Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

İkinci  şəxs təkdə  -mış,  -miş,  -muş,  -müş  şəkilçisinin  ş 
komponentin
ə  aktif  olaraq  diferensiallaşan  dil-danışıq  zəncirində 
t
əsadüf olunmur. Həmin morfoloji  şəklin  bütününün  işlənilməsinə 
is
ə  yayğın  olaraq  yazılı  mətnlərdə  rast gəlinir. Göstərilən 
komponentin sözüged
ən  işlənilmə  tezliyi  -mış,  -miş,  -muş,  -müş 
şəkilçisinin  dörd  variantlı  olaması  ilə  əlaqədardır.  Necə  ki, 
sözüged
ən morfoloji şəklin işlənilməsi   -ıb, -ib, -ub, -üb (-yıb, -yib, 
-yub,  -
yüb)  şəkilçisi ilə  paradiqmatik müqayisədə  bir qrammatik 
əlamət kimi fakültativ səciyyəlidir. Müqayisə et: 
Mən gəlmişəm                           
Sən gəlmisən 
O gəlmişdir 
Biz gəlmişik 
Siz gəlmişsiniz 
Onlar gəlmiş(dir)(lər) 
Mən gəlmişəm. 
Sən gəlibsən 
O gəlib 
Biz g
əlmişik. 
Siz gəlibsiz (siniz) 
Onlar gəlib (lər) 
-Ubdur 
şəkilçisi -ıbdır, -ibdir, -ubdur, -übdür (-ıbdı, -ibdi, -
ubdu,  -
übdü)  morfoloji  variantlarında  Anadolu-Qafqaz  coğrafiyası 
Oğuz türkcəsində, onun dialekt və ağızlarında, özəlliklə də müxtəlif 
xalq 
ədəbiyyatı  örnəklərinin dilində  vaxtilə  çox  geniş  miqyasda 
işlənilmişdir (Adamoviç 1985: 202-2005). Bəlkə bu gün də həmin 
morfoloji 
əlamətlə  formalaşan  felin  rəvayət  olunan  keçmiş  və  ya 
əslində  tamamlanmış  indiki  zamanına  (perfekt) bəzi  yazarların  və 
ana dilind
ə  birinci  dil  olaraq  danışan  şəxslərin dilində  təsadüf 
olunur. Ancaq çağdaş Azərbaycan dilində diskursiv xarakterli ədəbi 
ünsiyy
ət ortamı üçün sözügedən morfoloji əlamət -mışdır, -mişdir, -
muşdur,  -müşdür  şəkilçisi ilə  uyğun  bir  paradiqmatik-sintaqmatik 
paralellik t
əşkil edə bilmir. Buna görə də, yuxarıda -ıbdır, -ibdir, -
ubdur,  -
übdür  şəkilçisi ilə  işlənilən cümlələrin funksional və 
 
39 
 


konseptual  baxımdan  xətalı  deyil,  çox  vaxt  bir  xalq  danışığı  şəkli 
olduğu  ulduz işarəsi ilə göstərilmişdir.  
 
2.2.2. Felin dar v
ə geniş mənalı vacib şəkli  
Felin  vacib  şəkli müasir Azərbaycan dilində  -malı,  -məli 
morfoloji 
əlamətinin və şəxs şəkilçilərinin feil kökü və ya əsasına 
artırılması ilə  sintetik olaraq əmələ gəlir (Hüseynzadə 1973: 224). 
Bununla b
ərabər, felin sözügedən  şəkli morfoloji-sintaktik 
xarakterli 
malı+olmaq və şəxs şəkilçiləri sıralanması ilə də qurulur. 
Daha doğrusu, -malı, -məli şəkilçili feil kökünə və ya əsasına olmaq 
köm
əkçi  morfeminin  artırılması  ilə  əmələ  gələn  feil  şəklinin 
analitik  forması  da  Azərbaycan dilində  işlənilir  (Rəhimov  1965: 
215; Khudazarov 2005:194-195). Felin morfoloji-sintaktik üsulla 
formalaşan vacib şəklinin ifadəsi Azərbaycan dilində əsas etibarilə 
h
ər hansı bir iş və ya hərəkətin bəlli bir ölçüdə daha geniş səciyyəli 
keçmiş  və  gələcək  zamanlardakı  baş  vermə  əsnası  ilə  əlaqədardır. 
Birinci  şəkil daha çox hər  hansı  bir  işi  görənin  öz  aldığı  qərara 
əsasən yerinə  yetirdiyi  iş  və  ya dar bir fəaliyyət sahəsi ilə  bağlı 
olaraq  işləniilr.  İkinci  şəkil isə  Azərbaycan dilində  xaricdən gələn 
h
ər  hansı  bir  təzyiq və  diqtə  edilən konkret bir məcburiyyətlə 
gerç
əkləşmiş olmaq və ya ola bilmək anları ilə bağlı olaraq ortaya 
çıxır  (Khudazarov  2005:194).        Beləliklə, dar və  geniş  mənalı 
birinci  v
ə  ikinci  şəkillərin Azərbaycan dilində  paralel olaraq 
işlənilməsi  ayrılıqda  sintaqmatik  bir  özəllik, bütövlükdə  isə 
qrammatik-sintaktik çoxm
ənalılıq olaraq qiymətləndirilə bilər.  
Morfoloji-
sintaktik xarakterli vacib şəklinin ifadəsi felin hər 
üç zamanındakı hər hansı bir iş və ya hərəkətin yerinə yetirlməsinin 
daha  geniş  bir  zamanının  “baş  vermə  çərçivərləri” ilə  bağlı  olur. 
Daha  doğrusu,    sözügedən  şəkil məhdud  olmayan  daha  geniş  bir 
zaman müst
əvisindəki xaricdən gələn hər hansı bir təzyiqlə yerinə 
yetiril
ən və ya yetiriləcək gerçəkləşmə müddətlərini bildirir.  
Aşağıda  felin  dar  və  geniş  mənalı  vacib  şəkillərinə  dair 
örn
əklər gətirilmişdir.  Həmin örnəklər bu və  ya  digr  şəkildə 
sözüged
ən özü qərara gəlmə və ya xaricdən olan bir təzyiqlə yerinə 
 
40 
 


yetirilm
ə nəticəsində baş verən iş və ya hərəkət aktlarını iadə edir. 
H
əmin  iş-hərəkət mənalarının  diskursiv  səciyyəli örnəklərlə 
deskriptiv olaraq t
əsviri  onların  bir-birindən fərqliliyini bəlli bir 
ölçüd
ə göstərməkdədir. Məsələn:  
Mən də Bakıya getməliyəm. 
Mən də Bakıya getməli oluram.  
Mən də sabah Bakıya getməliyəm. 
*Mən də sabah Bakıya getməli oluram. 
 
Sən də bu kitabları almalısan.  
İndi sən də bu kitabları almalısan. 
İndi sən də bu kitabları almalı olursan. 
*İndi sən də bu kitabları almalı olarsan. 
*İndi sən də bu kitabları almalı olacaqsan (Musaoğlu 2008). 
Biz  yuxarıda  felin  rəvayət  olunan  keçmiş  zamanı  ilə  ifadə 
olunan x
əbər və ayrıca da vacib şəklinin qrammatika kitablarımızda 
v
ə  türkoloji  dilçilik  araşdırmalarında  daha  geniş  bir  şəkildə 
öyr
ənilməyən bəzi mövzuları  üzərində  durduq.  Daha  doğrusu,  ana 
dilinin t
əlimi və tədrisi məqsədilə onun paradiqmatik olaraq təsbit 
edilm
əyən bəzi şəkillərini göstərdik. Azərbaycan dilinin tədrisində  
felin zaman v
ə şəkil kateqoriyası bəhslərinin ayrıca bir morfoloji və 
morfoloji-sintaktik bölüml
əri səviyyəsində  öyrədilməyən bəzi 
konseptual v
ə  funksional özəlliklərinə  toxunduq. Ancaq felin istər 
x
əbər, istərsə  də  digər  bütün  şəkilləri struktur, funksional və 
semantik 
əlamətləri ilə konseptual olaraq kateqoriyalaşdırılmalıdır.  
 
Әdəbiyyat 
 
ADAMOVİÇ,  MİLAN  1985,  KONJUGATİONSGESHICHTE 
DER TÜRKISCHEN SPRACHE, leiden, 337 s. 
Axundov A. Feilin zamanları. Bakı: ADU, 140 s. 
Az
ərbaycan dilinin izahlı lüğəti. I cild, 1964, 593 s.; II cild, 1980, 
576 s.;  III cild, 1983, 554 s.; IV cil
d, 1987, 541 s., Bakı: “Elm”  
 
41 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə