Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 99,05 Kb.
səhifə6/22
tarix16.03.2023
ölçüsü99,05 Kb.
#102613
1   2   3   4   5   6   7   8   9   ...   22
Az rbaycan dilind i g zar v akademik kommunikasiya

Paralinqvistik vasitələr dil koduna, yaxud onu əvəz edənə bərabər tutulan ünsiyyət vasitəsidir.
Jest latın mənşəli sözdür, “bədən hərəkəti” deməkdir.
Şifahi nitqdə klişeylənmiş ifadələrdən də istifadə edirik. Lakin işgüzar üslubda klişeylənmiş ifadələrlə danışmırıq.
Qeyd: Klişey sözü fransız sözüdür (fransız dilində cliche). Uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya elementdir.
Vizual latın sözüdür. Adi gözlə, yaxud optik cihaz vasitəsilə görünən şeylərdir.

Nitqin şifahi və yazılı formalarında görmə, eşitmə kimi hiss üzvləri iştirak edir.


Şifahi nitqin əsas xüsusiyyətləri:

  • şifahi nitq danışılır və eşidilir;

  • şifahi nitqdə ümumişlək sözlər özünə daha çox yer alır;

  • şifahi nitqdə cümlələr daha çox sadə quruluşda olur;

  • şifahi nitq danışıq dilinin xüsusiyyətlərini qoruyur;

  • şifahi nitqdə mimika, jest və başqa hərəkətlər özünü göstərir;

  • şifahi nitqin axını surətli olur.

Yazılı nitqin əsas xüsusiyyətləri.

  • yazılı nitq yazılır və oxunur;

  • yazılı nitqdə elmin, texnikanın, siyasətin və digər sahələrin terminləri işlənir;

  • yazılı nitq ədəbi dilin əsasında yaranır və inkişaf edir;

  • yazılı nitqdə durğu işarələrindən istifadə olunur;

  • yazılı nitq istənilən bir məlumatın nəsldən-nəslə ötürülməsində körpü rolunu oynayır.

Dil ilə nitq arasında aşağıdakı fərqlər vardır:

  • dil həcm etibarı ilə nitqdən genişdir;

  • dil ümummilli, nitq isə fərdi səciyyə daşıyır;

  • dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesidir.

  1. İşgüzar ünsiyyətdə özünütəsdiq təqdimatı.İşgüzar ünsiyyətin əsas formaları. İşgüzar ünsiyyət ünsiyyətin elə bir növüdür ki, burada qarşılıqlı əlaqələr hansısa söhbətin həllini nəzərdə tutur. Bu prosesdə tərəfdaşların hər birinin statusu müəyyən olunur. Tərəfdaşlar öz hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.

İşgüzar ünsiyyətin əsas formaları:

  • işgüzar söhbət;

  • işgüzar danışıqlar;

  • mübahisə;

  • diskussiya;

  • polemika;

  • işgüzar müşavirə;

  • kütlə qarşısında çıxış;

  • telefon danışıqları;

  • işgüzar məktublaşma.


  1. Yüklə 99,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə