Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


Göstəriş nə etmək, necə hərəkət etmək haqqında əmr, təlimat, məsləhət, izahatdır. Əmr



Yüklə 99,05 Kb.
səhifə4/22
tarix16.03.2023
ölçüsü99,05 Kb.
#102613
1   2   3   4   5   6   7   8   9   ...   22
Az rbaycan dilind i g zar v akademik kommunikasiya

Göstəriş nə etmək, necə hərəkət etmək haqqında əmr, təlimat, məsləhət, izahatdır.
Əmr ərəb sözü olub, bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə ehtiva edən sənəddir.
Müqavilə hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmadır.


Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri:
dəqiqliyi, təqdimat detalları;
• təqdimatın standartlaşdırılması;
• təqdimatın məcburi-tövsiyə xarakteri.



  1. Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Rəsmi işgüzar üslubda artıq sözlər, obrazlı, poetik ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən uzaq qaçılır. Bu üslubun normallığı möhkəmdir. Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.

Rəsmi işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilini əhatə edir. Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s.işgüzar sənədlərə tərcümeyi-hal, ərizə, bildiriş, elan, arayış və s. daxildir.
Rəsmi sənədlər barədə bunları bilmək gərəklidir:

  • rəsmi sənədləri dövlət tərtib edir və rəsmi şəxsin imzası, möhürü və s. ilə təsdiq olunur

  • rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir;

  • hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır;

  • dövlətlərarası və dövlətlərdaxili münasibətlər tənzimlənir;

  • maksimum mükəmməllik gözlənilir, fikrin aydınlığına, diqqət yetirilir;

  • quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.

İşgüzar sənədlər barədə isə aşağıdakıları bilmək vacibdir:

  • dövlət əhəmiyyəti daşımır. Həcm etibarilə, rəsmi sənədlərdən kiçik olur;

  • işgüzar sənədlər hər bir şəxs özü hazırlaya bilər;

  • işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur.

Qeyd: Məktublar rəsmi işgüzar sənədin ən sərbəst formasıdır.


  1. Yüklə 99,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə