Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

 
78
Beləliklə yuxarıda adları çəkilən quşçu oronimləri hələ ilk 
orta əsrlərdə Azərbaycana gəlib məskunlaşmış quşçu tayfasının 
adı ilə bağlıdır (53, 143).  
Əfqanıstan ərazisində olan və tarixən Kuşan adı verilən bu 
dövlətə çinlilər qədim tayfa adlarını yaddan çıxarmayıb yenə 
«Böyük yüseci dövləti» adını vermişlər. Buna əsaslanaraq 
yüsecilər kuşanlardan başqa bir kimsə deyildir (25, 50-52).  
Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Qu-
şan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. 
Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, 
başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -
quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta 
Asiyada, Iran və Türkiyədə də yayılmışdır (88, 65). 
Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbi-
lələrindən olan quşanların (qara hunların adı ilə bağlıdır (38, 
148).  
Ilk dəfə N.A.Aristov kuşçu tayfasının hunlarla əlaqədar 
olduğunu söyləmişdir.  
M.H.Vəliyevə görə quşçular III-VI əsrlərdə Azərbaycana 
gəlmiş hunların qalıqlarıdır. Onun fikrincə Azərbaycana 227-ci 
ildə gəlmiş hunlar «quşan» (qara hunlar) və hun-Sabirlər idilər. 
Abramson və  Ə.Hüseynzadə bu etnonimin kökündə türk 
və Azərbaycan dillərindəki kuş (quş) sözünün durduğunu və 
bütünlükdə etnonimin «Ovlayan quşla məşğul olan» mənasını 
verdiyini söyləmişdir. Lakin geniş areala malik Quşçu 
toponimləri və Quşçu tayfa adları aydın göstərir ki, onların ov 
quşu ilə heç bir əlaqəsi yoxdur. 
N.Piqulevskaya yazır ki, kuşanların içərisində türk tay-
faları da vardı. Bunu Kuşan çarlarının yabqu adlanması da aydın 
göstərir ki, bu da «şahzadə» deməkdir. Təbəri IX əsr Kuşan 
çarlarını «Xoqan» adlandırmışdır. Beləliklə həm tarixdə, həm də 
dilçilikdə «ağ quşu saxlayan» Şahzadə «Xoqan» mənalarını 
daşıyan bu tayfanın oğuz yurdunda özünəməxsus yeri 
olmuşdur(20, 65). 


 
79
Ə.Hüseynzadə isə quşçu tayfasının Azərbaycana gəlişini 
monqolların Şimali Qafqazı alması ilə əlaqələndirmişdir. Lakin 
Ə.Hseynzadənin fikri inandırıcı deyildir, çünki XII əsrə aid 
erməni mənbələrində Azərbaycan ərazisində şirvan, bakan və b. 
tayfalar ilə yanaşı quşi tayfasının da adı çəkilir. Maraqlı odur ki, 
Zaqafqaziya toponimiyasında bu etnonim həm Quşi, həm də 
Quşçu formalarında öz əksini tapmışdır(24, 358-361). 
Azərbaycanda kuşi etnonim əsaslı etnotoponimlərin ya-
yılma areallarına aşağıdakı bölgələr daxil edilir: Quba, Şamaxı, 
Ağdam,  Qazax, Cəbrayıl, Şuşa, Qax, Daşkəsən. 
Hələ Məhəmməd Həsən Vəliyev Baharlının «Azərbaycan» 
əsərində Azərbaycanda Quşçu tayfa adı ilə bağlı yaranan 
aşağıdakı  kənd adları  çəkilir: Göyçayda-Quşçi,  Yengicə; 
Qubada-Köhnə Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu; Şamaxıda-
Quşçu; Ağdaşda-Quşlar; Cavanşirdə-Quşlar; Zəngəzurda-Quşçu 
Bələk, Quşçu, Quşçu Təzəkənd; Qazaxda-Quşçu; Cəbrayılda-
Quşçular; Şuşada-Quşçular, Quşaba(68, 34-35).  
Bundan  əlavə Qax rayonunun Ilisu kəndində  məhz bu 
etnonim Quşilər formasındadır.  
Azərbaycan  ərazisində yaşamış quşçu tayfasının adı  Şa-
maxı rayonunda Quşçu dağının (hündürlüyü 1421 metr) adında 
qalmışdır. Respublikamızda Quşçu dağı Daşkəsən r-nu 
ərazisində, Quşçu ayrımı, Quşçu qalası dağı (Laçın rayonu, 
Quşçu kəndi) Quşçular dağı (Xocəvənd rayonu) Quşçunun yalı 
Gədəbəy rayonu, Göyəli kəndi oronimləri və s. qeydə 
alınmışdır. 
Oğuz rayonunun Yaqublu kəndinin cənubunda Quşlar adlı 
kənd xarabalığı da vardır. Keçmişdə Kuban əyalətində Quşi 
xutoru və Quşi adlı bir neçə  kənd olmuşdur. Bütün bu faktlar 
kuşinin etnonim olmasına sübuta yetirməklə yanaşı, onun geniş 
arealda yayılmasını göstərir(25, 38).   
Ermənistan  ərazisində  də kuşi etnonim əsaslı etnoto-
ponimlər çoxdur.  


 
80
Irəvan xanlığının Sürməli mahalında kənd adı. 1878-1832-
ci illərdə Azərbaycan türklərindən ibarət  əhalisi qovulmuş  və 
kənd dağıdılmışdır. Qədim türk mənşəli Kuşi (Kuşçu) tayfasının 
adını əks etdirir. XIX əsrdə Qafqazda 38 Kuşi və Quşi, Quşçu, 
Quşilər toponimi vardı. Quşi (Quşçu) tayfası III-IV əsrlərdə 
Cənubi Qafqaza gəlmişdir. Ilk dəfə «VII əsr erməni coğrafiyası» 
adlı  mənbədə (VII əsr) xuşi kimi qeyd olunmuşdur. Mənşəcə 
orta Asiyada Kuşan çarlığını yaratmış (I-III əsrlər) türklərdə 
Quşçu, farslarda Kuşan tayfası Orta Asiya Iran və Qafqazda 
külli miqdarda toponimlərdə iz qoymuşdur. 
Quşi-Irəvan xanlığının Dərələyəz mahalında kənd adı ol-
muşdur. 1828-1832-ci illərdən kənddə ermənilər də  məs-
kunlaşmışdılar. 1918-ci ildə azərbaycanlılar kənddən qovul-
muşlar. 1946-cı ildə kənd ermənicə Kecit adlandırılmışdır. Yerli 
əhali içərisində kəndə Bilən də deyilmişdir.  
Quşi-Irəvan quberniyasının Eçmiədzin qəzasında kənd 
adıdır. 
Quşidərəsi - Irəvan quberniyasının Novobəyazid qəzasında  
kənd adıdır. XIX əsrin sonlarından bəri adı çəkilmir.  
Quşioğlu məzrəsi –1590-cı ildə  Rəvan  əyalətinin Abaran 
nahiyəsində kənd adı olmuşdur. 
Quşçu –Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur 
qəzasında (indi Ermənistanın Qafan r-da) kənd adı olmuşdur. 
1950-cı ildə Davidbəy qəsəbəsi ilə birləşdirilmişdir. 1988-ci ildə 
əhalisi Azərbaycana qovulmuşdur.  
Quşçu –1590-cı ildə Irəvan  əyalətinin Karbi nahiyəsində 
kənd adı; Quşçu –1728-ci ildə Irəvan  əyalətinin Məzrə 
nahiyəsində  Ağcaqala tərəfdə yerləşən kənd adı olmuşdur. 
Quşcaqaya –Yelizavetpol (Gəncə) quberniyasının Qazax 
qəzasında (indi Ermənistanın Krasnoselsk r-da) mahal adı 
olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə  əlaqədar 
olaraq kənd ləğv edilmişdir. Qutbi qışlağı –1728-ci ildə Irəvan 
əyalətinin  Şirakel nahiyəsində  kənd adı idi. Beyti –Murad 
(Muradxan kəndi) də adlanır(21).  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə