Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 
74
Azərbaycanın Qarabağ zonasında yaşamışdır. Maraqlısı odur ki, 
Kavar formasında bu etnonim Tərtər rayonunun ərazisindən olan 
Qavartu hidronimində özünün ilkin formasını saxlamışdır. 
Əslində Qavartu etnohidronimi Kavar etnonimindən və 
mənsubiyyət bildirən -lu şəkilçisinin fonetik forması olan--tu 
hissəsindən ibarətdir. Dilaektlərimizdə  və başqa türk dillərində 
l-t fonetik hadisəsinə görə –lı, -lu şəkilçilərinin –tı, -tu 
formalarında tələffüzü mövcuddur (49, 377).  
Qədim Oğuz yurdu Ermənistanda kabar etnonimi əsaslı 
etnotoponimlər az deyildir. Məsələn, QƏMƏRLI- Irəvan 
xanlığının Karpibasar mahalında kənd adı;  ƏLIKƏMƏRLI- 
Irəvan quberniyasının Sürməli qəzasında kənd adı; KƏVƏR- 
Irəvan xanlığının Göycə mahalında kənd adı;  KƏMƏRLI- 
Irəvan xanlığının Qarnibasar mAhalında kənd adı; Qabarəli 
Irəvan xanlığının Dərəçiçək mahalında kənd adı; Qabırbulaq 
1728-ci ildə Irəvan  əyalətində Abaran nahiyəsində  kənd adı; 
Qavar – Irəvan xanlığının Göyçə mahalında kənd adı və s. kimi 
etnotoponimlər çoxluq təşkil edir. Bu etnotoponimlərin 
Ermənistan  ərazisində müxtəlif regionlarda yayılması onların 
areallıq xüsusiyyətini bir daha təsdiqləyir.  


 
75
2.12.Qarqar əsaslı areal etnotoponimlər. 
Qarqar qədim türk mənşəli tayfalardan biridir. Hələ biz. 
er. I əsrində Strabon qarqar tayfasının adını  çəkmiş  və onların 
Şimali Qafqazda yaşamalarını qeyd etmişdi.  
K.V.Trever I əsrdə Albaniyada Qarqar düzü adlı yerin 
mövcud olduğunu göstərmişdir(131, 48).  
S.T.Yeremyan isə  həmin düzün Mil düzü olması fikrini 
irəli sürmüşdü. 
Müəyyən mənbələrdə qarqar tayfasının qədimdə Qarabağ 
düzündə də yaşaması və bununla əlaqədar həmin düzün Qarqar 
ölkəsi adlanması fikri də qeyd edilmişdir(94).  
Orta  əsrlərdə Qazaxıstanda, keçən  əsrdə Gürcüstan və 
Dağıstanda, Türkmənistanda  və s. yerlərdə mövcud olmuş 
Qarqar adlı toponimlər,  şübhəsiz ki, eyniadlı  qədim türk tayfa 
adı ilə bağlı yaranmışdır (111). M.H.Vəliyev də inqilabdan 
əvvəl Azərbaycanda Qarqar adlı 5 oykonim və 1 hidronimin 
olduğunu göstərmişdir (68, 20). Hazırda Azərbaycanda bu tayfa 
adının ilkin variantı yalnız mənbəyini Qarabağ silsiləsinin şimal-
şərq yamaclarından alan qədim Qarqarçay hidronimində 
mühafizə etmişdir.  
M.Ismayılov Qarqarların miladdan qabaq IV-II yüzillik-
lərdə Qafqaz dağlarının  ətəklərində  məskunlaşdığını qeyd 
etmişdir(39,161).  
Strabonun, Treverin, Yeremyanın albanlar haqqında ver-
dikləri fikirləri təhlil edib onlara münasibətini bildirən 
Q.Qeybullayev belə bir qənaətə gəlir ki, Qarqar düzənliyi, Qar-
qar knyazlığı, Qarqar şəhəri (Beyləqan yaxınlığında) kimi adlar,  
XIX  əsrdə Azərbaycanda bu adda olan 5 kənd adı Qarqar 
etnonimi ilə bağlıdır (88, 29). 
 Gədəbəydə olan bir toponimin - Xarxar toponiminin 
Azərbaycanın Alban vilayətindəki qədim qarqar tayfa adının 
qismən təhrif olunmuş variantının özündə  əks etdirdiyi ehtimal 
olunur. Həmin yaşayış  məntəqəsinə bu adın vaxtilə qarqar 


 
76
tayfası  tərəfindən salınmış  və xarabalığının son dövrlərə  qədər 
qalması qeyd olunmuş Qarqar adlı məskənin adıdır(64). 
H.Mirzəyev göstərir ki, dil və tarixi faktlara əsasən demək 
olar ki, nəinki, Her-Her, hətta Xar-Xar, Xal-Xal, Kər-Kər, 
Kəngər toponimləri də mənşə etibarı ilə qarqar etnonimi ilə bu 
və ya digər cəhətdən, az və ya çox dərəcədə bağlıdır(55, 184). 
A.Qurbanov qarqarların indiki Mil-Qarabağ düzlərində 
yaşamasını qeyd edir və göstərir ki, «Mil düzü» qədim dövr-
lərdən «Qarqar düzü» adlanmışdır(49, 393).  
F.Cəlilov yazır: Strabonun Qoqar (ena), qədim erməni 
mənbələrinin isə Quqar(k) şəklində verdiyi Göyər mahalı da 
azərbaycan  tayfalarından olan göyərlərin adı ilə bağlıdır. 
Erməni tarixçisi Favstos Buzand masaget (mazkut) hökmdarı  
Senesanın başçılığı ilə Ermənistana hücum edən Alban tayfaları 
sırasında  hunlarla quqarların adını yanaşı  çəkir. Göründüyü 
kimi, həm Quqar (Qoqar) toponimi, həm də quqar etnonimi göy 
sözünün qədim formasını əks etdirir(23, 151-152). 
N.Məmmədov göstərir ki, qarqarlar qədim Alban tayfa-
larından birinin adıdır və Qarqar sıra dağları, Qarqar düzü, 
Qarqar çayı, hələ bizim eradan əvvəl Azərbaycanda məskən 
salan türkdilli qarqar tayfasının adını bir abidə kimi qoruyub 
saxlamaqdadır. Müəllif bu fikri sübut etmək üçün qarqar sözü və 
onun fonetik variantları olan Xar-xar, Xal-xal, Hər-hər, Her-her, 
Qer-qer, Gər-gər, etnonimlərin arealının çox geniş olduğunu 
faktlar  əsasında sübut edir. Qarabağda Qarqar, Gədəbəydə 
Xarxar, Naxçıvanda və  Cənubi Azərbaycanda Xalxal, 
Dərələyəzdə, Eçmiədzində, Dağlıq Qarabağda Hərhər//Herher, 
Qədim Oğuz yurdu Calaloğluda Gərgər toponimləri areal 
etnotoponimlər toplusunu təşkil edir(53, 111, 137-138).  
H.Mirzəyev Qarqar və  Kəngər tayfa adları arasında ya-
xınlıq olduğunu qeyd edir. Alim fikrini sübut etmək üçün gərgər 
və kəngər sözlərinin eyni yuvadan formalaşdığını,  n samiti ilə r 
samitinin bir-birini əvəz edə bilməsi faktlarını diqqət mərkəzinə 
çəkir(60, 186).  


 
77
Ermənistan  ərazisində Qarqar tayfa adı ilə  aşağıdakı et-
notoponimlər qeydə alınmışdır: Qurqar  –Ermənistanın Pəmbək  
bölgəsində tarixi mahal adı;  Quqarçay -  Pəmbək  bölgəsində çay 
adı; GƏRGƏR-Tiflis quberniyasının Borçalı  qəzasında kənd adı; 
GƏRGƏR-  Əzizbəyov rayonunda kənd adı; GƏRGƏR-
Stepanavan rayonunda kənd adı; GƏRGƏR-Əzizbəyov rayonunda 
Arpaçayın qollarından birinin adı XX əsrin 30-cu illərində çay 
ermənicə Erer adlandırılmışdır; Herher -Şərur-Dərələyəz qəzasında 
kənd adı; Hərhər – Dərələyəz nahiyyəsində kənd adı. Verilmiş et-
notoponimlərinə Ermənistanın müxtəlif bölgələrində rast gəlinməsi 
onların yayılma arealını və bu türk tayfasının hələ qədimdən həmin 
ərazidə məskunlaşmasını bir daha təsdiq edir.  
 
2.13. Kuşi əsaslı areal etnotoponimlər. 
Kuşi qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında 
bu tayfanın məskunlaşması  nəticəsində yaranmış bir sıra 
toponimlər vardır. V.V.Bartolda görə quşçu tayfasının qısa tarixi 
belədir. Eramızdan  əvvəl II əsrdə Orta Asiyanın  əyalətləri 
hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub 
edilmiş  və  qərbə  tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində 
yosti adı ilə  məlumdur. Məhz yosti sözünün transkripsiyası tək 
halda quşi, cəm halda quşan formasını vermişdir. Türküstanın 
şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman 
Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların 
tərkibində türklər də vardır.  Əli Hüseynzadə quşçu 
toponimlərinin mənşəyinə dair məqalə yazmışdır. Məqalədə 
müəllifin fikrincə, quşçu etnonimi «quş» (ov quşu) sözündəndir 
və bu adı daşıyanlar monqolların XI əsrdə  qıpçaqlar üzərində 
Şimali Qafqazda qələbəsindən sonra Azərbaycana gəlmişlər. 
Lakin bu fikir səhvdir. Əvvələn ona görə ki, türklərdə quşçu adı 
ilə  məlum tayfa farslarda kuşan  şəklində olmuşdur. N.Q.Piqu-
levskaya yazır ki, quşanların  əsl adı quiş olmuşdur. M.H.Və-
liyev isə göstərir ki, qara hunlar 227-ci ildə Azərbaycana kuşi 
adı ilə gəlib məskunlaşmışlar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə