Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   ...   41

 
12
və  məzmununa görə ümumbəşəri sərvət səviyyəsində  qəbul 
edilməlidir. Təəssüf ki, bu tələb süni yollarla qədimliyini sübut 
etmək istəyən, tarixi saxtalaşdırmağa çalışanlar, xüsusən 
ermənilər tərəfindən həmişə pozulur. Azərbaycan və türk 
mənşəli toponimlərə münasibətdə Ermənistanda həmişə belə bir 
siyasət həyata keçirilmişdir. Ermənistanda türk mənşəli 
toponimlərin dəyişdirilməsi, azərbaycanlıların zorla bu 
ərazilərdən çıxarılması ardıcıl  şəkildə davam etdirilmişdir. Bu 
fakt bir çox elmi mənbələrdə qeyd olunmuşdur. Məsələn, 
R.Əliyeva 1993-cü ildə yazdığı namizədlik disertasiyasında, 
sonralar nəşr etdirdiyi kitabda göstərir ki: «son illərdə Zaqafqa-
ziyada baş verən hadisələr Ermənistan və Gürcüstan ərazisində 
tarixən mövcud olan Azərbaycan dilinə  məxsus toponimlərin 
kütləvi  şəkildə  dəyişdirilməsinə  səbəb olmuşdur» (31, 5). 
Əslində ermənilərin türk mənşəli toponimləri dəyişdirməsi son 
illərə aid hadisə deyildir, tarix boyu olmuşdur. Türk mənşəli 
toponimlərin uzun illər boyu dəyişdirilib erməni mənşəli adlarla 
əvəz edilməsi azərbaycanlıların min illər boyu bu ərazidə 
yaşamasını sübut edən faktları saxtalaşdırmaqla yanaşı, müxtəlif 
elm sahələrində aparılan tədqiqatlar üçün tarixi mənbə olacaq 
onomastik vahidlərin izini itirmək  məqsədini daşımışdır. 
Burada müxtəlif elmlərin tədqiqat mənbəsindən danışmaq tələbi 
ondan irəli gəlir ki, xüsusi adları öyrənən onomastikanın hansı 
elmə aid olması haqqında mübahisələr çoxdan davam edir. Onun 
coğrafiyaya və ya dilçiliyə, etnoqrafiyaya yoxsa tarixə aidliyinə 
münasibətdə elmi ədəbiyyatda fərqli fikirlər vardır (Bax: 49, 
266; 29, 7-17; 97, 21-32; 107, 38; 116; 124, 153; 127, 11-12; 
128, 6; 137; 134, 37; 138, 11; 143, 7-11; 155, 8; 158, 5 və s.) 
Onomastikanın ictimai elmlər sistemində yerinə aid ayrı-
ayrı alimlərin fikirlərini təhlil edən Çingiz Hüseynzadə bu 
mübahisəli məsələyə münasibətini bildirərək yazır: «Hazırda 
onomastika dilçiliyin xüsusi adları öyrənən müstəqil və ayrıca 
sahəsi kimi formalaşmışdır» (97, 23-24). Əlbəttə, bu məsələ ilə 
bağlı mübahisələrə aydınlıq gətirmək bizim mövzunun əhatə 


 
13
dairəsindən kənara çıxsa da, onomastik leksikanın dildə  və 
cəmiyyətdə 
işlənməsinin, onların yaranma qanunauy-
ğunluqlarının və dəyişməsinin tədqiqinə müxtəlif elmlərdə olan 
diqqəti ön plana çəkmək, zənnimizcə, vacibdir. Bu, 
Ermənistanda həqiqətə yalan donu geyindirmək məqsədilə bir 
çox elmlərin tədqiqat marağı dairəsində olan vahidlərə  və 
beləliklə, ermənilərin öz məqsədləri naminə elmə saxta 
münasibətini açıqlamış olur.  
A.A.Reformatskinin onomastik vahidlərin müəyyən qru-
punu birləşdirən toponimləri öyrənən toponimikanın elmi 
mənsubluğuna münasibətlə bildirdiyi bir fikri qeyd etmək 
vacibdir: «Toponimika yalnız dilçiləri deyil coğrafiyaçıları  və 
tarixçiləri də  həqiqətən maraqlandırdığı üçün burada bütün 
tərəflərin maraqlarını  nəzərə almaq və bu oblastda əməyin 
bölüşdürülməsi konturlarını müəyyənləşdirmək lazımdır» (137, 
33-34).  
Onomastikanın tarixlə  sıx bağlılığı heç bir şübhə doğur-
mur. Cəmiyyətin inkişafının qədim dövrlərinə dair tarixi 
məlumatların doğruluğunu sübut edərkən çox vaxt alimlər 
onomastika, tarix, coğrafiya, həmçinin də arxeologiyanın məlu-
matlarının müqayisəli  şəkildə  tədqiqini özündə birləşdirən 
kompleks metoda istinad edirlər. Bu tarixi prosesi, xüsusən də 
etnogenez problemlərini ümumi səpkidə  səciyyələndirməyə 
imkan yaradır. Təsadüfi deyil ki, F.Engels coğrafi adları tarixi 
mənbə kimi qiymətləndirərək onların  əsasında alman 
tayfalarının eramızdan  əvvəl I əsrdə yerləşmə sxemini 
qurmuşdur (127, 12).  
Bu da danılmaz faktdır ki, dilin onomastik sistemində hə-
min dili daşıyan xalqın çoxəsrlik ictimai-iqtisadi, mədəni-tarixi 
həyatı  əksini tapır. V.K.Çiçaqov qeyd edir ki, «rus xalqının 
tarixinin müxtəlif dövrlərinə aid adlar və onların formaları 
həmin dövrlərdəki cəmiyyətin vəziyyətini, bununla da 
cəmiyyətin sinfi quruluşunu gözəl şəkildə əks etdirir» (155, 8).  


 
14
Bütün bu müddəalar sübut edir ki, onomastikada linqvistik 
və ekstralinqvistik amillər sıx qarşılıqlı  əlaqədədir. Xüsusi 
adlarda ekstralinqvistik amillər onların daşıdığı tarixi in-
formasiya, tarixi  faktlar, xalqın məskunlaşma yerini göstərən, 
bu barədə fikir və elmi müddəaları    təsdiqləyib sübut edən 
amillərdir. «Ad insan mədəniyyətinin «məhsul»larından biridir. 
O, kollektivdə  və kollektivin tələbatından yaranıb, inkişafının 
müəyyən səviyyəsinə çatmış insan kollektivi üçün əhəmiyyətli 
xüsusiyyəti  əks etdirir. Epoxa və insan birlikləri haqqında 
məlumatlar adlarda öz izini saxlayır» (103, 5)  
Aydındır ki, linqvistlər tarixi leksikanı, fonetika və 
qrammatikanı, tarixi dialektologiyanı öyrənərkən çox vaxt ono-
mastikanın köməyindən bəhrələnir və bu zaman «xüsusi adların 
dil yaradıcılığı prosesinin arxaik və konservativ cəhətlərini, 
onların dinamikasını qoruyub saxlayan xüsusi leksik qat 
olduğunu unudurlar» (124, 152). Bu baxımdan linqvistika, 
xüsusən dil tarixi sahəsində  tədqiqatlar üçün xüsusi adlar çox 
böyük dəyərə malikdir.  
V.A.Nikonov qeyd edir ki, onomastik vahidlər onları 
yaradanların dili haqqında böyük məlumat daşıyır. Adların 
müəyyən yerə aidliyi isə  həmin  ərazidə yayılmış  qədim dili 
bərpa etmək, yayılma ərazisinin hüdudlarını müəyyənləşdirmək 
imkanı verir (127, 11).  
Onomastikanın başqa elmlər arasında yerini aydınlaşdı-
rarkən, onun tarix, coğrafiya, etnoqrafiya, dilçilik və başqa 
elmlərə münasibətini açıqlayarkən xüsusi adlara kompleks 
şəkildə yanaşırlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, 
xüsusi adların bir sıra sinifləri vardır və bu siniflərin hər biri 
özünün fərqləndirici cəhətlərinə malikdir.  
Onomastik leksikanı, xüsusən də etnotoponimləri dil tarixi 
ilə bağlı qiymətli mənbə hesab etməklə yanaşı, onun təkcə 
müəyyən xalqın dil tarixini öyrənmək üçün deyil, həmin xalqın 
tarixən yaşadığı  ərazini müəyyənləşdirmək, bu ərazidə baş 
vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, bu 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə