Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə185/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   181   182   183   184   185   186   187   188   ...   215

383 

mayenin  boĢaldılması  üçün  deĢik  açılmıĢdır.  Ġnək  fiquru  ço x  ümu miləĢdiril miĢ

tərzdə,  incəliklər  nəzərə  alın madan  hazırlan mıĢdır.  Fiqurda,  hətta  gözlər  də  qeydə

alın mamıĢdır.  Bu zov  inəyi  əmən  vəziyyətdə  təsvir  edilmiĢdir.  Ġnək  və  buzov 

fiqurlarından  fərqli  o laraq,  lü ləyinin  dəstəyi  funksiyasını  daĢıyan  Ģir  fiquru  daha

incəliklə hazırlan mıĢ, fiqurun gözləri, burnu və digər yerləri qeydə alın mıĢdır.  Hər  

üç  fiqurun  üzərin i  bəzəyən  naxıĢlar  lü ləyin in  diqqəti  cəlb  edən  cəhətidir.  Onun 

üzərində  insan,  heyvan  rəsmləri,  nəbati  təsvirlər  vard ır.  Həmin  bəzəklər  məmu -

latın  bütün  səthində  mövcuddur.  Bu  təsvirlər  quruluĢca  ayrı-ayrı  zo laqlarla,

medalyonlarla  və  mü xtəlif  dekorativ  ləkələrlə  təmsil  edilmiĢdir.  Qismən  həkk 

olunmuĢ, müəyyən hissəsi isə minalan mıĢ ov, ziyafət, nərd oyunu səhnələri də çox 

maraqlıdır.  Bu  rəs mlər  əsas  fiqurların  ətraflarındadır.  Rəs mlər  hər  bir  tərəfdən

üçsıralı  zolaq  əmələ  gətirən  çərçivələrdə  yerləĢdirilmiĢdir.  Ġnəyin  boğazında  və 

baĢında  həkk  olunmuĢ,  lüləyin in  bəzəkli  görünməsinə  xid mət  edən  yazılar

maraqlıdır.  Yazıda  qeyd  edilir:  "Bu,  b irdəfəyə,  Yaradan  Tanrın ın  kö məy ilə

hazırlan mıĢ  inək,  buzov  və  Ģird ir.  Ruzbeh  ibn  Əfridun  ibn  Burzin in   sifariĢidir. 

Onun  sahibi  olan  Ģaha  -  Burzin  ibn  Əfridun  ibn      -  eĢq  olsun.  Rəssam  Əli  ibn

Məhəmməd  ibn  Abdullah  Qasım  düzəltmiĢdir;  603  -cü  ilin  məhərrəm  ay ında"

(1206, VIII-IX aylar). 

Azərbaycanın  Milli  Tarixi  Muzeyinin  kolleksiyasında  saxlanılan,  bəzək

baxımından bənzərsiz olan bürünc çıraq da ġirvanla bağlı məmulatdır. Bu çıraq 1944-cü

ildə  Bakıda,  ġirvanĢahlar  sarayının  ərazisində  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı 

tapılmıĢdır. Həmin çıraq ölçüsünə görə iri deyildir: uzunluğu 18 sm, hündürlüyü isə 8,5

sm-dir. Tə xminən çırağın bütün səthində yerləĢdirilmiĢ  tökmə heykəlc iklə r  xüsusilə

maraqlıdır.  Həmin  heykəlciklər  mü xtəlif  texniki  tərzdə  iĢlənmiĢdir.  Burada  yastı, 

qabarıq və hətta dairəvi heykəlciklər arasında süvari, ata həmlə edən vəhĢi heyvan,  iki

öküz  baĢı,  iri  piĢik  cinsindən olan on dörd  yırtıcı  heyvan  baĢı,  iki  qabarıq  insan sifəti

vardır.  Bürünc  çırağın  üzərində  təsadüf  olunan  təsvirlər  yeni  deyildir  və  bu  dövrdə 

Azərbaycan  dekorativ-tətbiqi  sənətinin  digər  növlərinin  bəzəklərində  də  istifadə

edilirdi. Bu cür təsvirlərə "Bayıl daĢları"nda, Örənqalanın, qədim  Gəncənin, Bakının

keramikasında  da  təsadüf  olunur.  Çıraq  üzərindəki  iki  qabarıq  öküz  baĢı təsviri  Bakı 

qalasının Ģimal  darvazası  üzərində  olan  rəsmlərlə  eynidir.  Bu  məqama  xüsusi  fikir

verməyə dəyər; belə  ki, vaxtilə öküz totem hesab edilmiĢ, sonralar isə ĢirvanĢahların

gerbi kimi istifadə olun muĢdur. 

Nəzərdən  keçirilən  dövrdə  tuncdan  hazırlanmıĢ  fiqurlu  məmu lat  yalnız

ġirvanda  geniĢ  yayılmamıĢdı.  Bu  cür  fiqurlara  Azərbaycanın  digər  vilayətlərində  də

təsadüf edilmiĢdir. Son onillər ərzində Qəbələ və Örənqala Ģəhərgahlarında aparılmıĢ 

qazıntı  iĢləri  nəticəsində  metalın  bədii  emalının  bu  növünə  aid  maraqlı  materiallar

aĢkar  edilmiĢdir.  Örənqalada  aparılmıĢ  arxeoloji  qazıntılar  za manı  bürünc  heykəlcik

tapılmıĢdır.  Bu  tapıntı  yenilik  kimi  qiymətləndirilə  bilər.  Bürünc  heykəlcik  insan 

simasına  malik  olan  əfsanəvi  varlıq  Ģəklindədir.  Heykəlciyin baĢında üçdiĢli  tac var.

Əfsanəvi  varlığın  badamvari  iri  gözləri,  saç  örtüyü  bədii  metal  ustasının  məharətinin 




384 

nəticəsi  kimi  diqqəti  cəlb  edir.  Bu  heykəlcik  Xəzər  dənizinin  dibindən  çıxarılmıĢ

"Bayıl  daĢları"  üzərində  olan  təsvirlərə  bənzəyir.  Bürünc  məmulatının  bəzəyinin

Azərbaycan  incəsənətinin  digər  növlərinin  bəzəyi  ilə  sıx  əlaqəsi  Luvrda  (Fransa) 

mühafizə  olunan bürünc  dolçada parlaq surətdə nəzərə çarpır.  Bürünc  dolça  1190-cı

ildə  naxçıvanlı  usta  Osman  Salman  oğlu tərəfindən  hazırlanmıĢdır.  Bu  bürünc  qabın

naxıĢları  Naxçıvandakı  Möminə  xatun  məqbərəsinin  (Atabəy  günbəzinin)  bəzəyilə 

eynidir. 

Bu  dövrdə  bədii  metal  məmulatı  memarlıq  abidələrinin  tərtibatında da geniĢ

Ģəkildə  istifadə  edilirdi.  Darvazalar,  suyun  axıdılması  üçün  iĢlədilən  borular,  qapılar, 

məscid  günbəzlərinin  yüksək  hissələri  bürünc  və  mis  elementlərlə  zəngin  surətdə

bəzədilirdi. Hazırda Gürcüstanın Gelati monastırında saxlanan Gəncə Ģəhər darvazasının

dəmir  hissələrini  bu  sənətin  parlaq  nümunəsi  kimi  göstərmək  olar.  Darvazanın 

möhkəmliyi  qayğısına  qalmıĢ  usta  onun  xarici  görkəmini  də  unutmamıĢdı.  Metal

zolaqların yerləĢməsinin tamamilə ölçülüb-biçilməsi diqqəti xüsusilə cəlb edir. Kufi xətti

ilə həkk olunmuĢ yazı da orta çağlar üçün ənənəvi olan ixtisasın nəsildən-nəslə ötürülməsi 

faktını  təsdiq  edir.  Yazıda  göstərilir  ki,  bu  darvaza  "dəmirçi  Ġbrahim  ibn  Osman  ibn

Anqaveyhin əməlidir". Darvazanın 455(1063)-ci ildə hazırlandığı qeyd olunmuĢdur. 

Xalçaçılıq  və  bədii  parçaların  hazırlanması  XI-XII  əsrlərin  Azərbaycan

dekorativ-tətbiqi incəsənətində mühüm yer tururdu. Mingəçevir, Gəncə, Beyləqan, Bakı 

ərazilərində  arxeoloji  qazıntılar  zamanı  aĢkar  olunmuĢ  müxtəlif  rəngli  pambıq,  yun

parçalar bunu sübut edir. Mövcud olan material ipəkdən hazırlanmıĢ bədii  parçaların da 

yüksək  keyfiyyətliliyini  göstərir.  Ölçüsünə  görə  çox  da  böyük  olmayan  ipək  parçanın

fraqmentini buna misal göstərmək olar. Həmin parça qalığı Nizami Gəncəvinin Gəncədəki

məzarının  yerində  aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmıĢdır.  Bu  parça  yüksək 

keyfiyyətli  ipək  saplardan  toxunmuĢdur.  Parçanın  üzərində  məharətlə  mürəkkəb  həndəsi

naxıĢlar  toxunulmuĢdur.  Bu  naxıĢlar  mü xtəlif  ço xbucaqlıların  uzlaĢması  nəticəsində

yaradılmıĢdır.  NaxıĢlar  XII-XIII  əsrlərin  Azərbaycan  memarlıq  abidələrinin  bəzək 

tərtibatına çox bənzəyir. Qeyd etmək maraqlıdır ki, parçanın bədii tərtibatı zamanı cəmi

üç  rəngdən  (qırmızı,  yaĢıl,  qızılı)  istifadə olunmuĢdur.  Bu  rənglər parçanın  açıq  rəngli

səthində aydın Ģəkildə nəzərə çarpır. 

XI-XII əsrlərə aid olunan Azərbaycan xalçaları və xalça mə mulatı dövrümüzə

gəlib çatmamıĢdır.  Lakin  xalçaların hazırlandığı yerlər, yüksək bədii dəyəri Azərbaycanda

olmuĢ tarixçilərin, coğrafiyaçıların və səyyahların (əl-Müqəddəsi, Yaqut əl-Həməvi və 

b.)  əsərlərində  geniĢ  iĢıqlandırılır.  Onlar  ipək  saplardan  toxunulmuĢ  xovlu  xalçaları

xüsusilə  yüksək  qiymətləndirmiĢlər.  Zəngin  naxıĢlara  malik  olmuĢ  həmin  xalçalar

dünyanın  baĢqa  ölkələrinə  də  ixrac  edilirdi.  Azərbaycan  xalçaların ın  ölkə 

hüdudlarından kənarda geniĢ yayılmasını  Qərb i Avropa rəssamların ın (Yan  Deyk,

Hans  Holbeyn,  Hans  Memlinq  və  b.)  əsərlərində  onların  təsvirlənməsi  də  sübut

edir.  "Kitabi-Dədə  Qorqud"  dastanında,  Niza mi  Gəncəvinin  poetik  əsərlə rində  də 

Azərbaycan xalçaları haqqında məlu mat vardır.  

Azərbaycan 

dekorativ-tətbiqi 

sənətinin 

nümunələrinin 

nəzərdən 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə