Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

dil  ənənəsinə  və  ingiliscənin  dünyadakı  dil-yayılma  miqyasına 
əsaslanılır.  Hind-Avropa  dilləri  kontekstində  latın  mənşəli  və 
yayılma xarakterli çağdaş dil-işlənilmə modelləşdirilməsi göstərilən 
hər iki linqvistik və siyasi səciyyəli meyarı bu və ya digər şəkildə 
bir bütün olaraq ehtiva edir. Sözügedən modelləşdirmə, hər şeydən 
öncə,  dil  hafizəsində  yer  alan  və  dil  saxlancı  və  ya  qabiliyyəti 
bankında əvvəlcədən hazır olan söz formalarının ünsiyyət əsnasında 
və ya konkret danışıq ortamlarında seçilə bilməsi ilə qurulur. Daha 
doğrusu,    Hind-Avropa  dillərində  kommunikasiya  adresantla 
(danışanla) adresatın (dinləyənin) dil hafizəsində öncədən hazır olan 
söz şəkillərinin ünsiyyət əsnasında seçilərək işlənilməsilə reallaşır. 
Ümumtürk  dilində  və  ya  Türkcədə  (İng.  Turkic,  Rus.  Тюркcкий 
язык)  isə  söz  şəkli  yuxarıda  göstərilən  söz  işlənilmə  formasından 
fərqli  olaraq  müxtəlif  söz  kökü,  gövdəsi  və  şəkilçilərinin  ifadə 
etdiyi  funksiya  və  anlam  sahələrinin  ünsiyyət  əsnasında  və  ya 
“dolğun an”dakı (Kamal Abdulla) ard-arda düzülüşüylə gerçəkləşir. 
Məsələn, rus dilində “в eгo твoрчecтвe”, ingilis dilində isə “in his 
works”  kimi  işlənilən  sözlərin  söz  sırasına  görə  ifadə  edə  bildiyi 
məna  Türkcədə  “yaradıcılığındakı”  sözünün  etimoloji  baxımdan 
komponentlərinə  paraçalana  bilən  səciyyədəki  “yarat”  söz  kök-
gövdəsi    və  -ıcı,  -lıq,  -ın,  -dakı  şəkilçiləri  vasitəsilə  formalaşan 
düzülüş şəkliylə ifadə edilir. Türkcədə əsas və köməkçi morfemlər 
və ya köklər və şəkilçilər; düz, yan və qrammatik anlamlarının yer 
tutduğu  ard-arda bölünməyən  bir  düzülüşlə  sıralanır.  Sözügedən 
düzülüş dil-danışıq ortamında konkret bir ünsiyyət ehtiyacına bağlı 
olaraq dolğun anda və ya dil və düşüncə fəaliyyətinin gerçəkləşdiyi 
aktual  zaman  kəsimində  bir  kommunikativ  model  olaraq  reallaşır. 
Beləliklə,  flektiv  dillərdə  söz  leksikonuna  və  sərbəst  sırasına  görə 
ünsiyyət  öncəsi  durum  səviyyəsində  müəyyənləşən  söz  forması 
türkcədə ünsiyyətin dolğun anı və bir dil daxili fəaliyyət fenomeni 
olaraq  xaraterizə  oluna  bilər.  Belə  bir  söz  forması  dünyanın  dil 
xəritəsini  təşkil  edən  üst  və  alt  qavramların  dərk  olunmasını,  hər 
şeydən  öncə,  sözdüzəldici  (leksik),  formadüzəldici  (leksik-
qrammatik) və sözdəyişdirici (qrammatik) şəkilçilərin söz kökündən 
 
45 
 


sonrakı 
məntiqi-fenomenal 
sıralanmasıyla 
gerçəkləşdirir. 
Sözügedən dil-danışıq fenomeni bu gün ümumtürk dilinə söykənən 
Avrasiya 
mərkəzli 
ikinci 
bir 
dil-kommunikasiya 
modelləşdirməsinin semantik, struktur və funksional mexanizminin 
qurulmasında konseptual-koqnitiv dərk etmə əsasını təşkil edə bilər. 
Çağdaş  dünyanın  qavramlar  xəritəsi  dillə  dərk  edilərək 
açıqlanır və sözlərlə ifadə olunaraq üst və alt qavramlarına əsasən 
kateqoriyalaşdırılır. Maddi və mənəvi mədəniyyətin komponentləri 
dilin  funksional  açılımı  içərisində  və  ya  indi  bir  linqvistik  fənn 
olaraq  yeni  meydana  çıxan  linqvokulturoloji  aspektdə 
qiymətləndirilir  (http://www.nnre.ru/kulturologija).  İkinci  bir  dil-
danışıq  modelləşdirməsi  də  dil  və  mədəniyyət  əlaqələri 
kontekstində  konseptual,  koqnitiv,  linqvistik,  antropoloji,  psixoloji 
yöntəmlərlə, kompüter və informasiya texnologiyaları vasitələri ilə 
müəyyənləşdirilməlidir.  Fikrimizcə,  belə  bir  modelləşdirmə  indiyə 
qədər  qrammatik  quruluşuna  görə  məntiqi  bir  dil  kimi 
səciyyələndirilən,  ancaq  həmin  məntiqi  sistemi  dilçilikdə  və 
türkologiyada konkret fenomenlərlə metalinqvistik olaraq təfərrüatlı 
bir şəkildə açıqlanmayan ümumtürk dilinə görə qurula bilər.    
Bu kontekstdə türk dillərinin və o sıradan Azərbaycan dilinin 
morfemikasının öyrənilməsi çox böyük əhəmiyyət kəsb edir. Çünki 
Azərbaycan  dilinin  morfem  inventarının  müəyyənləşdirilməsi  və 
onun quruluş təsvirinin verilməsi bir tərəfdən söz, söz forması, əsası 
və  ya  gövdəsi  kimi  anlayışların  yeni  linqvistik  yönüm  və 
yöntəmlərlə  açıqlanmasını  şərtləndirər.  Digər  tərəfdən  isə  belə  bir 
araşdırma  dilimizin  funksional  qrammatikasının  fonem,  morfem, 
morfonem, qrammem,  sintaksem, leksem, frazem, semem, 
semantem  və  texstem  kimi  komponentləriylə  paradiqmatik  və 
sintaqm,  söyləm  və  diskursem  kimi  sintaqmatik  səviyyələriylə 
sistemli bir şəkildə hazırlanmasına yol açar.   
 
3.2
Söz qavramı və forması 
Söz  dilin  ən  əsas  struktur-semantik  vahidi  olub  əşyaları  və 
özəlliklərini,  hadisələri  və  əlaqələrini,  insan  təxəyyülündə 
 
46 
 


qavramlar dünyasının dərk olunmasıyla yer alan  ən müxtəlif xəyali 
və  mücərrəd  anlayışları  adlandırır.  Onun  hər  bir  dilə  xas  olan 
konkret  leksik-qrammatik 
və  ya  fonetik, stuktur, morfoloji, 
sintaktik,  frazeoloji,  semantik,  üslubi,  konseptual  və  semiotik 
əlamətləri  vardır.  O,  hər  şeydən  öncə,  fonetik-fonoloji  səviyyədə 
öyrənilir,  çünki  konkret  bir  dil  vahidi  olaraq  məna  fərqləndirici 
səslərin,  bəzən  də  bir  səsin,  müəyyən  ardıcıllıq  təşkil  edən 
sırasından  və  ya  kompleksindən  ibarətdir.  Söz,  danışıqda  ən  kiçik 
vurğu  və  sərhəd  siqnalları  (knaklaut  fasilə  və  s.)  ilə  ayrılıb-
götürülür.  
Linqvistikada  vurğuya  əsasən  ən  çox  flektiv  dillərin  fonetik 
quruluşuna 
görə 
seçilən 
“fonetik 
söz” 
kateqoriyası 
müəyyənləşdirilmişdir. “Fonetik söz” tək bir vurğuyla birləşdirilən 
və 
hecalar 
qrupundan 
ibarət 
olan 
bir 
fenomendir 
(http://ru.Wikipedia.org/W/index. Vikipedi “Azad ensiklopediya”, 
28.10. 2013). Türk dillərində isə Hind-Avropa dillərindəki kimi söz 
vurğusu  yoxdur.  Bu  baxımdan  Hind-Avropa  dillərindəki  fonetik 
vurğu  təlimi  əsasında  işlənib-hazırlanan  “türk  dillərində  vurğu 
sözün son hecasının üzərinə düşür və eyni bir sözdə zəif və qüvvətli 
vurğular  ola  bilər”  tezisi  (Dəmirçizadə  1972:  150-164) çox ciddi 
mübahisə  doğurur.  Türk  dillərində  vurğunun  fərqli  bir  linqvistik 
özəlliyə malik olduğu barədə daha XIX yüzildə Boduen de Kurtune, 
XX  yüzildə  isə  A.  M.  Şerbak  vaxtilə  öz  orijinal  mülahizələrini 
söyləmişdir (Veysəlli 2009: 74-77).   
F.  Veysəllinin  Azərbaycan  dilinin  materialları  üzərində 
apardığı müşahidələr də belə fikir söyləməyə əsas verir ki, bu dildə 
hind-Avropa dill
ərindəki  kimi  bənzər  bir  söz  vurğusu  yoxdur. 
Sözl
ərin və  formalarının  fərqləndirilməsi seqment vahidlər olan 
foneml
ərə  deyil, prosodemlərə  söykənir.  Prosodemlər  isə  seqment 
vahidlərin  və  ya  fonem  və  fonem  ardıcıllıqlarının  üzərinə  sərilib 
onları  intonasiya  və  vurğu  baxımından  təşkil  edən  ən  kiçik 
orfofo
nik  hissələrdir  (DE  2008:144).  Bu  fikri  sübut  etmək  üçün 
konkret örnəklərə müraciət edək:  
 
47 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə