və Pənahəli xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın bir
ağaclığında düşərgə qurdu".
Fətəli xanla Pənah xanın müharibəsi 7-8 ay çəkdi. Lakin Fətəli
xan qələbə
qazana bilmədi. Məsələni mürəkkəbləşdirən bəzi erməni məliklərinin həmin
xarici işğala qarşı mübarizədə satqın mövqeyi idi. Mirzə Camal yazır:
"Gizlində Pənah xana ədavət bəsləyən Çiləbörd və Talış mahallarının məlikləri
Fətəli xanın yanına getdilər. Onlar 6 ay qalanın yaxınlığında oturdular. Hər
neçə gündən bir mərhum Pənah xanın qoşunu ilə Fətəli xan ordusu arasında
vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılbaş ordusuna
qalib gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan vəziyyətin gündən-
günə çətinləşdiyini və məğlubiyyətinin artdığını müşahidə edirdi"
1
.
Göründüyü kimi, Fətəli xana qarşı ölüm-dirim mübarizəsində Vərəndə və
Xaçın erməni məlikləri Pənah xana kömək etmiş, Çiləbörd və Talış məlikləri
isə düşmən tərəfdən vuruşmuşlar. Xocalı kəndi ətrafında
baş verən müharibədə
erməni məliklərinin xain çıxması faktını Mirzə Yusif Qarabaği də təsdiq edir:
"O zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm, Məlik Usub da Fətəli
xanın yanına gəlib onun qoşunu ilə birləşdilər və onun yanında özləri üçün
səngər tikdilər. İran qoşunları 6 ay burada qaldı. Amma bir nəticə əldə
edilmədi. Nəhayət, məliklərin köməyi ilə... qətiyyətlə döyüşə hazır bir halda
müharibə meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə,
sədaqətlə... tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla qarşıya çıxdı,
düşmənlə müharibə etməyə başladı. Hər iki tərəf bu döyüşdə öz igidlik və
rəşadətini göstərdi... Fətəli xan
gördü ki, bu müharibədən bir nəticə çıxmayacaq
və məqsədinə nail olmayacaq, bu qədər çalışmaq və səy hədər getdi..."
Mirzə Adıgözəl bəy yazır ki, Fətəli xanın Qarabağa yürüşünün əsas səbəbi
Pənahəli xanın simasında əsas rəqibini görməsi idi: "Fətəli xan bilirdi ki, Pənah
xandan başqa bir kimsə onun dövlət və şövkətini pozub dağıda bilməz. Buna
görə onun ədavətini ürəyində gizli saxlayırdı. Zatının xəmirəsi ona (Pənah
xana) qarşı bəslədiyi gizli ədavətin suyu ilə yoğrulmuşdu. O, mərhum xana
qarşı hərb etmək məqsədi ilə 7 dəfə fitnə-fəsadı göylərə qaldırdı. Lakin hər dəfə
məqsədinə çatmadan, külli tələfatla geri qayıtdı. Axırıncı dəfə ulduzlar qədər
saysız qoşunla gəlib Ballıca çayı ilə Xacə Əlili çayı (hazırkı Xocalı çayı -7V.A)
arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan
bu yerdə
səngər düzəltdi. O səngərin asarı və barılarının divarı indi də durur. Xalq
arasında "Fətəli xan səngəri" adı ilə məşhurdur. O, qış fəslini də burada
keçirtdi.
Bu zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm və Məlik Usub da
gəlib Fətəli xanın qoşunları ilə birləşdilər. Onların yanında bir səngər
düzəltdilər. Bu səngərin də asarı və nişanəsi indiyə qədər durur. Altı ay burada
oturdular. Fətəli xan arzusuna çatmaq məqsədi ilə hər gün canından keçib
meydana atıhrdı. Lakin peşmançılıq və zərərdən başqa bir şey əldə edə bilmirdi.
1 B ax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.249.
207
Axırda o, məliklərlə bərabər böyük bir qüvvə ilə hücuma keçdi. İgidlik
meydanına şücaət qədəm qoydu. Pənah xan da müharibə meydanında üz
ağardan və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan Qarabağ qoşunu ilə
müdafiəyə girmişdi.
Fətəli xan gördü ki, arzusunun gözəli varlıq aynasında
görünmür. Ciddi-cəhdinin ağacı zərər və peşmançılıqdan başqa bir səmərə
vermir. Tədbirlər gördü, vasitəçilər saldı, saziş və barışıq binası qoydu. Ədavət
və düşmənçiliyi aradan qaldırmaq istədi. Pənah xan da: "bacardığı" zaman
müqəssiri bağışla; çünki bu gözəl bir işdir. Sözünün məzmununca, onun
xahişini qəbul etdi. Onlar Ağa körpüsündə görüşərək sülh etdilər. Barışıq əhd
və peymanla möhkəmləndi. Fətəli xan mərhum Pənah xana dedi: Bundan sonra
dövlətlərimiz arasında ayrılıq və məmləkətlərimiz arasında düşmənçilik
olmayacaqdır. Bunun əksini düşünmək ağılagəlməz bir xəyaldır. İndi sizdən
dostcasına xahiş və ricamız
budur ki, əgər mümkün olsa uca xasiyyətli
xanzadəni bir neçə günlüyə bizim çadırımıza qonaq göndərəsiniz. Bu bizə qarşı
böyük qonaqpərvərlik və (bizdən ötrü də) son dərəcə başıucalıq olar: çünki
İbrahim ağanın məhəbbəti ürəyimizi kabab edib, gözlərimizi yaşla
doldurmuşdur. Bu vasitə ilə biz də onun ziyarətinə nail olanq, onu görüb
ürəyimiz təsəlli tapar. Sonra onu böyük bir ehtiramla və calalla hüzuruna
göndərərik".
Mərhum Pənah xan da onun qəliz və yalan sözlərinə etibar etdi. Gözünün
işığı olan igid oğlunu bilikli və natiq adamlarla Fətəli xanın ordusuna göndərdi.
Bu xəbər
Fətəli xana yetişincə, fərəh və şadlıq izhar etdi. Övlad və
əqrəbasından, əmir və sərkərdələrindən bir neçə nəfərini İbrahim Xəlil ağanın
istiqbalına göndərdi. (Xanzadə) sonsuz hörmət və hədsiz ehtiramla (Fətəli
xanın ordugahına) yetişdi.
Bir neçə gün qaldıqdan sonra o baxıb gördü ki, qayıtmağa izin ala bilmir;
hər gün bir xana, hər gecə bir əmirə qonaq olub, onların süfrəsi başında vaxt
keçirməkdən bir şey çıxmır. (Buna görə) Pənah xana yazdı: "Belə məlum olur
ki, Fətəli xan məni də özü ilə bərabər aparmaq fikrindədir. Mənim qaladakı
(Şuşadakı) kürən atımı təcili surətdə mənə göndərin... səba yelitək mənzil kəsən
o atın köməyilə qaça bilim". At, Fətəli xanın ordusuna yetişincəyə qədər, Fətəli
xan köçmək təbilinin sədasını mavi göylərə yetirdi
1
.
"Qarabağnamə"lərdə həmin müharibənin
nəticəsi eyni şəkildə, gedişi isə
müxtəlif variantlarda qələmə almır.
Fətəli xan Pənah xanın oğlu İbrahimxəlil ağanı əsir edib Urmiyaya
aparmaqla ona böyük mənəvi əzab verdi. Pənahəli xan Fətəli xandan qisas alıb
oğlunu xilas etmək fikrinə düşdü. Belə bir məqsədi həyata keçirmək üçün
Pənahəli xan hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndlə birləşdi.
Pənah xanın Fətəli xan əleyhinə mübarizə məqsədilə Kərim xan Zənd ilə
ittifaq yaratmasını Əhməd bəy Cavanşir belə təsvir edir: "O zaman İranda
Fətəli
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.53.
208