Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

ДМИТРИЕВ  Н.К.  1948,  Строй  тюркских  языков.  Изд-во 
восточной литературы. Москва. 
ERGUVANLI, Eser Taylan 2002, The Verb in Turkish. 
LINGUISTİK AKTUELL / LINGUISTICS TODAY, Offprint, s. 1-
45 
HENGİRMEN,  Metmet  1999,  Yabancılar  İçin Türkçe Dilbilgisi, 
Ankara, 350 s. 
Hüseynzad
ə, Muxtar 1973, Müasir Azərbaycan dili. Morfologiya
III, Bakı, “Maarif”, 356 s. 
KHUDAZAROV T.M. 2005, Teach yourself Azeri, For English 
students, Baku. 
Кононов  А.Н.  1982,  Грамматика  современного  тюркского 
литературного языка. Изд-во АН СССР, М.:-Л. 
M
USAOĞLU,  Mehman    2003,  Türkeçenin  işlevsel  Dilbilgisi  ve 
Metin Kompozisyonu. Dil Dergisi, sayı:120, s. 22-40 
MUSAOĞLU,  Mehman    2008,  Türkçede  Çatı.  –Prof.Dr. Ahmet 
Bican Ercilasun Armağanı. Akçağ, Ankara, s. 207-234. 
Musayev M.M. 2011, Türk 
ədəbi dillərində  mürəkkəb cümlə 
sintaksisi, Bakı, 401 s. 
ÖZTOPÇU, Kurtuluş 1994, Colloqual Azerbaijani. A Mini Course, 
Copyrigt, 47 s. 
RƏHİMOV,  Mirzə  1965, Azərbaycan dilində  feil  şəkillərinin 
formalaşması  tarixi,  Azərb.  SSR Elmlər  Akademiyası  Nəşriyyatı, 
Bakı: 1965, 267 s. 
SEZER, Engin  2002, Finiteinflection in Turkish, The Verb in 
Turkish. LINGUISTIK AKTUEL/LINGUISTICS TODAY, s. 1-45. 
Türkçe sözlük, 1, 2, Türk Dil Kurumu, Ankara, 1998, 2523 s. 
Türkçe sözlük, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2005, 2243 s.    
 
 
 
 
 
 
 
42 
 


 
III FӘSİL 
 
SÖZ: VURĞUSU, MӘNASI, ANLAMI, ӘSASI VӘ ŞӘKLİ 
 
3.1.
Morfemika, söz və morfem 
 
Linqvistika elmində sözün mənalı hissələri morfem termini ilə 
adlandırılır.  Morfemikada  hər  hansı  bir  dilin  özünə  məxsus  olan 
morfem 
tərkibi və quruluşu təsvir olunur, sözün tərkibində leksik-
qrammatik  mənaları  ilə  seçilən  morfemlərin  tipləri  və  növləri 
müəyyənləşdirilir.  Danışıq  prosesində  morfemlərin  sintaktik 
əhatədə  işlənilməsini  gerçəkləşdirən  morfların  konkret söz 
şəkillərində bir-biriylə fonematik bağlılığı və ya bir xətt üzərindəki 
sintaqmatik  ardıcıllığı  da  morfemikada  öyrənilir  (ЛЭС  1990:  313; 
Татaрская грамматика 1993: 142; DE 2006: 447). Morfemika və  
morfemlər,  həm  emik,  həm  də  etik  baxımdan  linqvistik  mahiyyəti 
etibarilə    dilin  fonetika,  qrammatika  və  leksika  bölmələri  ilə  çox 
yaxından  bağlıdır.  Ona  görə  ki,  morfemlər  fonemlərdən  təşkil 
olunur və bugünkü dilçilikdə  fonem və morfem ən çox dilin ifadə 
planına aid olan vahidlər kimi işıqlandırılır. Ancaq morfem həm də 
dilin m
əna  tərəfinə  malik  olan  bir  dil-nitq vahididir, çünki dilin 
məna  planına  aid  olan  leksemə  çox  yaxınlaşır  (Veysəlli  2008:6). 
Digər  tərəfdən  isə  qrammatik  və  köməkçi  morfemlər  daha  çox 
qrammatikanın  obyekti  olduğundan  morfemika  həm  də  qram-
matikanın bir bölməsi kimi götürülür. Ona görə ki, “Morfologiya” 
və  “Söz  yaradıcılığı”  bəhslərinin  bölmələrinin  müəyyən  aspektləri 
qrammatik  morfemlərin  köməyi  ilə  ifadə  olunan  qrammatik  və 
leksik mənalarla bağlantılıdır (ЛЭС 1990: 313). Morfemikanın əsas 
vəzifəsi söz, söz forması, söz əsası, morfem, morf və allomorf anla-
yışlarının  dilin  daxili  quruluşuna  əsasən  onun  linqvistik  səciyyəli 
konkret  örnəkləri  ilə  açıqlanmasından  ibarətdir  (Татaрская 
грамматика 1993: 142). Elə buna bağlı olaraq öyrənilən hər hansı 
bir konkret di
ldə  sözün  tərkibinin  öyrənilməsilə  yanaşı,  onun 
 
43 
 


morfem  inventarının  müəyyənləşdirilməsi  də  morfemikanın  əsas 
prinsipləri arasında yer almaqdadır.   
Beləliklə, bütövlükdə türk dillərinin və ayrılıqda Azərbaycan 
dilinin  morfem  inventarının  müəyənləşdirilməsi  bu gün türkoloji 
dilçiliyin  ən  aktual  məsələlərindən  biridir.  Azərbaycan  dilinin 
morfemikası  türk  dillərinin  aqqilütintav  quruluşu,  samit  və  sait 
səslərin xarakterik harmoniyası, cümlə və mətnlərin özünə məxsus 
ontoloji  səciyyəli  sabit  sintaktik  sıralanmasına  əsasən  öyrənil-
məlidir.  Belə  ki,  türk  dillərində  prefiks, infiks, suffiks  kimi  şəkilçi 
növləri yoxdur. Cümlələrdə sözlərin, mürəkkəb sintaktik bütövlərdə 
sintaktik  və  mətnlinqvistik
3
 
sıralanmanın  isə  sözügedən  dillərdə 
digər  genoloji  və  tipoloji  sistemli  dillərdən  fərqli  olaraq  özəl  bir 
simmetrik  və  asimmetrik  ierarxiyası  mövcuddur.  Buna  görə  də 
Azərbaycan  dilinin  morfem  inventarı  müəyyənləşdirilərkən,  onun 
uyğun  bir  morfematik  lüğəti  hazırlanarkən,  eyni  zamanda 
morfemlərin  quruluşu  təsvir  edilərkən,  morffların  və  allomorfların 
işlənilmə  mexanizmi  göstərilərkən  aşağıdakı  xüsuslara  diqqət 
edilməlidir. Birincisi, müasir dilçilikdəki uyğun müqayisəli-tipoloji 
nəzəriyyələrə,  konseptual  səciyyəli  yeni  linqvistik  gəlişmələrə  və 
praktik  təcrübələrə  istinad  olunmalıdır.  İkincisi  isə  ümumtürk 
dilinin kommunikativ məntiqinə, kök, şəkilçi və digər morfemlərin 
dizimiylə gerçəkləşən ünsiyyət modelinə və onun aşağıda da qismən 
göstərilən digər özəlliklərinə söykənilməlidir. 
Bu  gün  dünyanın  dil  xəritəsi  konseptual-linqvistik  aspektdə 
ümumi  müqayisəli-tipoloji  prinsiplərlə  təsvir  olunur.  Müxtəlif 
dillərin  təlimi,  tədrisi  və  öyrənilməsi  qlobal  dil  siyasətinə  görə 
yenidən  qurulur.  Belə  bir  siyasətin  qurulmasında  və 
müəyyənləşdirilməsində, əsasən, Avropa mərkəzli fransızca dövlət-
3
  Azərbaycan  türkcəsində  tərəfimizdən  “mətnlinqvistik”  şəklində  işlədilən  söz 
mətnə aid olan linqvistik-sintaktik özəllikləri bütövlükdə ehtiva edir. Həmin söz 
bir linqvistik termin olaraq i
ngiliscə  Text Linguistics  almanca  texstlengüistik, 
rusca 
лингвиcтикa тeкcтa, Türkiyə türkcəsində isə metindilbilimsel sözləri ilə 
ifadə olunur (Musayev 2012: 17). 
 
44 
 
                                                            


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə