Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

 
70
ilə bağlılığı fikrini irəli sürmüşdür. F.Rəşidəddinin «Cami-ət-
təvarix» əsərində Karkın//Qarxun tayfasının adına təsadüf edilir. 
Mənbələrdən məlum olduğu kimi, oğuzlar üç ok (iç oğuz) 
və «Boz ok» (Daş  oğuz) olmaqla iki qola ayrılır. Vahid birlik 
təşkil edən  bu  iki qola ayrı-ayrılıqda boylar, bölüklər daxildir. 
Qarkın tayfası Boz ok qoluna aiddir. 
Əbülqazi xan karkınların mənşəyinə toxunmuş, onların 
oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən törəmə 
olduğunu qeyd etmişdir (110, 513).  
Mənbələrdə qaraqalpaqların bir tayfasının qarkın adlan-
ması da göstərilir (110, 321).  
Q.Qeybullaevə görə Karkın tayfası Qarxın (Quba rayonu), 
Aşaği-Qarxun, Yuxarı Qarxun (Aqdam r-nu) və Qarxun 
(Naxçıvan) oykonimlərində izini saxlamışdır.  
Karkın ötən əsrdə Qubada qeydə alınmışdır. Karkın kəndi 
Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Rusiyanın 
Qaraqalpaq vilayətində də vardır (88, 53).  
Türkiyədə «Karkın» etnotoponiminin arealları çox geniş-
dir. 
Azərbaycanın Iliç (Şərur r.) rayonunda Karxan, Yevlax 
rayonunda isə Yuxarı Qarxun və Aşağı Qarxun kəndləri vardır. 
Bu da onu göstərir ki, vaxtı ilə qarxınların bir qismi 
Azərbaycana gəlmiş, burada yurd salmış, adlarını yaşadıqları 
yerlərə vermişlər. 
T.Əhmədov mənbələrə  əsasən qeyd edir ki, Qarxun 
oykonimi  əski oğuzların Karkın adlı tayfasının adını qoruyub 
saxlayan yer adlarındandır. F.Rəşidəddin bu tayfanın adını ilkin 
olaraq Mahmud Kaşğarinin göstərdiyi 22 oğuz tayfasının 
sırasına əlavə etmişdir. Əbülqazi xan isə karkınların Oğuz xanın 
üçüncü oğlu Yulduz xanın nəvələrindən törədiyini göstərmişdir. 
F.Rəşidəddinə görə Qarqın «çox və doyuran aş», Yazıçıoğluya 
görə isə «ulu aş, doyurucu aş» mənalarındadır.  


 
71
Onu da qeyd edək ki, Əfqanıstan  ərazisində «Qərqin» 
toponimi vardır. Bu toponimə Azərbaycan ərazisində də təsadüf 
olunur(25, 131). 
M.Mirzəyev Yevlax rayonundakı Yuxarı Qarxun, Aşağı 
Qarxun, həmçinin Naxçıvan MSSR-dəki Qarxun kəndlərinin ad-
ları eyni mənşəli olub, karkın tayfasının adı ilə bağlı olduğunu 
qeyd edir. O, bu yaşayış məntəqəsinin Körpükəndin yaxınlığında 
yerləşdiyinə görə  bəzən Qarxun Körpükənd, Kür çayına yaxın 
olduğuna görə isə  Qıraqlı Qarxun da adlandırıldığını diqqət 
mərkəzinə  çəkir. Keçən  əsrin axırlarında kəndin böyüyərək iki 
hissəyə - Aşağı və Yuxarı Qarxun kəndlərinə parçalandığını qeyd 
edir. Müəllif karkın tayfasının səlcuq oğuzlarından olmasını 
göstərir (60, 148).  
Quba  ərazisindəki bir çox yer adlarının kökünü araşdır-
mağa çalışan T.Əhmədov haqlı olaraq göstərir ki, qarxun 
oykonimi  əski oğuzların karkın adlı tayfasının adını qoruyub 
saxlayan yer adlarındandır(28, 142).  
Qarxun kəndinin adının türk uluslarından birinin adını ya-
şatması fikrini başqa tədqiqatçılar da qeyd etmişlər (64, 42-43).  
Türkiyədə Karkın adlı 63 kənd vardır(20, 412-413).  
Ermənistanda Eçmiədzin rayonunda Aşağı Qarxun 
(Şərifabad, Araks,-1946) azərbaycanlıların kəndidir. Rayon mər-
kəzindən 16 km cənubda, düzənlikdə yerləşmişdir. 1918-ci 
ilədək kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1831-ci ildə 
kənddə 318 nəfər, 1873-cü ildə 369 nəfər, 1886-cı ildə 420 
nəfər, 1897-ci ildə 586 nəfər, 1916-cı ildə 631 nəfər 
azərbaycanlı əhalisi olmuşdur. 1918-ci ildə Daşnak hökumətinin 
fitvası ilə erməni millətçilərinin silahlı bandit dəstələri kəndi 
talan edib dağıtmış, əhalisinin çox hissəsini işgəncələrlə qırmış, 
salamat qalanlarını isə öz tarixi yurdundan qovmuşlar. 1915-
1918-ci illərdə Türkiyədən gəlmə ermənilər həmin azərbaycanlı 
kəndində yerləşdirilmişdir. 1922-ci ildən milli tərkibcə qarışıq 
kənd olmuşdur. 1922-ci ildə kənddə 189 nəfər erməni, 169 nəfər 
azərbaycanlı. 1926-cı ildə müvafiq sürətdə 240 və 201 nəfər, 


 
72
1931-ci ildə 221 və 212 nəfər olmuşdur. 40-illərin axırlarında 
azərbaycanlıların zorla Ermənistandan köçürülməsi dövründə 
azərbaycanlılar sıxışdırılıb çıxarılmış  və o zamandan erməni 
kəndi olmuşdur. 
Ermənistan  ərazisində başqa bir QARXUN kəndi Irəvan 
xanlığının Sərdarabad mahalında olmuşdur.  
 
Ermənistan Azərbaycan Xaricdə 
Qarxun 
Sərdar-
abad 
Qarxun Quba 
 
 
Aşağı 
Qarxun 
Eçmi-
ədzin 
Qarxun 
Qarxun 
 
 
Körpü-
qarxun 
Qıraq-
qarxun 
Aşağı 
Qarxun 
Yuxarı 
Qarxun  
Iliç 
Şərur, 
Naxçı-
van 
Yev-
lax 
Karkın 
 
 
 
Karkın 
 
 
 
 
Karkın 
Türkiyə - 63 
kənd 
 
 
Cənubi 
Qafqazda 
 
 
 
Türkmənis-
tanda  
 
2.11. Kabar əsaslı areal etnotoponimlər. 
Kabar.  Xəzər tayfalarının tərkibinə daxil olan kabar tay-
fasının adı  əsasında yaranmış etnotoponimlər Azərbaycan və 
Ermənistan  ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa 
haqqında ilk məlumatı  Konstantin Baqranarodnı vermişdir. O, 
bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev 
bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, 
qəhrəman mənasındadır. Kabarlar Azerbaycanda kabarli və ya  
kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan 
biri də Qarabağ olmuşdur.  
Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı 
iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar


 
73
Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X 
əsrdə  Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydə 
alınmışdır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları 
Qarabağın qədim sakinlərindən biri saymışdır. Qarabağ xanlığı 
dövründə kabarların yaşadıqları yerlər Kabarlı mahalı 
adlanmışdır(89, 140).  
Urartu yazısında Kuarli Q.A.Melikişviliyə görə Kuarli Eç-
miədzin və Yerevan yaxınlığında Karmir–blur (azərbaycanca 
Qızıl-təpə toponiminin ermənicə  tərcüməsi) arasındakı vadidə 
lokalizə olunur. XIX əsrin ortalarına qədər Ermənistanda əhalisi 
azərbaycanlılardan ibarət Kəvər (XIX əsrin ortalarından Novo-
Bayazit, indi Kamo) adı ilə məlumdur. Demək, Kuarli toponimi 
zaman keçdikcə –«li» şəkilçisi qəbul etmiş  Kəvər formasından 
düzəlmişdir(45, 56).  
Zaqafqaziyada kabar etnonimli etnotoponim XII əsrə aid 
mənbədə Kabri formasında əksini tapmışdır. Bu kabar sözünün 
qədim erməni dilindəki deyilişidir. Buradakı  – i şəkilçisi 
mənsubiyyət  şəkilçisi ola bilər. Bu etnotoponim  Albaniyadakı 
Tavus (indiki Berd) qalasının  ətrafındakı yaşayış 
məntəqələrinin 1139-cu il siyahısına daxil edilmişdir.  
Kabarların Don çayı sahilində yaşaması qeyd edilir. 
Məlumdur ki, onlar başqa tayfalarla mübarizə apararkən ma-
carların tərəfinə keçmiş  və VII əsrin ortalarında Albaniyaya 
köçmüşlər. Azərbaycanda Macar yeri (Daşarx kəndi, Naxçıvan, 
Şərur), Macar-Karoğlan (Yevlax) toponimləri olmuşdur.  
Hazırda Kabri etnotoponimi Ermənistanın Artaşat rayo-
nunda Kasax çayı  əvvəlki Tavus çayının yaxınlığında qal-
maqdadır. Bundan başqa Kabri toponimi kabarların  Şəmkir 
zonasına, ərazicə Tovuza yaxın yerə köçməsini təsdiqləyir.  
A.Qurbanov etnohidronimləri araşdırarkən onların 
müəyyən hissəsinin Azərbaycan  ərazisində  hələ orta əsrlərdə 
məskunlaşmış  Xəzər tayfalarının adlarını  əks etdirməsini 
göstərir. Mənbələrdə  Xəzərlərin bir tayfasının Kabar, yaxud 
Kavar adlanması  məlumdur. Həmin tayfanın müəyyən hissəsi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə