Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20

 

56 


sərf  etməyə  və  2000  dollar  həcmində  vəsaitlərini  texno-

logiyanın kommersiyalaşdırılmasına sərf etməyə hazırdırlar. 



Qiymət  2  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  özlərinin  20%-  ni  texnologiya  üzərində  işə  sərf 

etməyə  hazırdırlar,  lakin  şəxsi  vəsaitlərini  texnologiyanın 

uğurla kommersiyalaşdırılmasına sərf etməyə hazır deyillər. 

 Qiymət  1  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  texnologiya  üzərində  məsləhətçi  kimi  işləməyə 

hazırdılar,  lakin  öz  vəsaitlərini  texnologiyanın  uğurla 

kommersiyalaşdırılmasına sərf etməyə hazır deyillər. 



Qiymət  0  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  hesab  edirlər  ki,  onların  texnologiya  üzərində 

işləri bu mərhələdə bitmişdir. 

 

10. Komandanın kommersiya tərkibi 

Qiymət  5  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  yeni  texnologiyaların  kommersiyalaşdırılması 

sahəsində təcrübəyə malikdirlər. 

Qiymət  4  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  yeni  texnologiyaların  kommersiyalaşdırılması 

sahəsində  uğurlu  olmayan  təcrübəyə  malikdirlər,  lakin  belə 

hesab edirlər ki, keçmiş səhvləri nəzərə ala bilərlər. 

 Qiymət 3 - Texnologiyanın müəllifləri və komandanın 

digər üzvləri kommersiya şirkətlərində menecer kimi işləmişlər, 

lakin bu təcrübə kifayət deyildir. 

Qiymət  2  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  kom-mersiya  şirkətlərində  işləmişlər,  lakin 

menecer kimi yox. 

Qiymət  1  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  kom-mersiya  şirkətlərində  işləmişlər,  lakin  belə 

şirkətlərdə mütəmadi əlaqələrdə olmamışlar. 

Qiymət  0  -  Texnologiyanın  müəllifləri  və  komandanın 

digər  üzvləri  şirkətlərdə  işləmişlər,  onların  tədqiqatları 

universitet tərəfindən maliyyələşdirilmişdir. 



 

57 


Əlbəttə  belə  qiymətləndirmə  heç  də  son  söz  ola  bilməz. 

Lakin  təcrübə  göstərmişdir  ki,  əldə  olunmuş  nəticə 

texnologiyanın  kommersiyalaşdırılmağa  hazırlığını  obyektiv 

əks etdirə bilir.  



 

14. TEXNOLOGİYALARIN TRANSFERİ 

 

Texnologiyanın  transferi  (ötürülməsi)  texnologiyanın 

sahibi  olan  şəxsin  öz  qərarı  ilə  onun  müqavilə  və  ya  başqa 

sövdələşmə  ilə,  eləcə  də  hüquqdan  imtina  müqaviləsi  ilə, 

lisenziya  müqaviləsi  ilə  və  ya  digər  müqavilə  ilə  tam  və  ya 

hissəcə digər şəxsə verilməsidir.  

Texnologiyaların  transferi  elmi  işləmələrin  kommer-

siyalaşdırılması,  daha  doğrusu  yeni  texnologiyanın  (innova-

siyanın) kommersiya məqsədilə istifadəyə verilməsindən, eləcə 

də mövcud texnologiyaların yayılmasından ibarətdir. 

Transfer  prosesində  texnologiyaların  sahibləri,  alıcıları, 

dəllallar  və  məsləhətçi  iştirak  edir,  onların  hüquqi  vəziyyəti 

müvafiq qanunlarla müəyyən edilir.  

Texnologiyaların 

transferinin 

xüsusi 


iştirakçısı 

texnologiyanın  verilməsi  (ötürülməsi)  haqqında  müqavilələri 

qeydiyyatdan  keçirən  dövlət  orqanıdır.  Bir  qayda  olaraq  bu 

vəzifəni ölkənin patent orqanı yerinə yetirir.  

Texnologiyanın  transferi  aşağıdakı  mərhələlərdən 

ibarətdir: 

 

texnologiyaya ehtiyacın müəyyən edilməsi



 

texnologiyanın  istifadəsi  üçün  tələb  olunan  xərclərin 



qiymətləndirilməsi; 

 



informasiya axtarışı; 

 



danışıqların aparılması; 

 



müqavilənin bağlanması və texnologiyanın verilməsi

 



texnologiyanın istifadə olunması. 

Ölkələrin  qanunvericiliyində  bu  mərhələlər  öz  əksini 

normativ aktlarda əks olunur. 



 

58 


1995-ci ildə Avropada əsas vəzifəsi texnologiyaların trans-

ferində  konsalting  xidmətlərinin  göstərilməsi  olan  relay-şəbəkə 

(relay network) yaradılmışdır. (bax:http://science.nso.ru) 

 

 



15. İNTELLEKTUAL MÜLKİYYƏT 

 

İntellektual  mülkiyyət  intellektual  fəaliyyətin  hüquqi 

cəhətdən qorunan nəticələrinə deyilir.  

İntellektual mülkiyyətə aşağıdakılar aid edilə bilər: 

-

 

elmi, ədəbi və incəsənət əsərləri



-

 

elektron hesablayıcı maşınlar üçün proqramlar



-

 

 verilənlər bazaları; 



-

 

ifalar; 



-

 

fonoqrammalar; 



-

 

efirə verilən xəbərlər



-

 

ixtiralar; 



-

 

faydalı modellər; 



-

 

sənaye nümunələri; 



-

 

seleksiya məhsulları; 



-

 

inteqral mikrosxemlərin topologiyası; 



-

 

istehsalat sirləri (nou-hau); 



-

 

firma adları;  



-

 

əmtəə və xidmət təsvirləri



-

 

malların dünyaya gəlmə yerləri



-

 

kommersiya işarələri. 



Sənaye  mülkiyyəti  istehsal  sahəsində  intellektual 

fəaliyyətin  qanunla  qorunan  nəticələrinə  deyilir.  Sənaye 

mülkiyyətinin  obyektləri  ixtiralara  verilən  patentlər,  faydalı 

modellər,  sənaye  nümunələri,  əmtəə  təsvirləri,  xidmət 

təsvirləri, firma adları, dünyaya gəlmə  yeri və  ya adı, eləcə də 

keyfiyyətsiz  məhsulun  qarşısının  alınmasına  göstərişlər  ola 

bilər. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə