tədarükat və silah ilə göndərər. Qoşunun sərdarlığı sabiqən Rusiyada
tərbiyə almış, gürcünəsəb general knyaz Sisianov məmur olar. Hər bir
işdə, xüsusilə Qafqaz barəsində cəmi mətalib, xüsusilə Qafqaz barəsində
cəmi mətalib, xüsusilə onun rəy və ixtiyarına tapşırılar. Rusiya qoşunu
Gürcüstana gəlməyi təqribən 1797-ci səneyi-miladidə vaqe olur.
1
GÜRCÜSTAN RUSİYA HÖKUMƏTİNİN
İXTİYARINA MÜNTƏQİL OLMAĞI
Gürcüstanda Rusiya qoşunu bir-bir lazım məhəldə cabəca olub və
ibtidai-siyasi qanunlar qoyulandan sonra general Sisianov xəriteyi-
şəmalini-Qafqaza nəzər edib 3 xətdə fəaliyyəti lazım bilir: İrəvan,
Gəncə, Bakı. İbtida Gəncə qitəsində iş görmək məsləhət olar. Çünki
Gəncə dairəsindən sonra Qarabağ xanlığı olduğuna hər yerdə müharibə
üçün müsəttəh meydanlar və asan səhra yolları mövcuddur. Bu şərait
sühuləti-əməl üçün lazım bir mətləbdir.
SİSİANOV GƏNCƏNİ TƏSXİR ETMƏYİ
VƏ CAVAD XANIN MƏQTUL OLMAĞI
General Sisianov 1218 (1803)-ci ildə tarixdə çox böyük rus qoşunu,
top və topxana ilə Tiflisdən Gəncəyə hərəkət edir. Varid olan kimi
müharibəyə hazır olmaq tədarükünə məşğul olar. Cavad xan ki,
qabaqcadan Sisianovun fikrini bilib şah hüzuruna xəbər vermişdi.
Gəncədə və xaricdən mümkün olan qədər davaya bacarıqlı qoşun hazır
edilmişdi ta düşmənə müqabilə etsin. Rus qoşunu Gəncə qoşunu ilə
müqabil gələr. Sisianov və Cavad xan qoşununun qabağında hər kəs öz
ləşkərinə əmr verib üzbəüz şiddətlə vuruşmağa məşğul ikən Nəsib bəy
Şəmsəddinli öz camaatı ilə və Gəncə erməni qoşunu Cavad xan
tərəfindən qaçıb Rusiya qoşununa mülhəq olarlar. Cavad xan əhvalı belə
görəndə naçar qalıb qalan qoşun ilə Gəncə qalasına girib qaladarlığa
məşğul olarlar. Rusiya qoşunu hər tərəfdən tökülüb hasara qələbə edib
Cavad xanı və oğlunu öldürüb və sair müsəlman qoşu-nunu dəxi
qırarlar. Qalada ağır-yüngül nə varsa qarət edərlər.
1 Sisianov Gürcüstana 1803-cü ildə gəlmişdir.
27
SİSİANOV İBRAHİMXƏLİL XANI VƏ İRƏVAN
XANINI RUSİYA TƏBƏƏTİNƏ DƏVƏT ETMƏYİ
Gəncə davası Sisianovu bilmərrə xatircəm və ümidvar edər ki,
Qafqazda olan hamı müsəlman əyalətləri asan vəch ilə ələ gələcəkdir.
Hər xanlıqda aciz və namus satan var ki, düşmən qabağında millət
naminə atıb, əl qılınca aparmayıb düşmənə nökər olmağa hazırdırlar.
Hər xanlıqda erməni tayfası vardır ki, millət təəssübündə paydar və
millətə xidmət etməkdə cannikardırlar. Pəs xanlar doğru və hünərmənd
qoşunu haradan tapıb Rusiya ləşkərinə müqabil gələcəklər.
QARABAĞ VƏ İRƏVAN XANLARINA MÜRACİƏT
Gəncə əməlindən asudə olan kimi Sisianov bir qasid İbrahim xanın
və birini İrəvan xanının yanına göndərib, onlara təklif edir ki, davasız
Rusiya dövlətinə itaət edib, hövzeyi-Rusiyaya daxil olsunlar.
Xanlar Gəncə əhvalatını eşidib Sisianovun dəvətindən təşviş edib
İrəvan xanı əhvalı İran vəliəhdinə xəbər verib, müntəziri-əmr olar.
Amma İbrahim xan İrana nisbət həmişə xəyalı süst olduğuna görə İran
dövlətinə xəbər verməmiş günagün fikirlər səhrasında heyrətdə qalar.
Tain ki, 1219, ya 1220-ci ilədək ki, gəlib Kürək çayda Sisianov ilə
mülağat edər. Xan ilə Sisianov arasında çox danışıq olub tərəflər üçün
səlahiyyət yolu bulunandan sonra İbrahim xan Sisianovla görüşməyi
mümkün bilibdir.
RUSİYA İLƏ İBRAHİM XAN ARASINDA ƏHDNAMƏ
General Sisianovun Rusiya imperatorundan təvəkkülən Qarabağ və
Şuşa xanı ilə bu əhdnaməni öz aralarında bağladılar: Fəqərati-zeyl
xüsusda 14 səfər 1220-ci il (14 may 1805) Gəncə lağırında Kürək çayda.
Əhdnamə mündəricatı on bir maddədir:
1. İbrahim xan özgə dövlətlərdən əlaqəsini qət edib, tamam dünya
nəzərində yalqız Rusiya dövlətinə təbəiyyət edər ki, bəndə;
2. Rusiya təəhhüd edir ki, xanın mülkünü bilazərər mühafizat etsin.
28
3. Xanın xanlığı daimidir. Ozündən sonra böyük oğlu və ondan sonra
onun fərzəndi-ərşədi baği qalacaqdır. Bu xüsusda imperator təsdiq
etmiş. Hər dəfə qramota (fərmani-imza və möhri-səltənət ilə) verilsin və
xan öz sədaqətinə yəmin etsin.
4. Qonşu hökumətlər ilə xan mülaqat etməyi və ya məktublarına
cavab vermək sərdar iznilə olsun.
5. Rusiya təəhhüd edir ki, tamam Qarabağ camaatını mühafizə etsin.
Xanın xanlığı daimi olmağın hifz etsin. Xalqı idarə etmək və divan
mürafiəsi xanın özünə məxsusdur. Xanı və övladını və xəlayiqi
mühafizə qəsdi ilə qalaya 500 nəfər rus qoşunu qoyulsun. Topxana ilə
və lazım olsa artıq da qoysun.
6. Qoşundan ötrü ucuz qiymətə xan buğda aldırsın. Qoşuna mənzil
versin. Gəncə tərəfdən qalaya yol açdırsın. Cavad tərəfə yol lazım olsa,
işləməyə münasib ücrət ilə fəhlə verdirsin.
7. Rusiya imperatorunun xana mərhəməti olmaq nişanəsi dövlət
bayrağı verilir. Əlaməti-səltənət ilə görüb ki, həmişə xan özü hərəkət
edən zaman götürüləcəkdir.
8. İldə 8000 əşrəfi Rusiya dövlətinə xan xərac verməlidir. Hər altı
ayda 4000 əşrəfi.
9. Bu əhdnaməyə xan tərəfindən doğru əməl olmağa zəmanət
mənasında xanın böyük oğlu Məhəmmədhəsən ağanın ikinci oğlu Şükür
ağa zaval verilir ki, həmişə Tiflisdə iqamət etsin. Gündə 10 manat
Rusiya xəzinəsindən ona xərc verilsin.
10. Bu əhdnamə daima gərək öz halında baqi qalsın.
11. 6 ay müddətində və bəlkə tez əlahəzrət imperator imzasına yetib,
dövlət möhrü ilə möhürlənib, bu əhdnamə təsdiq surətdə İbrahim xana
verilsin. Sisianov və İbrahim xan dəst-xət yazıb, möhürlərini səbt
etdilər.
İBRAHİM XANIN KÜRƏK ÇAYINDAN
QALAYA GƏLMƏYİ
Əhdnamə tərtib tapandan sonra İbrahim xan Pənahabada müraciət
edir. Orada fəraqəti-xatir ilə Rusiya ilə münəqi olan əlaqənin nəticəsini
fikir etdikcə məlum olar ki, bu hadisədə xeyir üzü yoxdur. Özünü bir
əmri-xatirin toruna salıbdır ki, bədbəxtanə nəticələri göz qabağında
cilvə etməkdədir. Amma nə fayda. Bu tezliklə izhari-nədamət
29
Dostları ilə paylaş: |