Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

transliterasiya üsullarıyla da ifadə edilə bilən söz həmin dili bilən və 
ya  öyrənən  insanların  hafizəsində  aktiv  və  passiv  işlənilmə 
şəkilləriylə  xatırlanır.  Bu  isə  sözün  bir  dil  vahidi  olaraq  həm 
kommunikativ,  həm  də  koqnitiv-konseptual  xarakter  daşıdığını 
göstərir.   
Söz nitqdə və ya danışıqda, müxtəlif modal münasibətlər ifadə 
edən  qrammatik  formalar  (eyni  zamanda  sıfır  forma)  kəsb  edir. 
Həmin qrammatik formalar müxtəlif fərqli anlayışlar arasında əlaqə 
yaradır. Danışanın dinləyənə, verilən bilginin məzmununa, danışığa 
və  danışıq  ortamına  və  subyektin  obyektə  münasibətini  bildirəndə 
isə biz sözü modal şəkillər və ya vasitələr olaraq səciyyələndiririk 
(Татaрская грамматика 1993: 142). Həmin şəkillər konkret olaraq 
müxtəlif  anlayışları  ifadə  edən  sözlər  arsındakı  müəyyən  əlaqə 
vasitələrinin 
yerində 
işlənildiyindən 
ənənəvi 
dilçilikdə 
sözdəyişdirici  formalar  kimi  göstərilir.  Ancaq  çağdaş  türkoloji 
dilçil
ikdə  artıq  şəkilçi  morfemlər  sadəcə  sözdüzəldici  (leksik)  və 
sözdəyişdirici 
(qrammatik) 
morfoloji 
əlamətlər 
kimi 
təsrifləndirilmir. Onların böyük bir qismi həm də ifadə etdikləri yan 
və  ya  ikinci  bir  leksik-sintaktik  anlam  və  qrammatik  mənalarıyla 
formadüz
əldici (leksik-qrammatik)  şəkilçilər  səviyyəsində  də 
öyrənilir  (Musayev  2012:  76).  Zaman-zaman  indiyə  qədər  məlum 
olan 
kəlmələrdən 
müəyyən 
bir 
danışıq 
əsnasında 
informasiyavericiliyin və ya canlı dil ortamının interaktiv tələbatına 
görə  sözdüzəldici  vasitələrlə    yeni  sözlər  düzəldilir.  Bütün  bunlar 
isə  sözün  bir  danışıq  detalı  olaraq  həm  sözdüzəldici  və 
sözdəyişdirici,  həm  də  formadüzəldici  elementlərlə  genişləndiyini 
və  dilin  işlənilmə  sistemində  paradiqmatik  və  sintaqmatik 
parametrləriylə  həm  uzununa,  həm  də  eninə  böyüdüyünü  göstərir. 
Buna  görə  də  dilin  canlı  bir  orqanizim  olduğu  deyilir.  Beləliklə, 
məhz belə bir kontekstdə sözün tərkibi haqqında danışmaq və onun 
quruluşunu  ayrıca  olaraq  öyrənmək  zərurəti  yaranmışdır.  Bunun 
nəticəsində  bu  gün  dilçilik  elmində  “Morfemika”  olaraq 
adlandırılan  yeni  bir  linqvistik  istiqamət  və  ona  uyğun  olaraq  da 
 
51 
 


qrammatikanın  ayıca  şöbəsi  ortaya  çxmışdır  (Татaрская 
грамматика 1993: 142).    
Dilçilik elmində sözün, hər şeydən öncə, leksik və qrammatik 
mənaları bir-birindən fərqləndirilir. Müəyyən dil vasitələriylə ifadə 
edilən qrammatik mənaların birlikdəliyi sözün qrammatik formasını 
təşkil  edir.  Sözdə;  ifadə  planına  görə  dilin  semantik  sahələriylə 
bağlı olaraq leksem, məzmun planına görə isə daha çox insanın dərk 
etmə,  şüur  və  təfəkkür  sistemində  komponentlərin  ən  kiçik  məna 
tərəfləriylə  müəyyənləşən  semantem  seçilir.  Müəyyən  bir 
qrammatik  formada  və  ya  formalarda  isə,  yuxarıda  da  göstərildiyi 
kimi, 
sözün  şəkli  və  ya  forması  meydana  çıxır.  Leksik-semantik 
məzmun  və  qrammatik  forma sözün struktur  bütövlüyünün  və 
bölünməzliyinin  əsasını  təşkil  edir.  Morfoloji  əlamət  və  ya  meyar 
sözü  bütövlükdə  formalaşdırır,  sintaktik  meyar  onu  potensial  bir 
minimum  səviyyəsində  cümlə  modeli  olaraq  müəyyənləşdirməyə 
əsas verir. 
Hər  bir  sözün  semantik  baxımdan  müəyyən  anlayışı  ifadə 
etmək  özəlliyi  vardır.    Çünki  o,  minimal  səciyyəli  mənalı  bir 
vahiddir.  Onda  anlamların  məcaziliyi  və  ya  idiomatikliyi  hadisəsi 
də mövcuddur. Ayrılıqda ortaya çıxan belə bir anlam müxtəlifliyi və 
ya  sıralanması,  bütövlükdə  dilin  lüğət  tərkibində  və  nitqin 
işlənilməsi  kontekstində  yer  tutan  leksik  bütünün  və  ya  onu  təşkil 
edən  komponentlərin  mənasıyla  heç  bir  semantik  paralellik  təşkil 
etmir. Sözün müxtəlif leksikoqrafik-qrammatik şəkilləri eyni leksik 
mənalarda özünü göstərir və bunun nəticəsində sinonimlik hadisəsi 
meydana çıxır. Eyni sözlər müxtəlif yaxın və bir-birinə bağlı, eyni 
zamanda  uzaq  leksik  mənalarda  işlənilir,  bu  isə  çoxmənalılıq  və 
omonimlik  hadisələrini  ortaya  çıxardır.  Bütövlükdə  sözlərin 
bənzərliyi  və  ya  eyniliyi dil-nitq  və  mətn-diskurs  paralellərində 
təsbit  olunur,  onların  etimologiyaları  isə  dilin  tarixi  inkişafı 
prosesində  müəyyənləşdirilir.  Bütün  bunlar  və  özəlliklə  də  sözün 
mənası və onun quruluşu dilçilikdə indiyə qədər daha çox morfoloji, 
morfonoloj
i,  leksik,  leksikoqrafik,  semantik  və  frazeoloji-üslubi 
baxımlardan  sinxronik  və  diaxronik  olaraq  öyrənilmişdir  (ЛЭС 
 
52 
 


1990:464-
467).  Bununla  bərabər,  sözün  leksik  semantikası  və 
quruluşuyla bağlı olaraq məşhur Amerikan filosofu Ç. Y. Morrisin 
digər göstərilən ənənəvi şərhlərdən fərqlənən fikri də diqqəti çəkir. 
Ç. Y. Morrisin fikrinə görə, sözün mənası sintaktik, semantik və 
praqmatik 
terminləriylə adlandırılan üç əsas komponentdən təşkil 
olunur. Bu komponentlərin hər birinin özünə məxsus özəlliyi vardır. 
An
caq  bunların  arasında  qırılmaz  əlaqələrin  mövcud  olduğu  da 
danılmaz  bir  həqiqətdir.  Sözün  mənası  nitq  axınında  başqa  dil 
vahidləriylə  qarşılıqlı  münasibətə  bilavasitə  bir sintaktik 
komponent 
kimi  girir.  Bu  da  onu  ayrıca  bir  linqvistik  fenomen 
olaraq  qiymətləndirməyə  imkan  verir.  Söz  dildə  bir  semantik 
komponent 
olaraq  onunla  ifadə  olunan  əşyaya  və  ya  denotata 
münasibətdə  müəyyənləşir.  O,  burada  hər  hansı  bir  əşyanın  əksi, 
dildə hadisə və ya anlayış, tutuşdurulmuş və ya müqayisə olunmuş 
dil korrelyatı kimi təqdim olunur. Praqmatik bir komponent kimi 
söz 
digər komponentlərdən fərqli olaraq özünün bütün aspektlərinin 
ümumiliyi kontekstində seçilir. Sözügedən ümumilik, sözün bu və 
ya digər danışıq ortamında praktik şəkildə işlənilməsi məsələləriylə 
sıx  bir  şəkildə  bağlıdır.  Praqmatik  komponent  sözün  fizioloji 
açıqlanmasının  obyekti  yerində    bir  metasiqnal  olaraq  özünü 
göstərir.   
Məlum olduğu kimi, bu gün istər dil, istərsə də dünyamızda 
yer tutan digər bütün anlamlı işarələr və ya semiosizlər
4
  semiotika 
4
  Semiozis  (yunan.  sema  ‘işarə’)  işarə  prosesi  deməkdir  və  işarələrin  yaratma, 
qurma, hərəkət və açıqlama özəlliklərini ehtiva edir. Sözügedən yaratma, qurma 
və    hərəkətlərin  baş  verməsi  prosesində  isə  işarənin  işarələnənlə  işarələyən 
arasındakı  uyğunluğu  qurulmuş  olur.  Bu  termin  müvafiq  semiotik  ədəbiyyatda 
tez-
tez  kommunikasiya  anlayışının  və  ya  sözünün  sinonimi  kimi  də  işlədilir. 
Semiosfera  (yunan.  sema 
‘işarə’,  sphaira  ‘şar’)  isə  işarələrin  qlobal  sahəsi  və 
əhatə  dairəsi,  məkan  və  zamanda  mövcud  olan  işarələri  və  dil  əlaqələrinin 
bütününü  ehtiva  edən  semiotik  məkandır.  Semiosfera  anlayışını  semiotik 
kulturologiyada  ilk  dəfə  olaraq  Y.  M.  Lotman  işlətmiş  və  elmi  ədəbiyyata  bir 
termin  olaraq  o  gətirmişdir.  Semiosfera  öz  obyektinə  və  mahiyyətinə  görə 
mədəniyyət  kimidir.  O,  hər  şeydən  öncə,  verici  (adresant)  və  alıcının  (adresat) 
əvvəlki  kulturoloji  təcrübəsindən  və  eyni  zamanda  informasiya  kanalından  asılı 
 
53 
 
                                                            


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə