Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   2   3   4   5   6   7   8   9   ...   96

Bununla bərabər, istər funksional linqvistika, istərsə də qrammatika 
araşdırmalarında  və  kitablarında  həmişə  funksiyadan  və 
semantikadan konkret dil-
nitq vasitələrinə doğru tətbiq edilən elmi-
praktik  bir  istiqamət  və  buna  uyğun  olan  yöntəmlər  sözügedən 
dilçilik sahəsində həmişə aparıcı rol oynamışdır. 
Qrammatika anlayışını ifadə edən sözün (yunan. Grammatike 
–  “gramma” sözünd
ən düzəldilmişdir)  lüğəvi mənası  “hərf, 
yazmaq” dem
əkdir. XVIII yüzildən etibarən müxtəlif dillərin çoxlu 
diaxronik-tarixi, sinxronik-
təsviri;  akademik,  normativ  və  nəhayət 
funksional  qrammatika  kitabları  yazılmışdır.  Sözügedən  anlayış 
göstərilən bütün növləriylə konseptual olaraq bir üst ana qavram və 
ya başlıq (sərlövhə) məzmununu bildirir. Bu qavramı ehtiva edən alt 
qavramlar v
ə  ya  başlıqlar  isə  dilçilikdə  ənənəvi olaraq göstərilən 
morfologiya,  sintaksis,  söz  yaradıcılığı  və  qismən  də  yeni  olaraq 

əyyənləşdirilən morfemika, morfonologiya,  mətn sintaksisi və 
qrammatikası  sahələrindən ibarətdir.  Funksional  qrammatikanı 
digər sələflərindən fərqləndirən əsas amil məhz yuxarıda göstərilən 
dilçilik  sahələrinin  qarşılıqlı  əlaqələr  mexinzminin  ümumi  işləyiş 
sistemini  təsvir  etməklə  seçilir.  Sözgedən  sistemin  işləniməsində 
ortaya  çıxan  leksik,  qrammatik  və  digər  dil-nitq  vahidləri  və  ya 
kommunikativ  bütünlərin  məna  və  anlam  funksiyalarının 
göstərilməsi isə funksional qrammatikanın özəl işləyiş quruluşunun 
müəyyənləşdirilməsi deməkdir. 
 
1.2. Türkoloj
i  dilçilikdə  funksional  qrammatika  məsələsi 
v
ə tədqiqi 
 
Türk dill
əri bu günə  qədər  əsas etibarilə  təsviri, tarixi-
müqayis
əli, müqayisəli-tarixi və  müqyisəli-tutuşdurmalı  dilçilik 
metodları  ilə  öyrənilmişdir.  Ancaq,  1970-ci illərdən etibarən 
türkoloji dilçilikd
ə  də  yeni  linqvistik  metodlarla  aparılmış 
araşdırmalar  diqqəti  cəlb  etməyə  başlamış,  struktur-semantik və  
funksional qrammatika anlayışı və buna uyğun ilk elmi işlər ortaya 
çıxmışdır.  İndiyə  qədər  aparılmış  olan  həmin  araşdırmaları,  o 
 
15 
 


cümlədən  semantik  və  funksional  dəyərləndirmələri  bütövlükdə 
məzmun  və  ifadə  planı,  ayrılıqda  isə  yönüm  və  yöntəm  etibarilə 
dörd qrupa bölmək mümkündür: 
Birincisi 
həmin  zaman  içərisində  felin  tərz,  növ,  şəxs  və  s. 
ayrı-ayrı  qrammatik  kateqoriyalarının  funksional-semantik  sahələr 
üzrə    konkret  türk  dillərində  işlənilməsinə  və  onların  tarixi 
inkişafının öyrənilməsinə dair yeni bir türkoloji-linqvistik anlayışla 
müəyyən  araşdırmalar  aparılmışdır  (Musayev  2012:    197).  V.  Q. 
Quzev  əski  Anadolu  mətnlərinin  materialları  əsasında  felin növ 
kate
qoriyasına  (1984;  1986)  və  funksional-semantik  aspektdə 
ümum
türk  sözdəyişməsi  nəzəriyyəsinin  bəzi  məsələlərinə  (1985) 
dair  məqalələr  yazmışdır.  Həmin  məqalələrdə  dil-danışıq  vahid-
lərinin  qrammatik  mənaları  haqqında  önəmli  korrektivlər  edil-
mişdir.  Məsələn,  felin  məlum  növüylə  önun  digər  medial  (orta) 
səciyyəli icbar, məchul, qayıdış və qarşılıq-müştərək növləri arasın-
dakı funksional-semantik fərqliliklər somut dil materialları əsasında 
göstərilmişdir.  D.M.Nasilovun  özbək  dilində  kəmiyyət  aspektul-
lığına    (1985)  və  türk  dillərində  funksional-semantik  sahələrin 
qarşılıqlı  əlaqəsinə  (1989)  dair  yazdığı  məqalələr  də  diqqəti  cəlb 
edir.  Birinci  məqalədə  tərz  kateqoriyasının  konkret  bir  məsələsi 
araşdırılmış, ikinci məqalədə isə türk dillərində funksional-semantik 
sahələrin arasındakı əlaqələrin əsas parametrləri göstərilmişdir.  
İkincisi  cümlə  və  mətn  komponentəri  arasında  aktual 
üzvlənməyə söykənən qrammatik, semantik, funksional əlaqələr və 
bəzi  simmetrik-asimmetrik  özəlliklər  türk  dilləri  materialları 
əsasında  da  artıq  təsbit  olunmuşdur  (Абдуллаев  1983;  1984; 
Abdullayev1999; Maxmudov 1984: 49-56; Nurmanov 1992).  
Üçüncüsü 
sözügedən dillərdə morfoloji və sintaktik vahidlərə 
dair  qrammatik  kateqoriyaların  struktur-semantik  və  funksional 
kriteriyal
arı  yeni  linqvistik  yönüm  və  yöntəmlərlə  öyrənilmişdir. 
Məsələn, sadə və mürəkkəb cümlələrin sintaqmatik və paradiqmatik 
özəllikləri  göstərilmiş  və  onların  dil  sistemindəki  uyğun  struktur-
funksional  modelləri  müəyyənləşdirilmişdir  (Ахматов  1983; 
Бердалиев 1989; Турниязова... 1992: 87-91; Musayev 2011).  
 
16 
 


Dördüncüsü 
sözügedən  araşdırmalarda  tədbiq  edilən 
linqvistik  yöntəmlərin  bir  ümumi  metodologiya  şəklində 
müəyyənləşdirilməsi  istiqamətində  türk  dillərində,  özəlliklə  də 
Türkiyə  türkcəsində  bir  çox  linqvistik  terminin  türkcə  olaraq 
qarşılıqları  yaradılmışdır  (Berge  1989).  Həmin  növ  terminlər 
ənənəvi  türkoloji  kontekstdə  türk  dillərinə  uyğunlaşdırılmış  və 
kodlaşdırılmıştır  (Исхакова  1987).  Bu  gün  həmin  linqvistik 
terminlərin  ifadə  etdiyi  qavramların  köhnə  ənənəvi qrammatik 
istiqamətlərdə  aparılmış  olan  tədqiqatlarda  işlənilən  terminlərlə 
açıqlanması artıq mümkün deyildir. Bəlkə, sadəcə bir qismi onlarla 
işlənilə  bilən  bir  səciyyədədir.  Çünki  sözügedən  terminlər 
bütövlükdə dilçilik elminin inkişafına bağlı olaraq aparılan ümumi 
linqvistik  müşahidələrə  və  kameral  işlərə  bağlı  olaraq 
yaradılmaqdadır.  Onlar  yenidən  təsnifləndirilən,  ümumi  özəllikləri 
və  təfərrüatları  ilə  şəkilləndirilən  linqvistik  qavramlaşdırma  və 
kateqoriyalaşdırmalara  əsasən  dəqiqləşdirilməkdə  və  kodlaşdırıl-
maqdadır. Məsələn, Azərbaycan dilində “sintaqm” və “sintaqmatik 
üzvlənmə”,  Türkiyə türkcəsində isə onların qarşılıqları olaraq “söz-
cə”  və  “sözcələmə”  terminləri  kimi.    Bizim  Türkiyədə  Kültür 
Bakanlığı  tərəfindən  yayımlanan  “Türkolojinin  Çeşitli  Sorunları 
Üzerine Makaleler-
İncelemler”  adlı  kitabımızda  türkcə  olaraq 
işlətdiyimiz  “tekbirleşimli  (subordinativ),  tambirleşimli  (koordi-
nativ),  çiftbirleşimli  (korrelyativ),  parselyatik,  retprosperspektif, 
(Musaoğlu  2002:  105;  315-320)    kimi  terminlərlə  ifadə  olunmuş 
qavramlar  və  kateqoriyalar  da  bu  qəbildəndir.  Bunun  kimi  Hind-
Avropa dillərində ənənəvi və yeni dilçilik istiqamətlərində aparılmış 
olan  araşdırmalarda  işlənilən  linqvistik  terminlər  arasında  da 
müəyyən fərqlər özünü göstərməkdədir (ЛЭC 1990: 603-626; 627-
650).  Beləliklə,  keçən  əsrin  70-ci  illərindən  başlayaraq  türkoloji 
dilçilikdə  yeni  linqvistik  yönüm  və  yöntəmlərlə  aparılan 
araşdırmalar  və  ayrı-ayrı  türk  dillərinə  dair  sözügedən  istiqamətdə 
görülən konkret praktik işlər günümüzdə artıq müəyyən bir elmi və 
metodoloji  səviyyəyə  gəlib  çatmışdır.  Həmin  araşdırmalar  və  ya 
elmi-
praktik  işlər  əsas  etibarilə  semantik,  funksional,  riyazi, 
 
17 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə