Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

elmində  qarşılıqlı  və  bir-biriylə  müqayisəli  olaraq  öyrənilir.  Bu 
baxımdan  bir  semioloji  işarə  olaraq  sözün  mənasını  təşkil  edən 
komponenlərin  semiotik  izahıyla  semiosferada  mövcud  olan  digər 
bütün hərəkətli işarələrin öyrənilməsi istiqamətlərinin açıqlanması
5
 
ara
sında bir paralellik mövcuddur. 
Qeyd olunmalıdır ki, sözün yeri istər semioloji xarakterli dil, 
istərsə  də  semiosferanı  təşkil  edən  digər  bütün  hərəkətli  semiotik 
işarələr arasında bir birləşdirici amil olaraq seçilir. Çünki dünyanın 
qavramlar  xəritəsi  sözlə  çəkilir,  onun  izoqlasları  konkret  sözlərlə 
ifadə  olunur.  İnsanlar  qavramları  sözlə  dərk  edir  və  onlar 
haqqındakı bilgiləri şüura sözlə ötürür. Nəhayət müxtəlif bilgilərin 
hafizədə  yığılması,  qruplanması,  onların  zehndə  işlənilərək  biliyə 
çevrilməsi  və  bunun  nəticəsində  təfəkkürün  təşəkkülü  sözlərlə 
formalaşır. Bu gün elmşünaslıqda artıq sözün sadəcə mənasının 
deyil,  anlamının  da  olduğu  göstərilir,  daha  doğrusu,  anlam  və 
leksik  məna  sahələri  bir-birindən  fərqləndirilir.  Anlam  kimi 
sözü təşkil edən semantik aspekt başa düşülür. Həmin semantik 
aspekt isə dilin bütün daşıyıcıları üçün obyektiv və dəyişməyən bir 
şey  deyildir.  Onun  gerçəkləşməsi,  hər  şeydən  əvvəl,  konkret  bir 
danışanın  və  dinləyənin  və  ya  ünsiyyətdə  olan  bir  qrupun 
fəaliyyətinin bu və ya digər motivləriylə şərtlənir. Bununla bərabər, 
sözün  anlamını  təşkil  edən  anlayışla  onun  ayrıca  bir  aspekti  kimi 
özünü göstərən emosional-effektiv rəngarənglik də bu gün dilçilikdə 
bir-
biriylə əlaqələndirilə bilir.     
İndi elmşünaslıqda sözün mənası və anlamı işarə və məzmun 
anlayışlarıyla 
eyni 
bir 
linqvistik-konseptual 
konteksdə 
olan  zəruri  dil  kommunikasiyalarının  zəminini  təşkil  edir.  Semiosferanın  bütün 
elementləri  münasibət  formullarının  bir-biri  ilə  davamlı  olaraq  transformasiya 
olunduğu dinamik bir durumda yerləşir (Стариченок 2008: 539-540). 
5
  Semiotikada  bütün  sistemli,  ardıcıl,  anlamlı  və  mənalı  işarələr  ünsiyyət  və 
dünyanın qavramlar xəritəsinin dərk olunması əsnasında gerçəkləşən hərəkətlən-
mələriylə işıqlandırılır. Həmin işarələr XIX yüzilin sonlarından etibarən konkret 
olaraq  sintaktik, semantik 
və  praqmatik  istiqamətlərdə  öyrənilir  (Erkman-
Akerson 2005: 93-116). 
 
 
54 
 
                                                                                                                                       


müəyyənləşdirilir.  Bu,  sözün  anlam  aspektinin  və  onun  məna 
sahələrinin müqayisəli olaraq aparılan semiotik-konseptual təhlilini 
daha  da  sürətləndirir.  Sözügedən  təhlilin  aparılmasında  öncə  dil, 
indiysə linqviğstik fəlsəfə məktəblərində görülən işlər önəmli elmi 
mənbələr kimi çox mühüm rol oynayır. Bu baxımdan Ferdinant de 
Sössürün (1967) və Y. S. Maslovun (1967) semiotika elmi əsasında 
işarə  (yun.  sēmeîon),  işarəyələn  (signifiant,  lat.  significatum)  və 
işarətlənən  (signific)  haqqında  söylədikləri  klassik  linqvistik 
dəyərləndirmələr olaraq seçilir. Günümüzdə isə alman riyaziyatçısı 
və filosofu G. Freqenin (2008) işarənin funksisyası, anlamı, mənası 
və məzmununa dair çox qiymətli fikirlər irəli sürdüyü və bununla da 
müasir  linqvistik  fəlsəfənin  əsasını  qoyduğu  vurğulanır.  Onun 
nəzəriyyəsində işarənin, söz də bir işarədir, anlamın və sözügedən 
anlamda təmsil olunanın və ya əşya və hadisənin növünün, əşyanın 
və  hadisənin  mənasından  (ingilis.  meaning,  rus.  значение) 
fərqləndiyi  təsbit  olunur.  Anlam  insan  beynində  əvvəlki 
təcrübələrdən yaranaraq hafizədə saxlanılan bir ‘iz’ olaraq tərif 
edilir. 
Bu  baxımdan  əşya  və  hadisəni  meydana  gətirən  fenomen 
anlam  (alman.  sinn,  ingiliz.  sense,  rus.
смысл) terminiylə 
adlandırılır, onun özəllikləri söz və cümlə örnəklərində məntiqi və 
riyazi  metodlarla  açıqlanır  (Veysəlli  2012:  147-161).  Buradan da 
sözün nə qədər qiymətli bir fenomen olduğu bir daha ortaya çıxır. 
Əslində  insanlar  cümlələrlə  ünsiyyət  saxlasa  da,  ancaq onlar dili 
sözlərlə  xatırlayır  və  bilirlər.  Söz  haqqında  dünyanın  məşhur 
yazıçıları, şairləri və mütəfəkkirlərindən  Demokrit, N. Gəncəvi, İ. 
Nəsimi, S. Ə. Şirvani, M. Ə. Sabir, F.M. Dostoyevski,  Lev Tolstoy, 
V. Şekspr, Əlişir Nəvai və Məhəmməd Füzuli çox  qiymətli fikirlər 
söyləmişdir.    Məhəmməd  Füzulinin  “Söz”  qəzəlində  sözün  həm 
ifadə və məna, həm də anlam və məzmun özəllikləri göstərilənlərin 
“asimmetrik ikilik” (Seçdirm
ə  bizimdir  –  M.M.Musayev) 
kontekstində təhtəlşüur kodlarıyla aşağıdakı şəkildə ifadə edilmişdir 
X
əlqə ağızın sirrini hər dəm qılır izhar söz, 
Bu n
ə sirdir kim, olur hər ləhzə yoxdan var söz. 
 
55 
 


Artıran söz qədrini sidqilə qədrin artırar, 
Kim n
ə miqdar olsa, əhlin eylər ol miqdar söz. 
Ver söz
ə ehya ki, tutduqca səni xabi-əcəl
Ed
ə hər saət səni ol uyqudan bidar söz. 
Bir nigari-
ənbərinxətdir könüllər almağa, 
Göst
ərər hər dəm niqabi-qeybdən rüxsar söz. 
Xazini-g
əncineyi-əsrardır, hər dəm çəkər 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz. 
Olmayan q
əvvasi-bəhri-mə’rifət arif degil 
Kim, s
ədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz. 
G
ər çox istərsən, Füzuli, izzətin, az et sözü 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. 
 
Sözügedən  şeir  konseptual-semiotik  baxımdan  təhlil 
edildikdə onda, hər şeydən öncə,  “söz, xəlq və sirr” qavramlarının
6
 
uyğun  özəl  mətn  qurucu  işarətlərlə
7
 
açıqlandığı  müşahidə  edilir. 
6
  Dünyanın  dil  xəritəsində  kainat,  xalq,  millət,  kosmos,  yol,  din,  dil,  inanc, 
saxlanc,  müharibə,  sülh,  demokratiya,  xoşbəxtlik,  mentalitet,  düşmənik, 
dostluq, söz, mərhəmət və s. kimi ümumi mədəniyyət əsaslı qavramlar yer alır. 
Bu qavramların ehtiva etdiyi alt mərhələlər, kateqoriyalar və hər cür fenomenlər 
koqnitiv  dilçilikdə,  hər  şeydən  öncə,  insana  xas  özəlliklərə  bağlı  olaraq 
müəyyənləşdirilir. Onlar məzəmmət etmək, izhar etmək, acımaq//yazığı gəlmək, az 
danışmaq,  təəssüf,  niyyət,  arzu//istək,  səbəb//məqsəd,  qiymətləndirmək,  sevgi, 
nifrət,  sevinc  kimi  semantik  aspektləri  ehtiva  edən  motivlərlə  açıqlanır. 
Sözügedən  kontekstdə  sevgi-acıma,  sevgi-nifrət    az  danışmaq-çox  danışmaq 
kimi  linqvistik qavramlar 
konkret  diskursiv  variantlarıyla  diqqəti  çəkir  və 
dilçilikdə  koqnitiv  səciyyəli  dərk  etmə  yönləriylə  dərindən  öyrənilir  (Doğan 
2000; Ханина 2004). Beləliklə, həm konkret dil göstəriciləri, həm də konseptual 
faktorlarla ifadə edilən anlayışlar linqvistik qavramlar olaraq tərif edilir. 
7
  Dilçilikdə  artıq  sadəcə  dil  işarələri,  işarələr  sistemi,  onların  söyləmdəki  və 
diskursdakı  təkrarının  mətnin  əsas  adekvat  əlamətləri  olaraq  öyrənilməsi  işi 
qənaətbəxş sayılmır. Bədii mətnin klassik filoloji ənənəyə uyğun olaraq  “zaman, 
məkan, obrazlar, süjet xətti, fabula, bədii təsvir vasitələri” və s. görə təhlili də indi 
artıq  yetərli  deyildir.  Buna görə hər  hansı bir bədii  mətn  indi  çağdaş  filologiya 
elmində  həm  dil,  həm  də  semiotik  mahiyyətli  özəl  mətn  qurucu  işarələrin 
vəhdətində  qavramlardan  hərəkətlə  tədqiqata cəlb olunur.  Çünki  bədii  mətni 
ayrıca  bir  fenomenal  təşəkkül  olaraq  təşkil  edən  və  müəyyən  konseptual  və 
 
56 
 
                                                            


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə