Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   ...   41

 
18
meydana gəlmiş etnonimlərin öyrənilməsi ilə başlanır. 
Etnonimlərin tədqiqi prosesində xalqın  ən qədim və  qədim 
etnoslarının adları haqqında geniş məlumatlar əldə olunur.  
Hər bir xalqın təşəkkülü tarix boyu davam etmiş arası-
kəsilməz etnik prosesin nəticəsidir. Etnik prosesin 
komponentləri qəbilələr, tayfalar, xalqlar və millətlər, bir sözlə, 
etnoqrafiyada qəbul edildiyi kimi etnoslardır (32, 3).  
Konsolidasiya (etnik mənsubiyyətcə qohum etnosların 
qaynayıb qarışması prosesi) və assimilyasiya (etnik 
mənsubiyyətcə müxtəlif etnosların arasında gedən prosesdə 
onlardan birinin digərini dilindən məhrum etməsi və özünə 
qatması) prosesləri nəticəsində etnosların həm bir-birinə nəzərən 
tutduğu mövqedə, həm də onların adlarında dəyişmələr baş 
verir. Müəyyən tarixi mərhələdə etnoslardan biri digərinə 
nəzərən hakim mövqeyə malik olur.  
Hər bir etnosun formalaşması prosesi etnosun  adlan-
masına da təsirini göstərir; bu o deməkdir ki, tarixi inkişaf 
prosesində bir etnik adla məlum olan etnos müəyyən mərhələ 
keçdikdən sonra başqa etnik ada malik ola bilər. Ona görə  hər 
bir xalqın mənşəyini aydınlaşdırmaq üçün, onun təşəkkülünə 
gətirib çıxarmış  və etnik prosesin bütün mərhələlərində  iştirak 
etmiş komponentləri müəyyən etmək lazımdır. Başqa sözlə, 
xalqımızın mənşəyini araşdırmaq üçün Azərbaycan  ərazisində 
tarix boyu məskun olmuş etnosların adlarını  və onların etnik 
mənsubiyyətini üzə çıxarmaq gərəklidir. 
Etnonimlər onomastikanın daha mürəkkəb və çoxspektrli 
elmi tədqiqat tələb edən qrupudur. Tarixi, coğrafi, etnoqrafik və 
linqvistik faktlar zəminində qruplaşdırılıb bir topluya gətirilə 
bilən etnonimlərin dəqiqləşdirilməsi  əlavə bilgilər tələb edir. 
Tayfa, qəbilə, xalq, millət adları digər onimlərdən fərqli olaraq 
eyni denotata müxtəlif aspektlərdən münasibət baxımından 
çoxvariantlılığa malikdir. Etnosun yayılma, bölünmə  və 
paylanma dərəcəsi, onun miqrasiyaya meylliliyi etnonim 
çoxluğuna səbəb olur və psevdoetnonimlər yarada bilir. 


 
19
Etnonimiyada, eləcə  də onomastikanın digər bölmələrində 
etnonimlə bağlı adların, o cümlədən etnotoponimlərin tədqiqi 
zamanı bu qəbildən olan onimlərin dəqiq semantikasına diqqət 
yetirilməlidir. 
Ərazi və yaşayış məskənlərinin adlandırılması öz tarixinə 
görə çox qədim dövrlərə gedib çıxır. Lakin insanların 
yaşadıqları yer-yurda, məskənə ad vermə prosesi də  dəyişkən 
olmuşdur. Ilk yaranan yer adları, heç şübhə yox ki, etnosun adını 
daşımamışdır. Qrup halında yaşayan qədim insanlar yəqin ki, 
çox zaman yaşadıqları yerə  ərazinin relyefinə, digər 
atributlarına, ərzaq ehtiyatlarına, flora və faunasına və i.a. görə 
ad vermişlər. Yəni insanın təşəkkül tapıb müxtəlif qruplar 
şəklində yaşadığı ilk dövrlərdə etnik mənsubluq məsələsi 
olmamışdır. Bu dövr daha çox yaşayış  uğrunda mübarizə 
aparmaq, insan həyatı üçün təhlükə törədən qüvvələrə qarşı 
müqavimət göstərmək, bunun üçün lazım gəldikcə birləşmək 
səciyyəvi xüsusiyyət daşımışdır. Doğrudur, inkişaf prosesinin 
elə dövrləri gəlib çatmışdır ki, insan qrupları yaşayış üçün 
əlverişli olan yerə başqa qrupların girməsinə imkan verməmək 
uğrunda da mübarizə aparmalı olmuşlar.  Əvvəl insan qrupları 
arasında gedən belə mübarizə, sonralar tayfa və  qəbilələrin 
mübarizəsinə çevrilmişdir. Ola bilsin ki, yaşayış  ərazisinə et-
nosun öz adını verməsi də bu dövrdən başlamışdır. Unutmaq 
olmaz ki, bir etnosun yaşadığı  əraziyə onunla qonşuluqda 
yaşayan etnos da ad verə bilərdi. Belə hal həm etnoslararası 
əlaqənin varlığı, həm də yoxluğu  şəraiti üçün mümkündür. 
Lakin bütün hallarda bir məsələ aydındır. Etnos öz yaşadığı 
məskənə başqa etnosun adını qoymadığı kimi, qonşu etnos da öz 
qonşusunun məskəninə öz adını vermir. Başqa etnosa mənsub 
ərazinin adını  dəyişmək hadisəsi isə  yalnız həmin etnosun 
ərazisni əlindən alandan sonra baş verə bilərdi.  
Etnonimlər mürəkkəb tematik söz qrupudur. Mürəkkəblik 
etnonimləri digər onim və nominatlardan ayırma çətinliyindən 
irəli gəlir. Bu məsələyə münasibətini bildirən Y.Çesnov 


 
20
etnonimləri fərqləndirmə zamanı adlandırmanın motivləşdirmə 
semantikasına xüsusi diqqət verilməsini təklif edir (məsələn, ad 
yaşama yerinin xüsusiyyətinə görə qoyula bilər; yerə görə 
motivləşmədən istifadə oluna bilər və s.)(154, 6).  
Yerli  əhali özündən  əvvəl mövcud yer adının öz dilinin 
etimologiyasına görə izahını verərək onu təhrif edir. Lakin bu 
halda yalnız təhriflə üzləşmək mümkündür. Təhrif daha çox 
fonetik səviyyədə getməlidir.  Əgər leksik vahid başqa dilə 
mənsub vahidlə əvəzlənirsə, bu, adı dəyişmədir. Məhz buna görə 
də etnotoponimlərin tədqiqində diqqətli olmaq vacibdir. Çünki 
bu vahidlər müxtəlif elmlərin tədqiqi obyekti olur. 
Y.V. Bromley «Etnos və etnoqrafiya»  əsərində bu 
məsələyə toxunaraq qeyd edir ki, belə onimlər «coğrafiya ilə 
linqvistikanın (eləcə  də tarix və linqvistikanın) qovşağında 
yerləşib toponimiyanın son çətin tədqiqat zonasını  təşkil edir» 
(81, 223). 
Məlumdur ki, etnonimlərin tematik semantikası, yəni 
onların tematik səciyyəsi çox zaman motivləşmə semantikası ilə 
tamamlanır. Adətən etnonimlər motivləşməyə görə daha 
asanlıqla izah olunur. Belə izahlar etnonimikada müəyyən nəzəri 
müddəaları irəli sürməyə imkan verir. 
Y.V.Çesnov göstərir ki, avstraliyalılarda  aranda kimi iri 
etnik birliklər bir çox kiçik lokal qruplara bölünür. Belə 
bölünmə  nəticəsində  fəaliyyət göstərən qrupların adları onların 
bir qayda olaraq yaşadıqları yerin adı ilə təyin edilir. Oxşar hal 
eskimoslarda da müşahidə edilir (154, 7). Eskimoslarda lokal 
qrupların adları aşağıdakı sxem üzrə formalaşır: 
qrupun yaşadığı yerlə bağlı ad + miut 
Miut eskimoslarda «adamlar» mənasını verən sözdür. 
Məsələn,  utkuxikalinqmiut qrup adı «sabun daşları  ərazisində 
yaşayan adamlar» mənasını verir (154, 8).  
N.A.Butinov ibtidai icma quruluşunda yaşamış adamların 
lokal qruplar təşkil etməsini təsdiqləyir və eyni zamanda belə 
qrupların təcrid olunmuş  şəkildə yaşamasının qeyri-mümkün 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə