Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

işlənilməkdə və ümumtürk dilində sinxronik və diaxronik səciyyəli 
sintaqmatik m
əna  sıralanmalarını  əmələ  gətirməkdədir. Buna görə 
d
ə,  sözügedən köməkçi morfemlə  şəkillənən feillər ümumtürk 
dilinin  lüğət tərkibində  məhdud  sayda  olmasına  baxmayaraq, 
konkret leksikoqrafik vahidl
ər olaraq diqqəti cəlb etməkdədir.  
Aşağıda sözügedən 23 leksikoqrafik vahiddən bitir-, doğur-, 
doyur-, içir-, kay
ır//qayır-,  pişir//bişir-,  sızır-  ‘süzmək’,  şişir-, 
yitir//itir-
, taşır//daşır-, uçur-, vazgeçir- feilləri sözügedən formadü-
z
əldici  şəkilçinin təsirsiz feillərə  artırılması  ilə  əmələ  gəlmişdir.  
Bunlar  “yan anlamlı”, yəni leksik-qrammatik mənalı təsirli feillər 
kimi  formalaşmışdır.  Batır-,  düşür-, göçür//köçür-,  kaçır//qaçır-, 
üşür-  ‘hücum etdirmək’,  yatır-, yetir-  feilləri də  təsirsiz feillərdən 
əmələ  gəlmişdir,  ancaq  bunlar  həm təsirli, həm də  təsirsiz feillər 
kimi  işlənilir.  Aş-  təsirli felindən  aşırmak//aşırmaq  təsirli-təsirsiz 
feli 
əmələ  gəlmişdir.  Geç//keç-  təsirli-təsirsiz səciyyəli “düz 
anlamlı”,  yəni leksik mənalı  feildən  geçir//keçir-  xarakterli “yan 
anlamlı”  bir  feil,  iç-  təsirli feildən isə  içir-  təsirli feli düzəlmişdir 
(Musayev 2011, 349).  
 
2.1.1. 4. T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri 
 T (-
ıt,  -it,  -ut,  -üt) morfemi səbəbiyyət bildirən qavram-
laşma sahəsində “icazə vermək, yardım etmək, səbəb olmaq, təmin 
etm
ək” və s.  mənaları ilə bir işi “gördürmə, yerinə yetirmə” ifadə 
ed
ən “etdirənlik feilləri”ni  formalaşdırır.  Bu  feillər “etdirənlik 
müst
əvisi”ndə  fərqli  bir  feil  növü  alt  kateqoriyasını  əmələ  gətirir. 
Aşağıda  Azərbaycan dilindən gətirilən konkret bir dil-danışıq 
ortamında sözügedən feillərin “səbəb olmaq” və “yerinə yetirmək” 
m
ənaları  ilə  ayrı-ayrı  feil  növü  örnəkləri  olaraq  işlənildiyi 
müşahidə olunur: 
I a. İpdəki paltarlar qurudu. 
I b. İpdəki paltarlar quruyub. 
 
II a. İpdəki paltarları günəş qurutdu
II b. İpdəki paltarları günəş qurudub
 
30 
 


Ümumi d
ərketmə  kontekstində  olmaq, təmin etmək” 
m
ənaları ifadə olunmuşdur. 
III a. Ayşə ipdəki paltarları qurutdu.
*
 
III b. Ayşə ipdəki paltarları qurudub.
 
 
IV a. Sabahdan b
əri ipə  sərilmiş,  ancaq  hələ  nəm olan 
paltarları Ayişə evdə qurutdu
IV b. Sabahdan b
əri ipə  sərilmiş,  ancaq  hələ  nəm olan 
paltarları Ayşə evdə qurudub
Öz
əl dərketmə  müstəvisində  “səbəb olmaq, yerinə 
yetirm
ək” mənaları ifadə olunmuşdur. 
Zaman qavramı i a. və i b. örnəklərində quru- feli xəbəri ilə 
v
ə  fərqli morfoloji əlamətlərlə  ifadə  edilmişdir.  Bilvasitə  və 
bilavasit
ə gerçkləlşən subyektiv şahidliyin sözügedən danışıq orta-
mının  formalaşmasında  feil  növünün  qılınışı

olaraq h
ər  hansı  bir 
t
əsiri yoxdur. ii a. və ii b. örnəklərində gətirilən cümlələrin xəbərləri 
yerind
ə  işlənilən feillər ºT morfemi ilə  ümumi dərketmə  kon-
tekstind
ə “olmaq və təmin etmək” yan anlamlarını ifadə edir. Buna 
bağlı  olaraq  da  təsirli etdirənlik feilləri səviyyəsində  gerçəkləşmiş 
v
ə mücərrəd bir mübtəda ilə işlənildiyindən danışıq ortamına təsir 
ed
ərək  yuxarıda  göstərilən sintaktik sistemi və  mətnlinqvistik 
d
ərketmə  kontekstini bilavasitə  dəyişdirmişdir.  iv a. və  iv b. 
örn
əklərində  gətirilən cümlələrin xəbərləri yerində  işlənilən feillər 
*
 
Ulduz  işarəsi gətirilən cümlələrin mənaca xətalı  olduğunu  bildirir.    Ki-  şəkilçisi ilə 
reallaşan “sintaktik çərçivə”də yanlış olaraq işlənilən mübtəda ilə düzgün bir konseptual 
d
ərketmə sıralanması pozulmuşdur.
 
2
 
Qılmaq feli Azərbaycan türkcəsində ‘etmək, görmək, yerinə yetirmək, əda etmək, icra 
etm
ək’, qılınmaq feli isə ‘görülmək, əmələ gətirilmək, edilmək, yerinə yetirilmək’ məna-
sında işlənilir (Azərbaycan dilinin izahlı lüğəti 1964: 512). Qılınış sözü həmin morfemlər 
əsasında düzəldilir. Bu  söz-termin felin milli mentalitetə  bağlı  olaraq  əsas və  anlamlı 
morfeml
ərlə gerçəkləşən leksik-semantik mahiyyətini və eyni zamanda mənaca növlərini 
ifad
ə edir. Leksik-semantik mahiyyətə malik olan danışıq (verba dicenti), təfəkkür (verba 
sentiendi), h
ərəkət,  iş  (verba  operandi),  hərəkət (verba movendi) və  s. feillər (Dmitriev 
1962: 570-598) t
əsirlilik-təsirsizlik, təsdiq-inkar və  növ  kateqoriyaları  ilə  feil qavram-
laşmasının birinci, zaman, şəkil və şəxs kateqoriyaları ilə isə ikinci alt qavramlaşdırmasını 
t
əşkil  edir.  Beləliklə,  monoqrafiyada  felin  birinci  alt  qavramlaşdırması  qılınış,  ikinci alt 
qavram
laşdırması isə görünüş sözləri ilə ifadə olunmuşdur.
 
 
31 
 
                                                            


d
ə  ºT  morfemi ilə  formalaşaraq  “özəl dərketmə  müstəvisində 
s
əbəb olmaq,  yerinə  yetirmək  yan  anlamları”  ilə  işlənilmişdir. 
Bunlar da t
əsirli etdirənlik feilləri kimi reallaşmışdır, ancaq konkret 
s
əciyyəli mübtədanın işlənilməsilə sintaktik sıraya və mətnlinqvistik 
sıralanmaya bilvasitə təsir göstərmişdir. Buna görə də, ºT morfemi 
il
ə  və  göstərilən, yan anlam sahələri ilə  formalaşan  leksikoqrafik 
vahidl
ər  “Türkçe  Sözlük”ün  uyğun  bölümlərindəki leksikoqrafik 
sıralamalarda ayrıca olaraq yer alır. T (-ıt, -it, -ut, -üt) morfemi ilə 
formalaşan etdirənlik feil növünə örnək olaraq Türkiyə türkcəsindən 
c
əmi 237 feil seçilmişdir (Türkçe Sözlük 1998).  
Sözüged
ən etdirənlik feillərindən 200-ü təsirsiz feillərdən 
yan  anlamlı  təsirli feil düzəldilməsi morfoloji-sintaktik modelinə 
əsasən müəyyənləşdirilir.  Bu  feillərdən bəziləri  aşağıdakılardan 
ibar
ətdir. Məsələn, Türkiyyə  və  Azərbaycan  türkcələrində:  acıt-, 
ağart-,  aksırt//asqırt-, bocalat-‘sürüklətmək, tərəddüt etməsinə 
s
əbəb  olmaq’,  çaldırt-  ‘oğurlatmaq’,  çıngırdat//cınqıldat-,  çıtlat-
darılt-, domalt//dombalt-,  ekşit//turşut-,  fırlat-, gebert//gəbərt-, 
genişlet//genişlət-, ihtiyarlat-  ‘qocaltmaq’, irkilt-  ‘həyəcanlan-
dırmaq,  qorxutmaq’,  kımıldat//qımıldat-, korkut//qorxut-, körelt- 
‘söndürm
ək, bitirmək’ morart-  ‘qaraltmaq, göyərtmək’, parlat-, 
sersemlet//s
ərsəmlət-, sümkürt-  ‘burnunu sildirmək’, terlet//tərlət-, 
tozut- 
‘toz qaldırmaq, sovurmaq, ağlını itirmək’, yücelt//ucalt- və s.  
Yuxarıda göstərilən tipdəki feillərdən 20-si təsirli feillərdən 
t
əsirli feil düzəldilməsi, yəni  feil  daxili  söz  yaradıcılığı  morfoloji-
sintaktik modelind
ə  formalaşır.  Bunlar  aşağıdakılardır.  Məsələn: 
Anımsat-  ‘xatırlatmaq’,  belirt-‘açıqlamaq’,  çemberlet/çənbərlət-, 
donat-  ‘b
əzəmək, süsləmək, birisinin geyinməsini təmin etmək’, 
evirt-‘çevirm
ək’, savurt//sovur-, yayımlat-, yont- və s.  
Akıt//axıt-, benzet//bənzət-,  damlat//damcılat-, koyult- 
‘qoyulaşdırmaq’,  sıçrat-, yönelt//yönəlt-  etdirənlik feilləri təsirsiz 
feill
ərdən təsirli və təsirsiz feillər olaraq düzəldilir. Bu da morfoloji-
sintaktik s
əciyyəli bir söz yaradıcılığı modelidir. Sözügedən feillər 
“Türkçe Sözlük”d
ə  leksikoqrafik vahidlər  olaraq  yer  alır  (Türkçe 
Sözlük 1998: 60; 269; 525; 1373; 1960; 2467).  
 
32 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə