Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 
21
olduğunu qeyd edir(82, 214). Deməli, lokal qruplar bir-biri ilə 
əlaqədə olmalıdır. Lokal qrupLararası  əlaqələr qrupların bir-
birini adlandırmasına zəmin yaratmışdır. Buradan belə  nəticə 
çıxarmaq olur ki, lokal qrupların adlanmasının iki yolu 
olmuşdur. 1) qrup özü-özünə ad verir; 2) lokal qrupa ad digər 
lokal qrup tərəfindən qoyulur. 
Lokal qruplar müəyyən etnosdan qopub ayrıldıqlarına görə 
onların etnik mənsubluğunun etnotoponim əsasında dəqiqləşdi-
rilməsi zamanı yuxarıda göstərilən fakt xüsusi rol oynayır. Ona 
görə  də, hər  şeydən  əvvəl adlandırma prosesində  iştirak edə 
biləcək etnoslar müəyyənləşdirilməlidir. Aydındır ki, lokal qrup 
özü özünü adlandırırsa, onda etnotoponim etnosun öz dilinə aid 
olacaqdır. Deməli, etnotoponimdən çıxış etməklə etnosu 
müəyyənləşdirmək olur. Ikinci hal A lokal qrupu bir etnos, V 
lokal qrupu isə ikinci etnosdursa, onda adlandırmanın nəticəsi 
müxtəlif tiplərə aparıb çıxarır. Genotoponim sadədirsə, yəni bir 
kökdən ibarətdirsə, onda həmin söz ya adlandıran, ya da adlan-
dırılan etnosun dilinə  mənsub olacaqdır. Məntiqi-linqvistik ba-
xımdan onim adlandıran etnosun dilinə aid söz kimi qəbul edil-
məlidir. Lakin adlandırılan qrupa məxsus sözdən istifadə halını 
tamamilə  kənara qoymaq düzgün deyildir. Etnotoponim mü-
rəkkəb olduğu zaman kompozitin tərkib elementlərinin 
aşağıdakı kimi paylanması mümkündür: 
1)  Komponentlərin hər ikisi A etnosuna aiddir; 
2)  Komponentlərdən biri A-ya, digəri V-yə aiddir; 
3)  Komponentlərin hər ikisi V-yə aiddir. 
Aparılmış  təhlil göstərir ki, əlaqədə olan lokal qrupların 
sayı artdıqca yuxarıdakı məsələ daha da mürəkkəbləşir. 
Beləliklə, daha qədim sayılan etnotoponimlərin linqvistik 
təhlili zamanı lokal qruplara məxsus adların leksik-semantik 
xüsusiyyətlərinin müxtəlif aspektləri tədqiqat obyekti kimi 
nəzərə alınmalıdır. Belə  tədqiqatda leksik vahidin semantik 
yükünün bilavasitə etnosa deyil, lokal qrupun yaşadığı yerin 
xüsusiyyətlərinə, onun bu və ya digər istinad nöqtəsindən, yaxud 


 
22
motivləşdirmə 
əlamətindən fərqinə görə verilməsi 
yoxlanılmalıdır. Onimin leksik-semantik təhlili isə onun 
mənsubluq dairəsini və ya ətrafını  aşkara çıxarmağa kömək 
göstərir. 
Lokal qruplara məxsus onimlərə regional nomenlər (No-
men Regionale) səviyyəsində  də baxmaq olar. Çünki bu cür 
onimlər müəyyən  ərazidə  məskunlaşmış qrupları bildirir. 
Nomenin regionale ilə müəyyən  əlaqədə olması  məhz lokal 
qruplararası rabitədən irəli gəlir. Digər tərəfdən, regional 
nomenlər qrupun öz yaşadığı ərazidən uzaqlaşması zamanı çox 
vaxt dəyişməz qalır. Bir sıra hallarda isə bu, yeni regional 
nomenlərin meydana çıxmasına səbəb olur. 
Oxşar məsələlər genonimlərlə bağlı araşdırmalar zamanı 
da üzə  çıxır. Məlumdur ki, genonimlər nəsil bildirən xüsusi 
adlardır. Elmi ədəbiyyatda genonimlərin daha çox türk və 
monqol areallarında yayılması xüsusi qeyd olunur (144, 215). 
I.N.Lezina Krım genotoponimlərini öyrənərkən onların bu 
ərazidəki toponimlər arasında xüsusi çəkiyə malik olmasını 
göstərmişdir. Müəllif genotoponimlərin köçəri xalqların 
məskunlaşdığı  ərazilərdə geniş yayıldığını, köçəri hey-
vandarların mal-qaranın otladığı, su içdiyi, qışladığı yerləri 
həmin  əraziyə yiyəlik edən qruplarla bağlı adlandırmasını 
açıqlayır (113, 114). Təbii ki, belə  ərazilər çox olduğundan 
yaranan genotoponimlər də sayca çoxluq təşkil etmişdir. 
Genotoponimlərdə əraziyə xas xüsusiyyət əksini tapdığına görə 
onların müəyyən sözlərə görə ilkin fərqləndirilməsinə imkan 
yaranır. Bununla yanaşı, genotoponimlərin regional nomen 
regional səciyyəsi daşıması faktı da bir daha təsdiqlənir. 
Türk genonimlərinin və genotoponimlərinin araşdırılması 
onomastik tədqiqatlarda, xüsusən də etnonim və etno-
toponimlərin öyrənilməsində  əhəmiyyət daşıyır. Hər bir ge-
nonim müəyyən etnos və ya etnoslarla bağlanır.  
Oğuz genonimləri ümumtürk genonimləri arasında özü-
nəməxsus yer tutur. Lakin onlar, xüsusən də Qafqazda yayılmış 


 
23
genonimlər bu günədək  əsaslı  tədqiqat obyekti olmamışdır. 
Indiki Ermənistan  ərazisində mövcud olmuş toponim və 
etnotoponimlərin tədqiqi zamanı genotoponimlərin üzə 
çıxarılması, bir tərəfdən genonimlərin yayıldığı ərazidə etnosun 
daha qədimdən məskunlaşmasını, digər tərəfdən, etnosun 
etnogenezini izləmək üçün əhəmiyyətli faktlar toplamağa 
yardım göstərir. Məsələn, I.N.Lezina Krımdakı Salqir 
toponiminin XI əsrin  əvvəlinə aid olduğunu və onun salor 
(salqır, salqur, salır və s.) qəbiləsinin türk-səlcuqların tərkibində 
Krıma gəlməsindən sonra yarandığını qeyd edir. Lakin bündan 
sonra müəllif həmin toponimin daha əvvəl yaranma ehtimalının 
daha çox olması hökmünü irəli sürür (113, 147).  
Salqırların oğuz qəbiləsi olması haqqında mənbələrdə 
məlumatlar çoxdur. Türk xalqlarının qədim yazılı abidələrindən 
olan «Kitabi Dədə Qorqud» dastanlarındakı Qazan xan da bu 
qəbiləyə  mənsub olmuşdur (Salur Qazan). Buradan aydın 
görünür ki, oğuzlarla bağlı salar, salır, salqur, salqır, salur və s. 
genonimləri vardır ki, bunlar da bir etnonimin ətrafında birləşir.  
Samat qəbiləsinə aid edilən sirakların bizim eradan əvvəl 
IV  əsrdə Ermənistan  ərazisində yaşaması faktına  ədəbiyyatda 
rast gəlinir(105, 152-153). Samat və sirak qaraqalpaq qəbilələri 
olan  müyten, manqıt,  aşmaylı  qəbilələri ilə bağlıdır. Samatlar 
müyten qəbiləsinə, siraklar isə mannqıt, aşmaylı  qəbilələri ilə 
yaxınlığa malik olmuşdur (123).  
L.Tolstova «Xorəzm oazisinin tarixi onomastikası»na aid 
məqaləsində qara-sirak qaraqalpak qəbiləsindən bəhs edir(149, 
248).  
Deməli, genonimlərin iştirakı ilə yaranmış genotoponimlər 
etnoponimlərə yaxındır və  bəlkə  də onlarla üst-üstə düşür, 
eynilik təşkil edir. Mısır, karaqoz, kok, köz, kose, kuba, kur, 
kuçer, makar,  talma  və s. genonimləri etnonimlərin açılması 
üçün xeyli material verir. 
Genetoponimlərin linqvistik təhlili zamanı leksik-semantik 
xüsusiyyətlərin açıqlanması onların daha qədim dövrə  məxsus 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə