222
müxtəlif nis- bətlərdə laboratoriya vərdənəsində 60-70
°
C
temperaturda mexaniki modifikasiya edirik. Daha sonra
SKEPT-in standart resepti əsasında olan komponentlərlə 25
dəqiqə müddətində qarışdıraraq doldurulmuş kompozisiyalar
hazırlayırıq.
Hazırlanmış
kompozisiyanı
hidravlik
vulkanizasiya pre- sində 153±2
°
C temperaturda vulkanizasiya
edirik. Daha sonra otaq temperaturunda vulkanizatı 6-7 saat
müddətində soyutduqdan sonra onun fiziki-mexaniki
xassələrini tədqiq etmişik. Tədqiqat nəticəsində müəyyən
edilmişdir ki, SKEPT-60 PVXE-62 əsasında kompozisiyanın
bir
sıra
fiziki-mexaniki
xassələri
SKEPT
əsasında
kompozisiyaya nisbətən yaxşılaşmışdır.
SKEPT/PVX
qarışığı
əsasında
kompozisiyanın
xassələrinin
yaxşılaşması gələcəkdə SKEPT-in tətbiq
sahələrinin genişlənməsi üçün şanslar yarada bilər. Biz elmi
işimizi davam etdiririk.
İSTİSMARDAN ÇIXMIŞ TERMOPLAST
TULLANTILARI ƏSASINDA KOMPOZİSİYA
MATERİALLARININ ALINMASI
Magistrant: Elmi rəhbər:
Qasımova Çinarə Şahin qızı dos. Musayeva Ə.Y.
II Kurs A3226
Polimerlərin davamlı inkişafı polimer tullantılarının
artmasına və bunun nəticəsində eko- logiyanın çirklənməsinə
səbəb olur.Bu cür tullantılar arasında termoplast polimer
tullantıların təkrar emalının nisbətən asan olması onların
emalını daha məqsədə uyğun edir.
Tədqiqat işinin əsas məqsədi təkrar emal olunan
termoplastlar əsasında alınmış mə- mulatların kompleks
xassələrini artırmaq üçün onların modifikasiyasıdır.Bunun
üçün aşağıdakı məsələləri həll etmək lazımdır:
223
təkrar emal olunan termoplastların xüsusiyyətlərinə
modifikatorların növünün və miqdarlarının təsirini
öyrənmək;
alnan yeni kompozisiyada komponentlərin optimal
miqdarını öyrənmək;
modifikasiyanın aparılması üsullarını işləmək;
təkrar emal olunmuş polimerlərdə strukturun və
xassələrin qarşılıqlı əlaqəsini qiy- mətləndirmək;
polimer tullantılarının emalının texnoloji sxemini
hazırlamaq;
hazırlanmış materialların müxtəlif sahələrdə yararlığının
analiz etmək;
Tədqiqat obyekləri:ED-20-in oliqomeri,dibutilftalat(DBF) və
bitki yağı,doldurucu kimi ter-moplast tullantiları,müxtəlif
rəngləyici maddələr istifadə olunmuşdur.
Təkrar emal olunan polimerlərdən müxtəlif funksional
məqsədli məhsullar hazırlanmışdır:
istismardan çıxmış PETF butulkaları xırdalanaraq və
digər komponentlərlə qarışdırılaraq dam örtüyü, səkilər
üçün plitələr, mətbəx masalarının üstü üçün lövhələr,
güldanlar alınmış;
modifikasiya olunmuş ATPE-dən geyim üçün paltar
asqıları;
Təkrar emal olunan termoplastların emalı texnologiyası Şəkil
1-də göstərilən əməliyyatlardan ibarətdir:
Şək.1 Termoplastların təkrar emalının ardıcıllığı
Tədqiqat işimizin nəticəsində polimer tullantıların təkrar
istifadəsi ilə ekoloji gərginlik azalır, tullantılardan istifadə
etməklə xammal bazası genişlənir, təkrar polimerlərin istifadəsi
hesabına materialın maya dəyəri azalır.
çeşidlə
mə
yuma
qurut
ma
xırdala
ma
məmula
tın
emalı
224
METANOL ISTEHSALINDA TÜSTÜ QAZININ (CO
2
)
ISTIFADƏSI VƏ
YAN MƏHSUL-TRIMETILAMININ AYRILMASI
Magistr: Elmi rəhbər:
Mirzəyev Şöhrət Adil dos. İ.Q.Abdullayeva
II kurs, A3126
Hal-hazırda metanolun karbon oksidi və hidrogenin
qarşılıqlı təsirindən alınması onun yeganə sənaye əhəmiyyətli
alınma üsuludur. Bunun üçün karbohidrogenlərin buxar
konversiyasına üstünlük verilmişdir. Bu məqsədlə xammal
kimi tərkibində 93% CH
4
olan təbii qazdan istifadə olunur.
CH
4
+H
2
O=CO+3H
2
CO+2H
2
=CH
3
OH
Həmçinin CH
4
-lə yanaşı reforminq sobasından çıxan tüstü
qazından da (monoetanolamin vasitəsilə absorbsiya nəticəsində
99,98 %-ə qədər təmizlənmiş CO
2
-dən) istifadə olunur. CO
2
yalnız eyni qurğudan deyil, eyni zamanda, digər sənaye
müəssisələrində atmosferə atılan CO
2
qazından istifadə oluna
bilər. Bu zaman CO
2
konversiya prosesinə deyil, bir başa sintez
reaktoruna, yəni, H
2
olan mühitə verilməsi effektli nəticələr
verir:
CO
2
+ 3H
2
= CH
3
OH + H
2
O +49,53kC
Stexiometrik əmsallara əsasən ilkin qazda H
2
:CO nisbəti 2-yə,
H
2
:CO
2
nisbəti isə 3-ə bərabər olmalıdır. Prosesdə iştirak edən
digər komponentlərin təsirini azaltmaq üçün funksional nisbət
adlanan (H
2
-CO
2
):(CO+CO
2
) nisbəti 2,01-2,15 həddində
olmalıdır. Lakin reaksiya məhsulu kimi yan məhsullar da alınır
ki, bunlardan da təmizlənməsi rektifikasiya üsulu ilə çətin olan
trimetilamindir. Bu zaman trimetilaminin yol verilən qatılıqdan
çox olmasını qovma üsulu ilə yox, turşu ilə təsir etməklə
ayırmaq daha effektli nəticələr verir.
Hər iki mərhələdə işin üstünlüyü ondadır ki, istənilən yanma
Dostları ilə paylaş: |