Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20

 

15 


–  innovasiya  fəaliyyətinin  maliyyələşdirilməsi  üçün 

innovasiya kapitalının strukturu ilə müəyyən olunur. 



 

6.1. İNNOVASİYA TƏŞKİLATLARININ 

XARAKTERİSTİKALARI 

 

İnnovasiya 

təşkilatlarını 

6.1.-dəki 

göstəricilərlə 

xarakterizə olunurlar. 

 

İnnovasiya 

təşkilatları 

 

Təşkilati-hüquqi forma 



Elm və təhsil 

Sənaye 

Tikinti 

Nəqliyyat 

Kənd təsərrüfatı 

Sosial infrastruktur 

Fərdi sahibkarlar 

Təsərrüfat birlikləri və 

cəmiyyətləri 

İstehsal kooperativləri 

Unitar müəssisələr 

Qeyri-kommersiya 

təşkilatları 

Səmərəliliyin 

növü 

Kommersiya 

(iqtisadi), 

Elmi-texniki 

(kəşf, ixtira və s. 

şəklində), 

Ekoloji-Sosial, 

İnteqral 

Maliyyələşdirmə 

mənbələri

 

 

Dövlət büdcəsi 

Yerli büdcə 

Qarışıq 

maliyyələşdirmə 

Özəl mənbələrdən 

maliyyələşdirmə 

Fəaliyyət vaxt 

(periodu) 

Daimi Müvəqqəti 

Xalq təsərrüfatının 

sahələri 

Miqyası 

Milli (öz ölkəsində) 

Millətlərarası 

(innovasiya 

təşkilatına digər 

ölkələrin təşkilatları 

daxildir) 

Ölçüləri 

Kiçik 

Orta 

İri 

 

6.1. İnnovasiya təşkilatlarının xarakterisitikaları 

 



 

16 


6.2. İNNOVASİYA TƏŞKİLATLARININ 

FORMALAŞDIRILMA QAYDALARI 

 

İnnovasiya  təşkilatlarının  strategiyası  və  strukturu 

formalaşdırılarkən aşağıdakı prinsiplər əsas götürülür: 

 



istehsal olunan malların diversifikasiyası; 

–  müxtəlif  növ  innovasiyaların  tətbiqi  nəticəsində  mü-

kəmməlləşdirilən malların istehsalının vəhdəti; 

– elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin dərinləş-

dirilməsi və innovasiya fəaliyyətinin aktivləşdirilməsi hesabına 

malların keyfiyyətinin və enerji qorunmasının artırılması; 

–  müxtəlif  mallara  onların  rəqabətədavamlılığından  asılı 

olaraq müxtəlif strategiyanın tətbiqi;  

 

beynəlxalq inteqrasiya və kooperasiyanın inkişafı; 



 

idarəetmə qərarlarının keyfiyyətinin artırılması. 



 

7. VENÇUR İNNOVASİYA FƏALİYYƏTİ 

 

Vençur innovasiya fəaliyyəti böyük kommersiya riskləri 

ilə  bağlı  olan  innovasiyalı  məhsullar,  texnologiyalar  və 

xidmətlər yaratmaq məqsədi güdən fəaliyyət növüdür. 

Burada  risk  amili  onunla bağlıdır ki,  işlənib  hazırlanan 

yeniliyin  texnoloji  və  kommersiya  baxımından  səmərəliliyini 

əvvəlcədən müəyyən etmək mümkün olmur. 

Vençur  təşkilatları-  tədqiqatları,  işləmləri  və  yeni 

məhsulların  təcrübi  istehsalını  həyata  keçirən,  təşkilatı 

cəhətdən  ayrı  olan  ixtisaslaşdırılmış  müəssisələrdirlər  (kiçik 

müəssisələrdirlər). 

Vençur  təşkilatları  həm  müstəqil  hüquqi  şəxs 

statusunda,  həm  də  iri  təşkilatın  törəmə  bölməsi  kimi 

fəaliyyət göstərə bilirlər. 



Vençur (riskli) biznesi dünya iqtisadiyyatında ötən əsrin 

50-ci  illərində  yaranmış  və  güclü  dünya  industriyasına 

çevrilərək  özünü  iqtisadiyyatın  real  sektorunun  dəstəklənməsi 



 

17 


və  inkişaf  etdirilməsi  üçün  ən  səmərəli  yanaşma  kimi 

göstərmişdir. 

Dünya  iqtisadiyyatında  vençur  kapitalı  yarımkeçiricilər 

elektronikası, hesablama texnikası, informasiya texnologiyaları 

və  biotexnologiya  kimi  sənaye  sahələrinin  inkişafında 

əhəmiyyətli rol oynamışdır. 

Ölkə  iqtisadiyyatının  innovasiyalı  inkişaf  yoluna  yönəl-

məsi milli innovasiya sisteminin bir hissəsi olmalıdır. Maliyyə 

mənbələrinin  riskli  kapital  qoyuluşundan  imtina  etdiyi  mərhə-

lədə  kiçik  və  orta  innovasiya  müəssisələrinə  maliyyə  yardımı 

etməklə  şirkətlərin  yüksək  inkişaf  tempi  təmin  edilir  və 

vençurlu investisiyalar elmin və texnikanın nailiyyətlərinin isti-

fadəsi  əsasında  yeni  istehsalların  yaradılması  və  mövcud 

istehsalların  modernizə  edilməsi  işində  səmərəli  işəsalma  me-

xanizmi rolunu oynayır. Ölkədə güclü elmi-texniki potensialın 

olması vençurlu sənayenin inkişafına zəmin yaradır. 



İnvestisiyalara  gəlir  və  ya  başqa  faydalı  effekt  əldə  et-

mək  məqsədilə  sahibkarlıq  obyektlərinə  qoyulan  və  yaxud  di-

gər fəaliyyət növünə yönəldilən pul vəsaitləri, dəyərli kağızlar, 

digər əmlak, o cümlədən pulla qiymətləndirilə bilən əmlak hü-

quqları və digər hüquqlar aid edilir. 

Maliyyələşdirmənin vençur forması  perspektivə zəmanət 

olmayanda  və  risklər  əhəmiyyətli  olanda  elmi  tədqiqatların  və 

işləmələrinin  nəticələrinin  kommersiyalaşdırılmasında  və  yeni 

texnoloji biznesin (start up) yaradılmasında əsas hesab olunur. 

Bir qayda olaraq riskli (vençurlu) şirkəti yaradanlar şirkət-

lərin ilkin inkişaf mərhələsində idarə edilməsi sahəsində çalışmış 

təcrübəli  menecerlərdən,  hüquqşünaslardan,  alimlərdən  və 

praktiki  fəaliyyətlə  məşğul  olmuş  mütəxəssislərdən  ibarət  ko-

manda  toplayır  və  3-5  il  ərzində  şirkətin  yaradılması,  texno-

logiyanın işlənməsinin sona çatdırılması və birjaya çıxmaq üçün 

tələb  olunan  maliyyə  vəsaitini  əldə  etmək  üçün  vençur  fond-

larına  (vençur  fondlarını  idarəedici  şirkətə)  müraciət  edirlər. 



İdarəedici  şirkət  vençur  kapitalının  idarə  edilməsi  üçün  mə-


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə