General qoşun götürüb (düşmənin ardınca) Qozlu çaya qədər getdi lakin
onlardan əsər tapmadı. Naibüssəltənə ağır yükünü atıb qaçaraq, iki günün
ərzində Qızılbaş qoşunu ilə Arazın o tayına keçdi
1
.
Fətəli şah tərəfindən təhrik edilən və erməni məliklərinə satılan Əbülfət xan
Qarabağda ciddi pozuculuq işi aparırdı. Onun bir məqsədi də Qarabağın əsas
tayfalarını İrana aparmaq idi. Əbülfət xan bu sahədə təxribata başlasa da
qarabağlılar onun qeyri-vətənpərvər hərəkətini pozurdular.
İranlılar 1806-cı ilin payız və qış aylarında da Qarabağı işğal etmək üçün
inadlı müharibə apardılar. Bu müharibələrdə Qarabağ əhalisi özünün Kürəkçay
müqaviləsinə sədaqətini bir daha nümayiş etdirdi.
Mirzə Camal "Qarabağ tarixi"ni 1806-cı ilin sonunda Mehdiqulu xanın
hakimiyyətə gəlməsi ilə bitirir. O, Mehdiqulu xanın 1807-1822-ci illərdə davam
etmiş hakimiyyətini təsvir etməməsi səbəbini qısaca olaraq belə əsaslandınr
"Mehdiqulu xanın hakimiyyəti göstərilən tarixdən başlayaraq, 1822-ci ilin
oktyabr ayına qədər davam etmişdir. Bunun təfsilatı yüksək dövlətin
kargüzarları tərəfindən dəfələrlə qeyd edildiyinə görə sizə məlumdur və mənim
ərz etməyimə ehtiyac yoxdur"
2
.
1807-1828-ci illərdə Qarabağ ərazisində baş verən hadisələr, xüsusilə
Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələrinə gətirib çıxaran hərbi-siyasi hadisələr Mirzə Adıgözəl
bəyin "Qarabağnamə"sində, Mirzə Yusif Nersesovun "Tarixi-safi" əsərlərində
qələmə alınmışdır.
Məlumdur ki, "Gülüstan" müqaviləsinə əsasən İrəvan və Naxçıvan
müstəsna olmaqla bütün Zaqafqaziya ərazisi Rusiya tərkibinə daxil edildi.
Ermənilər dəfələrlə vədlərinə xilaf çıxıb İrəvan qalasının ruslar tərəfindən
alınmasına mane oldular. "Gülüstan" müqaviləsindən narazı qalan İran dövləti
Rusiya ilə yeni müharibəyə hazırlaşdı. Müharibəyə hazırlıqda İrana Fransa və
İngiltərə hökumətləri yaxından kömək edirdilər. Bu səbəbdən naibüssəltənə
Abbas Mirzənin koman-dası altında böyük bir ordu artıq 1825-ci ildə
müharibəyə hazır idi... "...1813-cü ilin baharında isə İran dövləti ruslar
tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (osmanlı)
barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyil göstərdi.
Mirzə Əbdülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev
də gəldi. Qarabağın Gülüstan adlı yerində hicri 1228 (1813)-ci ildə, təşrini-
əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövləti arasında əhdnamə
bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ Talış, Şəki, Şirvan,
Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona
həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər cür
iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını
vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin"
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.157.
2 Yenə orada, səh.158.
241
Mirzə Adıgözəl bəy "Türkmənçay" müqaviləsi (1828) ilə nəticələnən 1826-
1827-ci illər Rusiya - İran müharibəsini "Qarabağnamə"nin 12-ci fəslində
qələmə almışdır. Həmin fəslə də müəllif maraqlı ad vermişdir: "Qızübaşların öz
əhdlərini dübarə sındırıb əzəmətli dövlətə qarşı ədavət və inad göstərmələri
haqqındadır".
Burada "Qızılbaşların öz əhdlərini dübarə sındırıb əzəmətli dövlətə qarşı
ədavəti" ifadəsində İranın "Gülüstan" müqaviləsi şərtlərini pozaraq Rusiyaya
qarşı müharibəyə başlaması fikri nəzərdə tutulmuşdur.
Həmin fəsli yazarkən Mirzə Adıgözəl bəy iştirakçısı olduğu bir sıra tarixi
faktları nəzərə çatdırmış, bəzən xırda təfərrüatları da verməyə çalışmışdır.
Bu dəfə də İran-Rusiya müharibəsi İran qoşunlarının böyük hissələrinin
1826-cı ilin iyununda Xudafərin köıpüsünü keçib Qarabağ ərazisinə daxil
olması ilə başlanmışdı
1
.
Qarabağın və ümumən Azərbaycanın dincliyi yenidən pozulub müharibə
meydanına döndü.
XIX əsrin I rübündə Azərbaycan ilə Rusiyanın birləşməsinə səbəb olan
amilləri hər şeydən əvvəl biz ölkənin iqtisadi və ictimai həyatındakı gerilikdə
və siyasi cəhətdən xanlıqlara parçalanmasında axtarmalıyıq.
Bu konkret tarixi şəraiti yaxından görən İbrahimxəlil xan çox yaxşı bilirdi
ki, yalnız Rusiya dövlətinin tərkibinə daxil olmaqla xarici düşmənlərin
hücumundan və dözülməz daxili feodal müharibələrindən xilas olmaq
mümkündür.
Məlumdur ki, artıq 1822-ci ildən Qarabağ xanlığı ləğv edilmişdi. Bununla
belə, Şuşanın müdafiəsini şuşalılar və onlara kömək edən rus hərbi hissələri
həyata keçirirdilər. Mirzə Adıgözəl bəy yazır ki, 42-ci yeger polkunun
komandiri polkovnik Reytt doqquz rotadan ibarət soldatla cəld Şuşaya gəldi.
1826-cı il iyulun 25-dən başlayaraq Şuşa qalası yenidən İran qoşunu tərəfindən
mühasirə olundu. İran hərbi qüvvələri az sonra Şamxora qədər irəliləyə bilsələr
də Şuşanı təslim edə bilmədilər.
Mirzə Adıgözəl bəy 1826-1827-ci illər İran-Rusiya müharibəsində
iranlıların məğlub olma səbəblərini təfsilatı ilə göstərir. O, yeni Qafqaz canişini
Paskeviçin müharibəyə son qoymaq səylərini işıqlandırır. İrəvanın çox
çətinliklə alınması rus qoşunlarının Arazı keçib Təbrizə qədər irəliləməsinə
şərait yaradır
2
.
General V.Mədədovun Türkmənçay müqaviləsi ərəfəsində Azərbaycan
xanları ilə pis münasibəti, onlarla hesablaşmaması nəticəsində bir çox xanlar, o
cümlədən Mehdiqulu xan İrana getmişdilər. Paskeviç tezliklə Mehdiqulu xanın
öz yaxın adamları ilə Qarabağa qayıtmasına nail oldu. Mirzə Adıgözəl bəy
yazır: "Bu əsnada, Darlagəzdə olan Qarabağ hakimi həmail sahibi general-
mayor Mehdiqulu xana Paskeviç arasında gəliş-gediş oldu. Mehdiqulu xan İran
1 Bax: General-leytenant Velyaminovun çara 1826-cı il 30 iyul tarixdə göndərdiyi raport - AKAK, c. VI, h. II, sənəd
651, səh.367.
2 Bax: AKAK, c. VI, h. II, sənəd 698, səh.385.
242
dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə gəlmək istəyirdi. Knyaz
Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun götürüb Mehdiqulu
xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada görüşdülər.
Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə
məşğul oldu"
1
.
Mehdiqulu xan 1827-ci ildə Qarabağa qayıtdıqdan sonra ömrünün sonuna-
dək (1845) dinc şəraitdə yaşamış, öz mülklərini və təsərrüfatını idarə etmişdir.
Mirzə Camal "Qarabağ tarixi" əsərinin sonunda "Mehdiqulu xanın varis və
vəliəhd olmasının səbəbi" adlı əlavə bir fəsil də yazmışdır. Burada deyilir:
"Mərhum İbrahim xan birinci dəfə Kürəkçay qırağında knyaz Sisianovla
görüşdüyü zaman varislik və vəliəhdlik adı onun böyük oğlu mərhum Məhəm-
mədhəsən ağaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci oğlu
girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor Məhəmmədhəsən
ağa mərhum İbrahim xanın sağlığında öldüyündən xanın yerdə qalan oğlanları
içərisində ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Buna görə mərhum
İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və Qarabağın
başqa əyalının möhrü ilə Mehdiqulu ağaya verildi, xan və varis adlandırıldı.
Bu səbəbə görə Lisaneviç, mərhum İbrahim xan öldükdən sonra general
Nesvetayevin hüzuruna raport yazmış və ona əsasən 1807-ci ildə böyük
imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana
Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahirə tutulmuş qılınc verildi..."
2
.
Məhəmmədhosən ağanın oğlu Cəfərqulu ağa əmisi Mehdiqulu ağanın
Qarabağa xan təyin edilməsindən narazı idi. O, əvvəllər Rusiyaya rəğbət
bəsləməsinə baxmayaraq, bu dəfə ondan üz çevirməyə cəsarət etdi.
A.Bakıxanov yazır: "1811 -ci ilin axırında, İrana tərəfdar olması qəti zənn
edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb,
ruslardan bir dəstə piyada və bir neçə kazakla Tiflisə göndərildi. Tərtər çaym-
dan keçərkən, Cəfərqulu ağa atının cilovunu soldatın əlindən qapdı, özü ilə
bərabər atın sağnsında oturan o biri soldatı suya salaraq, Cəbrayıllı elinin
arasına qaçdı. Bu xəbər naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan
Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə
məcbur etdi. Özü isə Topxana və sərbazla Sultanbud səngəri üzərinə gəldi.
Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub
edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb
canını qurtardı.
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, naibüssəltənə
ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer edib, Qaradağ kəndləri-
nin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı"
3
1828-ci il Türkmənçay müqaviləsindən sonra Qarabağ bir müddət rus hərbi
komendantlığı tərəfindən idarə olundu.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.98.
2 Yenə orada, səh.166.
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.202.
243
XIX əsrin 20-60-cı illərində Qarabağ Mərkəzi Şamaxı şəhəri olan Şamaxı
quberniyası tərkibinə verilmişdi. 1868-ci ildən başlayaraq Azərbaycanda Sovet
hakimiyyətinin qələbə çaldığı 1920-ci ilə qədər Qarabağ, mərkəzi Gəncə şəhəri
olan Yelizavetpol quberniyası tərkibində olmuşdur. Yaxın tarixi keçmişdə, yəni
1501-ci ildən başlayaraq Qarabağ Azərbaycan ərazisində mühüm inzibati ərazi
olaraq əvvəl Qarabağ bəylərbəyiliyi (1501-1747), sonra Qarabağ xanlığı (1747-
1822), XIX əsrin əvvəlindən isə yuxarıda qeyd olunan rus ərazi-inzibati
bölgüsündə zəmanəmizə qədər öz Azərbaycan varlığını saxlamışdır. Əsrlər
boyunca İrəvan xanlığı fars və Azərbaycan feodallarının, Türkmənçay
müqaviləsindən (1822), sonra isə (1920-ci ilədək) çar general-qubernatorlarının
idarəsində idi...
* * *
Qarabağ xanlığı (1747-1822) Pənahəli xan və İbrahimxəlil xanın haki-
miyyətləri dövründə (1747-1806) öz suverenliyini saxlaya bilən Azərbaycan
feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Zaqafqaziyanın
xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur.
Qarabağ xanlığının daxili və xarici siyasətinə qarşı Qarabağ Xəmsə
məliklərinin çoxu müxalifətdə olmuş və ağır müharibələrdə düşmən tərəfə
keçmişlər. Eyni zamanda, Xəmsə məlikləri Qarabağın iqtisadi həyatında da
əhəmiyyətli rol oynamamışdır.
Qarabağ xanlığının Rusiya tərkibinə daxil olmasını təsdiq edən Kürəkçay
(1805), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrindən sonra
Qarabağda ermənilərin sayı mühacirət hesabına artdı. Buna Zaqafqaziyada
hakimlik edənlərin xristian dininə mənsub olmaları da şərait yaradırdı. Xaçatur
Abovyan "Ermənistan yaraları"nın sağalmasınım başlanğıcını məhz
Zaqafqaziyada çar Rusiyasının hakimiyyəti ilə əlaqələndirirdi. Zaqafqaziyaya
ermənilərin axmı yazıçıya bu fikri söyləməyə imkan verirdi.
1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində və
onlardan sonra ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi
surətdə köçməsi başlanır... "...Biz 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya
40 mindən çox fars, 84 min türk ermənisi köçürmüşük. Onları erməni əhalisinin
az olduğu Yelizavetpol və İrəvan quberniyalarındakı ən yaxşı dövlət
torpaqlarında yerləşdirmişik. Bu məqsədlə 200 min desyatin dövlət torpağı
ayrılmış, müsəlmanlardan 2 milyon manatlıqdan çox torpaq satın alınmışdır. Bu
ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə (İndi Sevan -
N.A.) gölünün sahillərində yerləşdirilmişlər. Köçənlərin sayı rəsmi məlumata
görə 124 min olmasına baxmayaraq, əslində onların sayı 200 mini keçmişdir
1
.
1 Н.Н.Шавров. Новая угроза русскому делу в Закавказье: Предстоящая распродажа Мугани инородцам. СПБ,
1911, 8ЭП.59-60.
244
Torpaqların köçənlərə verilməsi yerli azərbaycanlıları narahat etməyə
bilməzdi. Bu hadisələrin şahidi, məşhur rus diplomatı və şairi A.S.Qriboyedov
yazmışdır: "Biz onunla (knyaz Arqutinski ilə -N.A.) həmçinin müsəlmanların
ağırlaşmış vəziyyətləri ilə necə barışdırmaq, ermənilərin onların torpaqlarını
həmişəlik tutmayacaqlarına inandırmaq barədə də fikir mübadiləsi aparırdıq
1
.
Ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa köçürülməsi sonrakı
illərdə də davam etdirilmiş və böyük vüsət almışdı: "...köçənlər içərisində
çoxluq ermənilərə məxsusdur. Belə ki, hazırda Zaqafqaziyada yaşayan 1
milyon 300 min nəfərin 1 milyondan çoxu yerli sakinlərə mənsub deyil və
bizim tərəfimizdən köçürülmüşdür. Son 13 ildə köçürülən ermənilərin sayının
çoxluğu aşağıdakı müqayisədən aydın görünür: 1896-cı ildə general-adyutant
Şeremetyev Zaqafqaziyada yaşayan ermənilərin sayının 900 minə yaxın
olduğunu, 1908-ci ildə isə 1 milyon 300 minə çatdığını qeyd edir. Başqa sözlə,
bu müddət ərzində onların sayı 400 min nəfər artıb
2
.
Qarabağ xanlığı Rusiyaya birləşərkən - 14 may 1805-ci ildə regionda
ermənilər əhalinin cəmi beşdə birini təşkil edirdilər. 1823-cü ildə çar
məmurlarının tərəfindən tərtib edilmiş "Qarabağ əyalətinin təsviri"ndə verilən
məlu-matlara görə "...Qarabağ xanlığında 90 min əhali, 1 şəhər, 600 kənd
(onların 150-si erməni kəndidir) olmuşdur. Şuşada təxminən 1948 azərbaycanlı,
474 erməni ailəsi yaşayırmış. Kəndlərdə bu rəqəmlər müvafiq surətdə belə
imiş: 12.902 və 4.331".
Köçürmə Qarabağın dağlıq hissəsində milli tərkibin dəyişilməsinə səbəb
oldu. Belə ki, XIX əsrin 80-ci illərinin sonunda Şuşa qəzasında (indiki Dağlıq
Qarabağın təxminən bütün ərazisi onun tərkibinə daxil idi -N.A.) ermənilərin
sayı əhalinin artıq 58 faizini təşkil edirdi
3
.
Gətirilən rəqəmlər bu gün Dağlıq Qarabağ ərazisində ermənilərin nə üçün
çox olduğunu sübut etmək üçün kifayətdir.
Türkmənçay müqaviləsinə qədər Şuşa şəhərinin yerləşdiyi dağın yuxarısı
şəhər təsərrüfatı məqsədilə istifadə olunurdu. Lakin XIX əsrin 30-cu illərindən
başlayaraq Şuşa şəhərinin yuxarı-hündür hissəsində sürətlə erməni məhəllələri
salındı.
Şuşada komendantlıq illərində yeganə rus kilsəsi şəhərin bazarbaşı adlanan
hissəsində tikilmişdi. Rus hərbi işçilərinə xidmət edən bu kilsə sovet dövründə
30 ildən artıq şəhər klubu kimi istifadə olunmuşdu.
XIX əsrin II yarısında Şuşada erməni kilsələri meydana gəldi. Çox qəribədir
ki, bu kilsələr erməni Qriqoryan kilsələri kimi qotik üslubda deyil, qədim alban
kilsələri memarlığı üslubunda tikilmişdir.
Əgər XVIII əsrdə Qarabağ öz iqtisadi və hərbi gücü ilə Zaqafqaziyada
aparıcı rol oynayırdısa, XIX əsrdə Qarabağ ədəbiyyatı və incəsənəti bütün
1 А.С.Грибоедов. Соч. в 2-х томах, т. 2, М., 1971, səh..341..
2 N.N.Şavrov. Göstərilən əsəri, səh.59-61.
3 Bax: Кавказский календарь на 1896 г., стр. 48-61.
245
Zaqafqaziya xalqlarının qəlbini fəth etmişdi. Qarabağda doğulan və
tərbiyətəhsil alan Q.Zakir, Aşıq Pəri, M.M.Nəvvab, X.Natəvan,
C.Qaryağdıoğlu, Ü.Hacıbəyov, H.Vəzirov, Ə.Ağayev, Ə.Haqverdiyev,
Y.V.Çəmənzəminli, F.Köçərli və onlarca başqaları mədəniyyət tariximizdə
parlaq səhifələrdir.
Bizim günlərdə Şuşanı erməni mədəniyyəti mərkəzi adlandıran ekstre-
mistlər faktik olaraq Qarabağda ədəbi-mədəni hadisə sayıla bilən bir nəfər belə
erməni yazıçısının adını çəkə bilməzlər.
Şimali Azərbaycan Türkmənçay müqaviləsindən sonra (1828) Rusiyanın
inzibati-ərazi bölgüsünə daxil edildi. Qarabağ xanlığı ərazisi əvvəlcə Şamaxı,
sonra Yelizavetpol (Gəncə) quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur,
bir qismi isə Cavad uyezdlərinə daxil olmuşdu. Böyük Oktyabr sosialist
inqilabının qələbəsinə qədər Qarabağın inzibati-ərazi bölgüsü bu şəkildə idi. İki
ilə yaxın davam edən, müsəlman Şərqində ilk demokratik respublika
"Azərbaycan Demokratik Cümhuriyyəti" dövründə də ərazidə dəyişiklik
edilməmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonrakı illərdə
(1920-1923) sabiq Qarabağ xanlığı və Yelizavetpol quberniyasının inzibati-
ərazi bölgü-sündə bir sıra ciddi dəyişikliklər edilmişdir. O cümlədən sabiqdə
əsrlər boyu Qarabağ bəylərbəyiliyi və xanlığı ərazisi olan Zəngəzur mahalı (o
cümlədən Mehri, Qapan (indiki Qafan - N.A.), Gorus və başqa ərazilər)
Ermənistan SSR-ə verildi. Tarixdə ilk dəfə olaraq Qarabağın dağlıq hissəsində
Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olundu (1923). Şuşa şəhərinin köməkçi
hərbi və təsərrüfat qəsəbəsi olan Xan kəndi DQMV-nin mərkəzi elan olundu və
bu qəsəbə Stepanakert şəhəri adlandırıldı. 10-dan artıq dağıdıcı müharibəyə
sinə gərmiş, dörd yüzə qədər memarlıq abidəsi olan Şuşa şəhəri 1923-cü ildən
sonra ikinci plana, Xan kəndi birinci plana keçdi... 1920-ci ildə 50 mindən çox
əhalisi olan Şuşa şəhərinin hazırda 13 min, cəmi 1500 nəfərə yaxın əhalisi olan
Xan kəndinin hazırda 50 minə yaxın əhalisi vardır. Bu tarixi ədalətsizlik,
əhalinin tərkibini süni yollarla azaldıb-artırmaq 1988-ci ilin fevralından
başlayaraq Dağlıq Qarabağ hadisələri adlanan hərc-mərcliyə gətirib çıxardı...
Bu hadisələrin mahiyyətində ise yeganə bəhanə Dağlıq Qarabağda erməni
əhalisinin azərbaycanlılara nisbətən sayca çoxluğudur.
Axı başqa inkarolunmaz - tarixi dəlillər də var: Qarabağ birdir; onun dağı da
var, aram da. Hazırda Qarabağda milyon nəfərdən çox əhali yaşayır ki, onun
yalnız onda bir hissəsi ermənilərdir. Digər tərəfdən Qarabağ tarixin heç bir
mərhələsində Ermənistan torpağı olmamışdır.
Nazim Axundov
246
MÜNDƏRİCAT
Tərtibçidən………………………………………………………………….5
Mirzə Rəhim Fəna
Tarixi-cədidi-Qarabağ
(Ön söz N.Axundovun, transliterasiya A.Ramazanovundur)……… ……....7
Baharlı
Əhvalati-Qarabağ
(Ön söz və transliterasiya N.Axundovundur)..…………………………….31
Həsən İxfa Əlizadə
Şuşa şəhərinin tarixi
(Ön söz, transliterasiya N.Axundovundur) ………………………………..75
Həsənəli Qaradaği
Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları,
Pənah xan, İbrahim xan və Mehdiqulu xan
əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri
(Ön söz, transliterasiyası N.Axundovundur)…………………………..…121
Abbasqulu ağa Bakıxanov
Gülüstani-İrəm. V fəsil…………………………………………………...131
Son söz…………………………………………………………………...174
247
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki
redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Aslan Almasov
Korrektorlar:
Elnaz
Xəlilqızı
Tutu Məmmədova
Yığılmağa verilmişdir 25.07.2006. Çapa imzalanmışdır 14.12.2006.
Formatı 60x90 V16. Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 191.
DÜST 5773-90, DÜST 4.482-87
Tel/Fax:447 75 04.Tel.:447 75 05
Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.
248
Dostları ilə paylaş: |