Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 
46
onimin yaranmasında başqa amillər də rol oynayır. Digər 
tərəfdən miqrasiyanın özü geniş  məfhum olub müxtəlif 
səbəblərdən doğur, müxtəlif formalarda təzahür edir. Məhz bu 
amillər areal etnotoponimlərin müxtəlif formalarının 
yaranmasına, bəzən isə onların tamamilə paralel variantlarının 
işlənməsinə  zəmin yaradır.  Əhalinin miqrasiyası könüllü və 
məcburi ola bilər. Könüllü miqrasiya daha çox coğrafi və  təbii 
şəraitlə bağlıdır.  Əkin yerinin azlığı, münbit olmayan torpaq, 
ərzaq qıtlığı, ərazinin tayfa üzvləri üçün yetərincə olmaması və 
s. könüllü miqrasiyanın əsasında durur. Təbii fəlakət, müharibə, 
deportasiya və s. məcburi miqrasiya ilə  nəticələnir. Miqrasiya 
prosesinin özündə bölünmənin baş verməsi mümkündür. Eyni 
yerdən köçən əhali iki müxtəlif ərazidə məskunlaşa bilər.    
Q.Ə.Qeybullayevin fikrincə, miqrasiya ilə bağlı yaranmış 
eyni mənşəli etnotoponimləri bir-birindən fərqləndirmək üçün 
onlara  əlavə edilmiş müəyyən komponentlərdən istifadə etmək 
lazımdır. Belə tipli adları o, müxtəlif  qruplara bölür: 1) 
apellyativlərin (dağ, düz, kol, yaxa, yal və s.) artırılması ilə 
düzələnlər: Dağqarxun qaşı, Dağ quşçu, Düzqırıqlı, Kolqırıqlı, 
Yaxa Dəllək və i. a. 2) yaxındakı paleotoponimlərin yeni adda 
təkrarı -Axtaçı Şirvan, Axtaçı Səlyan, Ərəb Quba, Ərəb Şəki və 
s. 3) antonim xarakterli sözlərin qoşulması ilə düzələn adlar - 
Yuxarı Ayıbasanlı, Aşağı Ayıbasanlı, Böyk Pirəli, Kiçik Pirəli
4) sıra sayları ilə düzələnlər - Birinci Milli, Ikinci Milli və s.  
Qeyd etmək lazımdır ki, areal onimlər tam onimə görə 
deyil, onimin ünsürlərinə görə  də müəyyənləşdirilir. Belə olan 
halda etnoponimin tərkib hissələrində dəyişmə aparılması özünü 
göstərə bilər. Ermənistan  ərazisindəki türk mənşəli adların 
dəyişdirilmə üsullarını  şərh edərkən belə nümunələr aşkara 
çıxarılmışdır.  
Beləliklə areal etnotoponimlərin tam mənzərəsini açıq-
lamaq mövcud ərazidəki etnotoponimlərin və  dəyişdirilmiş 
etnotoponimlərin müqayisəli öyrənilməsini tələb edir. Bütün 
hallarda  ərazinin etnotoponim mənzərəsi müəyyənləşdirilməli, 


 
47
etnotoponimlərin onomastikonu tərtib olunmalıdır. Bizim halda 
tədqiqatın bu iki mərhələsi yerinə yetirilmişdir. Mövcud 
mənbələrdə  əksini tapmış etnotoponimlərin onomastikonu 
qurulmuşdur. Indi tərtib olunmuş onomastikona girən 
etnotoponimlərin hansıların areal etnotoponim səciyyəsi 
daşımasını aydınlaşdırmaq lazımdır. Burada daha bir məsələyə 
diqqət yetirmək vacibdir. Bir halda onimin areallığı yalnız 
müəyyən  ərazi ilə  məhdudlaşdırıla bilər. Deyək ki, Ermənistan 
ərazisi daxilində etnotoponimin areal etnotoponim olması faktını 
dəqiqləşdirmək tələb olunursa, onda yalnız bu ərazi daxilində 
areallıq  şərtinin ödənilməsi yoxlanılır. Digər tərəfdən, Ermə-
nistan ərazisində bir dəfə rast gəlinən etnotoponim bu ərazidən 
kənarda da qeydə alına bilər və bu fakt onun areal 
etnotoponimliyini sübuta yetirəcəkdir. Qədim Oğuz yurdu 
Ermənistan ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqatı 
zamanı, şübhəsiz ki, araşdırmanı  yalnız bir ərazi ilə məhdudlaş-
dırmaq qüsurludur. Ona görə qüsurludur ki, türklərin yaşadığı və 
yaşadıqları  ərazilər olduqca geniş olmuşdur və bu gün də öz 
miqyasına görə  həmin  ərazi az deyildir. Deməli, Ermənistan 
ərazisində bir dəfə rast gəlinən türk mənşəli etnotoponim 
türklərin yaşadıqları başqa  ərazilərdə  də  aşkara çıxarıla bilər. 
Deməli, etnotoponimlərin areallıq xüsusiyyətinin tam 
mənzərəsini açmaq üçün bir ərazi çərçivəsi ilə  məhdudlaşmaq 
olmaz, bu məsələ digər  ərazilər nəzərə alınmaqla həll 
edilməməlidir. Buradan belə bir nəticə  çıxır ki, tədqiqat üçün 
etnotoponimlərin ümumi toplusu müəyyənləşdirildikdən sonra 
biz onların areallıq xüsusiyyətlərini araşdıracağıq. Əgər verilmiş 
etnotoponimlərdən hər hansı biri Ermənistan ərazisində bir dəfə 
rast gəlinirsə, eyni zamanda başqa  ərazilərdə qeydə alınmırsa, 
onda həmin etnotoponimin özünün dərin təhlili və tədqiqi tələb 
olunur. Çünki etnotoponimin areal səciyyə daşımamasının özü 
müəyyən  şübhə doğurur. Ermənistan  ərazisindəki türk mənşəli 
etnotoponimlərin hər birini ilkin yaxınlaşmada areal 
etnotoponim kimi qəbul etmək olar. Dissertasiya işinin növbəti 


 
48
fəslində bu, etnotoponimlərin areallıq xüsusiyyətlərinin 
aydınlaşdırılması prosesində dəqiqləşdiriləcək və etnotoponimin 
yayılma arealları müəyyənləşdiriləcəkdir.  


 
49
 
II FƏSIL 
 
QƏRBI AZƏRBAYCANIN TÜRK MƏNŞƏLI 
ETNOTOPONIMLƏRININ AREALLIQ 
XÜSUSIYYƏTLƏRI VƏ YAYILMA AREALLARI 
 
2.1.ABAN əsaslı areal etnotoponimlər.  
Aban qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün 
e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı  gəlmiş 
tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə  çəkilir 
(21, 100; 89,78). Qarqarların şimal-qərbi Albaniyada hələ qədim 
dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin 
Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər 
qeyd etmişlər. Onların  əsərlərində Albaniya ərazisindəki Avant 
çayı  və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, 
Pompey, Dion Kassiy)  göstərilmişdir. Moisey Kalankatlı 
Albaniyada Abant adında iki yaşayış  məntəqəsinin olduğunu 
bildirmişdir. Q.Qeybullayev yuxarıda qeyd olunan məlumatlara 
və digər faktlara is-tinadla belə bir qənatə gəlir ki, Abant/Avant 
adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə 
bu əraziyə gəlmişlər (87, 78). Buradan belə nəticə çıxır ki, abant 
tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma 
tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban 
olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şə-
kilçisinin qalığı ola bilər.  
Ermənistan  ərazisində  əsasında aban tayfasının adı duran 
toponimlər qeydə alınmışdır. Həmin toponimlər aşağıdakılardır: 
ABANA- 1728-ci ildə Irəvan  əyalətinin Dərələyəz nahiyəsində 
kənd adı; ABNIK- 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən 
birinin adı; AVAN- Irəvan xanlığının Qırxbulaq mahalında kənd 
adı; QACARAN- Yelizavetpol (Gəncə) quberniyasının 
Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd 
adı. Müasir dövrədək qalmış bu etnotoponimlərin Ermənistan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə