Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   ...   41

 
15
hadisələrin səbəb və köklərini araşdırmaq, obyektiv gerçəkliyi
həqiqəti üzə  çıxarmaq üçün konkret tarixi material, sübut və 
faktlar kimi dəyərləndirmək zəruridir.  
Faktların qeydə alınması, ciddi elmi axtarışlar tarixi 
saxtalaşdırmanın qarşısına sipər çəkə bilər. Bu baxımdan Er-
mənistan  ərazisindəki türk-Azərbaycan mənşəli onomastikanın, 
xüsusən etnotoponimlərin tarixən mövcud olmuş coğrafi 
mənzərəsinin bərpasına çalışaq. Hər şeydən əvvəl Ermənistanda 
türk mənşəli toponimlərin dəyişdirilməsi ilə bağlı aparılmış  və 
aparılan siyasətin konturlarını aydınlaşdıraq.  
Əziz  Ələkbərli Ermənistanda türk mənşəli toponimlərin 
müxtəlif prinsiplər  əsasında dəyişdirilməsini faktlar əsasında 
şərh etməyə çalışmışdır. «Qədim türk-oğuz yurdu – Ermənistan» 
əsərində müəllif türk mənşəli toponimlərin dəyişdirilməsinin 
aşağıdakı  səkkiz prinsipini qeydə almışdır: 1) sovet 
ideologiyasının təbliğatı  bəhanəsi (Gümrü-Aleksandropol-
Leninakan); 2)erməni millətindən olan tarixi şəxsiyyətlərin adını 
əbədiləşdirmək bəhanəsi (Kəvər-Yeni Bəyazid-Abovyan); 3) 
hərfi tərcümə (Daşqala - Karaberd); 4) bəzi adlardakı «böyük», 
«kiçik», «yuxarı», «aşağı» sözlərinin erməniləşdirilməsi (Böyük 
Ayrım-Medz Ayrum); 5) bəzi adlardakı «kənd» sözünün 
erməniləşdirilməsi (Lalakənd-Lalıgyuğ); 6)erməni tələffüzünə 
uyğunlaşdırma (Həkəri-Akori); 7)qədim tarixi adın müasir 
azərbaycanlı adı ilə  dəyişdirilməsi (Haqqıxlı-Səməd Vurğun); 
8)tarixi adı itirmək üçün onun bir neçə  dəfə  dəyişdirilməsi 
(Hacıqara-Makodaşen-Lernapat). (30, 5-6). 
Ə.Ələkbərlinin təklif etdiyi prinsipləri belə qruplaşdırmaq 
mümkündür: 1)siyasi motivləşdirmə yolu ilə toponimin dəyişdi-
rilməsi; 2) yeni tarixə və mədəniyyətə istinadla toponimin dəyiş-
dirilməsi; 3)tərcümə yolu ilə 
dəyişdirmə; 4)fonetik 
uyğunlaşdırma yolu ilə  dəyişdirmə; 5)qədim adın izini itirmək 
məqsədilə dəyişdirmə. 
Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi 
prinsiplərinin dəqiqləşdirilməsi elmi əhəmiyət kəsb edir. Çünki 


 
16
bu prinsiplər hazırkı addan əvvəlki ada keçidi gerçəkləşdirməyin 
yeganə vasitələrindən biridir. Məsələn, Kamo toponominin XX 
əsrə aidliyi, bu adla adlandırılan yaşayış  məskəninin qədimliyi 
faktından çıxış etməklə onun bundan əvvəlki adının olmasını 
sübuta yetirmək mümkündür. Əlbəttə, adların dəyişdirilməsinin 
vaxtında qeydə alınması, gələcəkdə adın təkrar dəyişdirilib 
əvvəlki vəziyyətə  gətirilməsi üçün hüquqi əsas verməsə  də, 
tarixi həqiqətin təsdiqini reallaşdırır. 
Ermənistanın türk mənşəli onomastik vahidlərinin təd-
qiqinin ilkin vacib məsələsi bu adların toplanıb qruplaşdı-
rılmasıdır.  Əldə olan materiallar müəyyən toplu yaradır. Son 
dövrlərdə  nəşr olunmuş elmi-tarixi əsərlərdə Ermənistan 
ərazisindəki türk onomastik vahidlərinin,  əsasən toponimlərin 
qeydə alınması istiqamətində xeyli iş görülmüşdür (Bax:19; 20; 
30; 60 və s). 
Əlbəttə, istinad etdiyimiz ədəbiyyat siyahısı tam deyil və 
daha ümumi səciyyəli olanları  əhatə edir. Göstərilən işlərdə 
toponomik onamastikonun yaradılması üçün böyük material 
vardır. Lakin bütövlükdə bunlar müxtəlif onim tipləri üzrə tam 
onomastikonların hazırlanması üçün yetərincə deyildir. Son 
illərdə Ermənistan ərazisindəki türk mənşəli tam onomastikonun 
bərpası  və yaradılması istiqamətində prof. H. Mirzəyevin 
tədqiqatları qiymətlidir. Bu tədqiqatlarda kənd və daha kiçik 
yaşayış  məntəqələri daxilindəki onimlər qruplaşdırılır, onların 
böyük hissəsi qeydə alınır (Bax: 54, 3-6; 56, 14-18; 57, 26-34; 
58, 38-44 və s). 
Təbii ki, prof. H.Mirzəyevin bu istiqamətdə apardığı  təd-
qiqat işləri Ermənistan  ərazisindəki türk mənşəli onimlərin 
toplanması, onların yaşlı nəslin hafizəsindən pozulmamış qeydə 
alınması üçün son dərəcə vacibdir. Bununla belə qeyd 
edilməlidir ki, bütövlükdə göstərilən sahədə  hələ xeyli iş 
görülməlidir. Biz belə hesab edirik ki, tədqiqatlar yalnız 
toponimlərin öyrənilməsi ilə  məhdudlaşmamalı, bütün 
onomastik mənzərənin bərpasına istiqamətlənməlidir. 


 
17
Ermənistan  ərazisində mövcud olmuş etnotoponimlərin 
öyrənilməsi problemi qeyd edilmiş tədqiqatlar cərgəsində xüsusi 
yer tutur. Çünki etnotoponimlər tayfa və  qəbilə adları  əsasında 
yaranan onomastik vahidlərdir. Yeri gəlmişkən qeyd etmək 
lazımdır ki, toponimlərin xalqın daha qədim tarixi ilə bağlı olan 
bu tipinin hərtərəfli öyrənilməsi sahəsində də dilçiliyimizdə az iş 
görülmüşdür. Elmi ədəbiyyatda Azərbaycanda, o cümlədən 
qərbi Azərbaycanda yayılmış toponimlərin 70 faizinin tayfa və 
tayfa başçısının adı ilə adlanması fikri qeyd olunur.  
Ermənistan  ərazisindəki toponimlər arasında doğrudan da 
etnotoponimlərin sayı az deyildir. Məsələn, Eymur, Orand, 
Çovdar, Çabanlı və s. 
Eymur etnotoponiminin Ayrum//Ayrım//Imer//Imir vari-
antları vardır. Ermənistanda bu etnotoponim Ayrum, Ayrum 
Mets, Ayrum Pokr kənd adlarında qalmışdır. Yuxarıda to-
ponimlərin saxtalaşdırma məqsədilə  dəyişdirilmə prinsiplərini  
nəzərdən keçirərkən «böyük» və «kiçik» sözlərinin tərcümə 
edilməsi göstərilmişdi. Mets -böyük, pokr-kiçik mənasında 
olduğundan, əslində Ermənistanda Böyük Ayrım, Ayrım, Kiçik 
Ayrım toponimlərinin olduğu aydınlaşır.  
Eymur sözünün etnonim olması Mahmud Kaşğarinin lü-
ğətində qeyd edilmişdir. Müəllif göstərir ki, eymurlar oğuz 
tayfalarının iyirmi iki nəslindən biridir. Eymur etnotoponiminin 
Ermənistanda üç kəndin adında əksini tapması həmin torpaqların 
türklərin qədim yaşayış  məskənlərindən olmasını bir daha 
sübuta yetirir. Göründüyü kimi, Ermənistan  ərazisində türk 
etnoslarının tarix boyu məskunlaşmasını  aşkarlamaqda həmin 
ərazidəki türk mənşəli etnotoponimlərin tədqiqi müstəsna 
əhəmiyyət kəsb edir. Maraqlı  cəhət odur ki, Ermənistan 
ərazisində areal etnotoponimlər daha geniş yayılmışdır. Verilmiş 
nümunə Ermənistan  ərazisindəki areal etnotoponimlərdən 
biridir. 
Etnotoponimlərin tədqiqi isə bilavasitə xalqın ictimai-si-
yasi həyatı ilə bağlı olub onun tarixinin müxtəlif mərhələlərində 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə