Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

30 


– ali məktəbə şirkətlərin, müəssisələrin məqsədli şəkildə 

ayırdıqları maliyyə vəsaitləri

– ödənişli əsaslarla həyata keçirilən tədris, elmi-tədqiqat, 

layihə-konstruktor,  expert-məsləhət  və  istehsalat  fəaliyyətinin 

təşkilindən əldə olunan maliyyə vəsaitləri; 

– ölkədəki və xaricdəki hüquqi və fıziki şəxslərdən daxil 

olan  xeyriyyəçilik,  sponsorluq  və  məqsədli  ödəmələr,  bank 

kreditləri,  qrantlar  və  qanunvericilikdə  icazə  verilən  digər 

maliyyə vəsaitləri. 

3.6.  Тexnoparkın  fəaliyyətini  stimullaşdırmaq  və 

inkişafını təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada  5  il  müddətinə  qurum  vergi  və  rüsumlardan  azad 

edilir. 

3.7.  Texnopark  öz  fəaliyyəti  nəticəsində  əldə  etdiyi 

maliyyə vəsaitinin 

(xərcləri,  əmək  haqlarını,  vergiləri,  digər  ödəmələri 

çıxmaqla  yerdə  qalan  gəlirin)  müəyyən  hissəsini  ali  məktəbin 

hesabına köçürür. 

3.8. 

Ali 


məktəb 

şirkətlərin 

və 

müəssisələrin 



Texnoparkın  sərancamına  verdiyi  və  onun  maddi-texniki 

bazasının  möhkəmləndirilməsinə  sərf  etdiyi  əmlakın  və 

maliyyə 

vəsaitlərinin 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi əsasında müdafiəsinə zəmanət verir. 

3.9. Texnopark sərəncamında olan və icarəyə götürdüyü 

əmlakdan və 

maliyyə  vəsaitlərindən  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə müvafıq 

olaraq 


istifadə 

edir.  Bu  müddəa  Texnoparkın 

fəaliyyətinə qoşulan yerli və 

xaricdəki  digər  qurumların  verdikləri  əmlak  və  maliyyə 

vəsaitlərinə də aiddir. 

3.10. 



Texnoparkın  Nizamnamə  fondu  ……….. 

manat təşkil edir və 1 paydan ibarətdir. 

 



 

31 


4. TEXNOPARKIN STRUKTURU 

 

4.1.  Texnoparkın  strukturu  onun  qarşısında  qoyulan 



vəzifələrin  xarakterindən  və  məzmunundan  asılı  olaraq 

təsisçinin  razılığı  əsasında  müəyyən  fəaliyyət  müddəti  üçün 

tərtib olunur və zəruri hallarda eyni qaydada strukturda 

dəyişikliklər edilir. 

4.2.  Texnoparkın  strukturuna  rəhbərlik,  idarəetmə 

apparatı,  tədris  qurumları,  elmi  qurumlar,  inzibatı  -  təsərrüfat 

və istehsalat qurumları daxil ola bilər. 

4.3.  Rəhbər  işçilərin  işə  qəbul  edilməsi  və  işdən  azad 

edilməsi təsisçinin razılığı ilə həyata keçirilir. 

4.4.  Struktura  daxil  olan  qurumların  ştat  cədvəlləri 

təsisçinin razılığı ilə təsdiq edilir. 

4.5.  Texnopark  fəaliyyətinin  bütün  sahələri  üzrə 

operativ olaraq müxtəlif işlərin icrasını təmin etmək məqsədilə 

müvəqqəti  yaradıcı  kollektivlər  təşkil  etmək  hüququna 

malikdir. 

 

5. TEXNOPARKIN FƏALİYYƏTİNİN TƏŞKİLİ 



 

5.1.  Texnoparkın  tədris,  elmi-tədqiqat,  layihə-kons-

truktor,  ekspert-məsləhət  və  istehsalat  fəaliyyətinin  təşkili 

Azərbaycan  Respublikasının  təhsil  haqqında  qanunvericilik 

aktlarının tələblərinə və ali məktəbin Nizamnaməsinə müvafiq 

həyata keçirilir. 

5.2.  Dinləyicilərin  ixtisasartırmaya,  stajkeçməyə  və 

yenidənhazırlanmaya  qəbulu  hüquqi  və  fıziki  şəxslərlə 

bağlanmış müqavilələr əsasında həyata keçirilir. 

5.3.  Texnoparkın  elmi  və  istehsalat  fəaliyyəti  ölkədəki 

və  xaricdəki  hüquqi  və  fıziki  şəxslər  ilə  birbaşa  bağlanmış 

müqavilələr əsasında həyata keçirilir. 

5.4.  Texnoparkda  tədris  proqramları  ali  məktəbin  və 

Nizamnaməsinə müvafıq həyata keçirilir. 




 

32 


6. TEXNOPARKIN İDARƏ OLUNMASI 

 

6.l.  Texnoparkın  idarə  olunması  Azərbaycan  Respubli-



kasının  qanunvericiliyinə,  ali  məktəbin  Nizamnaməsinə  və  bu 

Nizamnaməyə  uyğun  olaraq  vahid  rəhbərlik  və  kolleqiallıq 

prinsipləri əsasında həyata keçirilir.   

6.2. Texnoparkın ali kolleqial idarə orqanı Elmi-texniki 

Şuradır.  

6.3. Şuranın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 

–  Texnoparkın  Nizamnaməsini  və  nizamnamə 

kapitalının miqdarmı dəyişdirmək

–  Texnoparkın  idarəetmə  orqanlarmı  yaratmaq  və 

onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək

 

–  Texnoparkın  fəaliyyəti  haqqında  periodik  hesabatları 



dinləmək və təsdiq etmək

 

– Texnoparkın yenidən təşkili və ləğvi haqqında qərarlar 



qəbul etmək; 

– Texnoparkın gəlirlərini bölüşdürmək

 

6.4.  Texnoparka  təsisçilərin  razılığı  ilə  ali  məktəbin 



rektorunun  əmri  ilə  təyin  edilmiş  direktor  (bir  qayda  olaraq 

daimi  Bakıda  yaşayan  azərbaycan  vətəndaşı)  rəhbərlik  edir. 

Direktor ali məktəbin daxilində, ölkədə və xaricdə Texnoparkı 

təmsil  edir,  rəhbər  işçilər  (müavinlər  )  istisna  olmaqla  digər 

əməkdaşların  işə  qəbul  edilməsi  və  işdən  azad  olunması, 

bölmələrin və şöbələrin fəaliyyətinin təşkili ilə bağlı əmrlər və 

sərəncamlar verir, müqavilələr bağlayır. Direktor Texnoparkın 

fəaliyyəti  haqqında  ildə  bir  dəfə  ali  məktəbin  Elmi  Şurası 

qarşısında hesabat verir. 

6.5. Elmi-texniki Şuranın iclasları arasında Texnoparkın 

fəaliyyəti  ilə  bağlı  məsələləri  həll  etmək  üçün  İdarə  heyəti 

yaradılır. 

6.6.  Texnoparkın  İdarə  heyətinə  direktor,  onun  2 

müavini (elmi-tədris işləri və təsərrüfat işləri üzrə) və mühasib 

daxildir. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə