Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

41 


o r

t

CF

CI

PBP

 



 

4)  Daxili  mənfəətlilik  norması  (Internal  Rate  of 

Return)-  bu,  investisiyaların  elə  ödəmə  stavkasıdır  ki,  bu 

halda


0



NRV

 Bu  göstərici  ehtiyatların  cəlb  olunmasının 

dəyəri 


meyarına 

görə 


maliyyələşdirmə 

mənbəyinin 

seçilməsində  orientir  rolunu  oynayır.  Əks  halda  investorun 

maliyyələşdirmə  haqqında  qərar  qəbul  edilərkən  investorun 

potensial mənfəətliliyini xarakterizə edir. 

0

)



1

(

1









t

t

N

t

IRR

CF

CI

NRV

 

 



 

12. İNNOVASİYA BİZNESİNİN TƏŞKİLİ 

 

İnnovasiya  biznesinin  təşkili  hər  bir  yenilikçi  alim  üçün 

mütləq  xüsusi  status  alınmasını,  yəni  özünün  müəssisəsinin 

rəsmi  dövlət  qeydiyyatından  keçirilməsini  nəzərdə  tutur.  Bu 

müəssisə  və  ya  təşkilat  qanunvericilikdə  nəzərdə  tutulmuş 

istənilən statusa malik ola bilər. 

Təşkilatlar  keyfiyyət  və  kəmiyyət  göstəricilərinə  görə 

təsnifatlaşdırılırlar. 

Keyfiyyət 

göstəriciləri 

təsərrüfat 

hüququnun  subyekti  olan  təşkilatın  (müəssisənin)  mülkiyyət 

formasını, əmlak hüquqlarının nisbətini, idarəetmə strukturunu 

və  təsisçilərin  məsuliyyətlərini  əks  etdirirlər.  Əsas  kəmiyyət 

göstəriciləri isə işçilərin sayı və illik kapital dövriyyəsidir. 

Əmlak  əlamətləri  sahibkarın  əmlakının  formasını  və 

sahibkarlıq  fəaliyyəti  subyektinin  təsisçilərinin  (iştirakçıların) 

əmlak hüquqlarını əks etdirir. 

Təşkilatı  əlamətlər  təsərrüfat  fəaliyyətinin  subyektinin 

idarəetmə struktur-unda əks olunur. 




 

42 


Mülkiyyət  sahibinin,  iştirakçıların  (təsisçilərin)  müxtəlif 

təşkilatı-hüquqi  formalarda  qarşılıqlı  fəaliyyətinin  xüsusiy-

yətləri  onların  müəssisənin  cari  işlərinə  iştirak  dərəcəsində 

özünü  göstərir.  Müxtəlif  təşkilatı-hüquqi  formalarda  məsuliy-

yətlər də eyni olmur. 

 

Təşkilatların təsnifatı 



Əsas keyfiyyət göstəricilərinə 

görə 

Əsas kəmiyyət göstəricilərinə 

görə 

Mülkiyyət 

formasına görə 

 

Dövlət 



 

 

Bələdiyyə 

  

Özəl 

Fəaliyyətinin 

məqsədinə 

görə 

 

Kommersiyalı 



 

Qeyri-

kommersiyalı 

Hüquqi 

statusuna görə 

 

 



Hüquqi şəxslər 

 

Fərdi sahibkarlar 

Təşkilatı-

hüquqi 

forması üzrə 

İllik dövlət kapitalına 

görə 

İşçilərin sayına görə 

 

Xırda müəssisələr (99 

nəfərə kimi) 

 

Orta miqyaslı 

müəssisələr (100-dən 

499-a kimi

 

İri müəssisələr 



(500-dən artıq

Şəkil 12.1. İnnovasiya təşkilatlarının təsnifat sxemi 

 



 

43 


Sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxslər, fərdi sahibkarlar 

və  eləcə  də  ayrı-ayrı  fərdlər  müqavilə  əsasında  məşğul  ola 

bilərlər. 

Hüquqi  şəxslər  vətəndaşlar  tərəfində  müstəqil,  və  ya 

digər hüquqi və fiziki şəxslər tərəfindən yaradılan təşkilatlardır. 

Özünün,  başqa  təsərrüfatın  və  ya  operat-iv  idarəetmədə  olan 

ayrıca  əmlaka malik  təşkilat  hüquqi  şəxs hesab edilir. Hüquqi 

şəxs öhdəliklərinə özünün əmlakı ilə cavab verir. 

Vətəndaşlar,  və  ya  müqavilə  əsasında  bir  qrup  şəxs 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olurlar.  Onlar  öhdəliklərinə  görə  özlərinə  məxsus  bütün 

əmlakları ilə cavab verirlər. 



Sahibkarlıq  fəaliyyəti  mülkiyyətinə  görə  kommersiya 

və  qeyri-kommersiya  xarakterli  ola  bilər.  Gəlir  əldə  etmək 

məqsədi güdən fəaliyyət kommersiya xarakterli hesab olunur. 

Əgər sahibkarlıq fəaliyyətində gəlir əldə etmək məqsəd deyilsə, 

belə təşkilat qeyri-kommersiya təşkilatı hesab olunur. 

Mülki  məcəlləyə  görə  kommersiya  təşkilatları  müəyyən 

təşkilatı-hüquqi  formalarda  yaradıla  və  fəaliyyət  göstərə 

bilərlər. 

Müəssisə  (şirkət,  firma)  adı  altında  və  bir  nəfərin 

kommersiya  müəssisəsi  (fərdi  sahibkarlar),  və  ya  əsasında 

kapitalların  birləşdirilməsi,  yaxud  da  dövlət  mülkiyyəti  duran 

kommersiya təşkilatı nəzərdə tutulur. 



Bir  nəfərin  müəssisəsi-  həmin  şəxsin  və  ya  ailəsinin 

mülkiyyəti  hesab  olunur  və  o,  öhdəliklərinə  görə  müəssisənin 

bütün  kapitalı  və  özünün  şəxsi  əmlakı  (əgər  o  müəssisənin 

kapitalından ayrılmayıbsa) ilə cavab verir. 

Kommersiya  təşkilatlarının  strukturu  şəkil  12.2-də 

göstərilmişdir. 

 

 

 



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə