət, çətin keçilən yerlərdə, dərin dərələrdə və
yüksək dağlarda yaşamaqdan təngə gəlib, evlərini, bağlarını və əkinlərini
buraxıb ailələri ilə birlikdə cəlayi-vətən oldular. Onlar Gəncə tərəfə qaçıb
Şamxor mahalında və Gəncənin dağlıq kəndlərində məskən saldılar. Bu
yerlərdə onlar yeddi il qaldılar. Yeddi ildən sonra İbrahim xanın
Qarabağda
müstəqil hakim olduğu və Qarabağ vilayəti əhalisinin bütünlüklə ona tabe
olduğu vaxtda Xaçın və Çiləbörd mahallarının əhalisi də Qarabağa qayıdıb,
ürəkdən ona tabe oldular...."
1
.
Əhməd bəy Cavanşir Xəmsə məliklərinin Pənah xanla münasibətlərini
qısaca olaraq belə xülasə etmişdir: "...Pənah xanın igidliyi haqqında dillərə
düşən dastan, o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını
müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi. Bu hərc-mərclik dövründə bir
növ müstəqilləşən erməni Xəmsə məliklərindən Şahnəzər könüllü surətdə
Pənah xanın təbəəliyini qəbul etdi. Qalan dörd məlikdən Xaçın məliki Ulubab
Balhca oymağı yanında oğlanları ilə birlikdə qılıncdan keçirildi. Qonşu
vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dızaq məliki
Yeqan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən
sonra onların bir hissəsi qırılmış, birhissəsi isə islam dinini qəbul etmişdi.
Türklərə qarşı Nadir şahın müharibəsində öz igidliyinə görə Sultan rütbəsi
almış Çiləbörd məliki Allahqulu - Sultan əvvəlcə onun təbəəliyini
qəbul etmiş,
lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü.
Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliki Məlik Usubla ittifaq
bağlayıb, uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından
müdafiə etmiş, lakin Mardakert kəndində uğradıqlan məğlubiyyətdən sonra
Tərtər çayının yuxarılarında yerləşən alınmaz Çınnıx qalasına çəkilmişdilər. Bir
ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailələri ilə birlikdə qürbət ellərdə
nicat axtarmah olmuşdular. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini
bitirmədilər. Belə ki, sonralar onların həm özləri və həm də övladları (birincinin
oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər..."
2
.
Bu məliklər sonralar Gülüstan məlikləri adlandırılırdılar. Çünki onlar öz
iqamətgahını Gəncədən cənub-şərqdə yerləşən İncəçayın yuxarısındakı
Gülüstan qalasına köçürmüşdülər. Pənahəli xanın Xəmsə məlikləri ilə
əlaqəsindən danışan Mirzə Yusif Nersesov yazır ki,
Məlik Şahnəzər Qarabağ
xanlıqları dövründə onlara çox xidmət göstərmişdir. Buna görə də böyük
hörmətə malik idi. Hətta Məlik Şahnəzər işin və vəziyyətin yazşılaşması
xatirəsi üçün qızı Hürzəti Pənah xanın oğlu İbrahim xana ərə verdi. Beləliklə,
onların arasında yaxınlıq və qohumluq yarandı.
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.245.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 180-181.
203
Pənah xana ən çox müqavimət göstərən Çiləbörd məliki Allahqulu Sultan
idi. Allahqulu Pənah xanla danışıq aparmaq üçün onunla Ağoğlanda
görüşmüşdür. Bu görüşlərdə iştirak edən Naxçıvan xanı Heydərqulu xanın
təhriki ilə Allahqulu Sultan öldürülmüşdür. Onun yerinə keçən
Məlik Hətəm,
qardaşının intiqamını almağa çalışırdı. Bu işə Talış məliki Məlik Usubu da cəlb
etdi. Pənah xan onların yerləşdiyi Çırmıx qalasını almaq üçün dəfələrlə döyüşə
girməyə məcbur oldu. Məlik Hətəm məğlub oldusa da, uzun müddət Qarabağ
xanlığına qarşı düşmən münasibət bəslədi. Məsələn, 1795-ci
ildə Ağa
Məhəmməd şah Qacar Qarabağa hücum edərkən Məlik Hətəmin oğlu Məlik
Məcnun onun yanında idi. Şuşanı ala bilməyən Ağa Məhəmməd şah Qacarı
Tifiisə qədər müşayiət etmişdir. Mirzə Adıgözəl bəyin Xəmsə məlikləri barədə
rəyi daha səhihdir. O yazır ki, Vərəndə məliyi Məlik Şahnozər əmisi Məlik
Hüsünü öldürüb məlik olmuşdur. Bu səbəbdən Xəmsə məlikləri Vərəndəni
qarət etdilər, Çanaqçı qalasını ala bilmədilər. Əhd etdilər ki, gələn bahar qalanı
alsınlar. Bu səbəbdən Məlik Şahnəzər Pənah xana pənah apardı: "Məlik
Şahnəzər özünü zəif və qol-qanadını sınmış gördü. O, gələcəyi gördüyündən,
niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını qulağına asdı
və xidmət komərini belinə bağladı. Xanın hüzurunda lazımi dərəcədə
canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi. İndiki Şuşa şəhərinin
yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra xanı gətirib bu yeri ona
göstərdi. O
da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin binasını qoyub
orada məskən etdi. Bu qalanı da möhkəm... düzəldib ölkənin mərkəzi etdi...
Pənah xan Mehri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin
əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən,
Zəngozur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı..."
1
.
Məşhur Şuşa şəhəri Xəmsə məlikləri itaətə alındıqdan sonra (1750-1751)
salınmışdır. Yuxarıda adı çəkilən Məlik Cümşüd sonralar Qarabağ xanlığına
qarşı çıxmış, İbrahim xanın xaincəsinə öldürülməsində iştirak etmişdir. O
zaman Məlik Cümşüd çar hökumətindən 1400 manat təqaüd alıb Tiflisdə
yaşayırdı.
Pənahəli xanı dinc quruculuq işi aparmağa qoymurdular. Şuşa tikildikdə
Pənahəli xan Məhəmmədhəsən xan Qacara (1751), Fətəli xan Əfşara (1758) və
başqa İran feodallarına qarşı hərbi əməliyyatlar aparırdı. V.N.Leviatovun yaz-
dığı qeyddə deyilir ki, Məhəmmədhəsən xan Qacarın qoşunları Qarabağda olan
zaman (1751) Şuşa qalası mövcud idi. Məhəmmədhəsən xan Qarabağda cəmisi
bir aya qədər qalmış, sonra isə cənuba tərəf geri çəkilməyə məcbur olmuşdur.
Pənahəli xanın düşmənlərini narahat edən ən əvvəl Zaqafqaziyada tayı-
bərabəri olmayan Şuşa qalasının tikilməsi idi. 1751 -ci ildən sonrakı siyasi
hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalasını tikmək ərəfəsində
Pənah xan Şahbulaqda geniş məsləhət şurası çağırmışdı: "Biz gərək dağların
içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz
qala tikək ki, onu
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.42.
204