100
fonemli a lban əlifbası fıĢıltılı və boğaz səsləri ilə zəngin idi. V əsr erməni
müəlliflərin in özlərinin etiraf etdiyi kimi, alban dili ermənilər üçün "yad" dil id i.
Məhz bu dövrdə alban hökmdarı Asuagenin, alban patriarxı Ġyeremin in
yardımı ilə "Tövrat" və "Ġncil"in, "Liturgiya" (xristianların əsas ibadət ayini) və
baĢqa dini kitabların tərcüməsi üzrə uğurlu iĢlər görüldü. Müəllim kimi
hazırlaĢdırılmıĢ bir ço x gənc ölkənin mü xtəlif vilayətlərinə yollandı. A lbaniyanın
ayrı-ayrı vilayətlərindən olan, dövlət ərzaq payı ilə təmin edilmiĢ uĢaqlar dəstə-
dəstə məktəblərə göndərild ilər. Tərcü mə dini ədəbiyyatı ilə yanaĢı, yerli orijinal
agioqrafik (alban müqəddəslərin in həyatı) və dünyəvi ədəbiyyat da yaranırdı.
Albanlar ö z yazılarından beynəlxalq yazıĢ malarda da istifadə ed irdilər.
V-VII əsrlər a lban yazısının çiçə klən mə dövrü hesab olunur. Məhz bu
dövrdə, A.Q.ġanidzenin sözləri ilə desək, "albanlar Qafqazın siyasi və mədəni
həyatının bütün sahələrində gürcülər və ermən ilərlə eyni dərəcədə bərabər fəallıqla
iĢtirak edird ilər".
Erkən alban ədəbiyyatı əlveriĢli tarixi-mədəni Ģəraitdə təĢəkkül tapdı. Bu -
müstəqil Alban dövlətinin mövcud olduğu, alban arĢakilərin in və onları əvəz edə n
böyük alban hökmdarları - Mih ranilərin hakimiyyətdə olduqları, müstəqil alban
kilsəsinin fəaliyyət dövrü idi.
Ədəbiyyatın inkiĢafı nəticəsində maraq dairəsi geniĢlənmiĢ, bu isə öz
əksini mü xtəlif janrlarda tapmıĢdı: agioqrafik əsərlər, tarixi xronikalar, hüquqi
sənədlər - kilsə qanunları və dünyəvi qanunlar yaranmağa baĢladı. V-VI əsrlərdə
siyasi səbəblər üzündən ədəbiyyatda ellinpərəst istiqamət nəzə rə çarpdı.
Dövrün alban ədəbi ənənələrinə bizə yetiĢmiĢ aĢağıdakı tarixi narrativ
mənbələr aiddir: Moisey Kalankatlının "Alban tarixi", VII əsr Ģairi Davdəkin
elegiyası, alban hüquqi mənbələri olan kilsə qanunları (V əsr Aquen məclisin in
qanunu və Simeonun qanunu adı ilə tanın mıĢ 705-ci il Partav məc lisin in qanunu).
Moisey Kalankatlının I-X əsrlər Albaniyası və albanların , eləcə də baĢqa
xalq ların tarixinə həsr etdiyi əsərinin əhəmiyyəti olduqca b öyükdür. "Alban tarixi"
Azərbaycanın ictimai-iqtisadi, siyasi, ideoloji və mədəni tarixin i, eləcə də tarixi
coğrafiyasını və etnogenezini və s. öyrən mək baxımından hədsiz maraq doğurur.
Moisey Kalankatlı qüdrətli alban hökmdarı CavanĢirin müasiri idi; məhz
bu dövr Albaniyanın siyasi və mədəni d irçəliĢi dövrü sayılırdı. Hərbi istedadı,
müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz
çayından, Ģimalda Dərbəndədək olan ərazidə birləĢdirən və bərpa edən, müstəqil daxili
və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan CavanĢir,
Ģübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Moisey
Kalankatlıya "Alban tarixi" kitabını sifariĢ verir. Həmin kitabın meydana gəlmə
səbəblərindən biri də budur.
Üç tərəfdən olan siyasi təzyiq Ģəraitində dövlətin müstəqilliyini saxlamaq,
özünün mədəni-ideoloji bən zərsizliy ini qoru maq naminə alban xalqını mübarizəyə
səfərbər etmək məqsədilə dövrün Ģanlı səhifələri ilə yanaĢı, Bibliya dövründən "bu
101
günədək" (yəni VIII əsrədək) baĢ verən hadisələri iĢıqlandıran bir əsərin olması vacib
idi.
Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi Alban məmləkətinin, onun
xalqının, ərazisinin, siyasi və mənəvi həyatının yaranma və inkiĢaf tarixini əks etmək,
onun ArĢakilər və Mihranilər sülalələrinə mənsub hökmdarlarının, xüsusilə CavanĢirin
dövrünü təsvir etmək, hakimiyyətin arasıkəsilmədən irsən keçdiyini göstərmək, apostol
patriarxlığı ilə baĢlamıĢ avtokefal (müstəqil) alban kilsəsinin yaran ma tarixin i izləmək
olmuĢdur.
Beləliklə, bu abidə Albaniyanın müstəqil dövlətçiliyini və müstəqil kilsəsini
mədh etmiĢdir.
"Alban tarixi" üzərində sonradan aparılmıĢ redaktə izlərinə baxmayaraq,
abidənin ifadə tərzi, haqqında danıĢılan məlu matların nisbi tamlığı, müəllifin maraq
dairəsinin geniĢliyi, ölkənin daxili və xarici həyatında baĢ verən hadisələrin dəqiq tarixini
müəyyənləĢdirməyə imkan verən xronoloji sistemin iĢlənib hazırlanması, dövr üçün
demək olar, xarakter olan tarixi duyumun olması, müəllifin hadisələri Ģərhində müəyyən
obyektivliyin mövcudluğu belə bir fikir yaradır ki, o dövrdə Albaniyada müəyyən
ənənələr və tarixi Ģərh etmə təcrübəsi olmuĢdur.
Əsər strukturuna görə üç hissədən ibarətdir: Birinci hissə Bibliya tarixi ilə
baĢlayır. Mənbədəki məlumata görə, mənĢəcə Yafəs soyundan olan albanlar bu soyun
Getarilər nəslinə mənsubdular. Ermənilər isə baĢqa bir nəsildən - Foqarmadan
(Toqarmadan) törəmələrdir.
Qaynaqda albanların adı yazısı olan 15 xalqın sırasında çəkilir. Ölkənin tarixi
coğrafiyası - coğrafi təsvir, təbii sərvətlərin xarakterizə edilməsi, ölkə hüdudlarının
dəqiq göstərilməsi ilə təqdim edilmiĢdir. IV fəsildən Albaniyanın real tarixinin Ģərhinə
baĢlanır. Yerli hakim olan Aran ölkənin ilk hökmdarı adlandırılır, ondan sonra söhbət
ArĢakilər sülaləsindən olan alban hökmdarları haqqında gedir. Birinci kitabda
xristianlığın yayılma tarixi görkəmli yer tutur; V əsr Aquen məclisinin kilsə qanunları
haqqında məlumat verilir. Birinci kitab hunların ölkəyə hücumunun təsviri ilə baĢa
çatır.
Ġkinci kitab 552-ci ildən baĢlayır və 711-ci il hadisələri ilə tamamlanır.
Burada Ġran-Bizans, Ġran-Ərəb müharibələri təsvir edilir, alban hökmdarı CavanĢirin
bu müharibələrdə iĢtirakı qələmə alınır. Mihranilərin tarixi, xüsusilə CavanĢirin və
Varaz Tiridatın hakimiyyəti əks etdirilir, alban katolikosu Vironun fəaliyyəti gös-
tərilir.
Üçüncü kitab ərəblərin tarix səhnəsinə çıxmaları, onların 698-ci ildən 877-ci
ilə qədər Albaniya, Ermənistan və Ġberiyaya hücumlarına həsr olunub. Daxildə baĢ
verən hadisələrdən Varaz Tiridatın hakimiyyətinin son illəri, hunlarla qarĢılıqlı
münasibətlər, alban katolikosu Nerses Bakurun fəaliyyəti əks olunub. Kitab X əsr hadi-
sələri, alban hökmdarları və katolikoslarının siyahısı ilə baĢa çatır.
Moisey Kalankatlının öz əsərini alban dilində yazdığını inkar edən erməni
alimləri etirazlarını əslində yalnız bir dəlillə gös tərməyə çalıĢırlar: o da həmin əsərdə