Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 1. Cəmiyyət həyatında fəlsəfə və fəlsəfi biliklərin spesifikası



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 1. Cəmiyyət həyatında fəlsəfə və fəlsəfi biliklərin spesifikası 
Fəlsəfi dünyagörüşün nəzəri əsası insan biliyinin və mənəvi mədəniyyətin ən 
qədim sahələrindən biridir. Fəlsəfənin predmeti və mahiyyəti. Fəlsfə bütövlükdə 
insanın dünyaya münasibəti haqqında təlimdir. Fəlsəfənin əhatə etdiyi problemlər, 
onların özünəməxsusluğu. Fəlsəfə idrakın kompleks prinsipi və idraki fəaliyyətin ən 
ümumi metodudur. Tarixi inkişafın gedişində fəlsəfənin predmetinin dəyişməsi. 
Fəlsəfi biliyin predmeti haqqında müasir konsepsiyalar. Fəlsəfi biliklərin 
ümummədəniyyət sistemində yeri. Fəlsəfə elitar şüur forması olub insanların həyat 
strategiyasıdır.
Fəlsəfənin funksiyaları: dünyagörüşü funksiyası (humanist, ictimai-akseoloji, 
mədəni-tərbiyəvi, izahedici-informasiya), metodoloji funksiyası (evristik, 
əlaqələndirici, birləşdirirci və mədəni-qnoseoloji). 
Fəlsəfənin vəzifələri və onun özünəməxsusluğu. Fəlsəfə bilik növüdür, fəlsəfə
- elmdir, ideologiyadır, humanitar bilikdir, mənəvi mədəniyyətdir, obyektin 
transendental dərk olunmasıdır, hikmətə məhəbbətdir. 
Fəlsəfənin dünyagörüşü sistemində yeri. Dünyagörüşü anlayışı, onun 
məzmunu. Dünyagörüşünün strukturu və tipləri. Dünyagörüşünün əsas məsələsi – 
insanın dünyaya münasibətidir. Dünyagörüşünün mənbəyi və onun problemi – fərdin 
varlığıdır. Dünyagörüşü ictimai və fərdi şüurun özəyidir, insanın fəaliyyətinin 
istiqamətvericisidir. Dünyagörüşünün formalaşmasında əsas amillər: dərketmə, 
qiymətləndirmə və fəaliyyət.
Dünyagörüşünün məzmununda biliklərin, informasiyaların, əqidələrin, 
təsəvvürlərin, inamların, səylərin, ümidlərin birləşməsi. Dünyagörüşünün əsas 
səviyyələri: dünyagörüşündə intellektual və emosional cəhətlər. Dünyadurumu və 
dünyaanlamı anlayışları., onların fərqli cəhətləri.
Fəlsəfi biliklərin mənəvi mənbəyi–mifologiya, dini etiqad və elmin rüşeymləri. 
Fəlsəfənin yaranması haqqında mifoloji və qnoseoloji konsepsiyalar. 
Mifologiya – ictimai inkişafın ilkin mərhələsi üçün xarakterik olan ictimai şüur 
formasıdır. Mif – bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olub biliklərin,
dini inamların və incəsənətin müxtəlif növlərinin rüşeymlərini özündə birləşdirir. 
Mifik dünyagörüşünün düşüncələrə, bədii-emosional həyəcanlara və ictimai 
illüziyalara bağlılığı. Dini dünyagörüşündə dünyanın ikiləşməsi prinsipi və ruh 
anlayışının yaranması. 
Din dünyagörüşün formasıdır. Dinin spesifikliyi. Fövqəltəbii qüvvələrin 
varlığına inam – dini dünyagörüşünün əsasıdır. İbtidai icma cəmiyyətində dini 
inamlar: animizm, animatizm, fetişizm, totemizm, şamançılıq, magiya. İlkin etnik 
dinlər (finikiya, babil, Misir, qədim yəhudi və s.) Dinin ictimai-tarixi təbiəti və sosial 
funksiyaları. Allahın təbiətdən və insandan yüksəkdə durması ideyası. Ruhun 
ölməzliyi və ölümdən sonrakı həyatı. Din mənəvi mədəniyyətin tərkib hissəsidir. Din 
və fəlsəfənin oxşar və fərqli cəhətləri.
Fəlsəfə və elm. Fəlsəfə nəzəri cəhətdən formalaşmış dünyagörüşüdür. 
Fəlsəfədə millilik və ümumbəşərilik. Milli fəlsəfənin ümumdünya fəlsəfəsinə 
münasibətdə nisbi müstəqilliyi. Milli fəlsəfə milli özünüdərkin nəzəri əsasıdır. Milli 


müstəqillik və milli fəlsəfənin inkişafı üçün yeni şərait. Qərb və Şərq fəlsəfəsi 
fonunda milli fəlsəfə. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə