toplamağa başladı.
Iranda hökmü keçən nüfuzlu, müstəqil padşah
olmadığından, həm də Gəncə hakiminin (Qarabağ bəylərbəyiliyi nəzərdə
tutulur (N.A) öz hökmünü Qarabağ ellərində və kəndlərində yeridə
bilmədiyindən Pənah xanın başına toplaşanlar ona itaət etdilər"
1
.
Pənahəli xanın başçılıq etdiyi Qarabağ xanlığı heç bir dövlətdən asılı
olmayan suveren feodal dövləti kimi yaradıldı. Rzaqulu bəy yazır ki, ...Pənahəli
xanın Qarabağın bütün elatını və kəndlərini, həmçinin mahallarını ələ keçirib,
hökmranlıq etdiyi dövrdə, onun vəfatından sonra isə mərhum İbrahim xanın
müstəqil hakimiyyəti dövründə Qarabağ vilayətindən heç bir padşaha istər külli
və istərsə də cüzi olaraq xərc və vergi verilməmişdir.
"Qarabağnamələr"də tez-tez "Otuziki" tayfasının adı çəkilir. (Hazırda
Azərbaycanın İmişli rayonu ərazisində "Otuzikilər" adlı bir kənd vardır).
Mənbələrdə göstərilir ki, bu adın yaranması XVI əsrə aiddir. Həmin əsrdə
Qarabağda yerli tayfaların birləşməsi nəticəsində "Otuzikilər" yaranmışdır. Bu
tayfalar içərisində Cavanşir tayfası sayca və qüdrətcə başqa tayfalardan
seçilirdi. Cavanşirdən çıxanlar eyni zamanda "Otuziki"lərə başçılıq etmişlər.
Həmin tayfaya aid kəndlərin bir çoxu XVIII əsrin sonu XIX əsrin əvvəllərində
hazırkı Mirbəşir (indiki Tərtər),
Kəlbəcər, Bərdə, Qasım İsmayılov (indiki
Goranboy), Yevlax, Ağdam ərazilərində yerləşmişdir. Bu səbəbdən çarizm
dövründə Yelizavetpol quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası
(Mərkəzi Tərtər qəsəbəsi idi) əsasən həmin tayfalara mənsub yaşayış ərazisini
əhatə etmişdir. Cavanşir qəzası Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinə
qədər mövcud idi.
Pənahəli xan Qarabağın Gəncədən və Şirvandan asılı olmaması üçün
müdafiə tədbirləri görməyə başladı: "...Məşvərətdən sonra Kəbirli mahalı
içində olan Bayat qalasının əsası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və
xəndək çəkdirdi. Bu qalada bazar, hamam və məscid tikdirdi. Bütün ailəsini,
qohumlarını və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat,
hetta xanın tərəqqisini, onun rəftar və məhəbbətini
eşidən Təbriz və Ərdəbil
vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə Bayat
qalasında yerləşdilər"
2
.
Əhməd bəy Cavanşir Pənahəli xanın İran dövləti ilə diplomatik əlaqələri
haqda yazır: "Nadir şah öldürüldükdən sonra İran taxtına onun qardaşı oğlu
Adil şah çıxdı. İşğal edilmiş yerlər onun tərəfdarları arasında bölüşdürülərkən o
zaman Zaqafqaziyanı da əhatə edən Azərbaycan valiliyi Sərdar Əmiraslan
xanın payına düşmüşdü. Pənah xan isə məliklərə rəğbət
bəsləyərək və ona
həsəd aparan qonşu xanların fitnələrindən qorxuya düşüb, xaricdən kömək və
ya himayə axtarmağa məcbur oldu. Buna görə də, o, Sərdar Əmiraslanın yanına
1 Bax: "Qarabağnamələr", bu neşrin II kitabı, səh.242.
2 Yenə orada, səh.243.
199
elçi göndərib şaha öz itaətini bildirdi. Yenicə Təbrizə gəlmiş olan və belə
iğtişaşlı məmləkətdə müttəfiq tapmaqda çətinlik çəkən
Sərdar Əmiraslan xan
üçün bu göydəndüşmə bir şey oldu. Bundan bir az sonra Sərdar çoxlu qoşunla
Bayata gəldi. Burada o, Pənah xanla birlikdə Şamaxı, Nuxa və Gəncə
xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi. Pənah xanın hökumətə göstərdiyi
bu xidmət müqabilində Sərdarın xahişi ilə Adil şah tərəfindən verilmiş fərmana
əsasən Qarabağ xanlığı xüsusi bir malikanə kimi ona verildi. Lakin Adil şahın
və onun valisi Əmiraslan xanın hökmranlığı çox sürmədi: birincini (Adil şahı)
Nadir şahın
nəvəsi Şahrux Mirzə, ikincini (Əmiraslan xanı) isə qaradağlı
Kazımxan öldürdü..."
Xanlığın ilk illərində İran feodal hakimləri ilə çox ehtiyatla rəftar etməsi
Pənah xanın diplomatik manevri idi. Burada Pənahəli xanla Əmiraslan xan
arasındakı yaxın dostluğun sirləri açılmamış qalır. Necə olur ki, Pənahəli xan
ona Şamaxı, Nuxa və Gəncə xanlığının itaətə gəlməsində kömək göstərdi? Az
sonra Təbrizin Əfqanlı Azad xan qüvvələrindən müdafiəsi üçün Pənahəli xan
oğlu Mehrahbəyi üç minlik süvari ilə Məhəmmədhəsən xan Qacarın ordusuna
köməyə göndərdi?
Məsələ burasındadır ki, heç bir mənbədə Nadir şahın
sərkərdələrindən biri
olan Əmiraslan xanın Pənahəli xanın ögey qardaşı olması haqqında məlumat
verilmir. Yalnız P.Butkovun "Qafqazın yeni tarixi üçün materiallar" əsərində
bu haqda danışılır
1
.
Mirzə Adıgözəl bəy yazır ki, Bayat qalası 2 yanvar 1748-ci ildə tikilməyə
başlanmış həmin ilin 22 noyabrında başa çatmışdır. Qalanın ətrafında səngər və
başqa müdafiə tikintiləri də olmuşdur. "Pənahəli xan yaxın adamlarını yığıb
dedi ki, "bundan sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq
oltnaz. Yaxşısı və münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir
hadisə üz verdiyi zaman ora məskən... aman evi olsun.
Çünki şir nə qədər
heybətli olsa da, ona bir hin lazımdır..."
2
.
Pənahəli xanın hakimiyyəti dövründə ilk müharibə Bayat qalasında, 1748-ci
ilin son günlərində baş verdi. Bu müharibə şəkili Hacı Çələbi xanın Bayata
hücumu ilə əlaqədar idi. Çələbi xanı Pənahəli xan üzərinə qızışdıranlar Xəmsə
erməni məlikləri idi. Pənah xanı aradan qaldırmaq üçün Şirvan və Şəki
hakimləri böyük qoşunla Bayat qalasına hücum edərək onu mühasirə etdilər...
Həmin mühasirə bir aydan artıq davam etmişdir. Bu müddətdə Pənahəli xan
dəfələrlə qaladan çıxaraq öz döyüşçüləri ilə Şəki və Şirvan qüvvələrinə zərbələr
endirmişdir.
Mirzə Camal yazır: "Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər...
Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı Çələbi
1 В ах: П.Бутков. Материалы для новый истории Кавказа, ч. I. СПб., 1896,
стр.235-236.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.40
200