Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

bu  m
əqsədlə  müəllifin  “Türk ədəbi dillərində  mürəkkəb cümlə 
sintaksisi” (2011: 353-
364) adlı kitabında və aşağıda “Oğuz qrupu 
türk dill
ərində  felin  zaman  şəkillərini”nin bütün mümkün 
t
əsriflənmə formaları ilə cədvəli verilmişdir (Bax: 
III Əlavə, s. 168-
179
)
.  Əlbəttə, türk dillərində  feillərin ifadəsinə  dair bunun kimi 
dig
ər funksional-struktur xarakterli morfoloji fərqlərə  də  rast 
g
əlinir. 
  
Bu  baxımdan  felin  xəbər və  digər  şəkilləri dilin həm bir 
funksional f
əaliyyət, həm də  milli mentalitetin bir psixolinqvistik 
ifad
əsi  kimi  ayrı-ayrı  türk  yazı  dilləri  materialları  ilə  konseptual-
struktur s
əviyyədə  kateqoriyalaşdırılmalıdır.  Bu  iş  müəllifin 
sözüged
ən  kitabının  beşinci  “Əlavəsi”ndə  ilkin bir təcrübə  olaraq 
aparılmışdır  (2011:  365-372)  “Əlavə” “Azərbaycan dilində  feil 
şəkilləri”  olaraq  adlandırılan  böyük  bir  “Cədvəl”dən ibarətdir  və 
h
əmin cədvəl  aşağıda  verilmişdir  (Bax: 
IV  Əlavə, s. 180-187

H
əmin “Cədvəl”də  felin  şəkilləri zaman, hekayə, rəvayət və  şərt 
formalarında  şəxsə  görə  bir bütün olaraq təsrifləndirilmişdir.  Yeni 
t
əsnifləndirmədə felin 12 deyil, 14 şəkli yer almışdır. Felin rəvayət 
olunan n
əqli keçmiş zamanının bir deyil, iki növünün; yəni həm -
mış, -miş, -muş, -müş, həm də -ıb, -ib, -ub, -üb morfoloji əlamətləri 
il
ə  işlənildiyi göstərilmişdir.  Felin  vacib  şəklinin də  bir deyil, iki 
növünün; y
əni həm -malı, -məli morfoloji əlaməti ilə sintetik, həm 
d
ə  -malı  olmaq  morfoloji-sintaktik  birləşməsi ilə  analitik  şəkillə-
rinin  işlənildiyi  vurğulanmışdır.  Beləliklə, sözügedən  feil  şəkillə-
rinin d
ə  sintaqmatik və  paradiqmatik  ələmətləri ilə  qrammatika 
kitablarımızda  yer  alaraq  tədris  olunmasının  lazım  gəldiyi həm 
t
ədrisetmə praktikası, həm də linqvistik örnəkləri ilə təsbit olunmuş, 
felin t
əsdiq və  inkaretmə  ifadələri “Cədvəl”də yer  almışdır  (Bax: 
IV  Əlavə, s.180-187
).  (Qeyd  olunmalıdır  ki,  sözügedən 
t
əsnifləndirmənin  aparılmasında  müəllifin uzun illər boyunca 
xaricil
ərə keçdiyi Azərbaycan dili dərslərində əldə etdiyi linqvistik-
metodiki t
əcrübə stimul rolunu oynamışdır.) 
 
 
36 
 


2.2.1. Felin r
əvayət olunan keçmiş zamanının iki növü  
Az
ərbaycan dilində felin indiki, müəyyən və qeyri-müəyyən 
g
ələcək,  -dı,  -di,  -du,  -dü və  -mış,  -miş,  -muş,  -müş  şəkilçiləri ilə 
düz
ələn  keçmiş  zaman  şəkilləri  vardır.  Həmin  şəkillər sözügedən 
dilin  qrammatika  kitablarında  “Cədvəl”dəki göstərilən formada 
t
əsvir olunmuşdur (Hüseynzadə 1973: 190-198). Azərbaycan dilndə 
-
mış, -miş, -muş, -müş keçmiş zaman şəkilçiləri ilə paralel olaraq -
ıb,-ib,-ub,-üb  feli  bağlama  morfoloji  əlamətlərinin də  sözügedən 
qrammatik funksiyada işlənilməsindən bəhs edilmişdir (Hüseynzadə 
1973:194). Buna baxmayaraq, -
ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli sözügedən 
keçmiş  zaman  şəklinin ikinci bir növü səviyyəsində  paradiqmatik 
olaraq ayrıca təsnifləndirilməmişdir. Halbuki, -ıb, -ib, -ub, -üb (-yıb, 
-yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli-
nin hekay
əsi xaricindəki digər təsdiq, inkar və  sual mürəkkəb 
şəkillərində  də  paradiqmatik  olaraq  işlənildiyi və  bütövlükdə 
r
əvayət olunan zaman  qavrayışının  qrammatik  əlaməti kimi dərk 
olunduğu  yuxarıda  sözükeçən “Cədvəl”də  də  bariz  bir  şəkildə 
müşahidə  olunmaqdadır.  Bununla  bərabər,  -mış,  -miş,  -muş,  -müş 
şəkilçisi ilə düzələn zaman şəkli Azərbaycan dilində daha çox tam 
üslub
da, başqa bir ifadə ilə kitab dilndə işlənilməkdədir. -Ib, -ib, -
ub,  -üb (-
yıb,  -yib,  -yub,  -yüb)  feli  bağlama  şəkilçiləri ilə 
formalaşan zaman şəklinin diskursda işlənilmə tezliyi isə birinci ilə 
müqayis
ədə daha genişdir. Sözügedən zaman şəkli həm tam, həm də 
s
ərbəst üslubda,  başqa  bir  ifadə  ilə  dildə  və  danışıqda  (nitqdə)  ən 
yayğın  bir  formada  yer  almaqdadır.  Buna  görə  də, sözügedən 
r
əvayət  olunan  keçmiş  zaman  xəbər  şəklinin müasir Azərbaycan 
dilinin  qrammatikasında  ikinci  bir  növ  olaraq  fərqliləşdirilməsinə 
ehtiyac 
vardır.  İkinci  şəkil,  yuxarıda  göstərildiyi kimi, daha çox 
danışıq dilinə xasdır. Məsələn:  
Sən bizə xoş gəlmi(ş)sən.  
Sən bizə xoş gəlibsən. 
Sən bizə xoş gəlib, səfa gətiribsən. 
*Sən bizə xoş gəlmişsən. 
 
37 
 


*Sən bizə xoş gəlmiş, səfa gətirmişsən. 
 
Siz bizə xoş gəlmi(ş)siz (siniz) 
Siz bizə xoş gəlibsiz. 
Siz bizə xoş gəlib, səfa gətiribsiz. 
*Siz bizə xoş gəlmişsiniz. 
*Siz bizə xoş gəlmiş, səfa gətirmişsiniz. 
 
Bütün protokolllar yazılmışdır.  
Bütün protokollar yazılıb. 
*Bütün protokollar yazılmış. 
Müəllim gəlmişdir. 
Müəllim gəlib 
*Müəllim gəlibdir. 
 
Müəllimlər gəlmişdir (lər) 
Müəllimlər gəlib (lər) 
*Müəllimlər gəlibdir(lər). 
 
Tələbə lazım olan ədəbiyyatı oxumuşdur.  
Tələbə lazım olan ədəbiyyatı oxuyub. 
*Tələbə lazım olan ədəbiyyatı oxumuş. 
*Tələbə lazım olan ədəbiyyatı oxuyubdur. 
 
Tələbələr lazım olan ədəbiyyatı oxumuşdur. 
Tələbələr lazım olan ədəbiyyatı oxuyub(lar). 
*Tələbələr lazım olan ədəbiyyatı oxumuş. 
*Tələblər lazım olan ədəbiyyatı oxuyubdur(lar). 
 
Yaxşı eləyib kinoya bilet almı(ş)sınız. 
Yaxşı eləyib kinoya bilet alıbsız(sınız).  
Yaxşı eləyib kinoya bilet alıb(lar). 
*Yaxşı eləyib kinoya bilet almış (lar). 
 
38 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə