Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İqtisadi nəzəriyyə” kafedrasının Müəllimi Abbasova Sevda İsmayıl q



Yüklə 46,3 Kb.
səhifə2/5
tarix13.09.2023
ölçüsü46,3 Kb.
#121777
1   2   3   4   5
m-1

2.Yeni institusional nəzəriyyə

Yeni institusional nəzəriyyə (New institutional economics, yaxud neoinstitusionalizm) – neoklassik cərəyanına aid olan müasir iqtisadi nəzəriyyədir. Bu nəzəriyyə əsasını Ronald Kouzanın 1937-ci ildə çıxmış “Şirkətin təbiəti” adlı kitabından götürmüşdür. Lakin bu sahəyə maraq yalnız 1970-ci illərin sonlarında ABŞ-da, daha sonra isə Avropada yaranmışdı. Termin isə elmə Oliver Williamson tərəfindən gətirilmişdir.


1997-ci ildə “Yeni institusional nəzəriyyə ilə bağlı beynəlxalq cəmiyyət” yaradıldı.
Yeni institusional nəzəriyyəni çox vaxt heç bir əlaqəsi olmayan institusionalizm ilə səhv salırlar.
Əsas metodları
Neoinstitusionalizm – sosial elmlərlə əlaqəli makroiqtisadi analiz metodlarının yaranmasını təzahür etdirən tendensiyalardır.
Neoinstitusionalizm iki ümumi parametrdən ibarətdir:
1.birincisi, sosial institutların əhəmiyyəti nədən ibarətdir (institutions matter)
2. ikincisi isə, onlar standart iqtisadi nəzəriyyə üsulları vasitəsi ilə analizə nə kimi köməklik edirlər.
Neoinstitusional nəzəriyyə əməliyyat xərclərinin, mülkiyyət hüquqlarının, müqavilə təşkilatları ilə müqavilələrin analizlərinə xüsusi diqqət ayırır.
Neoinstitusionalistlər ənənəvi neo-klassik nəzəriyyədə “metodoloci individualizm” prinsiplərinin əksikliyini tənqid edirlər.
Neo-klassik nəzəriyyə ilə müqayisədə neoinstitusionalizm cəmiyyətin institusional strukturlarına görə məhdudlaşan yeni bir sinif təqdim edir və bu da fərdi seçim sahəsini də məhdudlaşdırırdı. Bundan başqa rasionallıq və opportunizm ilə məhdudlaşan davranış fərziyyələri təqdim olunur.
İlk sahə məhdud məlumatlara sahib insanların yalnızca maddi xərcləri deyil, həm də intellektual səylərini də minimuma endirə biləcəyini əhatə edir. İkinci isə “sonda inamsızlıqla nəticələnən yalnız öz maraqlarının ardınca getməyi” (self-interest-seeking-with-guile), daha doğrusu müqavilələrin ləğv olunma ehtimallarını təmsil edir.
Neoklassik məktəb nümayəndələri güman edirlər ki, bazar rəqabət şəraitində fəaliyyət göstərir. Rəqabətdən uzaq olan bazarlar isə sonda uğursuzluqlarla nəticələnir və bu halda dövlətin köməyinə ümid bəsləyir. Neoinstitusionalistlər dövlətin çox informasiyaya və əməliyyat xərclərini aradan qaldırılması üçün nəzəri imkanlara malik olmadığını sübut edirlər.
Son illərdə dünyada institutsionalizm nəzəriyyələrinə, ələlxüsus da onun yeni cərəyanlarına ciddi maraq göstərilir. Bu da əsasən «Siyasi iqtisad (İqtisadi nəzə¬riyyə)» elminə xas olan bəzi müddəalardakı məhdudiyyətləri (məsələn, tam rasi¬onallıq, mütləq məlumata malik olma, təkmil rəqabət, qiymət tarazlığı aksiom¬ları və sair) aşaraq, müasir iqtisadi (və qeyri-iqtisadi) proseslərin kompleks (ETİ-nin müasir nailiyyətlərindən istifadə etməklə) təhlil olunması zərurətindən doğur.
Müasir institutsionalizm boş yerdə yaranmamışdır. Bu məktəbin sələfləri, yəni «köhnə», ənənəvi institutsionalizmin nümayəndələri də iqtisadi nəzəriyyə ilə sosiologiya, hüquq və politologiya arasında əlaqə yaratmağa çalışmışlar. Bu¬na baxmayaraq, qeyd etmək lazımdır ki, «köhnə», ənənəvi institutsionalizmin nümayəndələri ilə (T.Veblen, C.Kommons, U.Mitçell və b.) yeni məktəbin nümayəndələri arasında ən azı üç fundamental fərq mövcuddur.
Birincisi, «köhnə» institutsionalistlər (o cümlədən C.Kommons özünün «Kapitalizmin hüquqi əsasları» əsərində) hüquq və siyasətdən iqtisadiyyata doğru irəliləyərək, müasir iqtisadi nəzəriyyənin problemlərini cəmiyyət haqqın-da olan digər elmlərin metodları vasitəsilə həll etməyə çalışırdılar. Yeni institut-sionalistlər isə, əksinə politologiya, hüquq və sair ictimai elmlərin problemlərini neoklassik iqtisadi nəzəriyyənin metodları, ilk növbədə, müasir mikroiqtisadiy-yatın apparatının və oyun nəzəriyyələrinin tətbiqi vasitəsilə tədqiq edirlər.
İkincisi, «köhnə» institutsionalizm əsasən induksiya metoduna əsaslanaraq, xüsusidən ümumiyə doğru fəaliyyət göstərirdi ki, bu da son nəticədə, ümumi institutsional nəzəriyyənin formalaşmasına imkan vermədi. Burada institutlar ümumi nəzəriyyə olmadan təhlil olunurdular, halbuki ənənəvi neoklassitizm institutlarsız bir nəzəriyyəyə söykənirdi. Müasir institutsionalizmdə vəziyyət köklü surətdə dəyişdirilmiş və artıq burada deduksiya metoduna üstünlük verilərək hadisələrin mahiyyətini ümumidən xüsusiyə doğru təhlil edirlər. Bura-da artıq institutların vahid nəzəriyyə əsasında təhlilinə cəhd göstərilmişdir.
Üçüncüsü, «köhnə» institutsionalizm radikal iqtisadi fikrin bir cərəyanı ki-mi, əsasən diqqətini fərdin maraqlarının qorunması üzrə kollektiv fəaliyyətə (ilk növbədə, Həmkarlar İttifaqları və hökumətin) yönəldirdilər; neoinstitusiona¬lizm isə hər bir fərdin özünü diqqət mərkəzində saxlayırdı.
İnstitutsional nəzəriyyələrin vahid təsnifatı hələ də mövcud deyildir. Bunun-la əlaqədar olaraq, rus iqtisadçısı A.N.Oleynikin təklif etdiyi təsnifat xüsusi maraq kəsb edir. Bu təsnifat bütün müasir baxışları özündə cəmləşdirməyə can atır. Lakin bu vəziyyətdə istər-istəməz müasir iqtisad elminin mahiyyəti azalır və əks məzmun kəsb edən konstitutsion iqtisadiyyat ilə «köhnə institutsiona-lizm» birbaşa əlaqələndirilir.
Bununla yanaşı, demək lazımdır ki, həm «köhnə», həm də yeni institutsional konsepsiyaların strukturu çox mürəkkəbdir.
Buna görə də, burada insanlar arasındakı münasibətlər, ilk növbədə, qarşı-lıqlı faydalı mübadilə prizmasından nəzərdən keçirilir; bu cür yanaşmanı müqa-viləli paradiqma da adlandırırlar.
Bu paradiqma, həm xaricdən (institutsional mühit), həm də daxildən, yəni təşkilatların əsasında duran münasibətlərlə reallaşa bilər. Bu istiqamət çərçivə-sində mülkiyyət hüququ nəzəriyyəsi iqtisadiyyatın xüsusi sektorunda iqtisadi təşkilatların fəaliyyətinin institutsional mühitini, ictimai seçim nəzəriyyəsi isə həmin təşkilatların və fərdlərin ictimai sektordakı fəaliyyətlərinin institutsional mühitini araşdırır.
Bildiyimiz kimi, neoinstitutsionalizm insan davranışının motivasiyasının öyrənilməsini əsas məqsəd kimi qarşıya qoyur. Əgər neoklassik nəzəriyyə, nəti-cəyə əsaslanaraq, rasional fərdlərin (ev təsərrüfatlarının) faydalılığının, firmala-rın mənfəətinin, dövlətin isə xalqın rifahının necə artırmasını öyrənirsə, neoin-stitutsionistləri isə, ilk növbədə, qərarvermənin şərtləri və xüsusiyyətləri maraq-landırır.
Bununla əlaqədar olaraq, insanların cəmiyyətdə bərqərar olmuş davranış normaları və qaydaları mühüm əhəmiyyət kəsb etməyə başlayır (U.Niskanen bunların məcmusunu «iqtisadiyyatın yumşaq infrastrukturu» adlandırır). Əgər neoklassiklər transaksion xərcləri «sıfra» bərabər qəbul edərək, onlardan imtina edirdilərsə, neoinstitutsionalistlər bu xərclərin həmişə mövcud olduğunu etiraf edirlər. Neoklassiklər əsasən iqtisadi tarazlıq modellərini öyrənirdilərsə, neoinstitutsionalistlər, ilk növbədə, fikirlərini iqtisadi agentlərin – yəni ev təsərrüfatlarının, firmaların və dövlətin daxili quruluşunun təhlilinə yönəldirdilər.
Buna görə də, heç təəccüblü deyildir ki, ənənəvi neoklassik yanaşmadan fərqli olaraq, müasir neoinstitutsionalizm, ilk növbədə, mülkiyyət hüquqlarının deyil, sosial norma və qaydalarının formalaşmasının vacibliyini vurğulayırdı. Bununla bağlı olaraq, C.Byukenenin «Azadlığın sərhədləri» (1975) əsərində ardıcıl olaraq dövlətin iki müxtəlif funksiyasının («müdafiə» və «istehsal») əsaslandırılması böyük əhəmiyyət kəsb edir.
Dövlətin birinci funksiyası, insanların razılığa gəlməsinin nəticəsi olub, onun yerinə yetirilməsi, onlar tərəfindən konstitutsion müqavilənin yerinə yetirilməsi üçün özünəməxsus qarant rolunu oynayır. Cəmiyyətdə hüquqların qorunması anarxiyadan siyasi təşkilatlanmaya doğru atılan ən əsas addımdır.
İkinci funksiya, dövləti ictimai nemətlərin istehsalçısı kimi təqdim edir. Bu funksiya konstitusiya hüquqları və azadlıqları əsasında, vətəndaşlar arasında onların birgə tələbatlarının ödənilməsinə əsaslanan özünəməxsus müqavilə şəklində reallaşır. Lakin məhz burada əsas təhlükə – dövlətin totalitarlaşması təhlükəsi yaranır. Bunun qarşısını almaq üçün neoinstitutsionalistlər bir sıra normalar paketi irəli sürürlər. Ümumi şəkildə davranış qaydaları sistemi alman iqtisadçısı Viktor Vanbergin «İqtisali nəzəriyyədə seçim və qaydalar» adlı monoqrafiyasında təsnifləşdirilmişdir. Şərti olaraq bu sistemi aşağıdakı kimi göstərmək olar.
Bu cür təsnifat müəyyən məna kəsb edir, çünki neoinstitutsionalistlərin haqqında danışdıqları qaydaların müxtəlif növlərini nəzərdən keçirmək mümkün olur. Lakin bütün alternativ seçim prinsipi üzrə yaradılmış sxemlər kimi, verilmiş təsnifat da kamil deyildir, çünki o mövcud strukturu göstərsə də, onun yaranması və təkamülü haqqında heç bir bilik vermir. O, müxtəlif növ qaydaların qarşılıqlı əlaqəsi və təsirini göstərmir. Real həyatda qaydalar daim yaranır, təkmilləşir, dəyişilir və məhv olurlar. Onlar heç bir zaman statık vəziyyətdə olmayıb, daim inkişafdadırlar. Məsələn, qeyri-formal sosial normalar formalaşdırılaraq, qanunvericilikdə təsbit olunurlar; heç bir sanksiyalarla möhkəmləndirilməyən formal qaydalar isə qeyri-formal qaydalara transformasiya olunurlar və s.
Qaydaları pozanlar üçün cəza tədbirləri sistemi nəzərdə tutulmalıdır. Lakin bu zaman «cəza dilemması» yaranır: «Qanuna tabeçilik» kimi ictimai nemətin təşkil edilməsi üçün «cəza» kimi «antinemətin» yaradılması zəruridir». Cəza xərcləri özündə iki elementi birləşdirir: 1) qaydaları pozan şəxslərin axtarılıb tapılmasına çəkilən xərclər; 2) həmin şəxslərə tətbiq olunan cəza ilə bağlı xərclər.
Məhz bu sonuncuları C.Byukenen «antinemət» kimi qələmə verirdi. Onun fikrincə, heç bir cəza sistemi vurulmuş ziyanı tam ödəməsə də, bu halların gələcəkdə törədilməsinə ciddi əngəl ola bilər. Buna görə də, səmərəli siyasi recimin yaradılması, fəal hüquq-mühafizə sisteminə arxalanmalıdır. Bu ideya bu günkü Azərbaycan üçün də çox aktualdır.
Fikrimizcə, indiki şəraitdə Azərbaycan institutsional quruculuq konsepsiya-sının yaradılmasında ən çox «sosial bazar təsərrüfatı» nəzəriyyəsindən istifadə etmək lazımdır. Bu nəzəriyyənin metodoloci əsasları ordoliberal «qayda nəzəriyyəsi» müəllifləri (V.Oyken, R.Bem, V.Pyonke, A.Ryustov, A.Müller-Arman və başqaları) tərəfindən (neoliberalizm cərəyanı) hazırlanmışdır.
İqtisad elmlərinin (və həm də təkcə iqtisad elmlərinin de­yil) müxtəlif bölmələrində və istiqamətlərində institusional iq­ti­sadiy­yatın “institutlar”, “transaksiyalar” və “transaksiya xərc­ləri”, “op­por­­tunist davranış”, “biletsiz adam problemi” və i.a. kimi baza an­la­yışları istifadə olunur. İnstitusional yanaşmanın səmərə­lili­yinin geniş ictimai etirafı bu sahədəki bir sıra tədqiqatçılara (XX əsrin son üçdəbiri və XXI əsrin birinci onil­li­yində) Nobel müka­fat­la­rının verilməsində ifadə edilmişdir. İnstitusional iqtisadiyyat sa­hə­sində metodologiyanın inkişafı və yeni-nəzəri və tətbiqi-nəti­cələr seriyasına nail olunması yeni institusional iqtisadi nəzə­riy­yənin meydana gəlməsini təsdiq etməyə imkan verdi.
İnstitusional iqtisadiyyatın uğurları onunla izah olunur ki, o, yeni nöqteyi-nəzəri formalaşdırdı. Bu nöqteyi-nəzərdən, əl­bəttə ki, indiyədək başqa cür anlaşılan və ya iqtisad elminin izah edə bil­mədiyi bir çox predmetlərə yeni tərzdə baxılır.
Konkret misal götürək: yol polisi əməkdaşı qaydanı po­zanı cərimələyir. Bu faktı hansı elm öyrənməlidir? Burada psi­xologiya haradadır, iqtisadiyyat haradadır və hüquq hara­da­dır? Yaxud bu – qaydaların həyata keçirilməsi ilə, qaydaların reallaşdırılması xərclərilə əlaqədar həyati hadisədirmi? Bu əmək­daşın ya qanunun nəzərdə tutduğu cəriməni götür­mə­yindən, ya da rüşvət almasından asılı olmayaraq biz burada müx­təlif koordinasiya və bölüşdürücü nəticələrilə qaydanın fəa­liyyətini görürük. İqtisadiyyat elmi digər elmlərin də öy­rəndiyi elə həmin həyat hadisələrinə xüsusi baxışı təklif edir. İnstitusional iqtisadiyyat – iqtisadi siyasətin işlənib hazır­lan­ması üçün xüsusən aktual olan hadisələrə daha real baxış üsuludur: irəliyə doğru real hərəkət etmək üçün həm xırda detalları, həm də işıq tərəflərinə bağlantını ehtiva edən yer planına malik olmaq yaxşıdır.
İnstitusional iqtisadiyyat çox xırda və çox iri əşyaları gör­məyə qabildir: Nobel mükafatı (2009-cu ildə) laureatı O.Uilyam­­son heç də əsassız olmayaraq onun haqqında nano və meqaiq­tisa­diyyat kimi danışmışdır. İnstitusional iqtisadiyyatı nanoiqtisa­diyyat və ya mikroiqtisadiyyat adlandırırlar, çünki indiyədək iqtisadi nəzəriyyənin “qara qutu”nun içərisindəkini təd­qiq etmə­yə­rək qarşısında dayanıb qaldığı hadisələri insti­tu­sional iqtisadiyyat tədqiq etməyə başlayır. Ev təsərrüfatı və ya firma kimi hadisələri götürək. Ev təsərrüfatı nədir? Axı bu za­man ailə nəzərdə tutulursa, onda ailə daxilində müxtəlif rollar, münasibətlər, davranış üsulları mövcud olur və gəlir ailəyə dü­şürsə, iqtisadi mü­nasibətlər kəsil­mir, iqtisadi davranış dayan­mır. Hətta, əgər biz ev təsərrüfatını ayrıca bir insanın timsa­lın­da nəzərdə tuturuqsa, aydın olur ki, in­sanlar özünü çox müx­tə­lif cür aparırlar və institusional iqtisadiyyat üçün tam, məhdud və ya üzvi səmərəlilik, qaydalara razılıq və ya bu qaydaları poz­mağa hazırlıq və i.a. kimi onların davranış para­metrləri heç də tamamilə fərqsiz deyildir. Firma daxilində həyat da həmçinin ta­mamilə müxtəlif cür qu­rul­muşdur və buna görə də firmalar müx­təlif tipli və həcmli olur.
Amma institusional iqtisadiyyat həm də tamamilə iri ha­di­sələrə də maraqla yanaşır, bu mənada o makroiqtisadiyyat və me­qa­iqtisadiyyatdır. Məsələn, İngiltərə və İspaniya XVI əsrdə adətən iqtisadçıların diqqət yetirdikləri parametrlər üzrə çox az fərq­­lənirdilər: onlar həm əhalinin sayına görə və əhalinin məş­ğulluq növləri üzrə və həm də aşağıdakı cəhətlərə görə çox ya­xın idilər: hər iki ölkədə monarxla parlament arasında hüquqi səla­hiyyətlər uğrunda mübarizə gedirdi, həm də hər iki ölkə də­niz­aşırı imperiya yaratmaq cəhdilə ekspansiyanı həyata ke­çirmiş və onlar sahə inkişafı xüsusiyyətləri üzrə də yaxın idilər. XIX əsrdə bu ölkələrlə nə olacağını sadə ekstrapolyasiya yolu ilə deməyə cəhd edə bilən tədqiqatçı bu xarici əlamətlərə istinad edərək fərz edə bilərdi ki, onlar yenidən yaxın inkişaf sə­viyyəsində olacaqlar. Amma XIX əsrdə İngiltərə sözün bir­başa mənasında dünyanın birinci ölkəsi – dünya sənaye ema­lat­xanası, İspaniya isə Avropanın ən geridə qalmış ölkələrindən biri olur. Həmin tarix Şimali Amerika və Cənubi Amerika müs­təmləkələrilə, sonralar isə respublikalarla da təkrarlanır. XVII əsrdə onlar bir-birinə çox oxşar olurlar, XX əsrdə isə ABŞ – güclü inkişaf etmiş ölkə olur, Cənubi Amerika res­pub­li­ka­ları isə inkişafdan olduqca geri qalırlar. Bu təəccüblü trans­for­masiyalar o qaydalarla əlaqədardır ki, onlar nə vaxtsa for­malaşmış və öz dəyişikliyi üçün müəyyən səylər, xərclər tələb edir. Qaydalar öz aralarında qarşılıqlı təsirdə olur, qaydalar for­mal və qeyri-formal ola bilər. İnstitusional dəyişikliklərin müxtəlif nəzə­riyyələri çərçivəsində də yuxarıda haqqında söh­bət açdığımız iri tarixi hadisələr kimi hallar da öz izahını tapır. Əlbəttə ki, ins­titusional iqtisadiyyat mövqeyindən tədqiq oluna bilən nə varsa o, heç də təkcə İngiltərə və İspaniyaya aid deyil, insti­tusional iqti­sa­diyyat kateqoriyalarının ölkənin prob­lem­lərinin həllinə və onun çətinliklərinin tədqiqinə hansı uğurla tət­biq oluna bilməsinə dair Azərbaycanda bir çox belə nümunələr verir.
Digər tərəfdən, son illər çox fəal surətdə müzakirə olunan belə bir problem – intellektual mülkiyyət hüquqlarının müda­fiəsi – müəllif musiqi əsərləri və ya kompyuter proqramlarına mül­­kiy­yət hüquqlarının qorunması – əgər institusional iqtisa­diy­yatın digər kateqoriyası olan transaksiya xərcləri kateqo­ri­yasına mü­raciət olunmasa düzgün anlaşıla bilməz. Nə üçün mülkiyyətin müxtəlif hüquqlarının sürətli inkişafı dövründə yaradıcı əməyin və kəşflərin və ya ixtiraların nəticəsi olan intel­lektual ob­yekt­lərə mülkiyyət hüquqlarını müdafiə etmək heç cür müm­kün olmur? Əgər biz mülkiyyət hüquqlarının mü­da­fiəsinin özü­nün xərclərlə əlaqədar olmasını və bu xərclərin tex­niki hüquqi və ya psixoloci səbəblərə görə qadağan ediləcəyi də­rəcədə yük­sək olduğunu başa düş­məyiriksə, onda biz belə bir suala cavab tapa bilmərik ki, nə üçün bir qisim mülkiyyət hü­quq­ları təsdiq olunur, digər mülkiyyət hü­quqları isə heç cür möhkəmlənə bilmir.
Adi (“isteh­sal”) xərclər birisi üçün xərclər, digəri üçün isə qazanc olduğu kimi, transaksiya xərcləri müəy­yən “xüsusi maraq qrupları” üçün qazanc yarada bilər. Əgər onu da nəzərə alsaq ki, bu gəlirlər müəy­yən fəaliyyət sferalarına daxil olmağa icazə verilməsilə əlaqədar inhisarçı gəlirlərdir, onda belə gəlirlər renta cəhətləri kəsb edir, inzibati maneələri yarat­maq yolu ilə bu qazancı çıxartmağa yö­nəl­dilmiş davranış isə renta yönümlü olur. Məlum olur ki, iqti­sadiyyatda inzibati maneələrlə əlaqədar olan belə tənzimləmə metodlarının vadar edil­diyi güclü stimullar mövcud ola bilər, çünki inzibati maneələr – kvazi biznesin inzibati üs­tün­lüklərdən, müəy­yən bazarlara gir­mə­yə nəzarət etməkdən xeyli miqdarda gəlir əldə etmək üsu­ludur.
Nə üçün həm banklar, həm də kredit kooperativləri çox zaman maliyyə dələduzları ilə rəqabətdə uduzurdu? İnsanlar nə Allah deyil, nə də mələk deyillər; onlar məhdud səmərəlidir və qeyri-məhdud əxlaq düşüncələrilə opportunist davranışa me­yillidirlər. 2002-ci il Nobel laureatı C.Akerlof belə bir vacib müd­dəanı sübut etdi: əgər istehlakçı nemətin keyfiyyətini qiy­mət­ləndirmək iqtidarında deyildirsə, əlbəttə, bu asimmetriyanı əlavə mexanizmlərlə düzəltmək mümkün deyilsə, onda rəqabət müba­ri­zəsində qələbə ən vicdansız iştirakçılara çatır.
Azərbaycan iqtisadiyyatının inkişafında nə baş verdiyini anla­maq üçün vacib olan alət kateqoriyalarından biri də kontrakt ka­teqoriyasıdır. Belə görünə bilər ki, mahiyyətlərin sayını ço­xaltmaq gərək deyil. Biz bilirik ki, bazar vardır, həm də bilirik ki, firma da var, onda kontrakt kateqoriyasından istifadə et­mək nəyə lazımdır? Çox ehtimalla kontrakt anlayışı və kon­trakt­ların tipo­logiyasını, kontraktların müxtəlif növlərini isti­fadə etmədən hadisələrin indiki dəstini izah etmək olarmı? La­kin sadə bir misal çəkmək olar: françayzinq. Françayzinq nədir? Bu bazar və ya firmadırmı? Əs­lində françayzinq va­hid hadisə deyil, o, iki ənənəvi anlayışa yer­ləşdirilə bilmir, bəli, həm də bazarlar xeyli dərəcədə müxtəlifdir, fir­malar da kifayət qədər müxtəlif qaydalar dəstlərini və kon­trakt­ların da kifayət qədər müxtəlif şərtlərini təcəssüm etdirir.
Kontrakt aləti təkcə bazarları və firmaları tədqiq etməyə im­kan vermir. Belə bir sosial kontrakt anlayışı da var və bu alətin köməyilə, məsələn, sanki bir il də keçinə bilməyən, ancaq on illərlə mövcud olub fəaliyyət göstərən bəzi totalitar recim­lərin sabitliyini izah etmək müyəssər olur. Lakin aydın olur ki, totalitar recimlər çərçivəsində insanlar tərəfindən mülkiyyət hü­quqları və azad­lığın totalitar dövlətin özü tərəfindən sosial öh­dəliklər və zə­ma­nətlərə müəyyən növ mübadiləsi baş vermişdir. Bəzən bu mü­badilə yarımsaxta xarakter daşımışdır ki, bu haqda da sonrakı sovet dövrlərindəki belə bir məşhur fraza ilə mühakimə yürütmək olar: “Biz elə bil ki, işləyirik, bizə isə elə bil pul ödəyirlər”. Hətta diktator dövlətlərinin özünə kontrakt qarşılıqlı münasibətlər elementini daxil edə bilməsi anlamı belə dövlətlərin talelərini tədqiq etmək, dövlətin iqtisa­diyyatda və ictimai həyatda mövcud olması və inkişafının va­riantları haqqında məsələlərin həlli üçün çox vacibdir.
İnstitutlar dəyişir. İnstitusional dəyişikliklər nədən irəli gəlir – xarici şoklardan və ya daxili səbələrdən? Bu dəyi­şik­lik­lərin təşəbbüskarı və həyata keçirəni kimdir – idarəedənlər, ic­timai qruplar, ayrı-ayrı fəal qruplar və ya ola bilər ki, bizlərdən hər birimizdir? Çox zaman insanlar onlara məxsus olmayan xidmətləri hökumətlərə aid edirlər. Belə ki, hətta məşhur ingilis iq­tisadçıları səhv olaraq güman edirdilər ki, İngiltərədə ma­yakları hökumətin qərarı ilə quraşdırmışlar; sənədlərin təd­qiqatı göstərir ki, mayaklar hökumətlər tərəfindən deyil, gəmi ka­pitanları gildiyası, gəmi sahibləri assosiasiyaları, yerli birlik­lərin təşəbbüsü ilə quraş­dırılmışdır. Digər geniş yayılmış yan­lışlıq – bütün dəyi­şik­likləri­n öz-özünə, daxili səbəbdən, bizim heç bir səylərimiz olmadan baş verməsini hesab etməkdir. İşin əslində bir çox institutlarda heç də həmişə onların adları məlum olmasa da müəlliflər vardır (uşaq bağçalarını “uydurub tap­mış” Robert Ouenin və ya onun istehlak kooperativlərini “layi­hələşdirmiş” şagirdlərinin adı kimi).
Elə ki, siz əslində institusional təhlilin alətlərinin mini­mum dəstini alacaqsınız, onda siz daha yaxşı başa düşə bilərsiz ki, ins­titusional iqtisadiyyat mülkiyyətin alternativ recimlərini necə şərh edir və ya bazar və təşkilatın, dövlət və anarxiyanın, insti­tu­sional dəyişikliklərin ardıcıllıqları və mexanizmlərinin nisbətini o, necə anlayır.
Hər bir mövzuda siz əsas tərifləri tapacaqsınız. Bu anla­yış­lardan bəziləri sizə tanış gələcək. Belə ki, bazar, kontrakt və ya firma anlayışı bir çox tədqiqatlarda – iqtisadi, hüquqi, sosioloci tədqiqatlarda tədqiq olunur. Ayrılmış tərifləri tətbiq edilmə anına qədər biz bu ifadaləri o mənada işlədirik ki, bu ya adi nitqdə, ya da sizin artıq tanış olmağa imkan tapa bildiyiniz mikroiqtisadiyyat, makroiqtisadiyyat, hüquq kurs­la­rında istifadə olunur. Elə ki, anlayış müəyyən edildi, biz onu məhz daxil etdi­yimiz mənada tətbiq edirik.
Əsas təriflər xüsusi qlossariyə ona görə çıxarılmışdır ki, siz institusional iqtisadiyyatın formalaşdırdığı xüsusi dilə sahib ola­sınız. İstənilən elm özünün xüsusi dilini formalaşdırır və elmin sizə vermək istədiyi şeyi düzgün və dəqiq anlamaq üçün bu dilə sahib olmaq vacibdir. Amma elmin dili – heç də hələ elmin özü deyil. Buna görə də istərdik ki, sizi institusional iqtisadiyyatı yal­nız ayrılmış mətni oxumaqla öyrənmək cəh­din­dən çəkindirək. Bu, deyək ki, Braziliyanın həyatını rus-por­tuqal lüğətini oxumaq yolu ilə öyrənməklə eynidir.
Hər bir mövzunun sonunda siz sualların siyahısını görə bilər­siniz: bunları siz bu mövzunu nəyə görə oxumağınızı və nəyi öyrən­diyinizi anlamaq üçün öz-özünüzə verə bilərsiniz. Nəhayət, hər bir mövzudan sonra ədəbiyyatın ikili siyahısı sizə, birincisi, bu mövzuda ifadə olun­muş predmeti o cür anlamağın əsasında durmuş əsər­ləri, ikincisi, bu baxışların daha müasir və daha sistem­ləşdirilmiş şəkildə ifadə edildiyi əsərləri göstərmək məqsədinə malikdir. Ehtimal edilir ki, bu ədəbiyyat nəinki normal təchiz edilmiş universitet dərsliyinin olması üçün, həm də ona görə vacibdir ki, nə vaxtsa sizdə institusional iqti­sadiyyat və ya yeni institusional iqtisadi nəzəriyyə adlanan el­mə həqiqi maraq meydana çıxarsa, bu marağı ödəmək üsulunu tapa biləsiniz, biliklərinizi inkişaf etdirəsiniz və ola bilər ki, institusional iqtisadiyyat sahəsində öz tədqiqatlarınıza başlaya bilərsiniz. Biz belə bir nəticəyə şad olardıq.

Yüklə 46,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə