Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 99,05 Kb.
səhifə8/22
tarix16.03.2023
ölçüsü99,05 Kb.
#102613
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
Az rbaycan dilind i g zar v akademik kommunikasiya

İşgüzar ünsiyyətdə dialoq janrları

Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyətdir, danışıqdır. Burada danışan şəxs ifadə edəcəyi fikri əvvəlcə daxilən öz-özünə düşünür, sonra onu sözlə ifadə edir. Fikri dinləyən, eşidən şəxs isə əvvəlcə dinləyir, sonra düşünür, düşündüklərini öz nitqi ilə ifadə edir, yəni müsahibinə cavab verir. Monoloji nitqdən fərqli olaraq dialoji nitqdə öncədən hazırlıq görülmür. Ona görə də dialoji nitqdə tərəflər daha fəal olurlar. Ancaq onu da qeyd edək ki, nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqdə də hazırlıq görülə bilər. Dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Dialoq zamanı leksik təkrarlara, cümlədə sözlərin sırasının pozulması, fikrin elliptik qurulması, pauzalar, suala sualla cavabvermə və s. özünü göstərir. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.
Dialoji nitqin aşağıdakı özünəməxsus xüsusiyyətləri vardır:

  • dialoji nitq reaksiya tələb edən nitqdir;

  • dialoji nitqdə həmsöhbət deyilənlərə öz münasibətini bildirir: sual verir, təsdiq edir, inkar edir və s.;

  • dialoji nitqdə danışan adamların emosional-ekspressiv rabitəsi mövcud olur.

  • dialoji nitq müəyyən şəraitlə və ya obyektlə bağlı olur.

İşgüzar ünsiyyətdə dialoq işgüzar qarşılıqlı əlaqənin ən geniş yayılmış yollarından biridir.

  1. Şifahi işgüzar ünsiyyətin dialoq növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, reportajlar, müzakirələr, görüşlər, mətbuat konfransları, beyin hücumları və s. daxildir.

Hal-hazırda beyin hücumu ifadəsi çox geniş şəkildə işlənir. Əgər bir neçə nəfər yığılıb hər hansı bir problemin müzakirəsində iştirak edirsə, onlar beyin hücumunda iştirak edirlər. İşgüzar ünsiyyətin dialoq janrının hər bir formasının xüsusiyyətləri aşağıdakı meyarları əhatə edir.
• tədbirin məqsədi (niyə?);
• iştirakçıların kontingenti (kim? kimlə? kim üçün?);
• qaydalar (nə qədər?);
• niyyətlərin həyata keçirilməsinin kommunikativ vasitələri (necə?);
• məkan mühitinin təşkili (harada?);
• gözlənilən nəticə (nədir?).


  1. Yüklə 99,05 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə