Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   2   3   4   5   6   7   8   9   ...   96

sosiolinqvistik,  statistik,  korpus,  mətnlinqvistik,  koqnitiv-
konseptual  və  s.  digər  yeni  araşdırma-öyrənilmə  yönümləri  və 
yöntəmləri ilə aparılmışdır (Musayev 2012: 196-199). 
Qeyd  olunmalıdır  ki,  əsas  etibarilə  XX  yüzilin  başlarından 
etibarən rus dilindən alınaraq müxtəlif türk ədəbi dillərində işlənilən 
linqvistik  terminlərin  unifikasiyasında  biz,  əsasən,  iki  vəziyyəti 
müşahidə  edirik.  Birincisi  linqvistik  terminlər  müxtəlif  türk  ədəbi 
dillərinin  orfoqrafiya  və  orfoepiya  qaydalarına  uyğunlaşdırılır. 
İkincisi  isə  sözügedən  terminlərin  müxtəlif  türk  ədəbi  dillərində 
qarşılıqları  yaradılır.  Bu  gün  birinci  yöntəmin  daha  yayğın  olaraq 
həyata  keçirildiyi  müşahidə  olunur.  Bu  da  qloballaşmanın  getikcə 
geniş  bir  vüsət  alması,  elm  və  texnologiyanın,  özəlliklə  də  infor-
masiya  texnologiyalarının  sürətli  inkişafıyla  bağlıdır.  Sözügedən 
kontekstdə  “Dilçilik  Ensiklopediyası”  (2006;  2008)  adlı  bu 
yaxınlarda  yayımlanan  kitab  sadəcə  rus  dilindən  alınan  linqvistik 
terminlərdən  istifadə  olunmasıyla  deyil,  həm  də  müasir  dilçilik 
emlinin  inkişafı  və  onda  ortaya  çıxan  müxtəlif  elmi  yeniliklərin 
təqib  edilməsi  baxımından  da  çox  aktualdır.  Həmin  kitabda  həm 
sözügedən  linqvistik  terminlərin  ingilis,  alman,  fransız  və 
Azərbaycan dillərində qrşılıqları verilir, həm də onların terminoloji 
mənası və linqvistik məzmunu fundamental elmi mənbələrə əsasən 
konkret  dil  örnəkləriylə  açıqlanır.  Belə  bir  ensiklopedik dilçilik 
lüğəti  sadəcə  Azərbaycan  filologiyasında  deyil,  bütövlükdə  türko-
logiyada  və  türkoloji  dilçilikdə  də  bir  ilk  kitab  hesab  olunmalıdır. 
Əslində  həmin  ensiklopedik  lüğət  funksional  söz  yaradıcılığı 
baxımından  da  diqqəti  çəkir.  Belə  ki,  lüğətdə  yer  alan  terminlərin 
bir qismi işlənildiyi dildən olduğu kimi alınaraq dilimizin orfoepik 
və orfoqrafik qaydalarına uyğunlaşdırılır, digərlərinin isə çox vaxt 
kalka,  bəzən  də  leksik,  morfoloji  və  sintaktik  yollarla  uyğun 
qarşılıqları yaradılır. Beləliklə də dilimizdə işlənilən və sözün geniş 
mənasında  çağdaş  sosial  elmşünaslığın  bir  çox  sahəsi  ilə  əlaqədar 
olan  termin  sözlərin  sayı  artır  və  nəticə  etibarilə  dilimizin  lüğət 
tərkibi zənginləşir və onun ifadə imkanları artır. 
 
18 
 


1980-ci ill
ərdən bəri formalaşan  koqnitiv  elm,  koqnitiv 
linqvistika v
ə  kompüter-mühəndis dilçiliyi sahələri struktur-
semantik v
ə  funksional  araşdırmalar  əsasında  yeni  bir  konseptual-
funksional qrammatika anlayışını da gündəmə gətirmişdir. Əslində 
bel
ə  bir  anlayışın  dilçilikdəki gündəmə  gəlişini  “çağdaş 
linqvistikada funksional 
ənənə  ilə  generativ istiqamətin 
birl
əşdirilməsi və  uyğun  metodlarının  bir  yerdə  tətbiq olunması 
ist
əkləri” (Φëдoрoва 2008: 98-1004) də dəstəkləməkdədidr. Çünki 
müasir  dilçilikdə  dil-nitq  vahidlərinin  həm  konseptual  özəllikləri, 
həm  də  onların  qrammatik  mənaları  konkret  linqvistik  funksiyalar 
səviyyəsində  öyrənilir.  Struktur  dilçiliyin  əsasları,  meydana 
gəlməsi, inkişafı, mövcud cərəyanları; morfemika və sintaqmatika, 
semantika və praqmatika məsələləri; işarələrin mahiyyəti, növləri və 
funksiyaları  Azərbaycan  dilində  ana  dilimizin  materialları  ilə  də 
açıqlanır  (Veysəlli  2005;  2008;  2009;  2010).  Bu  isə  Azərbaycan 
dilinin  funksional  qrammatikasını  yazmağa  imkan  verən 
konseptual-
linqvistik  kontekstin  və    uyğun  bir  diskurs  ortamının 
yarandığını göstərən amillərdən biri olaraq qiymətləndirilməlidir. 
Bu  gün  Azərbaycan  bədii  mətni  artıq  çağdaş  mətn  dilçiliyi 
səviyyəsində konseptual, ədəbi, semiotik, linqvistik yöntəmlərlə və 
bütün dil-
nitq  parametrləriylə  öyrənilməkdədir (Abdullayev., 
Məmmədov.,  Musayev.,  Üstünova  2012).  Qeyd  olunmalıdır  ki, 
mətin  dilçiliyi  və  sintaksis  sahəsində  indiyə  qədər  Azərbaycan 
dilçiliyində aparılmış olan bütün araşdırmalar və nəhayət yuxarıda 
göstərilən  fundamental  əsər  də  artıq  dilimizin  funksional 
qrammatikasının  yazılmasının  mümkün  olduğunu  və  vaxtının 
çatdığını açıb göstərməkdədir. 
Yuxarıda  göstərilən  bütün  araşdırmalar,  struktur  diçiliyin 
müxtəlif məsələlərinə, mətn dilçiliyinə və sintaksisinə dair yazılmış 
əsərlər  və  nəhayət  ensiklopedik  dilçilik  lüğəti  Azərbaycanda  ana 
dilimizin  funksional  qrammatikamızın  yazılmasının  linqvistik 
kontekstinin  yarandığını  və  vaxtının  çatdığını  göstərir.  Ancaq, 
türkoloji dilçilikdə funksional qrammatika məsələlərinin özəl olaraq 
araşdırılmasının  vəziyyəti  və  bu  gün  gəlinən  nöqtə  də  sözügedən 
 
19 
 


işdə  çox  önəmlidir!  Məhz  bu  kontekstdə  yuxarıda  V.  Q.  Quzevin 
(1984;  1985;  1986)  və  D.  M.  Nasilovun  (1985;  1989)  funksional 
qrammatikanın  özəl  məsələlərinə  dair  yazılmış  məqalələrindən 
qısaca  olaraq  bəhs  olundu.  Bunlar  türkoloji  dilçilikdə  funksional 
qrammatika məsələlərinə həsr olunmuş ilk ciddi linqvistik işlərdən 
hesab  oluna  bilər.  Türk  dillərində  birbaşa  funksional  qrammatika 
məsələləriylə əlaqədar olaraq yazılmış digər əsərlər də yox deyildir. 
D.  Q.  Tumaşeva  (1986)  tatar  dilində  feillərə  aid  olan  qrammatik 
kateqoriyaları  bir  ilk  təcrübə  olaraq  funksional-semantik  aspektdə 
öyrənir.  Gerjan  van  Schaaikin  Türkiyə  türkcəsində  yazdığı 
“Funksional  qrammatika  nədir?”  (1998)  adlı  məqaləsində 
sözügedən qrammatika növünün nə olduğu açıqlanır, onun ümumi 
prinsiplərindən,  struktur  vahidlərinin  xarakterik  linqvistik 
özəlliklərindən və bütün bunların türk dilinə sintaktik və morfoloji 
örnəklərlə tətbiq olunmasından ardıcıllıqla və geniş bir şəkildə bəhs 
edilir.  Mehman  Musaoğlunun  da  Türkiyə  türkcəsində  yazdığı 
“Türkçenin İşlevsel Dilbilgisi ve Metin Kompozisyonu” (2003) adlı 
məqaləsində 
funksional 
qrammatikanın 
metodlarından, 
mənbələrindən,  ümumtürk  dilinin  funksional  qrammatikasının 
ontoloji-
linqvistik  əsaslarından  söhbət  açılır.  Həmin  məqalədə 
funksional-
semantik  sahələrin  qrammatik  kateqoriyalarla  ifadəsi 
bədii  mətn  örnəkləriylə  göstərilir.  Türkoloji  dilçilikdə    funksional 
qrammatika  məsələləri  haqqında  yazılmış  ən  son  əsərlərdən  biri 
kimi isə tatar dilçisi F. Ə. Qəniyevin məqaləsi diqqəti çəkir. Onun 
“Funksional  qrammatikanın  problemi  haqqında”  (2009)  adlı 
məqləsində həm dünyada və rus dilçiliyində, həm də türkologiyada 
və  tatar  dilçiliyində  funksional  linqvistika  və  qrammatikanın 
öyrənilməsindən  daha  ətraflı  bəhs  edilir.  Sözügedən  məqalədə 
funksional  qrammatikanın  linqvistik  mahiyyəti  və  onun  tədqiqat 
obyekti  konkret  olaraq  söz  yaradıcılığı  örnəkləri  və  ya  kök  və 
şəkilçi  morfemlərlə  açılıb  göstərilir.  Ancaq  bütün  bu  göstərilənlər 
türkoloji  dilçilikdə  funksional  qrammatikanın  öyrənilməsində 
hələlik  başlanğıc  xarakteri  daşıyır.  Çünki  türk  dilləri  materialları 
əsasında indiyə qədər funksional linqvistikaya və qrammatikaya aid 
 
20 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə