Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

dilində  yeni  yaranan  bəzi  dil-danışıq  alışqanlıqları  və  müxtəlif 
xarakterli alınmaları üzərində durulur. 
 
4.2.  Azərbaycan  dilində  yeni  dil-danışıq  alışqanlıqları  və 
alınmaları  
 
XX  yüzilin  son  qərinəsindən  etibarən  dünyada  yeni  siyasi, 
iqtisadi,  etnoqrafik,  demoqrafik  və  kulturoloji  bir  qlobal  düzən 
gerçəkləşməyə başlamışdır. Bu proses Sovet İttifaqının dağılması və 
Avrasiya  coğrafiyasında  yeni  müstəqil  dövlətlərin,  muxtar 
respublikaların  və  federal  gəlişmələrin  meydana  çıxması,  Avropa 
İttifaqının genişlənməsi, Çinin dünyaya açılması və nəhayət Yaxın 
Şərqin  yenidən  şəkillənməsi  və  “Ərəb  baharı”  ilə  özünü  göstərir. 
Belə bir düzənin gerçəkləşməsi dünyada özü ilə bərabər yeni bir dil-
ünsiyyət  ortamı  və  fərqli  sosiolinqvistik  şərtlər  də  gətirmişdir.  Bir 
çox dil; rəsmi dövlət dili statusu və ya  müəyyən bir miqyasda isə 
yeni  işlənilmə,  tərcümə  oluna  və  ya  çevrilə  bilmə  sferaları  əldə 
etmişdir.  Ortaq  ünsiyyət  vasitəsi  olan  dillərin,  özəlliklə  də  ingilis, 
ispan,  çin  dillərinin  və  latın  əsaslı  əlifbaların  işlənilmə 
funksionallığı və sahələri genişlənmişdir. Dünyada danışılan bir çox 
dil artıq sadəcə kütləvi informasiya və təlim-tərbiyə vasitələri və ya 
diplomatik  əlaqələr  vasitəsilə  yayılmır.  Həmin  dillərin 
funksionallığının  genişlənməsi  həm  də  daşıyıcılarının  dünyanın 
iqtisadi  olaraq  inkişaf  etmiş  və  etməkdə  olan  və  üçüncü  dünya 
ölkələrində yayılması ilə də özünü göstərir.  Bunun nəticəsində yeni 
dil-
işlənilmə və tərcümə-çevrilmə bölgələrinin təşəkkül tapması ilə 
fərqli sosiolinqvistik şərtlərin yaranmasına yol açılır. Bir-birinə ən 
yaxın qohum dillər olan Avrasiya türkcələri arasındakı əlaqələr də 
yeni bir ədəbi və danışıq dili işlənilməsi və çevrilməsi müstəvisində 
inkişaf etməyə başlamışdır.  
 
Belə  bir  konseptual  kontekstdə  1950-ci  illərdən  başlayaraq 
Azərbaycan dilində dilimizin öz daxili imkanları hesabına yaranan 
yeni  ifadə  vasitələrinin,  özəlliklə  də  ayrı-ayrı  yeni  sözlərin 
işlənilməsi  prosesi  getdikcə  sürətlənməkdədir.  Müstəqillik 
 
66 
 


illərindən  öncə  və  sonra  işlənilməyə  başlayan  həmin  yeni  sözlərə 
dair  artıq  kifayət qədər  xarakterik  leksikoqrafik  örnəklər  də 
göstərilə bilər.  
Məsələn:  ilğım,  şəfqət  bacısı,  nəfəslik,  işıqfor,    əyləc, 
dincəliş, soyuducu, taleyüklü, yetərsay, çalarçimərlik və s.   
Elm və texnikanın inkişafı, millətlərarası yeni iqtisadi, siyasi, 
mədəni sahələrin və əlaqələrin yaranması nəticəsində Hind-Avropa 
mənşəli onlarla yeni sözün bu gün dilimizdə işlənildiyi də müşahidə 
olunmaqdadır.  Məsələn:  Nostalji  və  ya  nostalgiya,  konsorsium, 
konsensius, mentalitet, aura, kompüter, monitor, not-buk, 
mobil telefon, lot (qiymətli səhmlərin hər birinin dəyəri), media, 
aksion, konsern, termin
al,  konstruktiv,  tender  (ihalə), 
konvensiya,  konsolidasiya,  qlobal,  sammit  (zirvə),  sponsor, 
opsion  (hissə  sənədi),  makslimit,  legitim,  deportasiya, 
prezentasiya  (təqdimat),  passionarlıq  və  s.    Həmin  sözlərin  bir 
çoxunun  dilimizə  alınmasında  Türkiyə  türkcəsinin  də  müəyyən 
rolunun olduğu inkar edilə bilməz.       
Bu kontekstdə Azərbaycan dilindəki bəzi ərəb, fars və slavyan 
mənşəli  sözlərin  və  dil-danışıq  qəliblərinin  yerinə  Türkiyə 
türkcəsindən  yeni  söz  və  ifadələrin  alınması  diqqəti  daha  çox 
çəkməkdədir. Sözügedən linqvistik gəlişmə son dövrlərdə türkoloji 
dilçilikdə  ayrıca  olaraq  vurğulanmaqdadır  (Musaoğlu  2002:  159-
171;  Melikli  2004:  125).  Bu  alınmalar  Türkiyə  və  Azərbaycan 
türkcələrində  yeni  yaranan  eyni  sosiolinqvistik  şərtlərə  və  dil-
danışıq  ortamına  bağlı  olaraq  ortaya  çıxmaqdadır.  Bunlar  dil-nitq 
vahidlərinin  və  digər  ünsiyyət  vasitələrinin  çoxmənalılığının, 
sinonimliyinin,  omonimliyinin,  antonimliyinin  və  s.  inkişafının  və 
həmin dillər arasında dil-işlənilmə, tərcümə oluna və çevrilə bilmə 
əlaqələri  potensialının  genişlənməsinin  ən  açıq  göstəricisidir. 
Həmin alınmalar leksik-etimoloji mənşəyi; leksikoqrafik, diskursiv 
və  funksional  işlənilmə  müxtəlifliyinə  əsasən  aşağıdakı  qruplara 
ayrıla bilər.  
 
 
67 
 


4.2.1. Türk mənşəli leksik-funksional alınmalar 
 
Bu g
ün Azərbaycan dilində bəzi ərəb və fars mənşəli sözlərin 
yerində  Türkiyə  türkcəsindən  funksional  işlənilmə  imkanlarıyla 
ünsiyy
ət  alışqanlığı  prosesində  alınan  türk  mənşəli  sözlər 
işlənilməkdədir.  Qeyd  olunmalıdır  ki,  sözügedən  leksik  vahidlər 
artıq  Azərbaycan  dilində  getdikcə  daha  çox  vətəndaşlıq  hüququ 
qazanmaqdadır.  Həmin  sözlərə  aşağıdakılar  örnək  olaraq  göstərilə 
bilər:   
-
“Hadisə” yerinə “olay”, “təhqiqat və tədqiqat ” yerinə  
“araşdırma”; 
 -
“İnkişaf və ya tərəqqi” yerinə “gəlişmə//gəlişim və  
dəyişmə//dəyişim”; 
 -
“İzah etmək/şərh etmək” yerinə “açıqlamaq”; 
-
“İzah və ya şərh” yerinə “açıqlama və ya “açıqlanma”; 
 -
“Əhəmiyyət” yerinə “önəm”, “əhəmiyyətli” yerinə “önəmli”;  
-
“Nəşr etmək/çap etmək” yerinə “yayınlamaq//yayımlamaq”, 
“nəşr/çap” yerinə “yayın//yayım”; 
 -
“İclas” yerinə “toplantı”, “vəziyyət” yerinə durum”, “xüsusi” 
yerinə “özəl”;  
-
“Həsrət çəkmək” yerinə “özləmək”, “kədərlənmək” yerinə 
“üzülmək”; 

“Mənbə və ya məxəz” yerinə “qaynaq” və s. 
 
4.2.2. Sinonim xarakterli və yaxınmənalı leksik-funksional 
alınmalar və ya yeni dil-danışıq normaları və normalaşmaları  
 
Bəzi  sinonim  xarakterli  sözlər  və  dil-ifadə  qəlibləri  bu  gün 
çağdaş  Türkiyə  və  Azərbaycan  türkcələrində  paralel  olaraq 
işlənilməkdədir.  Sözügedən  sözlər  və  dil-ifadə  qəliblərinin  çağdaş 
Azərbaycan  türkçəsində  işlənilməsinini  bütövlükdə  millətlərarası 
yeni sosial aura və buna bağlı olaraq da iqtisadi, siyasi və mədəni-
kütl
əvi  əlaqələr  müəyyənləşdirməkdədir.  Bəs  bugünkü  funksional 
Azərbaycan türkcəsində sözügedən dil-danışıq normalaşmasının və 
 
68 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə