5. QARABAĞ XANLIĞININ SİYASİ TARİXİ (1759-1805)
"Qarabağnamə" müəlliflərindən Mirzə Camal İbrahimxəlil xanın
hakimiyyətə başlamasını 1760-cı il, Mirzə Adıgözəl bəy isə 1759-cu il göstərir.
Bunlardan ikincisi həqiqətə daha uyğundur. Çünki İbrahim xana məhz 1759-cu
ildə Kərim xan Zənd tərəfindən xanlıq fərmanı verilmiş və o dərhal
Qarabağa
gələrək xanlığı idarə etməyə başlamışdır. 47 il ərzində (1759-1806)
İbrahimxəlil xan Qarabağda daxili və xarici siyasət sahəsində mühüm işlər
görmüşdür. Mirzə Camalın "Qarabağ tarixi"nin birinci fəsli "Mərhum İbrahim
xanın haki-miyyəti və o zamanın qaydaları və hadisələri" adlanır. Müəllif
həmin fəslin əvvəlində bir az mübaliğəli şəkildə yazır: Mərhum İbrahim xan
İran və Rum padşahlarına itaət etmədən və boyun əymədən müstəqil
hökmranlıq etmişdir. Onun hökmü və fərmanı Şirvan, Şəki, Gəncə, Naxçıvan,
Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətləri, hətta, İraq və Azərbaycan
sərhədi
olan Qaplanguhda belə işlərdi. Vilayətlərin xanları mərhum İbrahim xanın
hökmü və əmri ilə təyin edilər və ya vəzifədən götürülərdi". Belə mübaliğəyə
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində də təsadüf edirik. İbrahimxəlil xan
Zaqafqaziyadakı xanlar və başqa hakimlərlə ittifaqı qohumluq əlaqəsi ilə
möhkəmləndirirdi. Onun ən etibarlı müttəfiqi Car-Balakən ləzgilərinin başçısı
Nüsəl xanın oğlu Ümmə xan idi. Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan
Ümmə xanın "hörmətli və əziz bacısı Bikə xanımı almışdır".
Sonralar İbrahimxəlil xan qızı Tutibikə xanımı Şəki hakimi Səlim xana erə
vermişdi. İbrahim xanın Car-Balakən hakimi Ümmə xan ilə qohum olması
müsbət nəticə vermiş, onlar arasında hərbi siyasi birlik yaranmışdı. İbrahimxəlil
xan atası Pənahəli xanın layiqli varisi oldu. Xanlığın güclənməsi üçün lazımi
tədbirləri gördü.
Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan "...lazım gəldiyi zaman
Dağıstanın müzəffər qoşunlarının köməyi ilə ətrafdakı düşmənləri məhv edir və
üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və zəfər nişanəli Dağıstan
əsgərlərinin köməyi ilə Qaradağ mahalını aldı... Qaradağ, Şahsevən
və başqa
tayfaların xanlarından bəzisi qohum olduğu üçün, bəzisi də zorla onun
hökmünə tabe və fərmanına itaət etdilər. İbrahim xan bəzi vaxt ayrı-ayrı
mahalları töhfə olaraq öz sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin
mədaxilindən mənfəətbərdar olsunlar"
1
.
İbrahimxəlil xan erməni Xəmsə məliklərinin xəyanətinə son qoydu. O,
Qarabağ xanlığının daxilində və onun xaricində sabitlik yaradıb, əhalinin dinc
əməklə məşğul olmasına şərait yarada bilmişdi. Lakin
fars və türk mənbələri bu
həqiqəti ört-basdır edirlər. Qarabağdakı uzunmüddətli sülh şəraiti bir dövlət
xadimi kimi İbrahimxəlil xanın və onun müdrik vəziri Vaqifin uzaqgörən
siyasətinin müsbət nəticəsi idi. İbrahim Xəlil xan ətraf xanlıqlar və başqa
hakimlər
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.57.
211
ilə dostluğu qüvvətləndirməkdə girov
saxlamaq və ya özünün, övladlarının
həmin vilayətlərdə qohumluq əlaqələrinə ciddi əhəmiyyət verirdi: "...Hətta
Təbriz və Qarabağ vilayətlərinin bəzi mahallanın öz adlı-sanlı sərkərdələrinə
bağışlamışdı ki, onların gəlirindən mənfəət götürsünlər... Adı çəkilən
vilayətlərin xanlarının övladı həmişə Şuşa qalasında, mərhum İbrahimxəlil
xanın yanında girov sifətilə yaşayırdılar"
1
.
Xanlığın hakim sinfini feodallar təşkil edirdilər. Feodal ierarxiya sistemi
mövcud idi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər,
ağalar və məliklər tuturdular. Ali ruhanilər də feodallar sırasında idilər.
Xəmsə məliklərinjn yaşadığı ərazidə, xüsusilə Xaçın məlikliyində hələ
Qafqaz Albaniyasında ənənəvi olaraq fəaliyyət göstərən
xristian kilsələrinə
məxsus vəqf yerləri və başqa variyyət var idi. Bu kilsələr alban dini, kultu
olaraq 1836-cı ilə qədər fəaliyyət göstərmişdir...
İbrahimxəlil xan atasının suverenlik ənənələrini müvəffəqiyyətlə davam
etdirirdi. Məlumdur ki, Pənahəli xan İranda baş verən ara müharibələri
dövründə bir sıra xanları öz təsiri, hətta tabeliyi altına almışdı.
Mir Mehdi Xəzaninin yazdığına görə, Şuşa yaxın Şərqin məşhur
şəhərlərindən biri olmuşdu. Şəhər üç ad daşımışdır. Pənahəli xanın şərəfinə
Pənahabad, öz gözəlliyi və sıldının və şiş qayaları ilə əhatə olunmasına görə
Şişə, xalq arasında isə zəmanəmizə qədər Qala deyirlər. Şuşada kustarlar,
sərraclar, dəmirçilər,
silah saxlayanlar, palanduzlar və başqa sənətkarlar da
gün-gündən çoxalırdı.
"Qarabağnamələr"də bir qayda olaraq "Mərhum İbrahimxəlil xandan qalmış
bina və imarətlərdən" bəhs açılır. Rzaqulu bəy əsərin bir bəhsini "Mərhum
İbrahim xanın Qarabağda apardığı təmirat işləri" adlandırmışdır. O yazır:
"Əvvələn indi də qalmaqda olan böyük məscidi göstərmək olar. Bu məscid
şəhərin ortasında - qalanın içərisində 1182 (1766-cı ildə)-ci ildə tikilmişdir.
Köhnə olduğu üçün mərhum İbrahim xanın qızı Gövhər ağa bu məscidi hicri
1198-ci ildə əsaslı surətdə təmir etdirmişdir. İkincisi, Şüşü qalasının hasar və
divarıdır ki, indi də durur. Bunu mərhum İbrahim xan 1198-ci ildə tikdirmişdir.
Bu hasar üç ilə tikilib qurtarmışdır. Bəzi yerləri köhnəlmişdi.
Ali Rusiya dövləti
təzəlikdə möhkəmlətmişdir.
Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır.
Bu qalaları 1203 (1787)-cü ildə tikdirmişdi. Bu qalalar Şüşü qalasının dörd
ağaclığında, dağın arasında, Qarqar çayının keçdiyi yerdədir. Şirvan, Şəki və
Dağıstan vilayətləri mərhum Pənah xana düşmən olduğu vaxt böyük oğlu
İbrahim xana vəsiyyət etmişdir ki, əgər fürsət tapmasam, sən Əsgəran dağının
arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunları bu qalalarda
olsunlar. Oradan Şüşü qalasına 8 verstə (əslində 24 km. -N.A.) qədər
məsafə
vardır. Düşmən oradan keçib qalaya gələ bilməz. Belə ki, bu qalaların ətrafı
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.137.
212