83
Qatalar təliminin zərdüĢtiliyə qədərki " xalq dini" ilə qarĢılıqlı güzəĢtlər
əsasında birləĢməsi ilə bağlı olan erkən zərdüĢtiliyin transformasiyası həm ellin, həm
də Parfiya dövründə davam etmiĢdir. Antik mənbələrə, arxeoloji materiallara və tətbiqi
incəsənət abidələrinə əsasən bu qənaətə gəlmək olar ki, məcuslar bu dövrdə Qərbi
Ġranın dini həyatında əsas rol oynamaqda davam etmiĢ, onların etiqad və mərasimləri də
Kiçik Asiya və Cənubi Qafqaz ölkələrinin dininə və ideologiyasına güclü təsir
etmiĢdir.
Sasanilər dövründə qılınc gücünə iĢğal olunmuĢ ərazilərə yayılan, baĢqa din
və təriqətlərə qarĢı açıq-aĢkar düĢmən kəsilən "Kiçik Avesta" zərdüĢtiliy i doqmatik
dövlət dininə çevrildi, artıq III əsrin ikinci yarısında maniçilərin darmadağın
edilməsin in və təqibinin ilha mç ısı və təĢkilatçısı olan mobed Kartir öz kitabələ -
rində bu dini siyasəti elan etdi. BaĢqa din və etiqadlara qarĢı dözümlü olan Əhəməni və
ArĢakilərdən əhəmiyyətli dərəcədə fərqli olaraq IV-VII əsrlərdə hakimiyyət baĢında
olan bütün sasani ĢahənĢahları məhz bu dini siyasəti güdürdülər, baĢqa dindən
olanların, xüsusilə xristianların təqibinin arabir zəifləməsi isə hakim dairələrin d in
azadlığın ı qəbul etməsi ilə deyil, hərb i və ya iqtisadi vəziyyətlə bağlı idi. Özü də belə
fasilələrdən sonra atəĢpərəst olmayanlar daha amansız təqib lərə məruz qalırd ılar.
Bununla belə, ZərdüĢt təlimi və mərasimi Sasanilər dövründə də əvvəlki
yüzillər boyu təĢəkkül tapan və Sasanilərə qədərki zərdüĢtiliyin mürəkkəb təkamül
prosesini özündə əks etdirən üst-üstə gəlmiĢ ziddiyyətli cəhətlərdən xilas ola
bilməmiĢdi. Məsələn, Ahura-Mazda (Hörmüz) ilə yanaĢı, monoteist təməlli Qatalar
təlimində cüzi yer tutmuĢ baĢqa allahlara (o cümlədən Mitraya, orta farsca - Mihr) da
sitayiĢ edilirdi; ellinistik görüĢlərin güclü təsirinə məruz qalmıĢ "sonsuz vaxt" allahı
Zrvana sitayiĢ Sasani zərdüĢtiliyində möhkəm yer tutsa da bəzi hallarda, hətta Ģübhə
doğururdu; Sasani kahinlərinin mərasimləri bir cür keçirmək cəhdləri, ölkənin
zərdüĢtiliyə sitayiĢ edən əhalisinin davranıĢ və məiĢətini ciddi tənzimləməsi, "Kiçik
Avesta"dakı təlimatın mü xtəlifliyi və ziddiyyətliliy i, Qatalarda mərasimlərin
keçirilməsinə dair göstəriĢlərin olmaması və buna görə də ölkədəki zərdüĢtilərin
mərasim forma larının mü xtəlifliy i, zərdüĢtilik qanunları mətnlərin in, həmçin in
onun orta fars dilinə tərcüməsinin, Ģərhlərinin və bir çox baĢqa pəhləvi dini
əsərlərinin uzun müddət Ģifahi Ģəkildə ötürülməsi və çox gec yazıya köçürülməsi
(əsas etibarilə VI əsrdən) dini təlim konsepsiyasının, eləcə də mərasim qaydalarının
müxtəlifliyinə səbəb olmuĢdur. Bunlarla bərabər adətə və "Avesta"dakı hüquqi nəsqlərə
əsaslanan çox qədim din i-hüquq normaları ilə feodal dövlətin in mövcud sosial-
iqtisadi vəziyyəti arasındakı ziddiyyət də nəzərə alınmalıdır. Sasani teologiyasının aĢkar
sxolastik və mühafizəkar xarakteri bu dövlətin nəticə etibarilə müxtəlif dinə və
mədəniyyətə mənsub olan, sosial və iqtisadi inkiĢaf səviyyələri baxımından eyni olmayan
xalqları bir məmləkət daxilində birləĢdirən fəal hərbi və ticarət ekspansiyası fonunda
özünü daha açıq büruzə verirdi; Sasani kilsəsi bu xalqlar arasında baĢ verən mədəni
mübadiləyə heç cür mane ola bilməzdi. Əksinə, o, dövlətin ərazisində Aristotelin irsini
öyrədən və xristianların dərs dediyi fəlsəfi məktəblərin olması ilə barıĢmağa məcbur
84
idi; ZərdüĢti ruhani baĢçıları Hindistan mədəniyyəti və dinlərinin təsiri ilə hesablaĢmalı,
Avestanın orta fars dilinə tərcüməsinə yunanların fəlsəfi biliklərinin əsaslarının, o
cümlədən Aristotelin məĢhur varlıq kateqoriyasının, qədim Hind fəlsəfə və təbabətinin
("Avesta"nın bu hissələri dövrümüzə gəlib çatmayıb) öyrənilməsini daxil etməli
olurdular. Bununla belə, sasani kilsəsi zərdüĢti "irançılığın" müstəsna xarakteri
haqqında təsəvvürü dəstəkləməyə, dinin təmizliyini qorumağa çalıĢır, baĢ lıcası isə,
kahinlərin nüfuzunun və maddi rifahının əsasını təĢkil edən arxaik mərasimə ciddi riayət
olunmasına cəhd göstərirdi.
Azərbaycan Özünün AdurquĢnasp od məbədi ilə ZərdüĢt kahinliyinin əsas
istinadgahlarından biri idi. ZərdüĢtilik ənənəsi ZərdüĢtü (ZaratuĢtranı) görünür hələ
Sasani dövlətinin yaranmasından və AdurquĢnasp odunun təsisindən çox əvvəl Midiya
ərazisi ilə bağlamıĢdır; tədqiqatçılar bu bağlılığı çox vaxt Adurbadaqan məbədi ilə
əlaqələndirirlər.
ZərdüĢtiliyin əfsanəvi dini mərkəzi olan Eranvejin Adurbadaqanla
eyniləĢdirilməsini də son Sasani dövrünə aid etmək olar. Avesta mətnlərinin (YaĢt 10 və
Videvdat 1) pəhləvi əsərləri ilə tutuĢdurulması göstərir ki, zərdüĢtilik ənənəsinə görə
peyğəmbərin vəz etməyə baĢladığı yer olan Eranvej vilayəti SeiĢtan, Xarəzm, Baktriya
və Adurbadaqan kimi mü xtəlif ölkələrlə eyniləĢdirilirdi. Görünür, ənənə, burada
zərdüĢtilik mərkəzinin tarixən gerçək olan yerdəyiĢməsini əks etdirmiĢdir. Eranveji
Adurbadaqanla eyniləĢdirən bir çox pəhləvi mətnlərindən birində - "Pəhləvi rəvayət-
ləri"ndə deyilir: " Və o, (ZərdüĢt) yeddi dəfə Hörmüzdən gələn vəhyi alıb: b irinci
dəfə o, [vəhyi] Eranvejdə - Adurbadaqanda qəbul etdi və on il orada Hörmüzlə
ünsiyyətdə keçirtdi".
Mühüm pəhləvi din i əsərlərindən olan "BundahiĢn"də ("Əsas əsər" və ya
"Zənd-agahih") ZərdüĢtün vətəninin Daraya çayı (mütə xəssislər ehtimalla bu çayı
Savalan dağından baĢlayan Dərya - rudla eyniləĢdirirlər) yaxınlığında olduğu
bildirilir: "Daraya - Eranvejdə çay, onun sahilində ZərdüĢ tün atası PouruĢaspın evi
yerləĢirdi". Hə min əsərin baĢqa bir yerində deyilir ki, Zə rdüĢt Daraya çayı
sahilində doğulmuĢdur: "Daraya çayı çayların baĢıdır, çünki ZərdüĢtün atasının evi
onun sahilində olub, ZərdüĢt özü də orada doğulub".
"Avesta"da (Vendidad) deyilir ki, Əhrimən in ZərdüĢtü yoldan çıxarması,
Hörmü z və mələklərin onun gözünə görünmələri Daraya çayı sahilində, ZərdüĢtün
atasının evi olan yerdə baĢ vermiĢdir. Sonrakı ərəb ənənəsinə görə, ZərdüĢtün anası
Duqda Reydən, atası isə Azərbaycandan olmuĢdur. Orta fa rs qaynağı olan
"Denkard" ("Din in əməlləri", VII, 192) əsərində də ZərdüĢtün anasının Rey
mənĢəli olduğu iddia ed ilir.
ZərdüĢtün vətənini Azərbaycanla bağlayan ənənə Adurbadaqan kahinlərin in və
AdurquĢnasp od məbədinin mühü m rolunu əks etdirir.
Artıq qədim zərdüĢtilikdə oda sitayiĢ birinci dərəcəli əhə miyyət kəsb
edirdi. Oda sitayiĢin bütün Ġran tarixi boyunca böyük əhəmiyyəti od allahların ın
adlarından yaranmıĢ xüsusi adlar, həmçinin pul, gemma və arxeoloji materiallar