xandan başqa bir də Kərim xan Zənd məşhur idi. O,
hakimiyyət arzusunda
olmaqdan başqa, həm də döyüşdə onun qardaşını öldürən Fətəli xana qan
ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib onun anına qasidlər
göndərdi. Onlar öz birgə hərəkətləri barəsində razılığa gəlib hər iki tərəfdən
Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib özünü əsir aldılar və
İbrahim xanı da sağ-salamat geri qaytardılar.
Ümumi düşmən üzərində əldə edilmiş birgə qələbədən
sonra qaliblərdən
yalnız biri üstün olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq, demək olar ki,
bütün İranı özünə tabe etmiş Kərim xan Zəndin elinə keçdi. Kərim xan
təcrübəli bir məsləhətçi adı ilə həm onun özünü,
həm də oğlunu Şiraza öz
yanına apardı. Az sonra İbrahimxəlil ağaya xanlıq fərmanı və hədiyyələr
verərək Qarabağa yola saldı. Pənah xan bir müddət sonra Şirazda vəfat etdi.
Mirzə Yusif Qarabaği Pənah xanın ölümü barədə yazır: "...Deyirlər ki,
Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi: o, öz yaxın adamlarına vəsiyyət
etmişdi ki, öləndən sonra onun cənazəsini Qarabağa aparsınlar. Bu hiylə və
xüsusi məqsədlə Şirazdan çıxıb yolda ata minib Qarabağa getsin və burada da
öz hökmranlığını davam etdirsin. Kərim xan Pənah xanın
fikrini başa düşərək
deyir: "Pənah xan mənim xeyirxah dostumdur. Buna görə də mən gərək onun
cənazəsini tam hörmətlə Qarabağa göndərəm. Onun qarnını yarıb ədviyyat ilə
doldurduqdan sonra Qarabağa yola saldı...".
A.Bakıxanov yazır ki, Kərim xan Zənd İbrahim xana fərman verərək onu
Qarabağa hakim göndərmişdir
1
.
Mirzə Adıgözəl bəy isə bu hadisəni belə qələmə almışdır: "Kərim xan Zənd
...İbrahimxəlil ağanı hüzuruna çağıraraq ona qiymətli xələt, cavahiratla
bəzədilmiş bir qılınc, qızıl yəhər və yaraqlı bir at bağışladı.
Qarabağ vilayəti-
nin xanlıq fərmanını ona verib, evə qayıtmasına izin verdi"
2
.
Əhməd bəy Cavanşir Pənah xanın vəfatı barədə aşağıdakı məlumatı verir:
"Hicri 1174-cü ildə İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi
3
. Əslində Pənahəli xan 1763-
cü ildə vəfat etmişdi.
Mirzə Yusif Qarabaği "Tarixi-Safi" əsərində Pənahəli xan dövründə
Şuşanın memarlıq abidələri haqqında da bəzi maraqlı məlumatlar verir. O yazır
ki, Şuşa ilk dəfə tikilərkən onun dörd darvazası olmuşdur. Bu darvazalardan
biri şəhərin şimali-şərq
tərəfində yerləşirdi ki, Şuşakəndə tərəf idi və ona xalq
arasında Müxətər darvazası adı qoymuşdular. İki darvaza isə şimal ilə qərb
arasında idi. Bu darvazaların birinə İrəvan darvazası, digərinə isə Gəncə
darvazası deyilirdi. Dördüncü darvaza isə cənuba tərəf açılırdı ki, bu darvazanı
yenidən hörmüşdülər.
1 Bax: Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm". Bakı, 1926, səh.131.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.212.
3
Yenə orada, səh.185.
209
XIX əsrin əvvəllərində Şuşanın yalnız üç darvazası qalmışdı. Sonrakı
dövrlərdə yalnız iki - giriş və çıxış darvazası qalmışdı ki, bunlardan biri İrəvan,
biri isə Gəncə istiqamətində idi. "Qarabağnamə"lərdə Pənah xanın Şuşada
hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəldib pul kəsməsini
qeyd edirlər. Mirzə Yusif yazır ki, Şuşada Pənah xan tərəfindən sikkəxana
tikildi. Pənahi adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurulurdu.
Sikkənin bir tərəfindən Pənahabad, o biri tərəfində isə "Lailahəilləllah,
Məhəmmədən Rəsullüllah" sözləri yazılmışdır. Pənahinin altısı bir manat,
səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xanın buraxdığı pul Qarabağın
Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdı.
Şuşa şəhərinin binası qoyularkən Pənahəli xan şəhərin ərazisini məhəllələrə
(kvartallara) bölmüşdü. Mirzə Yusif Qarabağiyə görə, Şuşa şəhərindəki ilk
məhəllələrin sırasında Qurdlar, Quyuluq, Çuxur, Hacıyusifli, Merdinli,
Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Hamam arası və ümumən 16
məhəllə salınmışdır. Tədricən bu məhəllələrdə su quyuları qazılır, hamamlar
tikilir, məscidlər bina olunurdu. Şəhərin bütün məhəllələrində çirkli suları
şəhərdən uzaqlaşdırmaq üçün geniş kanalizasiya sistemi mövcud idi.
İbrahim Xəlil xan dövründə Şuşa şəhərində 17 məhəllə mövcud idi. Məhəllə
məscidlərindən başqa ümumşəhər əhalisinin istifadəsi üçün
iki Cümə məscidi
tikilmişdir.
Pənahəli xan 1748-1759-cu illər arasında 12 il Qarabağ xanı olmuşdur.
Onun hakimiyyəti dövrü aşağıdakı mühüm hadisələrlə səciyyələnir: Pənahəli
xan iki əsrdən artıq davam edən Qarabağ bəylərbəyiliyinə son qoydu. Həmin
ərazidə iki xanlıq: Qarabağ və Gəncə xanlığı yaratdı. Qarabağ Xəmsə
məliklərini öz itaəti altına aldı. Kəbirli mahalında Bayat qalasını tikdi, həman
qalada şəkili Hacı Çələbi xana qalib gəldi. Xanlığın müdafiə qabiliyyətini
gücləndirmək üçün Şahbulaqda Tərənküt qalasını tikdi. Şirvan, Gəncə, Şəki,
Naxçıvan, İrəvan, Qaradağ xanlıqlarını onunla hesablaşmağa məcbur etdi.
Təbriz, Qaradağ, Naxçıvan xanlıqları hesabına Qarabağ xanlığının ərazisini
genişləndirərək, Zəngəzur, Qapan, Mehri yaşayış ərazilərini
Qarabağa
birləşdirirdi. Nüfuzu artan Pənahəli xan daha böyük müharibələrə sinə gərmək
üçün Şuşa qalasını tikdi. O, Şuşa qalası ətrafında Qarabağa hücum etmiş
Məhəmməd Həsən xan Qacara qalib gəldi. Fətəli xan Əfşarın Qarabağda 8 aya
yaxın davam edən müharibəsində onu geri oturtdu. Pənahəli xana qarşı hiylə
işlədən və onun oğlunu xəyanətlə Qarabağdan Urmiyaya əsir aparan Fətəli xanı
qəti ezmək üçün Kərim xan Zəndle ittifaqa girdi və onu Urmiya yanında
məğlub etdi. Şirazda 1763-cü ildə vəfat edən Pənahəli xan öz vəsiyyətinə görə
Ağdama gətirildi və ata-baba mülkündə dəfh olundu. Sonralar Qarabağ xanları
və onların övladları, arvadları və yaxın əqrəbaları da Ağdamda xanlıq
qəbiristanlığında dəfn edildilər...
210