Azərbaycan Dövlət Neft Akademiyası


I Fəsil. Kinematik interpretasiya haqqında ümumi məlumat



Yüklə 1,2 Mb.
səhifə2/3
tarix26.05.2022
ölçüsü1,2 Mb.
#88125
1   2   3
Kurs işi-Tural

I Fəsil. Kinematik interpretasiya haqqında ümumi məlumat
1.1.Interpretasiya məsələlərinin həll ardıcıllığı
Seysmik kəşfiyyat işləri nəticələrinin yozulma (interpretasiya) prosesi həmişə bütün əl çatan geoloji-geofiziki informasiyanın yığılmasından başlayır: sahənin relyefi barəsində məlumatlar, dövlət geoloji planalma xəritələri, dərin qazıma və QGT (quyuların geofiziki tədqiqatları) məlumatları, əvvəlki illərin geofiziki tədqiqatlarının nətocələri və s.
Bizdə bütün geoloji kəsiliş haqqında informasiya alınmasını qarşısında məqsəd qoyan və bunun üçün bütün qeyd olunmuş sahənin sistem analizinə əsaslanan seysmik məlumatların interpretasiyası artıq çoxdan formalaşmışdır. Bu yanaşma əsasında vətən seysmik kəşfiyyatında interpretasiya məsələlərinin həllinin rasional ardıcıllığı formalaşmışdır:
öyrənilən geoloji sərhədlərin və dalğa sahəsinin stratiqrafik bağlanması;
seysmik dalğaların korrelyasiyası;
mühitin sürət modelinin qurulması;
struktur qurmaların yerinə yetirilməsi;
struktur xəritələrin dəqiqliyinin və etibarlılığının dəyərləndirilməsi.
İnterpretasiya məsələlərinin həllinin bu rasional ardıcıllığı seysmik kəşfiyyat işlərinin regionaldan tutmuş istismaradək ixtiyari mərhələsi üçün universaldır.
Karbohidrogenlər yataqlarının aşkarlanmasına yönəlmiş seysmik tədqiqatların tarixi neft və qazın antiklinal tələlərinin axtarışından başlamışdır. Hal hazırda karbohidrogenlərin aşkarlanmış ehtiyatlarının 85%-dən çoxu antiklinal strukturlarda cəmlənmişdir. Azərbaycanın məşhur neft və qaz yataqları antiklinal tipli yataqların axtarışı və kəşfiyyatında kinematik interpretasiyanın uğurlu tətbiqinə çox gözəl nümunə ola bilərlər. Antiklinal tipli struktur formaların axtarışı və kəşfiyyatına yönəlmiş kinematik interpretasiyanın “klassik üsulları” hələ də öz əhəmiyyətlərini itirməmiş və bu gün də aktual qalırlar.
Seysmik kəşfiyyatın müasir inkişaf səviyyəsində, yəni praktikada üçölçülü (3D) seysmik tədqiqatların və yeni emal texnologiyalarının geniş tətbiqi ilə əlaqədar kinematik interpretasiyada geoloji cisimlərin ənənəvi həndəsi parametrlərinin - dərinlik, qalınlıq, meyl bucaqları, səthlərin əyrilikləri, qırılma müstəviləri boyu yerdəyişmə və s. - təyinində mühüm tərəqqi əldə edilmişdir. məhz struktur geologiya sahəsində kinematik interpretasiya üsulları yüksək səmərəliliyə malikdirlər. Buna baxmayaraq hələ də demək olmaz ki, struktur seysmik kəşfiyyatın və kinematik interpretasiyanın Azərbaycanda mövcud bütün məsələləri optimal və tamam həll edilmişdir. Məsələn, seysmik dalğaların yayılma sürətləri ilə əlaqəli, mürəkkəb səthi və dərinlik seysmogeoloji şəraitlərdə seysmik kəşfiyyatın geoloji səmərəliliyinin aşağı olması bağlı və sair bu kimi məsələr hələ də öz həllərini gözləməkdədirlər. Məhz bunun nəticəsidir ki, istər Şamaxı-Qobustan, istərsə də Kür-Qabırrı və digər regionlarda strukturların detal tədqiqatları başa çatdırılmamışdır. Az praktiki əhəmiyyət daşımayan əksetdirici sərhədlərin qazıma və QGT məlumatlarına bağlanma problemi də qalmaqdadır (real geoloji stratiqrafik və litoloji sərhədlərin seysmik məlumatlardan tapılmış sərhədlərə uyğunluğu problemi).

1.2.Kinematik interpretasiyada modellər


1999-cu ildə İ.A.Muşin seysmik modellərin təsnifatını vermışdir. Bu təsnifat neft və qaza perspektiv ərazilərin klassik mərhələlərlə tədqiqatlarına əsaslanır [2].
Təsnifat dörd bölmədən ibarətdir:
geoloji kəşfiyyat işlərinin (GKİ) mərhələləri;
tədqiqat obyektləri;
modellər;
Həll edilən geoloji məsələlər:
-kristallik bünövrənin relyefinin öyrənilməsi, çöküntü qatının qalınlığının təyini;
-çöküntü örtüyünün litoloji-stratiqrafik və ya seysmofasial komplekslərə bölünməsi;
-litoloji-stratiqrafik və struktur-formasion komplekslərin daxilində struktur-fasial və litoloji-fasial (seysmofasiyaların) zonaların aşkara çıxarılması;
-sahə üzrə neft-qaza perspektivli komplekslərin ayrılması və izlənməsi;
Struktur, stratiqrafik, struktur-formasion modellər
Struktur modellər tədqiq edilən obyektlərin plikativ və dizyunktiv morfologiyasını (formasını) təsvir edirlər (əks etdirirlər).
Stratiqrafik modellər laylanmaların (laylılığın) geoloji vaxtını və ayrılmış geoloji cisimlərin vaxt əlaqələrini əks etdirirlər;
Struktur-formasion modellər obyektlərin daxili strukturunu, onların laylılıqlarının tipini, onların struktur və maddi xarakteristikalarının əlaqəsini təsvir edirlər.
Tədqiqatların nəticələri – KH-lərin regional-zonal proqnozu, parametrik qazımya təkliflər. Nəticələr proqnoz və struktur xəritələr (miqyas 1:1 000 000 – 1:200 000), dayaq seysmogeoloji kəsilişlər şəklində təqdim olunurlar.
Axtarış mərhələsi (neftli-qazlı obyektlərin aşkar edilməsi)
Tədqiqat obyektləri - neft-qaz yığılma zonaları, KH tələləri
Həll edilən geoloji məsələlər:
antiklinal strukturların aşkara çıxarılması;
lateral ekranların mövcudluğu ilə əlaqəli qeyri antiklinal tələlərin aşkara çıxarılması;
kollektorun məhdudlaşdırılması ilə əlaqəli qeyri antiklinal tələlərin aşkara çıxarılması;
neft-qazlılığın lokal proqnozu;
strukturların dərin qazımaya hazırlanması.
Stratiqrafik, struktur-formasion, litofasial modellər
Litofasial modellər struktur-formasion modellərdə təqdim edilmiş geoloji cisimlərin genezisinin analizinə əsasən çöküntütoplanma şəraitlərini və çöküntülərin litoloji təkiblərini təyin edirlər.
Tədqiqatların nəticələri – axtarış qazımasına təkliflər, yataqların açılması. Nəticələr neft-qaza perspektivli horizontların struktur xəritələri, KH tələlərinin struktur-tektonik sxemləri (miqyas 1:100 000 - 1:50 000 ), neft-qaza perspektivli çöküntü komplekslərinin uzanmasına perpendikulyar seysmogeoloji kəsilişlər şəklində təqdim olunurlar.
Kəşfiyyat mərhələsi (neft-qazlı obyektlərin detallaşdırılması)
Tədqiqat obyektləri – ytağın açılması
Həll edilən geoloji məsələlər – KH tələlərinin fəza (üçölçülü) quruluşunun öyrənilməsi və üçölçülü təsvirlərin qurulması.
Modellər – litofasial.
Tədqiqatların nəticələri - ehtiyatların hesablanması, istismar proyekti.
Tədqiqatların nəticələri neft-qaza perspektivli horizontlrın struktur xəritələri, KH tələlərinin struktur-tektonik sxemləri (miqyas 1:50 000), KH yataqlarının geoloji quruluşunun əsas cizgilərini səciyyələndirən dayaq seysmogeoloji kəsilişlər, yatağın üçölçülü təsvirləri (kublar və onların kəsikləri) şəklində təqdim olunurlar.
Modellərin bəzi tipləri (struktur-formasion, litofasial) GKİ-lərinin axtarış və kəşfiyyat mərhələlərində təkrar olunurlar. Bu o deməkdir ki, kəşfiyyat mərhələsində yeni məlumatlar daxil olduqca (seysmik profillər şəbəkəsinin sıxlaşdırılması, yeni quyuların qazılması) onların dəqiqləşdirilməsi və müfəssəlləşdirilməsi (detallaşdırılması) həyata keçirilir.
Yuxarıda sadaladığımız modellərin ardıcıl (heç birini buraxmadan) qurulması neft və qaza seysmik tədqiqatların əsas məzmununu təşkil edir.
modellər əsasında alınmış nəticələr.
Regional mərhələ (mümkün neftli-qazlılığın təyini)
Tədqiqat obyektləri — neftli-qazlılı hövzələr, neft-qaz yığımları zonaları, karbohidrogenlərin (KH) iri tələləri

3.Knematik interpretasiya və tarixi-geoloji analiz


Kinematik interpretasiyanın son nəticəsi KH tələlərinin (antiklinal və qeyri antiklinal tipli) proqnozlaşdırılmasıdır. Struktur xəritələr və struktur-tektonik sxemlər heç də kinematik interpretasiyanın yeganə nəticələri deyillər. Kinematik interpretasiyada tarixi-geoloji analiz məsələləri mühüm yer tuturlar. Bu analiz çöküntü hövzələrinin inkişaf tarixini anlamağa və çöküntü süxurlarının genezisini (mənşəyini) təyin etməyə imkan verir.


Tarixi-geoloji analizdə və həm də seysmostratiqrafiyada əsas anlayış seysmofasial kompleks (CFK) anlayışıdır. Seysmofasial kompleks – alınmış seysmik zaman kəsilişində neftli-qazlı hövzələrin inkişafının tektonik tsikllərinin ayrğ-ayrı fazalarına uyğun gələn çöküntü süxurlar kompleksinin və ya onun bir hissəsinin təsviridir (əksdir, surətidir). Adətən SFK-nın sərhədləri çöküntü süxurlarının yatmasındakı uyğunsuzluqlar və həm də eroziya səthləridirlər. Bir qayda olaraq, bu sərhədlərdən ən intensiv və fasiləsiz əks olunmalar alınırlar.

Bir çox neftli-qazlı əyalətlərdə (regionlarda) nəhəng kabohidrogen ehtiyatlarının bağlı olduğu seysmik fasiyalar içərisində çəplaylı (çəptəbəqəli) seysmofasiyalar xüsusən mühüm əhəmiyyət kəsb edirlər. Onlar nisbətən dərin sulu hövzələr üçün səciyyəvi olan yan artma prosesini əks etdirirlər. Eyni istiqamətdə gömülən sedimentasiya səthlərini klinoformalar (pazvarilər) adlandırırlar.


Seysmik fasiaların bəzi növlərinin sinfaz oxlarının səciyyəvi görünüşü



dalğavari paralel təpəvari

Tarixi-geoloji analiz üç istiqamətdə aparılır:



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə