qayıdan zaman bu sözləri dedi: "Pənah xan bir xan idi. Biz gəldik onunla dava
elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq"
1
.
Qarabağ xanlığının şöhrəti Bayat qalasındakı döyüşlərlə başlamışdır. Lakin
bu böyük abidədən bu gün bir iz belə qalmamışdır.
Pənahəli xanın nəvəsi Məhəmməd bəy Cavanşirin həyatından povest yazmış
Aqil Abbas doğma kəndi Bayatdakı tarixi qala haqqında yazır:
"Kəndimizdə bir qala vardı. Pənah xanın qalası deyərdilər. Və biz uşaqlıqda
o qala divarlarının üstündə dava-dava oynardıq. Bir gün əmilər həmin qalanı
elə sökdülər ki, indi heç bir arxeoloq haçansa bu yerlərdə qala olduğunu sübut
eləyə bilməz. Qala söküləndə hamı tamaşasına
yığılmışdı.
Mən də nənəmin
ətəyindən yapışıb baxırdım. Bir də gördüm ki, Əsmət nənənin gözlərindən yaş
axır və qarı qalanı sökənləri lənətləyir. Bu qalanı niyə sökürsünüz, ay bala?
Onu sizin babalar tikmişdi axı? Onların ruhundan qorxun. Bu qala Qacara can
verməyən qaladı"
2
.
Pənahəli xanın qat-qat güclü olan Şəki və Şirvan xanlığına qalib gəlməsi
onun şöhrətini xeyli ucaltdı. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində
oxuyuruq: "...Onlar (yəni Şəki və Şirvan xanları - N.A.) həmişə bu
dövlətin yox
olması uğrunda son dərəcə səy və qeyrət edirdilər. Onlar Xəmsə məliklərini də
özlərinə həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi
ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər
ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir
qədər
təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır..."
"...Hacı Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və
Balakənədək bütün Şirvanat qoşununu cəm etdi... Saysız əsgər və hesabsız
qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə ilə gəlib Bayat qalasını dörd
bir tərəfdən mühasirəyə aldı. Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı
bildirmiş və hamısını yığıb səngərə dolduraraq sığınaq etmişdi. Hacı Çələbi
gəldi və mühasirə ilə məşğul oldu. Hər gün müharibə gedir, didişib-
döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı Çələbi məqsədinə çatmadan, külli
zərərlə qayıtmaq təbilini vurdurdu. O, yolda gedərkən dedi: "Pənah xan bu
vaxtacan bir sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq". Bu
söz xalqın dilində və camaatın ağzında bir məsəl olaraq qalmışdır"
3
.
Pənahəli xan Bayat qalasının strateji baxımdan zəif
olduğunu, orada qoşun
saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alıb yeni müdafiə qalası
tikdirməyi qərara aldı. "İndi Şahbulaq adı ilə məşhur olan Tərnəküt qalasının
binası qoyuldu. Məsləhətə görə, Bayat qalasını tərk etdilər. Şahbulaqdakı
böyük çeşmə
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.127.
2 Aqil Abbas. Batman qılınc. "Ulduz", 1988, №1
3 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.41.
201
yanında qala tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər. Bazar,
çarsu (meydan), hamam və məscid tikdilər"
1
.
Bayat qalası və orada Pənahəli xanın qələbələri, Tərnəkütdə Şahbulaq
qalasının
tikilməsi, Xəmsə məliklərinin itaət altına alınması Pənahəli xanın
nüfuzunu sürətlə artırdı. Azərbaycan xanlıqları onu tanımağa, əlaqə yaratmağa
səy göstərdilər. Bununla da, İran dövlətinin Pənahəli xanı Qarabağ ərazisinin
müstəqil hakimi kimi tanınmasına siyasi şərait yarandı.
Pənahəli bəyə xanlıq fərmanı da məhz Bayat qalasında təqdim olunmuşdur.
Adil şahın hakimiyyəti də uzun sürmədi. Nadir şahın oğlu Şahrux Mirzə
onu öldürdü və şahlıq taxtına oturdu. İranda mürəkkəb siyasi böhran davam
edirdi.
Qarabağda isə Pənahəli xanın şöhrəti gün-gündən artırdı: "Şirvan, Şəki,
Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanın yanına elçi
və məktub
göndərib, onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər
2
.
Pənah xan bir çox yeni əraziləri Qarabağa ilhaq etdi: "...Naxçıvan, Təbriz,
Qaradağ hakimlərini hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin Qapan
və Qaradağın Çuldur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu.
3
Onları Qarabağın
başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar
təyin etdi.
Pənahəli xanın Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil üzərində təsiri
güclü idi: "Sarıcalı Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etmişdi"
4
.
Pənahəli xanın Şahbulaqda möhkəmlənməsi ərəfəsində erməni Xəmsə
məlikləri
5
ilə münasibətlərini qaydaya saldı. Xəmsə məlikləri XVI əsrdən bəri
Qarabağ bəylərbəyiliyinə tabe idilər. Onlar Pənahəli xanın Qarabağ xanı elan
olunması ilə razılaşmadılar. Xəmsə məliklərindən ilk dəfə könüllü olaraq
Pənahəli xanın itaətini qəbul edən və onunla dostluq əlaqəsi
saxlayan Vərəndə
məliki Şahnəzər idi. Bundan bir qədər əvvəl isə Xaçın məlikinin silahlı qüv-
vələri Ballıqaya deyilən yerdə Pənahəli xanla üz-üzə gəlib məğlub olmuşdular.
Tərəddüddən sonra Xaçın məliki də Pənah xana "...Tabe oldu və mərhum
Pənah xan tərəfindən ata-babasından qalmış… ayrıca mülkünə təyin edildi.
Bütün Xaçın əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün yerinə
yetirirdilər"
6
.
Pənahəli xanın müstəqil Qarabağ xanlığı yaratmasına xüsusilə Talış və
Çiləbörd məlikləri ciddi müqavimət göstərirdilər. Rzaqulu bəy yazır:
"...Çiləbörd və Talış mahallarının qədim məlikləri olan Məlik Hətəm və Məlik
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.129.
2
Yenə orada
3 Vaxtilə Qarabağ xanlığına tabe olan Zəngəzurun Qapan, Mehri, Gorus, Sisyan ərazisi Ermənistan SSR-ə 1920-ci
ildə verilib.
4 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.130.
5 Xəmsə məlikləri ərəbcə beş sahibkar mənası ifadə edir; Xəmsə məlikləri XVII əsrdən başlayaraq onlara xalq
tərəfindən verilən addır. Əsilləri qədim Alban knyazlıqlarındandır.
6 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 128.
202